Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
125 
ƏĢyavi  məna iĢarənin  mənası  ilə məhdudlaĢmır.  1892-ci  ildə 
alman  filosofu  Q.Freqe  əĢyavi  məna  ilə  yanaĢı  anlam  mənasını  da 
fərqləndirməyi  elmi  cəhətdən  əsaslandırmıĢdı.  Qeyd  edək  ki,  bu 
kəĢf semiotikada ciddi dönüĢ yaratdı. 
Yuxarıda biz zəngin iti yeməyə yönəltdiyini yazmıĢdıq. Zəng 
itə yalın harada yerləĢməsinə iĢarə edir. Ancaq bu hərəkətləri bütün 
itlər,  o  cümlədən  təcrübədə  iĢtirak  etməyənlər  də  edirmi?  Xeyir! 
Əgər hər zəngdən sonra it, yalı tapırsa, deməli, bu, onun yaddaĢında 
müəyyən  izlər  buraxmasının  nəticəsidir.  Əgər  yal  baĢqa  yerdə 
tapılsa, onda iz baĢqa cür olardı  və it də baĢqa cür hərəkət  edərdi. 
Ardıcıl  təkrar  zəngin  yolla  bağlılığını,  itin  yaddaĢındakı  izin 
olmasını bildirir. Zəng olan kimi o yola doğru istiqamət alır, onun 
hərəkəti  izin  xarakterindən  asılıdır.  Ġt  olmadıqda  zəngin  heç  bir 
əĢyavi  mənası  olmur.  Həmin  iz  iĢarənin  anlam  mənasıdır  (Sinn). 
Zəng  iti  ona  görə  yala  yönəldir  ki,  onun  üçün  əvvəl  olan  əĢyavi 
məna indi anlam mənasını verir. 
Dildəki  sözlər  də  belədir.  TanıĢ  sözlər  əĢyavi  məna  törədir, 
ancaq  naməlum  sözlər,  eynilə  xarici  dildəki  bilmədiyimiz  sözlər 
insan Ģüurunda heç bir əks-səda yaratmır, çünki insan onların anlam 
mənasını bilmir. Anlam mənası olmasa iĢarə öz funksiyasını yerinə 
yetirə bilməz, sözlər insan üçün əĢyavi mənaya malik olmaz. 
Ġndi tısbağa ilə təcrübəyə nəzər salaq. Bir neçə dəfə təkrardan 
sonra tısbağa fiti eĢidən kimi geri dönür. Deməli, maneə və fit onun 
hərəkətlərində  müəyyən  dəyiĢikliklər  etməli  olur.  Aydındır  ki, 
niĢanla  heyvanın  fiziki,  fizioloji  və  psixoloji  hərəkətlərini  eyniləĢ-
dirmək  olmaz.  Ancaq  semiotik  baxımdan  bütün  situasiyalarda  mü-
Ģahidə olunan fərqli yox, ümumi cəhətlər maraq doğurur. Fit tısba-
ğanı  maneədən  yayınmağa  sövq  edir.  Əvvəlki  təcrübədən  qaza-
nılmıĢ  vərdiĢləri  dəyiĢmədən  onun  davranıĢında  dəyiĢiklik  etmək 
qeyri-mümkündür.  Bu  dəyiĢiklik  eyni  vəziyyətdə  insanda  və  hey-
vanda analoji olur. Deməli, fit tısbağa üçün anlam mənasını daĢıyır. 
Belə  olmasaydı,  o  anlam  mənasından  məhrum  olsaydı,  tısbağa  fitə 
reaksiya  verməzdi,  özünü  ətrafda  baĢ  verən,  lakin  onda  heç  bir  iz 
buraxmamıĢ informasiya axınına tam laqeyd qaldığı kimi göstərərdi. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
126 
Deməli,  anlam  mənası  iĢarənin  yönəltdiyi  predmetin  izidir,  keçmiĢ 
təcrübədən insanda, maĢında və ya heyvanda yaddaĢda qalan izdir. 
Deməli,  əĢyavi  və  anlam  mənaları  bir-birilə  sıx  bağlıdırlar. 
Ola  bilməz  ki,  iĢarə  özlüyündə,  anlam  olmadan  əĢyaya  yönəltsin. 
ĠĢarə  əĢyavi  mənaya  yalnız  anlam  mənası  vasitəsilə  malik  olur. 
Anlam  olmadan  baĢqa  predmetə  yönəldən  predmet  yalnız  abstrakt 
təhlilin nəticəsində mümkündür. 
Lakin  iĢarənin  mahiyyəti  bununla  bitmir.  ĠĢarə  baĢqa  pred-
metə  keçmiĢ  təcrübə  ilə  yaranan  iz  vasitəsilə  sistemli  Ģəkildə 
yönəldən  əĢyadır.  BaĢqa  sözlə  desək,  işarə  təĢkil  olunmuĢ  sistem 
üçün predmet və anlam mənası olan predmetdir. 
Deməli,  nə  predmetsiz,  nə  də  anlam  mənası  olmadan  iĢarə 
yoxdur,  yəni  iĢarə  məsələsi  iĢarənin  mənasını  nəzərə  almadan 
qaldırıla  bilməz.  Deməli,  iĢarə  haqqında  elm  (semiotika)  həm  də 
iĢarələrin mənaları haqqında elmdir. Ancaq iĢarənin baĢqa tərəfləri 
də var: sintaksis, praqmatika, siqmatika. Semiotika bir tərəfdir, ona 
görə  semiotikanı  semiotika  haqqında  elm  kimi  götürmək  olmaz. 
Semiotika  daha  geniĢdir.  Biz  deyə  bilərikmi,  predmet  mənası 
olmadan  anlam  mənası  var?  Bu  da  mümkün  deyildir.  Məsələn, 
danıĢan  bilir  ki,  /getmək/  feli  indiki  və  gələcək  zamanda  Ģəxslər 
üzrə dəyiĢərkən 1-ci Ģəxsdən baĢqa bütün Ģəxslərdə söz kökündəki 
/t/  samiti  /d/  ilə  əvəzlənir  və  ya  /iy/  sözünə  mənsubiyyət  Ģəkilçisi 
bütün samitlə bitən isimlərdə olduğu kimi /i/ saiti olmalıdır.  
Müq.et:    
/getmək/ - 
  1. /mən gedirəm (gedəcəyəm)//; ancaq /mən getdim/ 
  2. /sən gedirsən (gedəcəksən)//; ------ /sən getdin/ 
  3. /O gedir (gedəcək)//; ------ /O getdi/ və s. 
və  ya  /iy+i/;  /ad+ı/,  /toy+u/,  /üz+ü/;  ancaq  /ana+n+ı/;  /dədə+ni/; 
/qoxu+nu/;  (onun)  /qoxu+s+u/;  /güzgü+nü/  və  s.  Ancaq  bəzi 
dialektlərdə  (Gəncə,  ġəmkir)  /iyisi/  kimi  deyirlər.  Bütün  bu 
formalar  dil  daĢıyıcılarına  məlum  olsa  da,  onların  düzgün  və  ya 
səhv  olması  predmet  mənası  daĢımır,  ancaq  onların  anlam  mənası 
var,  yəni  o  bölgədən  olan  tələbələr  məĢq  edib  həmin  formaların 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
127 
düzgün iĢlənməsinə çalıĢırlarsa, burada predmet mənası yoxdur. Biz 
bilirik  ki,  /sv`/  ilə  baĢlanan  sözümüz  yoxdur,  ən  azı  bunu  intuitiv 
bilirik.  Ancaq  rus  dilində  bu  mümkündür:  /sv`atoj/  (müqəddəs). 
Burdakı  anlam  mənası  hər  hansı  bir  əĢyaya  yönəltmir,  iĢarə 
funksiyasını  yerinə  yetirmir,  iĢarə  situasiyası  yarada  bilmir.  Bu  o 
zaman  olur  ki,  hər  hansı  səs  ardıcıllığı  (məs.,  /səbət/,  /sükan/  və  s. 
bizi həmin əĢyalara yönəldir, onları iĢarələyir. 
Deməli,  /sv`az`/  (əlaqə),  /sv`

toj/  (müqədds)  və  s.  sözlər 
bizim  üçün  /rta/,  /pta/  səs  ardıcıllığı  kimi  nə  anlam,  nə  də  əĢya 
mənasına malik olmayacaq. Ancaq /tac/, /pat/ və s. kimi düzülərsə, 
həmin  fonemlərdən  yaranan  sözlər  həm  anlam,  həm  də  predmet 
mənaları kəsb edir. Anlam mənası predmet mənasına malik olduqda 
iĢarə situasiyası yaranır. 
Predmet  mənası  olan  səs  ardıcıllığı  bir-birindən  predmet 
mənasına görə fərqlənmir. /Su gətir/ və /Stolu yığıĢdır/ cümlələrində 
predmet  mənası  eynidir,  onu  1-lə  iĢarə  etsək,  yoxluğunu  isə  0-la 
(sıfırla) göstərsək, eyni Ģeyin Ģahidi olarıq. 
Predmet  mənası  iĢarənin  iĢarələdiyi  predmet  deyil,  iĢarənin 
xüsusiyyətidir. ĠĢarə olduğu üçün o predmetə  yönəldir. Deməli, bu 
baxımdan  bütün  iĢarələr  eynidir.  Deyə  bilərlər  ki,  hər  iĢarə  bir 
predmetə  yönəldir,  ona  görə  predmet  mənaları  da  fərqlənməlidir. 
Bəli,  ancaq  konkret  predmetə  yönəltməni  predmet  yox,  anlam 
mənası  həyata  keçirir.  Predmet  mənası  olmaq  predmetə  yönəlt-
məkdən  baĢqa  bir  Ģey  deyildir.  Yadda  saxlamalıyıq  ki,  predmet 
mənası  sadəcə  predmetə  yönəltməklə  məhdudlaĢır,  konkret  olaraq 
iĢarə  hansı  predmetə  yönəldir,  bu  artıq  anlam  mənasından  asılıdır. 
Tısbağa üçün fit necə predmet mənası daĢıyırsa, insan üçün də /su 
gətir/  eyni  predmet  mənası  daĢıyır.  Beləliklə,  ―predmet  mənası 
nədir? sualına belə cavab verə bilərik: 1) müsbət, vahidə bərabərdir, 
çünki predmetə yönəldir, deməli, iĢarədir; 2) mənfi sıfra bərabərdir, 
deməli, predmet mənası yoxdur, iĢarə deyil. Anlam mənası müxtəlif 
ola  bilər:  rəqəmlə  göstərsək:  1,2,3,4...  n,  ancaq  predmet  mənası  ya 
var (1), ya da yoxdur (0). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə