Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
117 
bacaran, xüsusilə insanın maĢınla ünsiyyətini təmin edən qurğuların 
hazırlanması  semiotikanın  qarĢısında  duran  mühüm  vəzifələrdir. 
Ötən əsrin 60-cı illərində N.Yorkda yol hərəkəti qaydalarını nizam-
layan  avtomatlar  o  zaman  insanlara  möcüzə  kimi  gəlirdi.  Onlar 
iĢıqforun  iĢıqlarını  maĢın  axınına  müvafiq  olaraq  nizamlayırdı.  Bu 
zaman  qırmızı  iĢıqda  dayanan  maĢınların  sayı  əsas  götürülürdü: 
qırmızı  iĢığa  birinci  çatan  avtomobildən  sonra  keçən  vaxt  və  yaĢıl 
iĢıqda keçən maĢınların miqdarı. Bu Ģərtlərdən birini nəzərə almaqla 
iĢıqfor vaxtından əvvəl yaĢıl və ya qırmızı iĢığa keçirdi. Göründüyü 
kimi,  bu  avtomat  qurğu  insanın  davranıĢını  xeyli  asanlaĢdırır.  Bu 
avtomatlarda  əməliyyatları  konstruktor  əvvəlcədən  düĢünüb  quraĢ-
dırıb.  MəĢhur  riyaziyyatçı  K.ġenon  (1916-2001)  belə  bir  təcrübə 
keçirib.  O  təkərləri  maqnitləĢən  qurğuya  siçan  bağlayır  və  onu 
labirintin  baĢlanğıcına  qoyur.  Siçan  bir  az  aralıda  qoyulan  donuz 
piyini tapmalı idi. Birinci dəfə siçan dəlmə-deĢiklərə girir, uzun yol 
keçir,  ikinci  və  üçüncü  dəfə  isə  siçan  birbaĢa  piyin  üstünə  gedir.
8
 
Deməli,  təcrübə  öz  iĢini  gördü.  Deməli,  maĢın  da  qeyri-iĢarəvi 
davranıĢın təcrübəsinə əsaslanır. 
Ġndi görək maĢın dil iĢarələrinə reaksiya verə bilirmi? 
BaĢqa  sözlə,  sual  olunur:  avtomat  insan  dililə  idarə  oluna 
bilərmi?  Mühəndis  Vensli  fit  çalmaqla  ―Telereks‖  cihazını  hərəkət 
etməyə alıĢdırmıĢdı. O, tozsoranı və ya ventilyasiyanı elektirik iĢığı-
na  qoĢub,  pəncərəni  açır,  qapını  örtür.  Hələ  2-ci  Dünya  müharibə-
sindən  əvvəl  San  Fransisko  və  N.Yorkda  Beynəlxalq  sərgilərdə 
nümayiĢ  etdirilən  ―Vestinhaus‖  firmasının  robortları  sözlü  koman-
daya əməl edirdilər. Ġngiliscə deyəndə ―Stand up‖, robot dururmuĢ, 
qalxırmıĢ, ―Now go‖ deyəndə gedirmiĢ, ―stop‖ da isə dayanırmıĢ. 
Hətta  bəzi  robortlar  ayrı-ayrı  cümlələri  deyirdi.  O  zaman 
vəzifə ondan ibarət idi ki, elə maĢın yaradılsın ki, o, insan danıĢığını 
sintez  eləsin.  Əlbəttə,  bu  zaman  elektirik  dalğalarının  mənbəyi, 
generator,  insanın  səs  tellərini  əvəz  etməli,  bir  də  nəfəsalma  və 
nəfəsvermə  prosesini  nizamlamalıdır.  Əlavə  olaraq,  ona  rezo-
nansları əvəz edən zolaqlı elektirik filtirlər qoĢulmalıdır. Fərz edək 
ki,  klaviaturaya  bu  və  ya  digər  düyməni  basmaqla  siqnalın  səviy-
yəsini müəyyən etmək olar, belə ki, fonetik tərkibi aydın deyilən və 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
118 
eĢidilən  fonem  ardıcıllığı  yarana  bilər.  Bunu  elektirik  impulslar 
vasitəsilə  də  idarə  etmək  olar.  Əlbət  ki,  səslərin,  xüsusilə  saitlərin 
keyfiyyəti  arzu  olunan  səviyyədə  öyrənilərsə,  bu  vəzifəni  həyata 
keçirmək olar. 
Digər  tərəfdən,  bu  gün  dinləyici  avtomatlar  quraĢdırılır. 
Məsələn,  diktofon-stenoqraf  avtomatik  olaraq  danıĢılanı  fonetik 
iĢarələrə çevirir, telefon danıĢığının mətnini yaradır. O, fonemləri və 
onların ardıcıllığını tanıyır, deməli, insanın eĢitmə cihazının analo-
qu yaradılır. 
Deməli, maĢın insana Ģifahi formada məlumat verir və ondan 
bu məlumatı qəbul edir. Beləliklə, məsələ hələ tam həll olunmasa da
onun həllinə yaxınlıq göz qabağındadır. 
Yazılı  dilin  də  insanın  maĢınla  davranıĢında  rolu  çox 
böyükdür.  Bunun  yolu  çox  asandır.  Qrafemlərin  ardıcıl  Ģəkildə 
kodlaĢması buna yaxĢı imkan verir. Xüsusilə qrafemlərin çap Ģəkli 
daha yaxĢı izah oluna bilir. Fərz edək ki, bizdə kvadrat çəkilib, indi 
o kvadratı üstdən, ortadan və altdan qırıq-qırıq xətlə birləĢdirək: 
 
 
 
Ġndi  bu  kvadrata  latın  hərflərini  yerləĢdirək.  Məsələn,  P  belə 
Ģəkil alacaq: 
 
 
Ġndi  kvadratda  hər  bir  küncü  içəridən  və  çöldən  rəqəmlərlə 
iĢarələyək: 
1 ----2----- 3 
4 ----5----- 6 
7 ----8----- 9 
 
 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
119 
Bu  kvadratda  hər  küncü  iĢarə  etmək  istədiyimiz  hərfin  hər 
elementini  1,  uyğun  gəlməyəni  isə  0-la  göstərək.  Onda  F  belə 
olacaq: 
 
111 
110 
100 
 
Düz xətt boyunca yazanda 111110100 ardıcıllığı alınacaq. Bu 
o  deməkdir  ki,  F  üçün  6  element  vacibdir,  yerdə  qalan  4-ü  isə 
əhəmiyyətsizdir. 
 
1 —1 0---0 
1 —1-----0 
1 —1-----0 
 
Deməli,  latın  əlifbasındakı  hərflər  0  və  1  ardıcıllığı  ilə  verilə 
blər: 
 
           2 
 
 
 0 
 111010111              010101010      və s. 
 
Özü də 1 elektirik impulsu, 0 isə onun yoxluğunu bildirir. O 
yerdə  ki  1  var,  oradan  elektirik  impulslar  daxil  olur,  o-  da  impuls 
olmur.  Elə  televiziya  və  fototeleqrafda  da  bu  prinsipdən  istifadə 
olunur. 
Elektirik impulslar elektron hesablama maĢınına daxil olur və 
maĢın hər hərfi impuls və 0-ların düzümünə görə tanıyır. Buna ikili 
loqarifm sisteminə əsaslanan tanıma deyilir. Deməli, 0,1, iki -10, 3-
11,  4-100  və  s.  kimi  qəbul  edilir.  Hərflərin  tanınması  elektron 
hesablayıcı maĢında elektirik impulslarının və sıfırların sayına görə 
həyata  keçirilir.  Rəqəmlərin  axırındakı  iĢarə,  məsələn,  F-də 
111110100 (axırıncı sıfır görünməsilə maĢın həmin hərfi tanıyır). 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
120 
Əlbəttə,  burada  yazı  və  Ģifahidə  n  qədər  problem  yaranır. 
Yazıda heç də hamı eyni cür yazmır, danıĢıqda da variasiya kifayət 
qədər böyükdür. Lakin yazılı və Ģifahi mətnlərin tam Ģəkildə tanınıb 
iĢlənməsi  hələ  də  problem  olaraq  qalmaqdadır.  Qeyd  edək  ki, 
hazırda  xeyli  alqoritmik  proqram  iĢlənib  hazırlanıb  (alqol,  fortran, 
kobol  və  s.).  Lakin  insanın  maĢınla  ünsiyyəti  hələ  də  tam  həll 
olunmayıb. Ġndi bu problem kibernetikanın ana səhifəsini təĢkil edir. 
Təbiidir  ki,  maĢınlarda  hissiyyat,  emosiya  olmur.  MaĢın 
konstruktorların yaratdığı mexaniki mexanizmdir. Onun emosiyaları 
duyması və onlara müvafiq reaksiya verməsi üçün çox böyük vəsait
enerji və vaxt tələb olunur. Ola bilər ki, elə maĢınlar yaradılacaq ki, 
onlar qorxunu, hədəni, sevgini hiss edib cavabllar versin. Ancaq bu 
gələcəyin iĢidir: ürək döyüntüsü, ağızın quruması, nəfəsin daralması 
kimi hissləri maĢın yaĢaya biləcəkmi? Yəqin ki, hə! 
Anlam anlayıĢ və təsəvvürlərdir. Onlar dil iĢarələrindən inten-
sional  (niyyətli,  Ģüurlu)  istifadəni  təmin  edir.  MaĢınlar  subyektiv 
gerçəkliyi duymadıqları  üçün, onlar anlam mənasına yaxın mənanı 
tuta bilmirlər, subyektiv aləmi dil vahidlərinə bağlamaqda acizdirlər. 
Yuxarıda  gördüyümüz  kimi,  onlar  maĢınların  yaddaĢındakı 
impulslarla  iĢləyir.  MaĢınlar  anlam  mənasından  istifadə  etməsələr, 
onların  hərəkəti  xaotik  olardı.  Məlumdur  ki,  maĢınlar  verilən 
komandaya uyğun hərəkətlər edirlər. 
MaĢın insanın təfəkkür fəaliyyətini modelləĢdirə bilərmi? Bu 
sual indi hamını düĢündürür. Bəli, mütəxəssislər buna müsbət cavab 
verirlər.  Hazırki  kibernetik  qurğular  bir  çox  əməliyyat  apara  bilir, 
teoremi həll edir, Ģahmat oynayır, bir dildən baĢqa dilə çevirir, Ģeir 
yazır, musiqi bəstələyir, bəstəkarlara əsərin orkestr həllini tapmaqda 
kömək edir və s. 
Deməli,  insanın  fəaliyyət  sahəsinə  aid  olan  bir  sıra  əməliy-
yatları kibernetik qurğu həll edə bilir. 
Ġnsanın  əqli  fəaliyyətilə  maĢının  bu  tipdən  elədiyi  əməliy-
yatlar arasında keyfiyyət fərqi var. Ġnsanın əqli fəaliyyəti ikinci siq-
nal sistemi əsasında obyektiv aləmin inikası olan ayrı-ayrı element-
lərin  inkiĢafı  sayəsində  olur.  MaĢın  isə  daxil  olan  informasiyanı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə