Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   37   38   39   40   41   42   43   44   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
128 
Bu gün deyirlər ki, iĢarə yönəldiyi predmeti əvəz edir. Deyək 
ki,  saxarin  qəndi  əvəz  edir,  onda  saxarin  qəndin  funksiyalarını  ye-
rinə yetirir. Ancaq iĢarə situasiyasında maĢın, insan və ya kibernetik 
qurğu  predmetlər  üzərində  etdikləri  hərəkətləri  iĢarələrin  üzərində 
etmir.  ĠĢarə  göstərilən  predmetin  obyektinə  hərəkətə  sövq  edir.  O, 
təĢkil olunmuĢ sistemin hərəkət və fikirlərini yönəldir. ĠĢarə məqsəd 
deyil, ona çatmaq üçün vasitədir. 
Deyirlər  ki,  iĢarə  qıcıqlandırıcıdır,  əqli  obrazı  oyadan  baĢqa 
qıcıqlandırıcı  ilə  əlaqədardır.  Əvvəla,  biz  bilirik  ki,  təkcə  anlam 
mənası  iĢarə  situasiyası  yarada  bilmir.  Söz  anlam  mənası  oyadır, 
ancaq iĢarə ola bilmir (Yuxarıda /iy/ /iyi/ və /iyisi/ misallarına bax: 
s.124). 
Düzdür, yuxarıdakı tərifdə predmetə yönəliklik olsa da, onda 
çatıĢmayan  cəhətlər  var.  Hər  cür  tərif,  o  cümlədən  iĢarəninki, 
əlamətləri  göstərməli,  əlamətlərin  hamısı  birlikdə  bir  hadisəni  o 
birisindən fərqləndirməlidir. 
Bilirik  ki,  iĢarə  üçün  iki  əlamət  vacibdir:  1)  predmetin  hissi 
qavranılması; 2) təĢkil olunmuĢ sistemi baĢqa predmetə yönəltməsi. 
P.Gironun  tərifində  anlam  mənasından  (əqli  obraz)  danıĢılır, 
bununla  da  o  mahiyyətcə,  iĢarədən  onun  xarakteristikasına  keçir. 
Xarakteristikada isə  istənilən lazımi  əlaməti göstərmək olar, nəinki 
ancaq  fərqlənmə,  nəinki  vacib  olan  əlamətləri.  Ġkincisi,  ən  azı 
P.Giro yazmalı idi ki, iĢarə qıcıqlandırıcıdır, baĢqa predmetə anlam 
mənası  ilə  yönəldir.  Onda  isə  tərif  baĢqa  cürdür.  Onun  tərifindəki 
müvafiq əqli obrazın yaradılması fikri iĢarə situasiyasına aiddir. 
Digər  məsələ  Ç.Morrisin  iĢarə  haqqında  danıĢarkən  elmi 
davranıĢı  elm  adlandırması  ilə  bağlıdır.  Ç.Morrisdə  iĢarə  hərəkətə 
sövq  etmək  keyfiyyətinə  malik  kimi  müəyyənləĢir.  Deməli,  iĢarə 
qıcıqlandırıcıdan  (qıcıqlandırıcı  işarə  funksiyası  yerinə  yetirmir  - 
F.V.), onunla fərqlənir ki, onda onu qavrayan orqanizimdə hərəkətə 
qabaqcadan  sövq  etmək  xüsusiyyəti  vardır.  Ç.Morrisdə  hərəkətə 
sövq etmək qabiliyyəti iĢarənin anlam mənasına uyğun gəlir. 
Ç.Morrisin xarakteristikası bütün iĢarə situasiyyalarına aiddir. 
Əslində  o,  insan,  heyvan  və  kibernetik  qurğularda  iĢarə  situasiya-


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
129 
larını  nəzərə  almır.  Ç.Morris  maĢında  Ģəhərə  gedən  adamı  misal 
gətirir.  Onu  yolda  biri  saxlayır  və  deyir  ki,  yol  dağılıb.  Həmin 
vəziyyətdən çıxmaq üçün sürücü bir sıra hərəkətlərə əl atır. Növbəti 
döngədə dönür. Deməli,  yoldan keçənin dediyi  sözlər sürücü  üçün 
yolda  maneə  rolunu  oynayır,  həmin  predmetlərə  yönəldir  ki,  o  da 
müəyyən  hərəkətlərə  əl  atır.  Onun  hərəkətlərinin  sürücüyə  xeyir 
gətirdiyini demək düzgün olmazdı. 
BaĢıma  gələn  bir  əhvalat  bunu  təsdiq  edir.  2009-cu  il  baĢla-
yanda  Milandan  qayıdanda  radioda  dedilər  ki,  qabaqda  Gothard 
tunelinə (Ġsveçrədə) çataçatda 2 km tıxac var. Bizim sürücü tədbirə 
əl atdı, döndük, sağa fırlanıb 10 km-dən sonra yenə həmin ayrıldığı-
mız yerə gəlib çatdıq. Bu an Ç.Morrisdə nəzərə alınmayıb. 
Burada  insan  orqanizmində  müəyyən  vəziyyət  olsa  da  (emo-
siya,  mənzil  baĢına  gec  çatmaq  və  s.),  onun  mahiyyəti  açılmır. 
Deməli, biheyviorist terminlərlə iĢarələrin mahiyyətini açmaq olmaz. 
Bunu Ç.Morris özü də etiraf edirdi. 
Ġndi  Ç.Morrisin  xarakteristikasını  heyvanlardakı  iĢarə  situ-
asiyası  ilə  birgə  nəzərdən  keçirək.  Ç.Morrisdə  iĢarə  anlayıĢı  Ģərti 
reflekslərin  hamısını  əhatə  etmir.  Ç.Morrisə  görə  iĢarə  qabaqcadan 
hazırlanmıĢ  qıcıqdır,  ancaq  bu  qıcıqlandırma  xüsusi  əlavə  Ģərtlər 
daxilində  olur.  O,  hərəkətin  özünü  yox,  ona  hazırlığı  oyadır.  ĠĢa-
rənin  qavranılmasında  hərəkət  o  saat  baĢlamır,  o  ləngiyir,  iĢarənin 
qəbulu  və  hərəkət  arasında  zaman  baxımından  hərəkətə  hazırlıq 
olur: qıcıqlandırıcı 

  hərəkətə  hazırlıq 

  hərəkət.  Əgər  hərəkət  o 
saat baĢ vermirsə, qıcıqlandırıcı vasitəsilə oyanmırsa, heç bir əlavə 
Ģərt tələb olunmursa, onda qıcıqlandırıcı, Ç.Morrisə görə, iĢarə deyil. 
Onda sxem belə olur: qıcıqlandırıcı 

 hərəkət. 
Ç.Morris  yəqin  ki,  bu  səbəbdən  bəzi  Ģərti  qıcıqlandırıcıları, 
xüsusilə, ləngimə və baĢqa vaxta keçirmə olmadan həmiĢə reaksiya 
gözlənilən iĢarələri istisna edir. 
Əgər  it  zəngi  eĢidən  kimi  yemək  qoyulmuĢ  qutuya  cumursa, 
deməli,  zəng  onun  üçün  iĢarə  deyil.  Əgər  zəngdən  sonra  bir  az 
hərəkətsiz  dayanarsa  və  yalnız  bundan  sonra  qutuya  qaçanda,  bu 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
130 
iĢarə  olur.  Elə  burada  hərəkətə  hazırlıq  müəyyən  Ģərtlərə  əməl 
olunanda hərəkətə keçirsə müĢahidə olunur. 
Bu,  məsələni  xeyli  sadələĢdirir.  Çoxları  ləngiyən,  Ģərti  reak-
siya  məsələsilə  razı  olmur.  Ġt  ləngidi,  ya  ləngimədi,  onun  hərəkə-
tinin  mexanizmi  mahiyyətcə  eynidir.  O  zəngi  eĢidir,  zəng  onda 
keçmiĢ təcrübənin  yaddaĢındakı izi  aktivləĢdirir və bu iz müəyyən 
predmetə yönəldir. Burada fərq izin xarakterinin fərqli olmasındadır. 
Bir  halda  o  sadədir,  o  birisində  isə  mürəkkəbdir  (vaxt  və  ötürmə 
lazım  gəlir).  Qalan  hallarda  onlar  eynidir,  ona  görə  onları  birləĢ-
dirmək lazımdır. ĠĢarənin ümumi səciyyəsində izin təbiətini açmağa 
ehtiyac yoxdur. Əlbəttə, bu cəhət sonradan insan, heyvan və kiber-
netik  qurğularla  bağlı  iĢarə  situasiyasının  Ģərhində  nəzərə  alın-
malıdır.  Ġstənilən  halda  iz  anlayıĢının  konkret  növlərini  göstərmək 
iĢarənin  ümumi  səciyyəsini  xeyli  məhdudlaĢdırır.  Özü  də  əvvəlki 
təcrübə  hər  bir  fərdin  yox,  bütövlükdə  nəslin,  növün  (yəni 
anadangəlmə) təcrübəsi kimi götürülməlidir. 
ĠĢarə  anlayıĢı  Ģərtsiz  reflekslərə  də  aid  edilməlidir.  B.Rassel 
1940-cı  ildə  yazırdı:  ―Mən  əmin  deyiləm  ki,  iĢarələri  əldə  edilmiĢ 
vərdiĢlərlə  məhdudlaĢdırmaq  düzdür;  bəlkə  Ģərtsiz  refleksləri  də 
nəzərə almaq lazım gəlir‖. 
Müasir  psixologiya  da  iĢarə  davranıĢının  təkcə  inkiĢaf  etmiĢ 
deyil, həm  də  ən qədim heyvan aləminə  xas olduğunu xüsusi qeyd 
edir.  Əgər  qıcıqlandırıcı  baĢqasına  yönəldirsə,  buna  siqnal  verirsə, 
deməli,  iĢarə  situasiyası  vardır,  qıcıqlandırıcının  Ģərti  və  Ģərtsiz 
olmasından  asılı  olmayaraq,  qıcıqlandırıcı  özünə  yönələndə  iĢarə 
situasiyası olmur. 
ĠĢarənin iki tərəfi varmı? Bəziləri iĢarə deyəndə yalnız mənası 
olan  maddi  predmeti  baĢa  düĢürlər.  Digərləri  isə  hesab  edirlər  ki, 
iĢarə mənası olan maddi əĢyadan ibarət olmayıb, o, maddi əĢya və 
onun mənasından ibarətdir. Ġkinci halda iĢarə həm forması, həm də 
məzmunu olan ikitərəfli mahiyyətdir. Əlbəttə, belədir. Sanki birinci 
fikrin  tərəfdarları  elə  ikinci  tərəfin  dediklərini  deyir.  Ġkincilər 
güman edirlər ki, hər bir maddi əĢya yox, ancaq mənası olan maddi 
əĢyanı iĢarə sayırlarsa, deməli, iĢarə forma və məzmunun vəhdətdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə