Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
140 
UĢaq ana dilini təbii mənimsəyir: oxumağı və yazmağı isə ana 
dili  dərsləri  vasitəsilə  öyrənir.  Bundan  baĢqa  bu  dərslər  insanın  dil 
və kommunikasiya kompetensiyasının dərəcəsini artırır.
5
 
 
 
VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması 
 
Taksonomik Ģərh bu iki iĢarə növünün qarĢılaĢmasından baĢ-
lasa da, onların fərqli və oxĢar cəhətlərini görə bilərik. 
Sadə iĢarələr özlərində baĢqa iĢarəyə malik deyil və ilkindirlər, 
yəni  nə  formal,  nə  də  semantik  cəhətdən  düzəltmə  deyillər:  itin 
hürməsi,  xoruzun  banı,  xudahafizləĢmə  iĢarəsi  (hələlik),  dilin 
sözləri,  təcili  yardımın  ayparası,  yol  niĢanları  (ötmək  qadağandır, 
bərabərlik iĢarəsi, musiqidə açar 

, müəllifin hüququnun qorunması 
iĢarəsi ©, qızılın xəritədə yeri və s.) 
Mürəkkəb iĢarələr bir neçə sadə iĢarənin birləĢməsidir. Məsə-
lən, itin  hürməsi  və  diĢini  qıcadaraq mırıldaması, xüdahafizləĢəndə 
əllə görüĢmə və öpüĢmə, sözlə ―hələlik‖ söyləm (cümlə), müqayisə 
(qar kimi ağ), metafor, trop, Ģeir, təsviri incəsənət əsəri, uĢağın xaç 
suyuna salınması və ya sünnəti, coğrafi xəritə, rəqəmlərin istənilən 
birləĢməsi (0,8,08), formul (2+2), banknot, hərbidə mundir, emblem 
və Ģalvarın qırağında zolaqlar və s. 
Ümumiyyətlə, sadə və mürəkkəb iĢarələrin səviyyə və hierar-
xiyasını tam müyyənləĢdirmək hələ mümkün olmamıĢdır. 
Semiozisin üç mərhələsi və iĢarələyənlə iĢarələnən arasındakı 
əlaqənin  xarakterinə  görə  iĢarələrin  3  tipini  fərqləndirirlər,  bu 
zaman əlaqə iki cür olur. 
1)  motivləĢən,  yəni  təbii,  Ģərti.  Bunlar  da  iki  cür  olur:  a) 
hadisələrin  qarıĢması;  2)  onların  oxĢarlığı.  Ç.Pirs  iĢarələyənlə 
iĢarələnənin 3 əlaqə tipini əsas göstərərək iĢarə-indeks, iĢarə-kopiya 
və iĢarə-simvolları fərqləndirirdi.  
Bunlar semiozisin əsas mahiyyətini açır. 
1)  ĠĢarə-indeksləri simtomlar da adlandırırlar (təbabətdə, əlin 
qızarması  hərarətin  qalxmasının,  xəstəliyin  əlamətidir).  Bunları 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
141 
metonomik  xarakterə  malik  kimi  göstərirlər.  Burada  təbii  üst-üstə 
düĢmə var. 
2) ĠĢarə-kopiyalar (bunlara ikonlar, ikonik iĢarələr də deyirlər). 
Burada oxĢarlıq, bənzərlik var. Bunlar metaforikdir: juk (cücü)-juk 
(bar) və s. 
3)  ĠĢarə-simvollarda  motivləĢmə  yoxdur.  Niyə  balıq  balıqdır, 
4 isə 4-ü bildirir. 
Bu üç səviyyə əlaqələri tam əks etdirir. Onlar dərəcəni bildirir. 
Az Ģərtlilik indeksə, çox Ģərtilik isə simvollara xasdır. 
Ç.Pirs qraduallığı baĢa düĢürdü. Ona görə ikonik iĢarələrin bir 
neçə  növünü  fərqləndirirdi:  a)  obrazlar  (bilavasitə  oxĢarlığa  əsas-
lanır);  b)  sxemlər  (predmetin  quruluĢunun  təmsilçisi  –  sözün 
cümlədə yeri, formullarda iĢarələr); c) metaforlar (mənanı baĢqa bir 
Ģeydəki  paralelizmlə  təmsil  edir);  ç)  Ģifterlər.  Bu  yenidən  qoĢulma 
deməkdir,  onu  1920-ci  ildə  O.Yespersen  qrammatikaya  qrammatik 
kateqoriyaların  funksional  birliyini  göstərmək  üçün  gətirib.  Onlar 
məlumatın xarakterini dəyiĢir. 
 
 
VI.5. İndeks işarələr biokommunikasiyada 
 
Ġndeks  iĢarələr  heyvanlarda  çox  müĢahidə  olunur,  zahiridir, 
amma  heyvanın  daxili  və  ya  somatik  vəziyyətini  də  bildirir  (hiss, 
sevinc, seksə hazırlıq). Ġt quyruğunu tərpədərək mırıldayır, piĢik isə 
yalayaraq  miyoldayır.  ĠĢarəlilik  partnyora  müraciətdə  ifadə  olunur. 
Ġnsanların mimikası və jesti bioloji və sosial semiotik kəsiĢmədədir. 
Onların  bəzi  uzaq  kökləri  heyvanlardakı  kimidir.  Meymun 
soyuqdan  titrədir,  yorulanda  əsnəyir,  narahat  olanda  peysərini 
qaĢıyır, kefi kök olanda gülür, acıqlananda dodaqlarını büzüĢdürür, 
narazı  olanda  üz-gözünü  turĢudur.  Bunları  insanlar  pantomim 
teatrlarında  nümayiĢ  etdirirlər.  Alman  televiziya  kanallarında, 
istirahət  zonalarında  artistlər  bu  cür  pul  qazanır.  Avqustun  9-da 
Lokarnonun  yaxınlığında  Askona  sahilində  (Ġsveçrə)  ağ  rəngə 
bürünmüĢ kiĢi pantomim göstərirdi. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
142 
Ancaq  ruslarda  çox  fərqli  elementlər  də  vardır.  Ġnsan  bəzən 
gördüklərini  təhlil  edəndə  soruĢur:  görəsən  onun  bu  mimikası  nə 
demək  idi?  Prezidentlər  görüĢəndə  ayaqlarını  aralı  qoyub  oturmaq 
nə deməkdir? 
ġeirlərimizdə bu cür hərəkətləri təsvir edən epizodlar çoxdur.  
Bədən hərəkətlərini 3 qrupa bölürlər: 
1.  Pisixoloji  cəhətdən  mənasız  fiziki  hərəkətlər:  qaĢınmaq, 
yuxudan duranda gözünü açmaq, yumruğunu düyünləmək və s. 
2.  ĠĢarələr-simptomlar.  Psixoloji  məna  daĢıyan  poza,  jest, 
mimika: ağladı, titrədi, çiynini dartdı, bunlarla danıĢan həmsöhbəti-
nə  nəsə  çatdırmaq  istəyir.  Onlar  əsasən  qeyri-ixtiyaridir,  subyektin 
vəziyyəti barədə məlumat mənbəyi kimi çıxıĢ edir. 
3.  ĠĢarələr-kinemlər  (kinema).  Bunlar  ünsiyyət  üçün  vacib 
davranıĢ hərəkətləridir. SalamlaĢanda ayağa durmaq, baĢı ilə razılıq 
və  ya narazılıq  ifadə  etmək, barmağını silkələmək, qadının  əlindən 
öpmək. Onlar jest-simptomlardan fərqli olaraq Ģüurlu olur və adre-
sata  yönəlir.  Ancaq  simptomla  kinemi  fərqləndirmək  bəzən  çətin 
olur. Məsələn: 
                      
                  simptom                                        kinem 
qeyri-iradi gülüĢ və ya radiodan              Stüardessanın gülüĢü, 
komandasının qələbə xəbərini                 teatrda tamaĢanın   
eĢidəndə əllərini bir-birinə vurmaq         ortasında alqıĢ 
 
Bəzi  kinemlər  bioloji  simptomlara  gedib  çıxmır,  rituallarla 
bağlıdır:  ġlaypasını  çıxartmaq,  novruz  bayramında  odun  üstündən 
atılmaq və s. Eyni zamanda burada səs də çıxardırlar. 
Jest-simptomların  motivliyi  var,  ancaq  adi  insanlar  bunu 
bilmirlər. Məsələn, pul gözləyəndə ovucun qaĢınması və ya peysəri 
qaĢımaq. 
Jest-kinemlər  arasında  motivləĢmiĢ  iĢarələr  olmur.  Əlbət  ki, 
ilkin  olaraq  Ģərti  olanlardan  baĢqa  cinsi  əlaqədə  hərəkət,  böyük 
barmağın  və  ya  bəzi  xalqlarda  böyük  barmaqla  baĢ  barmağın  sıfır 
kimi ―OK‖ bildirməsi və s. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə