Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   48   49   50   51   52   53   54   55   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
161 
minumumluğu və ya heç olmaması ilə müəyyənləĢir. 
Məlumatın  açılması  onu  göndərənin  niyyətinə  adekvat 
olmalıdır.  3-cüsü  məlumatın  verilməsi  və  alınması  onu  iĢlədənlər 
üçün rahat olmalıdır. KodlaĢmanın izafiliyi və kodun, kanalın küyə 
(maneəyə)  davamlılığı,  deyildiyi  kimi,  izafiliklə  müəyyən  edilir. 
BaĢqa  sözlə  göndərilən  məlumatda  ―artıq‖  iĢarələr  olur.  Məhsulu 
bükürlər ki, dağılmasın, açara brelok taxırlar ki, itməsin. Qapı bre-
lokla  açılmır  ki,  o  açarı  müĢayiət  edir,  informasiyanı  təkrar  və  ya 
ona kömək edir. Hazırda maĢın qapıları, mehmanxana otaqları elek-
tron açarla açılır, ancaq açarsız bağlanır. Ərəb rəqəmlərində vergülü 
sola  və  sağa  keçirməklə  rəqəmlərin  mənası  10  dəfə  artır  və  ya 
azalır: 126,57. Pulu alanda həm rəqəmlə, həm də yazı ilə göstərilir. 
6  rəqəmli  sayı  tapmaq  olmur,  ancaq  sözün  yazısı  onu  bütövlükdə 
tanımağa  kömək  edir.  /tkr/  samitlərlə  sözün  /təkər/  olduğunu 
tapmaq olar: /qar/ fonem ardıcıllığına hansı saitləri artırsaq yeni söz 
yaranar: /gar+ı/, /gar+a/. Deməli, bu /gar/ fonem birləĢməsinə /o, ø, 
y,  i,  ə,  e/  saitləri  artırıla  bilməz.  Bu,  fonemin  iĢlənməsi  ehtimalını 
müəyyənləĢdirməkdə mühüm rol oynayır. 
Bəzi dillərdə (rus, alman) dildəki təkrar forma bütöv strukturu 
bərpa etməyə imkan verir. Məs., /вижу большого … (mütləq canlı 
kiĢi  cinsli  söz  olmalıdır)  (человека,  ребенка  və  s.),  (yoxsa/ 
большой...  kiĢi  cinsli  cansız,  qadın  cinsində  olsaydı/...  большую/ 
olardı və s. 
Statistik  hesablamalar  göstərir  ki,  yazılı  məlumat  müxtəlif 
dillərdə eyni dərəcədə izafıdır: 60-70% (üslubi dəyərləndirmə baĢqa 
Ģeydi,  izafilik  deyil,  o,  danıĢığın  qüsuru  kimi  göstərilə  bilər: 
sentyabr  ayında,  yaxĢı-yaxĢı  fikirləĢ  və  s.).  Ġzafiliyə  fonem  və 
qrafemlərin danıĢıqda müxtəlif tezlikdə iĢlənməsi səbəb olur. Bədii 
əsərlər, özü də poetik, qəzetdən az öncəgörüləndir. 
Ġnformasiya  nəzəriyyəsində  konkret  məlumat  növlərində  iza-
filiyin hesablanması çox vacib məsələdir (müxtəlif Ģəkillər, çertyoj, 
kart, fototeleqram, televiziya görüntüləri). Süni semiotikalarda iza-
filik  azdır.  Ancaq  informasiyanın  verilməsində  izafilik  maneənin 
dəfni vasitəsi kimi baĢa düĢülür. Məlumata əlavə yoxlayıcı rəqəmlər 
verilir. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
162 
Qəbul  edilən  informasiyada  koddan  sapmanın  olmaması 
kodun  etibarlığı  deməkdir.  ġərti  olaraq  buna  semiotikanın 
―dəqiqliyi‖  deyilir.  Bu  da  subyektdən  asılıdır.  Adresat  mənası 
dəqiqliklə  göndərilən  informasiyanı  qəbul  edir.  Sapma  pis  bilmək, 
pis  xətt,  yorğunluq  kimi  subyektiv  amillərlə  yanaĢı  kağızın  yaxĢı 
olmaması,  çapın  ağlığı  və  s.  kimi  obyektiv  amillərdən  də  asılıdır. 
Kodun dəqiqliyi kanalın etibarlığı (pis eĢidilən (görmə), ötürücülük 
qabiliyyəti,  göndərənin  və  qəbuledənin  danıĢığında,  qulağında 
defekt  və  s.  Süni  dillərdə  dəqiqlik  daha  çoxdur.  Birin-birə 
münasibəti  olan  semiotikalarda  (riyazi  formada,  terminlərdə)  
dəqiqlik yüksəkdir. 
Təbii  dildə  çoxmənalı  sinonimlik  izafiliyi  qüvvətləndirir, 
variativlikdə çeviklik, elastiklik, differansiasiya var. 
Ünsiyyətdə əsas problemi çoxmənalılıq yaratmır. Məs., – saat 
6-da  gələrsən  (Bu  həm  axĢam,  həm  də  səhər  ola  bilər).  Ona  görə 
ünsiyyət dəqiqləĢdirilir: saat 6-da axĢam, ya səhər? - əlbəttə, axĢam. 
Ünsiyyət  uğursuzluğu  leksik  çoxmənallığı  ilə  də  ola  bilər.  Bu 
həmsöhbətlərdən  birinin  sözün  semantikasını  bilməməsilə  də  bağlı 
ola bilər. Əsas ünsiyyət uğursuzluğu kommunikativ niyyəti və praq-
matik  aspekti  bilməməzlikdən  irəli  gəlir.  Ciddi  ünsiyyət  uğur-
suzluğu isə psixoloji əsasa malikdir.
21
 
Kommunikativ uğursuzluğa dilxarici amillər də təsir edir (səs-
küy,  musiqi,  kifayət  qədər  dili  bilməmək,  subyektiv  və  s.).  Ancaq 
anlamağa üç Ģərt kömək edir: presuppozisiya, insanın informasiyanı 
qəbul etmək bacarığı, bir də izafilik. 
Ancaq  qəbuletmədə  açmanın  çətinliyi  əsasən  qeyri-verbal 
incəsənət əsərlərində (musiqi və arxitektura), mifik, poetik, bədii və 
fəlsəfi mətnlərdə, Ģərh edəndə zaman və məkan uzaqlığı. Hər halda 
tam baĢa düĢülməmiĢ mətnlər çoxdur. 
Kodun  istifadə  xüsusiyyətləri.  Süni  semiotikaların  əksəriyyəti 
informativ  effektivlik  və  etibarlılıq  baxımından  təbii  dillərə  üstün 
gəlir. Onlar məntiqidir, rasional və internasionaldır. Deməli, formal 
dillər  daha  rahatdır.  Ancaq  formal  dillərin  sosial  iĢlənməsində 
cəmiyyət  baxımından  böyük  problemlər  var.  Əvvəla,  onlar  cəmiy-
yətin normal həyatı üçün vacibdir. Ġdarəetmə, aĢkarlıq, qəbul olunan 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
163 
qərarlara  nəzarət  baxımından  cəmiyyət  üçün  formal  dil  vacibdir. 
Ancaq  bunun  üçün  cəmiyyətin  daha  böyük  kəsimi  o  prosesləri 
öyrənməlidir. Ekologiya, ekonomika, hərbi və bank sahəsində külli 
miqdarda vəsait xərcləməklə problemləri həll etmək olar. 
Təbii  dil  bütün  cəmiyyət  üzvlərinin  uĢaqlıqdan  əldə  etdiyi 
sərvətdir. O təbii  yolla mənimsənilir. Bu da onun kardinal üstünlü-
yüdür.  Təbii  dildə  göndərilən  informasiya  adətən  birmənalı  qarĢı-
lanır, ancaq süni semiotikalarda bu belə deyil. 
Təbii  dildə  nisbətən  yüksək  dəqiqlik  və  müəyyənlik  var, 
danıĢıqda söyləmlər asan və sadə olur. Amma süni semiotikada, din 
və  fəlsəfədə  bu  heç  də  belə  deyil.  Dil  məcburidir,  ancaq  iĢlənilən 
semiotika müəyyən mənada fakültətivdir, hər halda opera, balet və 
təsviri incəsənət bütün millətlərdə yoxdur. 
ĠĢarə  məzmununun  aspektləri:  denotat,  semantika,  sintaktika, 
praqmatika  və  siqmatika.  Bu  axırıncını  Q.Klaus  əlavə  edib. 
Beləliklə, iĢarə və onun aspektlərini belə sxemləĢdirmək olar.
22 
 
I
ş
ar
ə
Pa
ra
diq
m
atik 
asp
ekt
 (s
iste
m
d
ə
i
ş
ar
ə
l
ə
rin
qa
r
şı
l
ı
ql
ı ə
laq
ə
si)
Si
nt
aq
m
at
ik
 a
sp
ekt
 (
m
ə
tn
d
ə
i
ş
ar
ə
l
ə
ri

bi
r-
bi
ril
ə
ə
la
q
ə
si
)
Pra
qm
ati
k a
sp
ekt
D
en
ot
at
iv
 a
sp
ekt
 (p
re
dme
tl
ə
ə
la
q
ə
)
I
ş
ar
ə
l
ə
rin
  
  
  
  
xa
ric

al
ə
ml
ə
ə
la
q
ə
si
I
ş
ar
ə
l
ə
ri
n
semiotikadaxili
ə
laq
ə
l
ə
ri
i
ş
l
ə
nm
ə
si
n
d
ə
n
as
ı
l
ı
I
ş
ar
ə
l
ə
rin
olaraq
ə
laq
ə
si
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə