Фяхряддин Вейсялли. СЕМИОТИКА
140
UĢaq ana dilini təbii mənimsəyir: oxumağı və yazmağı isə ana
dili dərsləri vasitəsilə öyrənir. Bundan baĢqa bu dərslər insanın dil
və kommunikasiya kompetensiyasının dərəcəsini artırır.
5
VI.4. Sadə və qeyri-sadə işarələrin qarşılaşması
Taksonomik Ģərh bu iki iĢarə növünün qarĢılaĢmasından baĢ-
lasa da, onların fərqli və oxĢar cəhətlərini görə bilərik.
Sadə iĢarələr özlərində baĢqa iĢarəyə malik deyil və ilkindirlər,
yəni nə formal, nə də semantik cəhətdən düzəltmə deyillər: itin
hürməsi, xoruzun banı, xudahafizləĢmə iĢarəsi (hələlik), dilin
sözləri, təcili yardımın ayparası, yol niĢanları (ötmək qadağandır,
bərabərlik iĢarəsi, musiqidə açar
, müəllifin hüququnun qorunması
iĢarəsi ©, qızılın xəritədə yeri və s.)
Mürəkkəb iĢarələr bir neçə sadə iĢarənin birləĢməsidir. Məsə-
lən, itin hürməsi və diĢini qıcadaraq mırıldaması, xüdahafizləĢəndə
əllə görüĢmə və öpüĢmə, sözlə ―hələlik‖ söyləm (cümlə), müqayisə
(qar kimi ağ), metafor, trop, Ģeir, təsviri incəsənət əsəri, uĢağın xaç
suyuna salınması və ya sünnəti, coğrafi xəritə, rəqəmlərin istənilən
birləĢməsi (0,8,08), formul (2+2), banknot, hərbidə mundir, emblem
və Ģalvarın qırağında zolaqlar və s.
Ümumiyyətlə, sadə və mürəkkəb iĢarələrin səviyyə və hierar-
xiyasını tam müyyənləĢdirmək hələ mümkün olmamıĢdır.
Semiozisin üç mərhələsi və iĢarələyənlə iĢarələnən arasındakı
əlaqənin xarakterinə görə iĢarələrin 3 tipini fərqləndirirlər, bu
zaman əlaqə iki cür olur.
1) motivləĢən, yəni təbii, Ģərti. Bunlar da iki cür olur: a)
hadisələrin qarıĢması; 2) onların oxĢarlığı. Ç.Pirs iĢarələyənlə
iĢarələnənin 3 əlaqə tipini əsas göstərərək iĢarə-indeks, iĢarə-kopiya
və iĢarə-simvolları fərqləndirirdi.
Bunlar semiozisin əsas mahiyyətini açır.
1) ĠĢarə-indeksləri simtomlar da adlandırırlar (təbabətdə, əlin
qızarması hərarətin qalxmasının, xəstəliyin əlamətidir). Bunları
ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
141
metonomik xarakterə malik kimi göstərirlər. Burada təbii üst-üstə
düĢmə var.
2) ĠĢarə-kopiyalar (bunlara ikonlar, ikonik iĢarələr də deyirlər).
Burada oxĢarlıq, bənzərlik var. Bunlar metaforikdir: juk (cücü)-juk
(bar) və s.
3) ĠĢarə-simvollarda motivləĢmə yoxdur. Niyə balıq balıqdır,
4 isə 4-ü bildirir.
Bu üç səviyyə əlaqələri tam əks etdirir. Onlar dərəcəni bildirir.
Az Ģərtlilik indeksə, çox Ģərtilik isə simvollara xasdır.
Ç.Pirs qraduallığı baĢa düĢürdü. Ona görə ikonik iĢarələrin bir
neçə növünü fərqləndirirdi: a) obrazlar (bilavasitə oxĢarlığa əsas-
lanır); b) sxemlər (predmetin quruluĢunun təmsilçisi – sözün
cümlədə yeri, formullarda iĢarələr); c) metaforlar (mənanı baĢqa bir
Ģeydəki paralelizmlə təmsil edir); ç) Ģifterlər. Bu yenidən qoĢulma
deməkdir, onu 1920-ci ildə O.Yespersen qrammatikaya qrammatik
kateqoriyaların funksional birliyini göstərmək üçün gətirib. Onlar
məlumatın xarakterini dəyiĢir.
VI.5. İndeks işarələr biokommunikasiyada
Ġndeks iĢarələr heyvanlarda çox müĢahidə olunur, zahiridir,
amma heyvanın daxili və ya somatik vəziyyətini də bildirir (hiss,
sevinc, seksə hazırlıq). Ġt quyruğunu tərpədərək mırıldayır, piĢik isə
yalayaraq miyoldayır. ĠĢarəlilik partnyora müraciətdə ifadə olunur.
Ġnsanların mimikası və jesti bioloji və sosial semiotik kəsiĢmədədir.
Onların bəzi uzaq kökləri heyvanlardakı kimidir. Meymun
soyuqdan titrədir, yorulanda əsnəyir, narahat olanda peysərini
qaĢıyır, kefi kök olanda gülür, acıqlananda dodaqlarını büzüĢdürür,
narazı olanda üz-gözünü turĢudur. Bunları insanlar pantomim
teatrlarında nümayiĢ etdirirlər. Alman televiziya kanallarında,
istirahət zonalarında artistlər bu cür pul qazanır. Avqustun 9-da
Lokarnonun yaxınlığında Askona sahilində (Ġsveçrə) ağ rəngə
bürünmüĢ kiĢi pantomim göstərirdi.
Фяхряддин Вейсялли. СЕМИОТИКА
142
Ancaq ruslarda çox fərqli elementlər də vardır. Ġnsan bəzən
gördüklərini təhlil edəndə soruĢur: görəsən onun bu mimikası nə
demək idi? Prezidentlər görüĢəndə ayaqlarını aralı qoyub oturmaq
nə deməkdir?
ġeirlərimizdə bu cür hərəkətləri təsvir edən epizodlar çoxdur.
Bədən hərəkətlərini 3 qrupa bölürlər:
1. Pisixoloji cəhətdən mənasız fiziki hərəkətlər: qaĢınmaq,
yuxudan duranda gözünü açmaq, yumruğunu düyünləmək və s.
2. ĠĢarələr-simptomlar. Psixoloji məna daĢıyan poza, jest,
mimika: ağladı, titrədi, çiynini dartdı, bunlarla danıĢan həmsöhbəti-
nə nəsə çatdırmaq istəyir. Onlar əsasən qeyri-ixtiyaridir, subyektin
vəziyyəti barədə məlumat mənbəyi kimi çıxıĢ edir.
3. ĠĢarələr-kinemlər (kinema). Bunlar ünsiyyət üçün vacib
davranıĢ hərəkətləridir. SalamlaĢanda ayağa durmaq, baĢı ilə razılıq
və ya narazılıq ifadə etmək, barmağını silkələmək, qadının əlindən
öpmək. Onlar jest-simptomlardan fərqli olaraq Ģüurlu olur və adre-
sata yönəlir. Ancaq simptomla kinemi fərqləndirmək bəzən çətin
olur. Məsələn:
simptom kinem
qeyri-iradi gülüĢ və ya radiodan Stüardessanın gülüĢü,
komandasının qələbə xəbərini teatrda tamaĢanın
eĢidəndə əllərini bir-birinə vurmaq ortasında alqıĢ
Bəzi kinemlər bioloji simptomlara gedib çıxmır, rituallarla
bağlıdır: ġlaypasını çıxartmaq, novruz bayramında odun üstündən
atılmaq və s. Eyni zamanda burada səs də çıxardırlar.
Jest-simptomların motivliyi var, ancaq adi insanlar bunu
bilmirlər. Məsələn, pul gözləyəndə ovucun qaĢınması və ya peysəri
qaĢımaq.
Jest-kinemlər arasında motivləĢmiĢ iĢarələr olmur. Əlbət ki,
ilkin olaraq Ģərti olanlardan baĢqa cinsi əlaqədə hərəkət, böyük
barmağın və ya bəzi xalqlarda böyük barmaqla baĢ barmağın sıfır
kimi ―OK‖ bildirməsi və s.
Dostları ilə paylaş: |