Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   58   59   60   61   62   63   64   65   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
192 
 
 
VIII. 
İşarə
 sisteml
ə
rinin  
struktur tipl
ə
ri 
 
 
 
VIII.1. Ümumi qeydlər 
 
ĠĢarənin  strukturunun  təhlili  onun  tərkibinə  aid  olan  məsə-
lədir.  Ümumi  Ģəkildə  iĢarə  sistemlərinin  aĢağıdakı  tiplərini  fərq-
ləndirmək olar: 
a)
 
təcrid edilmiĢ iĢarələr; 
b)
 
sadə və mürəkkəb iĢarələr; 
c)
 
birsəviyyəli/çoxsəviyyəli iĢarələr; 
ç) bir və ya çoxkanallı sistemlər. 
ĠĢarələrin  böyük  əksəriyyəti  ayrılıqda  mövcud  olmur.  Struk-
turxarici iĢarələr adətən okkazional, yəni fərdi, təsadüfi, situativ və 
zamanla  bağlı,  ad  hoc  (lat.  bunun  üçün)  iĢlənir.  Məsələn,  pəncərə 
qarĢısına qoyulan güldan razılaĢmadan asılı olaraq içəri girməyi bil-
dirən və ya qadağan edən iĢarədir. Ancaq o, həmin güldanın olma-
masına qarĢılaĢma yaradır. 
Sadə və mürəkkəb semiotikalar. 
Sadələrdə  yarımsistem  yoxdur.  Mürəkkəblər  isə  iki  yarım-
sistemdən  ibarət  olur.  Sadələri  daha  kiçik  hissələrə  bölmək  olmur. 
Məsələn, ərəb rərəqəmləri 0-9 tək və cüt qarĢılaĢmalar yaradir. 
ĠĢarələrdən danıĢarkən adətən 3 yarımsistem fərqləndirirlər: 
a)
 
obyektlərin iĢarələri : x, y, z, ∞ (sonsuzluq iĢarəsi); 
b)
 
əməliyyat  iĢarələri:  +  (üstəgəl),  log  –  (loqorifm),  ∑ 
(summa) və s.; 
c)
 
münasibət iĢarələri: = (bərabərlik), > (böyük), < (kiçik) və 
s. 


ВЫЫЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН СТРУКТУР ТИПЛЯРИ
 
 
193 
Dildə  sinonim  və  antonim  qrupları,  yamb,  xorey  sistemi, 
üçmeyarlı  sistemlər  (daktil,  amfibrax,  anapest),  janrlar  sistemi 
(faciə,  dram,  komediya,  fars  vodevil),  Ģrift  qarĢılaĢmalar  sistemi 
(düz xətt, kursiv, qara və s.) mürəkkəb iĢarələr sistemi yaradır; 
ç)  klassik  Yunanıstanda  arxitektura  tikililəri  (dorik,  ionik, 
korip). 
Bu  qarĢılaĢmada  yarımsistemlər  arasında  hierarxiya  əla-
qələrinin  olması  nəzərdə  tutulur  (subordinasiya,  tabeçilik).  Hierar-
xiya varsa, deməli, həmin sistem çoxsəviyyəli semiotikadır. Buraya 
ilk növbədə təbii dili aid etmək olar. Ancaq nədənsə bəzi alimlər fo-
nemi, morfemi iĢarələr hesab etmir, onları subiĢarələr adlandırırlar.
1
 
Halbuki, R.Yakobson fonemi boĢ iĢarələr, J.S.Maslov isə distinktor 
adlandırır.

Mürəkkəb  təksəviyyəli  iĢarələr  olduğu  kimi  (yol 
hərəkəti iĢarələri, coğrafi xəritə) sadə, çoxsəviyyəli iĢarələr də (ərəb 
rəqəmləri) var. 
Yol hərəkəti iĢarələri 7 yarımsistemdən ibarətdir (xəbərdarlıq, 
qadağan,  əmredici  iĢarələr,  xidmət  iĢarələri,  iĢıqfor,  nizamlayıcı, 
yolun bölgüsü), ancaq bunlar hamısı təksəviyyəlidir, çünki onlardan 
daha mürəkkəb iĢarə düzəltmək olmur. Küçənin kəsiĢməsində uĢaq 
Ģəkli, sağa dönmək, sürət məhdudiyyəti niĢanları qoyulsa da, onlar 
mürəkkəb iĢarə yarada bilmir (bax: Ģəkil 12). 
 
   
 
 
 
Şəkil 12. Yol hərəkətini məhdudlaşdıran işarələr 
 
Təksəviyyəli  iĢarələrə  xas  olan  xüsusiyyətlər:  yanbayan 
yerləĢəndə  yeni  iĢarə  yaratmır,  qarĢılıqlı  iĢarələrin  topologiyası 
(sola,  sağa,  düz  və  s.)  onların  məzmununa  təsir  etmir,  bir  iĢarənin 
yerində baĢqası iĢlənəndə o birilərinin məzmununa təsir etmir, yəni 
kombinasiya yoxdur. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
194 
Ərəb  rəqəmlərində  isə  tamam  baĢqadır:  vergüldən  qabaq  və 
sonra  gələn  rəqəmlərin  mənası  tamam  baĢqadır:  2,5,  0,25  (yüzlük, 
onluq,  təklik)  və  s.  Burada  iĢarələrin  sintaksisinin  rolu  aydın 
görünür,  ona  görə  bunlar  sadə,  ancaq  çoxsəviyyəli  iĢarələrdir.  Elə 
çoxmərtəbəli  mehmanxana  binalarında  otaqların  nömrələnməsi  də 
sintaksisdən  xəbər  verir:  101  birinci,  201  ikinci,  301  üçüncü  və  s. 
mərtəbələrdəki  otaqları  bildirir.  Deməli,  çoxmərhələli  iĢarələrdə 
sintaksis  var,  ancaq  təkmərhələlidə  mümkün  iĢarələrin  sayı 
elementar iĢarələrin sayına bərabərdir. Ona görə də yol iĢarələrinin 
sayı çoxdur. Çoxsəviyyəli iĢarələrin isə imkanı çox böyükdür. Ərəb 
rəqəmlərilə  milyardları  ifadə  etmək  olar.  Çoxmərhələli  iĢarələr 
birləĢməsi vasitəsilə  yeni informasiyanı mürəkkəb iĢarə  yaratmaqla 
düzəltmək olar. 
Təksəviyyəli  iĢarələr  kompleks  halında  mövcud  olur,  onlar 
hissələrə  bölünmür.  Bölünməzlik  isə  insan  dilinin  ən  mühüm 
əlamətidir. Ġnsana əl verilib, bunula da ağız sözə xidmət etmək üçün 
azad  olub.  Yoxsa  insan  hissələrə  bölünən  səsləri  yarada  bilməzdi, 
çünki onda ağız mırıldamaq, anqırmaq və s. üçün iĢlənərdi.

Müxtəlif heyvanlar müxtəlif səslər çıxarır:  xoruz 15 cür, qaz 
23  cür,  meymun  15-40  cür.  Ancaq  onlarin  heç  biri  sadə  hissələrə 
bölünmür. Ornitoloqlar qeyd edirlər ki, bülbül bir saat oxuyanda 20-
30  elementar  səs  çıxardır.  Lakin  onlar  heç  vaxt  kombinasiyada 
olmur.
4
  Deməli,  poza,  mimika,  jest  həm  insanlarda,  həm  də 
heyvanlarda birsəviyyəli sistemdir. 
 
 
VIII.2. Paralinqvistikanın struktur cizgiləri 
 
Paralinqvistika və davranıĢ semiotik hadisələrin çox geniĢ sahə-
lərdir.  Paralinqvistikanın  sərhədləri  çox  böyükdür.  Onun  hüdudları 
davranıĢla  üst-üstə  düĢə  bilər.  Digər  tərəfdən,  davranıĢ  insan  həya-
tının hər tərəfidir: ev, ailə, məktəb, iĢ, istirahət, mağaza, bazar və s. 
Semiotik  baxımdan  paralinqvistik  vasitələr  həddindən  artıq 
rəngarəngdir.  Onlar  müxtəlif  substansiyaya  (görmə,  eĢitmə  və  s.) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə