Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
155 
 
       ing.                            rusca                            azərb. 
arm of a river               рукав реки      
 
çayın qolu 
head of a mountain      вершина горы 
         dağın baĢı  
və s. 
 
Ġndi də geniĢ metaforluq iĢlənir 
The lunges      
 
Легкие         
 
Bakının  
of London   
 
Лондона    
 
ciyərləri var 
Metonim  və  sinekdox  bütövlə  hissənin  əlaqəsidir.  Metonim 
çox  çevikdir,  metafordan  az  diskretdir,  ona  görə  də  məzmunun 
baĢqa müstəviyə keçməsinə Ģərait yaradır: 
хлеб – зерно, посев хлеба, тест, буханки və s. 
Dil xaricində metafor və metonimiya. 
Tropların  nomenklaturu  =  metafor,  Ģəxsləndirmə,  metonim, 
sinekdox,  hiperbol,  litot,  ironiya,  burada  geniĢlənmə,  daralma, 
dəqiqləĢmə,  funksiyaya  görə  keçmə  və  s.  fərqləndirilir.  Əslində 
bunlar təbii dilin bütün zənginliyini açıb göstərə bilmir. 
Simvollar  (rəmzlər).  Görünür  simvollar  obrazlardan  yaranıb. 
Simvollar kollektiv Ģüura xasdır, hamıya məlumdur. Hamı bilir ki, 
ağ  göyərçin  sülhün  simvoludur.  Qeyd  edək  ki,  bu  simvol  Ç.Pirsin 
terminindən fərqlidir. Pirsdə simvol konvensional elementar iĢarədir 
və  motivli  indekslərə  və  ikonlara  qarĢı  qoyulur.  Xaç  xristianlığın 
əlaməti,  ―Titanik‖  faciənin  simvolu  və  s.  Ağzında  çöp  Nuhun 
yanına  dünya  daĢqının  sonunu  bildirməsi  üçün  uçan  göyərçindən 
fərqli olaraq sülhün rəmzi olan göyərçinin dimdiyində çöp yoxdur. 
Ancaq  bu  göyərçin,  qağayı  deyil.  Ġdeyanı  dərindən  bildirir. 
Obraz  simvola  keçəndə  Ģəffaf  olur:  anlam  onun  içindən  keçərək 
anlam  dərinliyi  və  ya  perspektivi  bildirir.  Ancaq  heç  də  hər  obraz 
anlama  keçmir.  Fikri  obrazlar  n-qədərdir,  ancaq  konkret 
mədəniyyətdə  simvollar  çox  deyil.  BaĢa  düĢülməyən  simvol  yad 
iĢarədir,  simvol  deyil;  iĢarə  ilə  simvolun  fərqini  aĢağıdakı  kimi 
açmaq olar. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
156 
1.  Simvol  hərəkət  proqramını  təyin  edir  və  davranıĢın 
modelini  yaradır.  ĠĢarəyə  insana  münasibətdə  zahiri  qıcıqlanma, 
simvola isə daxili əxlaqi inam uyğun gəlir. 
2.  Simvol  ümumi  davranıĢ  modeli  yaradır,  iĢarə  isə  konkret 
hərəkətləri  nizamlayır.  Ona  görə  də  yol  hərəkəti  niĢanları  deyilir, 
onları simvol adlandırmaq olmaz 
3.  Simvol  ünvansızdır  və  ünsiyyətə  köklənməyib.  Simvol 
bədii, mifik, dini düĢüncəyə yaxındır, iĢarə isə ünsiyyətə köklənib. 
4.  ĠĢarə  ―yalan‖  deyə  bilər,  simvol  isə  aldada  bilər.  Simvol 
güclüdür,  amma  köməksizdir.  Onu  saxtalaĢdırmaq  olur.  Simvol 
aqoniya  yaradır.  ĠĢarədə  isə  yalnız  etiket  riyakarlığı  özünü  göstərə 
bilər. 
5.  Simvol  olmaq  həyat  yolunu  və  davranıĢ  modelini  seçmək 
funksiyası qazanmaqdadır.
19
 
Emblem hər hansı bir predmetin təsviridir və predmet əĢyanın 
ifadəsi  kimi  çıxıĢ  edir. Emblem  və  simvol  bir-birini  əvəz edə bilir. 
Qara  gül  kədərin,  qırmızı  gül  isə  məhəbbətin  emblemidir  (sim-
voludur). 
Amerikada 5-sentli pulun üstündə hindinin profildən Ģəkli bu 
ölkənin  ideal  keçmiĢə  malik  olduğunu  göstərir.  Burada  emblemlə 
simvol  üst-üstə  düĢür.  Ancaq  simvol  abstrakt,  emblem  isə  konkret 
obyektin təsviridir. Emblemin mənası siomvolunku kimi dərin deyil. 
Emblem çoxdur, simvol az. XVIII-XIX əsrlərdə Avropa ordularında 
hər bir hissənin öz emblemi vardı. Ġndi də Avropada hər bir Ģəhərin 
öz emblemi var. Ticarət markaları, loqotiplər emblemlərə aiddir. 
Alleqoriyalar (baĢqa cür ifadə). Burada sırf sosial konvensiya 
əsasında hər hansı bir mücərrəd ideya öz vizual və ya verbal obrazı-
nı tapır. Gözü bağlı qadın əlində tərəzi ədalətin Ģərti rəmzidir. Əlaqə 
yaratmaq  asan  olmur:  ədalətlə  gözü  bağlı  qadın  arasında  əlaqə  ya-
ratmaq çətindir. Alleqoriyanın mənası haqqında əvvəlcədən razılaĢ-
maq  lazımdır.  Alleqoriyanın  mənasını  tutmaq  üçün  bilik  gərəkdir 
(məktəbdə).  Əvvəllər  vizual  idi,  sonralar  sözlə  deyildi.  Arxitektura 
alleqoriya ilə doludur: barokka, klassizm və s. Onların bəzi cəhətləri 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
157 
emblemlərlə,  digərləri  simvollarla  bağlıdır.  Alleqoriyanın  anlamı 
birmənalıdır. 
ĠĢarələr-konstruksiyalar:  formula,  süjet,  kompozisiya.  Burada 
komponentlərin tərkibi qarĢılıqlı əlaqə ilə məkan, zaman, məntiq və 
hierarxik baxımdan verilir. 
Qraflar (metropoliten sxemi), ağac sintaktik  əlaqələrin göstə-
ricisi  kimi,  polimetlərin  struktur  formaları,  blok-sxem,  matrisa, 
modellər,  histoqramlar,  xəritələr,  tipoqrafik  planlar,  sxemlər  və  s. 
Onlar  daxili  əalaqələri  daha  əyani  Ģəkildə  göstərə  bilir.  Məsələn, 
Mendeleyev  cədvəli:  Bunun  əsasında  D.Ġ.Mendeleyev  (1834-1907)  
1869-cu  ildə  S.Peterburqda  periodik  qanunu  kəĢf  etdi.  Ġndi  onun 
yüzlərlə  variantı  var.  Kompozisiya  obyektin  strukturunu  açıb  gös-
tərir.  Məsələn,  kitabın  mündəricatı.  Süjet  və  kompozisiya  ümumi 
quruluĢ əlamətlərini bildirir. 
 
 
VI.8. İşarələrin və işarə sistemlərinin məzmunu 
 
Semiotikanın  səciyyəsi  üçün  əlamətlər  iĢarənin  müəyyən 
məlumatı  göndərəndə  özünü  büruzə  verir.  Ġnformasiyanın  xarakte-
rindən  asılı  olaraq  bir  neçə  funksiyanı  fərqləndirmək  olar.  ĠĢarənin 
məzmunu  fəlsəfi  problemdir  və  Ģüurun  ontoloji  və  fəaliyyətin 
növləri məsələlərilə bağlıdır. 
Ġlk  öncə  aydınlaĢdırılmalıdır  ki,  iĢarə  sistemi  hansı  və  nə 
həcmdə informasiya ötürə bilir və nə dərəcədə ünsiyyətdə etibarlıdır. 
Bu  da  informasiyanın  kodlaĢmasından  və  dinləyici  tərəfindən 
adekvat  qəbulundan  asılıdır.  Hansı  informasiyanın  verilməsindən 
isə  semiotikanın  funksiya  tərkibi  asılıdır.  Burada  bir  neçə  qütb 
çarpazlaĢır. 
1.  Subyektivlik  və  obyektivlik.  Heyvanların  ötürdüyü  infor-
masiyaların  hamısı  subyektin  özü  haqqındadır.  Müəyyən  hallarda 
ardıcıl olaraq partnyora məlumat göndərilir (bura mənim zonamdır, 
gəlmə).  Obyektiv  informasiyada  subyektiv  dəyərləndirmə  və  ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə