Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   54   55   56   57   58   59   60   61   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
180 
(bu da yalnız ayrılıqda verilən məlumatın göndərilməsində məhdud-
laĢa  bilər).  Deməli,  ayrılıqda  məlumat  konkret  forma  düzəltdiyi 
üçün, yəni müəyyən bir simvol ardıcıllığının seçimi, definitiv nizam 
yaradır  ki,  o  da  kodun  qismən  xaotikliyi  (nizamsızlığı)  üzərində 
yerləĢir. 
Ġnformasiya  (məlumatdan  fərqli),  nizamsızlıq  (nizamdan 
fərqli), eyniehtimallılıq (ehtimal sistemindən fərqli) kimi anlayıĢlar 
nisbi adlanır. Mənbə ondan kommunikasiya üçün relevant element-
lər seçən koda münasibətdə entropikdir, ancaq kod seçə bildiyi say-
sız  məlumatlara  münasibətdə  relativ  entropiyaya  malikdir.  Nizam 
və  qeyri-nizam  relativ  anlayıĢlardır.  Əvvəlki  nizamsızlığa  münasi-
bətdə  nizamlı,  sonrakı  nizamlığa  münasibətdə  isə  qeyri-nizamlı 
oluruq,  necə  ki,  gənc  atasına  münasibətdə  cavan,  öz  oğluna  müna-
sibətdə isə yaĢlı olur. Bu məlumatın informasiyası adında xüsusi ti-
pini  ayıranda  çox  səmərəli  olur.  Biz  müəyyənləĢdirdik  ki,  infor-
masiya bütün hallarda müəyyən ehtimallar sistemi içərisində seçim 
azadlığının meydanıdır, ölçüsüdür. 
Kodifikasiyalaşmış  sistemin  funksiyaları  çıxıĢ  məqamını 
(mənbə)  bildirir  və  xəbər  verir,  əks  təqdirdə,  bizim  nəzarətdən  kə-
narda  qalardı.  Eyni  zamanda  məlumatı  bildirməklə  baĢqa  situ-
asiyalarda  müqayisəni  təmin  edir  (baĢqa  rezervuarlarda  suyun 
vəziyyəti, səviyyəsi) , əgər hər iki informasiya mənbəyini bir sistem 
təmin edirsə, deməli, suyun haqqında məlumat vardır. 
Əlamətləri:  sistem  binar  istisnalarla  fərqlənən  və  bir-birinə 
qarĢı  duran  vahidlər  repertuarından  ibarətdir  ki,  yəni  A,  B,  C,  D 
lampalardır. Hər biri baĢqalarına nisbətdə  yerinə və qarĢılaĢmasına 
görə bildirilir. AB o deməkdir ki, BC var, ancaq seçilməyib. 
F.de Sössür struktur yox, sistem iĢlədir ki, onda hər bir dəyər 
öz  yeri  və  fərqilə  müəyyənləĢir;
12
  sistem  o  zaman  üzə  çıxır  ki, 
müxtəlif fenomenlər eyni sistemə yönəlikli bir-birilə müqayisə edilə 
bilsin.  Deməli,  sistemdə  daxili  koheziya  var  və  bu  koheziya  eyni 
əlamətlərdə  üzə  çıxa  bilir.  Məsələn,  fonem.  Hər  bir  fonemin  digər 
fonemə  münasibətdə  dəyəri  müəyyənləĢir.  Fakültətiv  variantlar 
sözləri  və  onların  formalarını  fərqləndirmədiyi  üçün  götürülmür. 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
181 
Burada  çox  ehtiyatlı  olmaq  lazımdır.  Bəlkə,  bölgə,  yaĢ,  sənət 
fərqləri vardır. 
Burada ortalığa sual çıxır: təsvir olunan struktur realdır, yoxsa 
operasional fərziyyədir. 
―Struktur sadələĢdirilmiĢ operasiyalarla düzəlmiĢ elə modeldir 
ki,  o,  müxtəlif  fenomenləri  yalnız  bir  yanaĢma  baxımından 
vahidləĢdirməyə imkan verir..‖
13
 
Məsələn,  fonoloji  struktur  müxtəlif  substansiya  tiplərinin 
köməyilə bütün dilin semantik mənzərəsini vahid Ģəkildə ifadə edir. 
Buraya həm seqment, həm də superseqment əlamətlər daxildir. 
Bu  model  insan  ruhunun  obyektiv  təbiətini  də  metodoloji  və 
ontoloji  strukturalizmə  bölünməklə  tam  əhatə  edə  bilir.  Burada 
mexaniki  fəaliyyətin  ən  sadə  yolu  tapılmalıdır.  Bunun  üçün  əsas 
olan nədir? 
1.  Müəyyən  hadisələrin  fiziki  mənbəyi  olmalıdır  ki,  ondan 
kod müəyyən, relevant götürülə bilən hadisəni seçsin
2. Alınan məlumata birmənalı Ģəkildə reaksiya verməyə qabil 
olan kod olmalıdır; 
3.  Həm  göndərənə,  həm  də  qəbul  edənə  xas  olan  kod 
olmalıdır, özü də çox sadə
4.  Həm  göndərən,  həm  də  qəbul  edən  koda  Ģübhə  etmə-
məlidir. 
Məna ilə insan eyni götürülsə, kodun söykəndiyi eyniehtimallı 
sistem yeganə informasiya mənbəyi olur. Qəbul edən adam olduqda 
siqnal  dünyası  məna  dünyasına  keçir.  Bircə  kod  olmur,  o  nə 
göndərən,  nə  də  qəbul  edən  üçün  eyni  deyildir.  Onda  məlum  özət 
informasiya  mənbəyi  olur.  Ola  bilər  ki,  göndərən  və  qəbul  edən 
kodu Ģübhəyə alsın. Bunlar anlamla bağlı problemlərdir. 
Fərz  edək  ki,  suyun  səviyyəsini  qəbul  edən  maĢından  fərqli 
olaraq, insan 0 səviyyəsini keçməklə təlaĢ keçirir, qorxur, yəni daxil 
olan  siqnala  reaksiya  verir.  Deməli,  siqnal  insan  üçün  həm  də 
―qorxu‖ deyilən konnotativ məna kəsb edir. Siqnifikantın denotativ 
siqnifikatı  olan  0  səviyyədən  savayı  hiss-həyəcan  kimi  psixoloji 
vəziyyət  bildirir.  MaĢın  isə  siqnalın  mənasından  heç  nə  baĢa 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
182 
düĢmür, proqrama əsasən müəyyən bitlə ölçülən informasiya verir. 
Deməli, siqnal siqnifikant forma kəsb edir, anlam ilə bağlanır. 
Ġnsanın qəbul etdiyi kodu biz denotatıv kod adlandıra bilərik. 
Bununla  yanaĢı  siqnifikans  dediyimiz  kimi,  0  səviyyə  ilə  bağlı 
qorxu, həyəcan da bildirir ki, bu yeni bir dəyər sistemidir. Denotativ 
mənadan  aĢağı  yerləĢən  konnotativ  məna  (qorxu,  təhlükəsizlik) 
bildirir ki, onlar bir-birilə üst-üstə düĢür. 
 
   S                        B;                  S                           B 
 
Ġndi  təsəvvür  edək  ki,  dinləyən  həyəcan  təbili  çalır.  Belədə, 
(təhlükə)  ilə  (həyəcan  təbili)  arasında  bir  ekvivalent  münasıbət 
yaranır. Ola bilməz ki, (təhlükə) koduna (faciənin sevinclə gözlənil-
məsi)  reaksiyası  verilsin.  Ola  bilər  ki,  o,  həyəcan  təbili  çalmasın,    
Ģlüzü  açsın  ki,  suyun  səviyyəsi  aĢağı  düĢsün.  Artıq  bu  baĢqa  kon-
notativ  mənadır.  Bu  iki  kod  bir-birini  istisna  etmir.  Qəbuledici 
alternativ iĢləyən kodlardan birini seçə bilər. Bu, məqamdan asılıdır. 
Buna  da  situasiya  deyə  bilərik.  Situasiya  semiotikadan  kənar  kon-
tekstdir,  o  müəyyən  bir  kodun  baĢqasından  seçilib  götürülməsini 
müəyyən edir. 
Deməli,  denotativ  kod  alternativ  deyil,  ancaq  onun  fövqündə 
duran  opsional,  konnotativ  kod  alternativdir.  Onu  subkod  adlan-
dırmaq  olar.  Kommunikasiya  situasiyası  və  dinləyiciyə  dəyərlən-
dirməyə və interpretativ seçim etməyə imkan verən iki mühüm kate-
qoriya xüsusi qeyd olunmalıdır. 
Ġndi  görək  mənbə  yerində  danıĢan  çıxıĢ  edəndə  nə  olur? 
Mənbə ilə informasiyanı göndərən cihaz eyni ola bilər? 
Məlumatı  göndərən  koddan  danıĢır.  Kod  imkan  verir  ki,  çox 
uzun  məlumat  verilsin.  Məlumatın  anlamla  doldurulması  məsələsi 
ortalığa çıxır. Bizim iĢlətdiyimiz terminlər (siqnifikat (məna), deno-
tasiya,  konnotasiya,  kod,  subkod,  situasiya,  bilik  xəzinəsi)  tam 
dəqiqləĢməyib,  verbal  kommunikasiyada  onların  bir  çox  mürək-
kəblikləri var. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə