Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
131 
1959-cu  ildə  Erfurt  Ģəhərində  (2.X.1959)  ―ĠĢarə  və  dil 
sistemi‖ mövzusunda Beynəlxalq simpozium oldu. O simpoziumun 
materialları  çap  olundu.  PolĢalı  alim  L.Zavadovski  ikinci  tərəfin 
müddəalarını kəskin tənqid edib göstərdi ki, doğrudan da, iĢarə ona 
görə iĢarədir ki, onun mənası var. Ancaq bu o demək deyil ki, iĢarə 
iki  elementin  konstruksiyasının  bütövüdür.  Məgər  bağın  sahibi 
insandır, bu o deməkdir ki, sahib insan+ bağdır. Müəllim insandır, 
indi biz iĢarənin iki elementindən ibarət olmasını əsas gətirib deyə 
bilərikmi ki, müəllim = insan+Ģagird? 
Bağ  sahibi  və  ya  müəllim  aid  olduqları  predmetlə  əlaqələn-
mirsə  (bağ,  Ģagird)  onda  onlar  o  mənanı  ifadə  edə  bilməzlər.  Bağ 
sahibi bağ və adamın siması deyil, sadəcə olaraq bağı olan adamdır. 
ĠĢarə  mənası  olması  iĢarə  deyil.  Ancaq  iĢarə  predmetin  özüdür, 
predmet+məna  deyil.  Burada  A.A.Vetrov  səhvə  yol  verir.  Predmet 
iĢarə deyil, iĢarə olunan məna isə iĢarə ilə iĢarə olunanın qarĢılıqlı 
əlaqəsindən törəyir. Burada filosof semantik üçbucağı unudur. 
 
Fikrimizcə, birinci tərəf ciddi səhvə yol verir. ĠĢarə məhz ona 
görə iĢarədir ki, o predmetin əvəzinə iĢlənir. Burada Y.S.Maslovun 
mövqeyi daha düzgün görünür. 
L.Zavadovski  iĢarə  ―fonem  və  mənadan  ibarətdir‖  tezisinin 
əleyhinə çıxaraq deyir ki, küçədəki yol hərəkətini nizamlayan iĢarə 
deyil, yalnız formadır, iĢarənin mahiyyətidir. Bəli, o iĢarə sistemdən 
çıxarıldıqda yalnız forma olaraq qalır. 
ĠĢarə  situasiyasına  aĢağıdakılar  aiddir;  1)  Maddi  varlıq,  bu 
müəyyən  Ģəraitdə  iĢarə  funksiyasını  yerinə  yetirir;  2)  iĢarələnən 
əĢya; 3) anlam mənası (iz), bu iz iĢarələnməni təmin edir (bilavasitə 
predmet  olmadıqda  belə);  4)  müəyyən  predmetə  göndərən  təĢkil 
olunmuĢ sistem; bəzən beĢinci ünsür kimi, iĢarələri düzəldən, təlləf-
füz edən sistemləri də (adam, qurğu) buraya aid edirlər. Göründüyü 
kimi,  burada  predmet  mənası  ayrıca  göstərilməyib,  çünki  o,  iĢarə 
situasiyası yarananda o biri elementlərdən birinin nisbi xassəsi kimi 
çıxıĢ edir. Amma 4 ünsürün hamısı iĢarə situasiyası üçün vacibdir. 
Biri olmasa, situasiya olmaz. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
132 
Məsələn,  ikinci  element  olmasa  iĢarə  situasiyası  olmaz. 
ĠĢarənin iĢarələməli olduğu predmet olmayanda, məsələn, yuxarıda 
verdiyimiz gürcü misalında, səs axını var, ancaq mənası bizə çatmır. 
Anlam  mənasının  olması  kifayətdir  ki,  predmetin  olmasını  təmin 
edək. Yəni yönəldilən element anlam mənasını daĢıyacaqdır. 
 
 
VI.2. İşarələr axını haqqında 
 
ĠĢarələr  axını  sonsuz  bir  prosesdir,  kontinuumdur  (semantik 
cərgə), sinonimlər cərgəsi: /dahi, böyük, tanınmıĢ, istedadlı, talantlı/ 
və s. Bu cərgəni davam etdirmək də olar. Onlar bir növ qarĢılaĢma-
lar yaradır, ortada isə bir-birindən çox az fərqlənən əlamətlər olur. 
BaĢqa bir misal: kiĢi, qadın, ortada isə hermofrodit. 
Dünyanın  semiotik  mənzərəsini  vermək  üçün  hər  bir  sahədə 
gerçəkliyin taksonomik bölgüsünü iĢləyib hazırlamaq lazımdır. 
ĠĢarə sistemlərini 3 əlamətə görə səciyyələndirmək olar: 
I.Fiziki  (maddi)  əlamətə  görə;  II.ĠĢarələrin  genezisinə  görə; 
III.ĠĢarə sistemlərinin strukturuna görə. 
I.Fiziki  əlamətinə  görə  insanın  ətraf  aləmi  qavraması 
baxımından 5 cür iĢarə sistemi var: 
1. Optik, görmə vasitəsiə qavrama  (uzaq və  yaxın məsafədən 
əĢya və prdmetləri görüb fərqləndirmək); 
2.  EĢitmə,  insan  ünsiyyətində  aparıcı  yer  tutan  qavrama 
vasitəsi (insan qulağının yuxarı və aĢağı eĢitmə həddi vardır); 
3.  Ġybilmə,  burun  vasitəsilə  ətrafdakıların  iyini  duymaq  və 
reaksiya vermək (iylənmiĢ yumurta və ya digər ərzaq məhsulundan 
yaranan təəssüratlar); 
4. Lamisə və ya bədənin istənilən yerinə toxunmaqla yaranan 
qıcıqlanma (isti və ya soyuq suda əllərimizi çox saxlayanda yaranan 
təəssüratlar); 
5. Dadbilmə, ağızda dilin fəallığı ilə qavrama və reaksiya (çox 
duzlu, acı, Ģirin Ģeyləri yeyəndə alınan təəssüratlar). 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
133 
II.  Genezisinə görə  təbii (anadangəlmə, bioloji);  qeyri-bioloji 
(mədəni,  etnik  dillər,  davranıĢ,  paltar,  etiket,  din,  incəsənət);  süni 
semiotiklər  (insanların  Ģüurlu  Ģəkildə  yaratdıqları  sistemlər  (xəri-
tələr,  riyazi  simvollar,  yol  hərəkəti  qaydaları,  süni  dillər  və  s.) 
fərqləndirirlər
1

III.  ĠĢarə  sistemlərinin  strukturuna  görə  birsəviyyəli  (birlaylı, 
məsələn,  meymunların  çığırtısı,  yol  hərəkəti  niĢanları)  və  səviyyəli 
(etnik dillər, ərəb rəqəmləri, incəsənətin böyük hissəsi) və s. iĢarələr 
fərqləndirirlər. 
Birincidə  fiziki  əlamətinə  görə  iĢarə  sistemləri  ən  mühüm 
vasitədən-görmədən ən az əhəmiyyətliliyə -dadbilməyə doğru düzü-
lüb.  Bu  da  yer  üzündə  həyatın  evolyusiyasını  əks  etdirir.  Heyvan-
larda  və  insanlarda  5  sistemin  5-i  də  var.  Jestlər,  mimika  və  into-
nasiya görmə və eĢitmə ilə həyata keçirilir. Paltar, davranıĢ və etiqat 
bütün  növlər  vasitəsilə  mümkündür.  Dində  dadbilmədən  baĢqa 
hamısı iĢtirak edir, incəsənətdə görmə və eĢitmə, riyazi formullarda 
görmə, yol hərəkətində görmə və eĢitmə vasitəsilə olur. 
Optik  iĢarələr:  bizdə  deyirlər  on  dəfə  eĢitməkdən  bir  dəfə 
görmək  yaxĢıdır.  Ancaq  bəzi  heyvanlarda  lamisə  1-ci  yerdədir. 
Deməli, təkamül baxımından filogenetik birincidir. 
Görməni axırıncı hissetmə orqanı hesab edirlər, ancaq o intel-
lektin  formalaĢmasına  daha  çox  təsir  edir.  Görmə  maksimum  ötü-
rücülük qabiliyyətinə malik kanaldır: uzaqdan görmək, fiqurları və 
rəngləri, obyektləri seçmək. Görmə sensor informasiyanın 80-85%-
ni təĢkil edir. 
Optik iĢarələrə aiddir: 1. Arıların rəqsi. Qidanı axtarmağa ge-
dən  arılara  ana  arı  rəqslərlə  qidanın  yerini  və  istiqamətini  ötürür. 
Arılar  təkcə  rəqslə  yox,  həm  də  rəqsin  intensivliyi  və  vızıltı  ilə 
xəbər verirlər. Deməli, informasiyanın ötürülməsində həm də audi-
tiv kanal iĢtirak edir. 
2.  Ağalıq  etmə  və  tabeolma  pozası  (duruĢu).  Güclü  erkək 
heyvanlar  arasında  hər  Ģeyin  yaxĢısını  və  çoxunu  seçir  (qidanı, 
diĢini,  ərazini  və  s.).  Ancaq  onlar  balacalara  güzəĢt  edirlər.  Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə