Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   50   51   52   53   54   55   56   57   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
168 
də  dil  iĢarəsinin  mahiyyətini  açıb  göstərmək  olar.  Özü  də  çıxıĢ 
nöqtəsini məhz dil iĢarələri təĢkil etməlidir. Əksinə yanaĢma burada 
bizə kömək edə bilməz. Dil kommunikasiya prosesinə xidmət edən 
bütün vasitələrin məcmusudursa, iĢarə bu bütövün tərkib hissəsidir 
və bu bütöv daxilində müəyyən edilir, baxmayaraq ki, öz tərəfindən 
iĢarə həmçinin bütövü müəyyənləĢdirir. Deməli, insanların ünsiyyə-
tini  cəmiyyətin  müəyyən  fəaliyyət  prosesinin  tərkib  hissəsi  kimi 
götürməklə biz iĢarə, anlam, məna və s. kateqoriyaları dəqiqləĢdirə 
bilərik.  Bu  anlamdan  çıxıĢ  edərək  iĢarəyə  aĢağıdakı  tərifi  verə  bi-
lərik: 
İşarə  insanın  sensor  üzvlərilə  qavranılan  (eĢitmə,  görmə, 
toxunma,  iybilmə  və  dadbilmə)  və  cürbəcür  maddi  varlıqda  real-
laĢan  elə  bir  əlaqə  formasıdır  ki,  bu  əlaqə  (eĢidilən  səsin,  görünən 
rəngin,  sevgi  hissinin,  mətbəxdə  biĢən  xörəyin  iyi  və  dequstatorun 
çaxırın  dadına  baxmaqla  onun  növünü  müəyyənləĢdirə  bilməsi 
assosiasıyası) insanların qarĢılıqlı ünsiyyətində müəyyən məlumatın 
ötürülməsinə  və  qəbul  edilməsinə  xidmət  etməklə  ətraf  aləmdəki 
predmet  və  hadisələr  haqqında  intellektual  və  emosional  xarakterli 
hisslər oyadır. ĠĢarə iĢarələyənlə (maddi substansiya) iĢarələnin (ob-
yektin, predmetin, hadisənin, gerçəklik dəyərinin) qarĢılıqlı əlaqəsi-
dir.  Ona  görə  də  iĢarənin  mahiyyətini  signum=  siqnans  +siqnatum 
formulu  daha  yaxĢı  əks  etdirir.  ĠĢarənin  predmet  və  əlamətlə  ey-
niləĢdirilməsi  volyuntarizmdir, məsələnin  mahiyyətini  düzgün baĢa 
düĢməməkdən irəli gəlir.  ĠĢarə predmet və  ya  göstərici  ola bilməz. 
Göstərmək,  bildirmək  iĢarənin  funksiyasıdır,  onun  özü  deyildir. 
Qırmızı rəng rənglər spektrində rənginin təbiətinə görə ona verilmiĢ 
addır, onun qanla eyniləĢdirilməsi isə sonralar cəmiyyətdə konven-
siyanın  təzahüründən  baĢqa  bir  Ģey  deyildir.  Orqanizmin  bir  üzvü 
olan əlin o tərəf  bu  tərəfə  tərpənməsi  fiziki hərəkətdir, ancaq onun 
müəyyən  qadağa  bildirməsi  cəmiyyətdə  təcrübədən  yaranmıĢ  və 
vərdiĢə  çevrilmiĢ  iĢarədir.  ĠĢarə  nəyinsə  yerində  iĢlənir,  nəyisə 
təmsil edir, ancaq o, predmetin və ya hadisənin özü deyildir. 
Bu  yanaĢmadan  çıxıĢ  edərək  dil  iĢarələrinə  belə  tərif  verə 
bilərik: 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
169 
Dil  işarələri  eyni  dil  kollektivində  böyümüĢ  insanların 
tələffüz  etdikləril  səs(yazılı)  obrazlarının  ünsiyyətdə  iĢtirak  edən 
tərəflərin  beynində  yaratdığı  təsəvvürlərlə  qarĢılıqlı  əlaqəsinə 
deyilir.  Bu  obrazlar  strukturca  çox  müxtəlif  olur.  Onlar  dildə  bir 
sistem  yaradır.  Deməli,  dil  iĢarələri  eyni  dil  kollektivində  insanlar 
arasındakı ünsiyyətdə meydana çıxır. Heyvanların dilində belə Ģeyə 
yalnız  məcazi  mənada  rast  gəlmək  olur.  ĠĢarələr  öz  funksiyalarını 
bir dil daxilində həyata keçirə bilirlər. Ġnsanların digər üzvlərilə hiss 
etdiyi  təbiət  hadisələri,  təbii  proseslər  dil  iĢarələri  kimi  çıxıĢ  edə 
bilmirlər. 
Dildəki iĢarə sistemləri signifikant baxımından müəyyən prin-
siplərə əsasən üzvlənə bilir. 
Deməli, kiçik elementlər kimi dəyərləndirilən iĢarənin özü de-
yil,  yalnız  onun  siqnifikantının  səsli  ya  da  yazılı  elementləridir. 
Ancaq təəssüflər olsun ki, dil iĢarələri bəziləri tərəfindən sözlə eyni-
ləĢdirilir.  Məs.,  A.  ġaff  yuxarıda  adını  çəkdiyimiz  əsərində  yazır: 
―Bu mənada mən irəlidə ―dil iĢarəsi‖ni qrammatik anlamda səsli di-
lin  xüsusi  elementi  olan  ―sözlə‖  (yəni  müvafiq  dilin  qrammatika-
sında  söz  kimi  tanınanla)  eyniləĢdirirməklə  bilərəkdən  situasiyanı 
sadələĢdirirəm,  məni  buna  qarĢıdakı  təhlilin  məqsədi  vadar  edir‖.
5
 
Daha sonra müəllif fonemdən və morfemdən imtina etməsini əsas-
landırmağa  çalıĢır.  Çünki  onun  fikrincə,  söz  dilin  ən  kiçik  vahidi 
kimi  morfologiya,  sintaksis  və  semantikanın  qaydalarına  rəğmən 
müstəqil  məna  vahidi  kimi  çıxıĢ  edə  bilir.  Bunda  iĢimiz  yoxdur. 
A.ġaffın sonrakı fikri müəllifin iĢarə ilə bağlı nə qədər dolaĢıq möv-
qedə  olduğunu  sübut  edir.  O  yazır:  ―Mən  mənaca  ―söz‖  terminini 
―dil iĢarəsi‖ terminilə eyniləĢdirməklə həmçinin ―dil iĢarəsi‖ termi-
nini dil mənasının maddi daĢıyıcısının adı üçün iĢlənə bilməsi prob-
lemini  həll  edərək  (yəni  verilmiĢ  sözün  yalnız  səs  və  ya  yazıdakı 
rənglı izini) dar anlamda baĢa düĢürəm və  ya geniĢ anlamda maddi 
varlığı  onunla  nəzərdə  tutulan  vəhdəti  əmələ  gətirən  bütövü  baĢa 
düĢürəm.  Ġndiyə  qədər  deyiləndən  belə  çıxır  ki,  mən  ―dil  iĢarəsi‖ 
anlayıĢının  bu  ikinci  mənasını  nəzərdə  tuturam.  Bununla  da  mən 
müvafiq  mənanın  daĢıyıcısının  maddi  daĢıyıcısı  terminilə  ―səsli 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
170 
sözü‖ və  ya ―yazılı  Ģəkil‖ göstərirəm  (dil iĢarəsinin səslənmədə və 
ya transkripsiyada iĢlənməsindən asılı olaraq)‖.

Biz  yuxarıda  iĢarəni  siqnifikat  və  siqnifikantın  vəhdəti  kimi 
baĢa düĢdüyümüzü vurğulamıĢıq. Elə isə söz iĢarə olursa, bəs onun 
iĢarələyəni  harda  qaldı.  Hətta  burada  dillə  təfəkkürün  vəhdətdə 
olması fikri də kömək etmir. Doğrudan da, verbal ünsiyyətdə bunun 
belə olduğunu heç kəs inkar edə bilməz, çünki bütün əqli fəaliyyət 
və  fikirlərin  ötürülməsi  qarĢılıqlı  ünsiyyət  vasitəsilə  həyata  keçir. 
Lal-karların ünsiyyətində də söhbət ya öyrənilmiĢ dildən, ya da səsli 
dilin  əl-qol  hərəkətləri  Ģəklində  transpozisiyasından  gedir.  Bu  axı-
rıncı  normal  dil  daĢıyıcısının  lal-karla  ünsiyyətində  müĢahidə  olu-
nur. 
Rus  alimi  V.Zveginsev  (1910-1988)  dilin  iĢarəvi  xarakterdə 
olmasını aĢağıdakı kriteriyalarla inkar edir. O, iĢarələrin qeyri-məh-
suldarlığını  (iĢarə  iĢarələnən  predmetin  inkiĢafına  yardımçı  ola 
bilmir, baĢqa iĢarələrlə yaradıcı kombinasiyaya girə bilmir), iĢarə ilə 
onun  mənası  arasında  məzmun  əlaqəsinin  olmamasını,  iĢarə  və 
onun mənasının avtonomluğunu, iĢarənin birmənalılığını və iĢarədə 
emosional  –  ekspressiv  elementlərin  çatıĢmazlığını  əsas  götürərək 
dili iĢarələr sırasına aid etmir. O, müstəsna hal kimi terminoloji ba-
xımdan sözlərin iĢarələrin xüsusi kateqoriyasına aid edilə biləcəyini 
istisna  etməsə  də,  danıĢıq  dilinin  saözlərini  qəti  Ģəkildə  iĢarə  kimi 
qəbul etmir.
7
 
Fikrimizcə, alman alimi V.Porsiqin (1896-1961) iĢarə ilə bağlı 
fikirləri  daha  düzgündür.  O  israr  edir  ki,  dilin  sözlərini  biz  sadəcə 
olaraq  iĢarə  kimi  götürə  bilmərik,  çünki  onlar,  birincisi, 
konvensional  deyildir,  ikincisi,  çünki  insan  danıĢığa  iĢarələrdə 
olduğundan  fərqli  reaksiya  verir,  çünki  danıĢıqda  qıcıqlanmaya 
iĢarələnəndən  gələn  qıcıqdan  baĢqa  həmsöhbətdən  gələn  qıcıq  da 
əlavə olunur.

Dili xüsusi iĢarələr sistemi  kimi  götürən alimlər  həm  də onu 
əsas  gətirirlər  ki,  dil  iĢarələri  dildənkənar  iĢarələrlə  xüsusi  müna-
sibətdə olurlar (dil iĢarələri dildənkənar iĢarələr üçün mühümdürsə, 
bu  hökmün  əksi  düzgün  deyildir),  onda  dil  iĢarələrinin  xüsusi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə