Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   59   60   61   62   63   64   65   66   ...   106

ВЫЫЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН СТРУКТУР ТИПЛЯРИ
 
 
195 
malikdir. AĢağıda ən mühüm qarĢılaĢmaları göstərəcəyik: 
1.  Gözlə  qəbul  olunan  məlumat  vasitələrinə  mimika,  jest, 
bədənin  vəziyyəti,  baxıĢ,  qulaqla  eĢidilən  Ģeylər,  intonasiyanın 
fərdi-situativ cizgiləri (yaĢ, cins, fizioloji və psixoloji vəziyyət və s.) 
aiddir. Bu kanala iy və ya dad da daxil ola bilər. 
2.  Motivliyinə  görə  paralinqvistik  iĢarələr  müxtəlif  ola  bilər: 
a) simptomlar (deyimlər /göz yaĢını saxlaya bilmədi//, /səsi titrədi// 
və  s.);  b)  müəyyən  məzmun  çatdıran  ikonik  iĢarələr  (teleobyektiv 
qarĢısında  əl  sıxmaq);  c)  konvensional  iĢarələr  –  kinemlər  (sim-
vollar).  Onların  çoxu  omonim  iĢarələrlə  –  simptomlarla  əlaqəyə 
malikdir  (ritual  öpüĢ,  stüardessaların  peĢəkarcasına  gülüĢü,  qorxut-
maq  üçün  yumruğunu  göstərmək  və  s.);  ç)  sırf  Ģərti  iĢarələr-  sim-
vollar  (gələn  qonağı  qarĢılamaq  üçün  əlini  papağına  vurmaq,  hamı 
yubiliyarı öpməyə tələsir). 
3. Paralinqvistik hadisələr verbal kommunikasiya ilə cürbəcür 
əlaqələnir.  Paralinqvistik  iĢarələrin  əksəriyyəti  ünsiyyətdə  emosi-
onal-ekspressiv funksiya daĢıyır, amma bu mənada neytral olanı da 
olur.  Məsələn,  hər  iki  əlin  barmağı  eyni  vaxtda  açılıb  yumulmaqla 
―dırnaq  iĢarəsini‖  bildirir  (bəzən,  söz  də  əlavə  olunur:  əlbətdə  dır-
naqda  yazılır;  taksi  saxlayanda  əl  qaldırana  ―səs  verir‖  mənası 
verilir. Voleybolda qeyri-emosional jest kimi hakimin və ya küçədə 
nizamlayıcının hərəkəti və s. 
Paralinqvistik iĢarələr dalbadal gələrək xətti və zaman zənciri 
yaratsa da, mürəkkəb iĢarə ola bilmir, yəni burada sintaksis yoxdur. 
DavranıĢ  semiotikadır,  ancaq  müxtəlif  iĢarələrlə  zəngindir.  Ailədə 
az  semiotikadır.  Ancaq  insanlar  sosial  institutları  (dövlət, 
akademiya,  korporasiya  və  s.)  təmsil  edəndə  ictimai  davranıĢ  daha 
çox semiotik olur. 
DavranıĢ  çoxkanallı  semiotikadır,  o,  dində  olduğu  kimi, 
sensor  tiplərdən  istifadə  edir,  ancaq  dindən  fərqli  olaraq  azad  və 
sadədir. 
Bununla  bərabər,  davranıĢda  da  sintaksis  yoxdur,  odur  ki,  o, 
birsəviyyəlidir.  Davranış  ―məlumatları‖  (semiotik  ―mətnlər‖) 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
196 
müxtəlif  fiziki  xassəli  olsalar  da,  onlar  üst-üstə  düĢür  və  bir-birini 
tamamlayır, onlar mürəkkəb iĢarə yaratmır, ancaq cəmi düzəldir. 
Etiket  qaydaları  da  mürəkkəb  iĢarə  yaratmırlar.  Qaydalar  və 
təlimatlar sistemi davranıĢın bir hissəsini nizamlayır. 
Dilin iĢarə sistemində səviyyələr məsələsi çox mübahisəlidir. 
Ən çoxu 9 səviyyə fərqləndirirlər. 
1.  Fərqləndirici  əlamətlər  səviyyəsi  (qısa/uzun  saitlər,  sərt/ 
yumĢaq samitlər və s.). Bunu merizmatik səviyyə də adlandırırlar; 
2. Fonem səviyyəsi
3. Morfem səviyyəsi; 
4. Leksem səviyyəsi 
5. Söz birləĢməsi (sintaqm) səviyyəsi; 
6. Cümlə səviyyəsi və söyləm reallaĢması; 
7.  Cümləfövqü  vahidlər  (mürəkkəb  bütövlər,  mətn  hissələri, 
abzaslar, frazemlər); 
8. Mətn səviyyəsi; 
9. Diskurslar. 
Göründüyü kimi,  burada heca, morfofonem  və s. kimi  aralıq 
yarusların vahidləri yoxdur. 
Semiotik baxımdan dildə iki səviyyə fərqləndirilir: 
Sözlər və onlardan düzəldilən vahidlər (kliĢe), hazır vəziyyət-
də deyilən söyləm və ifadələr : /Sus, yaramaz/ və s.; 
Sintaktik model əsasında yaranan birləĢmələr. 
Fikrimizcə, Y.S.Maslovun dil iĢarəsinin bölgüsü ilə bağlı irəli 
sürdüyü fikirlər daha ağlabatandır. O,dil iĢarələrini belə bölür: 
1)iĢarə – informator (məlumatverici); buraya dilin seqment və 
superseqment morfemləri daxildir. 
1)
 
iĢarə  –  diferentor  və  ya  distinktor  (fərqləndirici);  buraya 
fərqləndirici əlamətlər, ton və vurğu aiddir. 
2)
 
iĢarə – delimitator, sərhədləyici siqnallar.
 
buraya sabit vur-
ğulu dillər (çex, slovak dillərində həmiĢə söz baĢında, türk dillərin-
də söz sonunda) daxildir, alman dilindəki knaklaut da bura aiddir.
 5
 
Təəccüblüdür  ki,  N.B.Meçkovskaya  qrafikanı,  orfoqrafiyanı 
da səviyyəli yanaĢmaya daxil etməyi tövsiyə edir.



ВЫЫЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН СТРУКТУР ТИПЛЯРИ
 
 
197 
Səviyyəli  yanaĢmada  biz  səviyyələrarası  vahidləri  də  nəzərə 
almalıyıq.  Məsələn,  əgər  mübtəda  feldən  və  obyektdən  sonra 
gəlirsə,  deməli,  bu  dildə  hal  kateqoriyası  var  və  əgər  hecalara 
bölünmə  morfemlə  üst-üstə  düĢürsə,  deməli,  bu  dildə  hal  kate-
qoriyası yoxdur kimi universaliyalar da təsvirdə nəzərə alınmalıdır. 
Bu qanunu ilk dəfə Y.D.Polivanov (1891-1938) kəĢf etmiĢdir.

Ancaq elə semiotik sistemlər var ki, onlar səviyyələrin sayına 
görə dili arxada qoyurlar. Bu zaman dil o semiotik sistemlərin tər-
kib  hissəsi  kimi  çıxıĢ  edir.  Buraya  din,  incəsənət,  ədəbiyyat,  kino, 
teatr daxildir. Onlar nəinki dildən də mürəkkəbdir, həm də məzmu-
nuna görə zəngin və rəngarəngdir. Daha sonra buraya musiqi aiddir. 
O da çoxĢaxəlidir. Riyazi dildə də semiotik sistem mürəkkəbdir. 
Çoxsəviyyəli semiotikalar hierarxik strukturda müxtəlif səviy-
yələrə  aid  olur.  Məsələn,  dildə  əsas  iĢarə  vahidi  sözdür,  ancaq  bit-
miĢ  Ģey  söyləmdir.  Bədii  əsərdə  bu  bədii  obrazdır  (Ģəxsin,  hadi-
sənin,  peyzajın,  interyerin  təsviri  və  s.),  tamamlanmıĢ  isə  konkret 
hekayə,  povestdir.  Nəqlçi  söz  təsvirilə  bütün  bunları  Ģərh  edir, 
dünya bədii təsvir olunur. Süjet, kompozisiya, janr və s. qaydalarla 
bədii təsvir açılır. 
Musiqi,  rəqs, teatr və  kinematoqraf da  çoxsəviyyəlidir. Onla-
rın  əsas  anlam  vahidi  motiv  (melodiya),  rəqs  pası,  mizansəhnə, 
montaj, tam bitmiĢ əsər isə sintaksis əsasında qurulmuĢ semiotik bü-
tövdür. 
Riyazi simvolika 3 cür məzmunu əhatə edir: 1) riyazi anlayıĢ-
lar; 2) cümlələr; 3) məğz. Adi dildə bu sözə, cümləyə, mətnə uyğun 
gəıir. Ancaq riyaziyyatda  əvvəl  vurma və  bölmə, sonra toplama və 
çıxma  yaranıb;  b)  sonra  riyazi  əməliyyatların  ardıcıllığını  bildirən 
iĢarələr, onlar eyni dəyiĢən vahidlərdən ibarət olur. 
x= 5a (b+c) və ya y = 5 ab +c 
Filmdə  lentin  uzunluğu  müxtəlif  ola  bilər.  Lent  isə  ayrı-ayrı 
çəkiliĢlərin ardıcıllığıdır. 
Coğrafi xəritədə, bədii polotnolarda informasiyanı necə topla-
yırlar? Ġncəsənətdə mürəkkəb iĢarələr olurmu? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə