Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
152 
Ritual  elementlərinin  primatların  və  həĢəratların  hərəkətində 
müĢahidə olunması bu fikri təsdiq edir. Ġkincisi, arxaik mədəniyyətlə-
rin tədqiqatçılarına qədim qeyri-verbal (yəni sözsüz) rituallar bəllidir. 
Üçüncüsü,  qədim  xalqların  mifologiyasında  və  folklorunda  onlara 
rast  gəlmək  olur.  And  içmə  sözlü  ritual  akta  misal  ola  bilər.  Lakin 
baĢlanğıcda söz yox, bədən hərəkəti və jest olub. Qədim xalqlar and 
içəndə  əllərini  müqqədəs  Ģeyə  vurmağa  çalıĢırdılar.  Elə  indi  də 
(çörəyə, Qurana və s.). Ġndi bayrağı öpmək, silahla torpağa əyilmək 
o zamandan qalmadır: Əl ürəyin üstündə həqiqəti demək rəmzidir. 
 
 
 
 
 
 
Rəqsdə çoxfunksiyalı hərəkətlər 
 
Bədən  jestlərindən  fərqli  olaraq  rəqsdə  hərəkətlər  çox  funk-
sionaldır.  Rəqs  ritual  və  magik  bədən  hərəkətlərindən  yaranıb, 
ancaq inkiĢaf edib, çoxlu utilitar funksiya qazanıb. 
Ġlkin  qəbilə  rəqsləri  qəbiləni  birləĢdirmək  funksiyası  daĢıyıb, 
vahid  ritmə  tabe  etmək,  hərbiçiləri,  ovçuları.  Rəqs  kenqurunun 
atılıb-düĢməsinə, Ģahinin uçuĢuna, bizon ovuna, avarçəkməyə, əkinə 
və  biçinə,  niĢana,  nikaha,  ölümə  və  s.  oxĢadılırdı.  Qədim  Misirdə 
rəqslə  göy  cisimlərini  təsvir  edirdilər,  arvad  seçirdilər.,  onların 
razılığını  alırdılar  və  s.  Rəqs  emosional  vəziyyətin  ifadəsidir,  gər-
ginliyin azalmasıdır. 
Teatrda  semiotikanın  əsasını  və  mərkəzini  artistin  oyunu 
təĢkil  edir.  Burada  əsas  vahid  bədən  və  mimika  hərəkətlərinin 
akkordudur. Səhnədə dialoqda replika əsas rol oynayır. 
Artefaktlar-iĢarələr:  kult,  reqaliya,  arxitektura  və  skulptur 
tikintilərində. Ġtaət təbii obyektlərə (ağaca, ildırım vurub parçalamıĢ 
ağaca, daĢ, parçasına və s.), bu əĢyaların təbii xüsusiyyətləri kölgə-
də  yox  olanda,  ancaq  onlar  praqmatik  funksiya  daĢıyanda  olur. 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
153 
Monamaxın  papağı,  Ģərəfinə  ucaldılmıĢ  memarlıq  abidəsi  onu  və 
binanı tikəni və ya sponsoru Ģərəfləndirməyə xidmət edir. 
Ġntonasiya iĢarələri: ritm, melodiya, metr. 
Ritm  müəyyən  elementlərin  ardıcıl  təkrarıdır.  Ritm  təbiətdə 
və  insanda  müĢahidə  olunur.  Ġnsanın  hərəkətində  və  danıĢığında, 
xüsusilə onun rəqslərində və artistin hərəkətində bunu aydın sezmək 
olur. 
Ġnsan  danıĢığında  ritm  həm  intellektual,  həm  də  emosional 
həlli vəziyyəti bildirir. Ritmin musiqidə və poetikada rolu böyükdür. 
ġeirin  inyonasiya  təĢkilinin  ekspressiyası  ritm,  metr  və  ya  ölçü  ilə 
müəyyənləĢir, mətnin bəndlərə və misralara ayrılması ilə təyin edilir. 
Adətən  ritmi  qəmli,  həyəcanlı,  bayramsayağı,  cəld,  düĢündürən, 
onopest, sərbəst dokliliya, xorey kimi növlərə bölürlər. 
Ancaq Ģair yazanda niyə bu və ya digər ölçünü seçir? sualına 
cavab vermək çətindir. Fəlsəfi, lirik, sonet, publisistik və s janrlarda 
ölçülər müxtəlif olur. 
Ancaq  Füzuli,  Sabir  və  ġəhriyar  ölçüləri  aparıcı  hesab  edilə 
bilər. 
Canı canan diləmiş verməmək olmaz, ey dil. 
                                                                (Füzuli) 
Millət necə tarac olur olsun, nə işim var? 
                                                                (Sabir) 
Türkün dili tək işvəli bir dil ola bilməz. 
                                                               (Şəhriyar) 
və s. 
Vüsala  yetiĢməyən  məhəbbət  mövzusu  bütün  ölçülərdə 
mümkündür;  belə  Ģeirlərdə  əsasən  təbiət,  qüssə,  ölüm  və  s.  ifadə 
olunur.  Bu  3  stoplu  xoreyada  mümkündür.  3-stoplu  amfibraxiyada 
ballada romantikası, xatirələr, yuxugörmə, ayrılıq intonasiyası daha 
qabarıq olur. 
Obrazlar:  Rəqs  pa-sı,  musiqi  motiv  və  Ģeir  ölçüsü  bədii  dilin 
əsas  vahidləri-  iĢarələrdir.  Estetikada  və  fəlsəfədə  həmin  semantik 
növlər  incəsənət  dilini  təĢkil  edərək  bədii  obraz  adlanır.  Obraza 
anlayıĢ  paradiqminə  simvol,  emblem,  alloqrafiya,  konsept, 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
154 
konststrukt  kimi  koqnitiv-semiotik  kateqoriyalar  daxildir.  Onlarda 
mürəkkəb iĢarələr klassdır. 1) Obraz fərdi-subyektiv olur. Hər kəsdə 
fərqli olur. Çay, məktəb təsəvvürü; 2) Obrazın məzmunu formadan 
ayrılmazdır:  dahi  təsəvvürü  mümkündür,  ancaq  dahilik  təsəvvürü 
olmur; 3) Obrazda hissi- əyani məzmun üstünlük təĢkil edir (hərrac 
obrazı-aksiyalar, onların kursu və s.); 4) Obraz mütləq mənəvi-ideal 
baĢlanğıcı ehtiva edir. Məs., insan obrazı, ancaq stol obrazı demirlər 
(alm.  Gestalt,  ing.  image,  fr.  image,  rusca-obraz)  fikri  (təsəvvür 
edilir),  verbal  (trops),  bədii  (incəsəntdə)  olur.  Fikri  obrazlar  daxili 
koqnitiv  düĢüncənin  məhsuludur.  Onlardan  Ģəxslərarası  ünsiyyətdə 
istifadə olunmur. Sayı çoxdur. 
Verbal  obrazlar  (troplar),  metaforlar,  Ģəxsləndirmə  (prozepe-
ya), metonimiya, sinekdox və s. geniĢ yayılmıĢdır. 
Bunlar qədim yunan fəlsəfəsindən gəlir. Çevrilmədir, dəyiĢil-
mədir, dönüĢdür, mətni zənginləĢdirən vasitələrdir. 
Ritorikanın  bəlağətli  danıĢıq  bölməsi  (lat.elecutio)  nitqi 
bəzəmək  elmi  adlanırdı  (lat.ornatus).  Əsas  vasitələr  isə  troplar  və 
fiqurlar  idi.  Troplar  (yunanca  tropos-çevrilmək,  dönmək)  yalnız 
poeziyada  iĢlənirdi.  Klassik  Roma  ritorikasının  banisi  Kvintilian 
(təxminən 35-96)  yazırdı:  ―Metaforu bizə  təbiət  bəxĢ  edib,  belə ki, 
ondan  adətən  savadı  olmayanlar  da  fərqinə  varmadan  istifadə 
edirlər.‖
18
  
Metafor  və  Ģəxsləndirmə:  stolun  ayağı  deyəndə  predmeti 
insana  bənzədirik,  Ģəxsləndiririk.  Elə  metaforlar  var  ki,  onlarda 
cansız  predmet  canlıya  bənzədilir.  Məs.,  cəmiyyətin  qaymağı; 
oxĢarlıq  üzrə  keçmə:  gəminin  burnu.  Əsatirə  görə  dünyanın 
yaranması sözlə olub. Brahmanın sözü ilə əvvəllər dünya yumurtası 
yerə  və  göyə  parçalanıb.  Dünya  ilkin  insanın  nəhəng  bədənindən 
yaranıb:  çoxlu  göz,  baĢ,  əl,  ayaq.  PuruĢinin  bədəni  (Vedi  dilində 
adam  deməkdir)  dünyanın  əsas  ünsürləri  olub:  ruhu  ay,  baĢı  göy, 
ayaqları  yer, ağzı müqəddəs. Ġndra çayı. Makrokosmos elementləri 
(göy,  yer,  su,  külək,  günəĢ,  dağlar,  çaylar)  mikrokosmosun 
elementləri kimi  təsəvvür edilib.  Dillərdə  dünyanın  adam  bədəninə 
oxĢamasına çoxlu söz tapmaq olur: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə