Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
111 
F.V.) ilk 6 aylığının sonuna yaxın vaxtda saitlərin minisistemi olan 
/a/-/ə/  və  /e/-/i/  qarĢılaĢmalarını,  samitlərdən  isə  /ağız-dilönü/ 
korrelyasiyasından /b/-/m/ və /p/-/n/ qarĢılaĢmalarını mənimsəmiĢdi. 
Bu mərhələdə Nərgiz diftonqları da reallaĢdıra bilirdi‖
4
 
Bu  deyilənlər  dünyanın  müxtəlif  dillərində  müĢahidə  olunan 
əlamətlərdir. Ulu dövrün insanları da eynilə ilkin olaraq həmin səs 
ardıcıllıqlarını  tələffüz  ediblər.  Müasir  dillərdə  /ma/,  /ba/  kimi 
birləĢmələr iki fonem ardıcıllığı kimi götürülür, çünki onlardakı /m/, 
/b/,  /a/  fonemləri  dilin  digər  fonemlərilə  kontrast  yaradır  və 
qarĢılaĢma  sısteminin  üzvləri  olurlar.  UĢaqlar  da  baĢlanğıc  mər-
hələdə  onları  ayırmırlar,  bütöv  akustik  obraz  kimi  nəyəsə  iĢarə 
edərkən iĢlədirlər. Ġlk insanlar üçün də onlar ayrılmaz bütöv olublar. 
Deməli,  birfonemli  mərhələ  ilkin  olub.  Yəni  onların  ilk  mərhələdə 
morfem  bildirməsi  mümkün  olan  Ģey  ola  bilməzdi.  Bütün  elmi 
təcrübənin  və  nəzəri  ədəbiyyatın  təhlilindən  məlum  olur  ki, 
ümumilikdə  3  tip  dil  fərqləndirmək  olar.  Ilkin  dövrdən  baĢlayaraq 
aĢağı onları belə səciyyələndirmək mümkündür: 
III tip dil. Ġlk söyləm səs bəĢər fəaliyyətinin növbəti mərhələsi 
üçün xas ola bilərdi. Burada ehtimallar və mülahizələr müxtəlifdir. 
Tədqiqatlar  göstərir  ki,  ilk  insanlarda  bu,  gərgin  iĢdən  sonra  köks 
ötürərkən çıxardığı səslər ola bilər. 
II  tip  dil.  Müxtəlif  elmlərin  səyləri  (dilçilik,  zoopsixologiya, 
uĢaq psixologiyası və s.) göstərir ki, insanların ilkin söyləmləri çox 
bəsit  olub,  insan  dili  tərkib  hissələrinə  bölünən  mənalı  vahidlərdən 
təĢkil  olunur.  Ġkinci  tip  iĢarələrdən  ibarət  olan  dildə  (gəmiçilikdə) 
ayrı-ayrı  iĢarələr  (dairə,  dördkünc,  üçbucaq  bayraqlar  və  s.) 
fərqləndirmə (fonem) rolunu oynayır. 
Nəhayət,  I  tip  dil  tərkib  hissələrinə  bölünə  bilən  akustik 
obrazlardan ibarətdir.  Ġkinci  və  üçüncü tip çox bəsitdir, 1-ci  tip isə 
daha  mütəĢəkkil  və  həm  fonem,  həm  də  morfemlərə  bölünə  bilən 
dildir. Bəsitlər tarixən əvvəl olub. Sonra 2-ci tip, daha sonda isə 1-ci 
tip dil, əsl insan dili  yaranıb. Deməli, semiotik təhlil də biz göstər-
diyimiz mərhələləri qəbul edir. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
112 
Ġlkin  mərhələdə  bölünməz  /da/,  /ma/,  /ba/  bütövlükdə 
fərqləndirmə funksiyasını yerinə  yetirərək predmet və əĢyaları gös-
tərməyə xidmət etmiĢdir. 
Deməli,  səs,  səs  kompleksi-fonem-morfem  hamısı  eyni  kom-
pleksdə  öz  ifadəsini  tapırdı.  Dilin  təkamülü  məhz  o  deməkdir  ki, 
göstərilən  bu  ardıcıllıq  müəyyən  mərhələdə  ayrılmıĢ,  sərhədlənmiĢ 
və müasir mürəkkəb sistemli dilə gəlib çatmıĢdır. 
 
 
V.2. Semiotika və dil 
 
Fikrimizcə, ilkin mərhələdə ünsiyyətin isim və ya fel olmasına 
dair  mülahizələrin  təhlilinə  vaxt  və  enerji  sərf  etmək  mənasız  bir 
Ģeydir.  Halbuki  bəzi  kitablarda  buna  xüsusi  bölmə  həsr  edilir.
5
 
Onlarda  qeyd  olunur  ki,  ilk  qığıltılar  Ģeylər  üzərində  müəyyən 
hərəkəti  bildirirlər.  Deməli,  ilk  əvvəl  nə  isim,  nə  də  fel  olub.  Ġlk 
sözlər nə əĢyanı, nə də hərəkəti bildirib, sadəcə olaraq onlar ümumi 
situasiyanı  və  onun  elementlərini  bildirib.  Ġlk  insanlar  belə  kom-
ponentlərlə  antropoidlərin  intensional  səslərini  və  jestlərini  ifadə 
edirdilər: /su/, /çay/ və s. 
Deməli, insan ilkin dil mərhələsində bir situasiyanı digərindən 
fərqləndirməyə  çalıĢıb.  Elementlərin  differensiyası  sonralar  olub, 
insanlar  yavaĢ-yavaĢ  ətraf  mühitlə  dərindən  tanıĢ  olub,  Ģeylərin  və 
hadisələrin  elementlərini  fərqləndirməyə  ehtiyac  yarananda  onların 
hər birinə ad tapıb və fikir ifadə ediblər. UĢaq da belə edir. Hər bir 
situasiya  hissələrlə  qavranılır.  Məsələn,  ilkin  insan  əĢyanı  görür, 
onu  özü  qaldıra  bilməyəndə  öz  həmsöhbətlərinə  /ver/  deyirmiĢ. 
Yəni /onu yerdən götür ver mənə//. Ancaq fikri cümlə Ģəklində ifadə 
etmək  çox-çox  sonralar  meydana  gəlib,  baĢqa  sözlə,  ilkin  olaraq 
holifrastik ―cümlələr‖ iĢlənib. 
Deməli,  ilkin  dil  birfonemli  və  sonra  birmorfemli  mərhə-
lələrini keçir. Təsəvvür edək ki, dildə /a/ saiti və 5 samit var. Onda 
biz  aĢağıdakı  ikifonemli  söz  və  ya  morfem  (təkrar  nəzərə 
alınmadan) yarada bilərik: 5·2=10, yəni /da, ta, ka, ga, pa/ və /ad, at, 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
113 
ak,  ag,  ap/.  Deməli,  bu  birləĢmələrin  hər  biri  bir  situasiyanı  ifadə 
edəcəkdir. O halda bir fonemlə iki və  ya artıq fərqli situasiya ifadə 
olunur, bu bir növ omonimiya hadisəsini xatırladır, ancaq bu, ilkin 
mərhələdə  anlaĢılmazlığa  gətirib  çıxardacaq.  Deməli,  ilkin  dil 
həqiqi  ünsiyyət  vasitəsi  ola  bilmir.  Məsələn,  adam  /ma/  ilə  həm 
atanı,  həm  də  ananı  çağırır.  AnlaĢılmaz,  deyilmi?!  Mütəxəsislərin 
fikirincə,  bu  cür  anlaĢılmazlıqlardan  qaçmaq  üçün  ilkin  insanlar 
eyni  tərkibli  birləĢmələrin  təkrarı  ilə  yeni  sözlər  yaratmağa 
baĢlayırdılar: /baba/, /bibi/, /nənə/ və s. Bu proses xeyli asan gedir, 
çünki  bu  cür  keçidlə  danıĢıq  cihazında  tələffüz  məxrəcinin 
dəyiĢməsinə  ehtiyac  qalmır.  Əvvəl-əvvəl  onlar  da  situasiyanı 
bildirirlər, ancaq bu artıq irəliyə atılan ciddi addımdır. YavaĢ-yavaĢ 
fonem fərqləndirilməsi baĢlayır. Bəllidir ki, dil bu cür artımla qane 
ola  bilməz.  Ġndi  artıq  morfemlərin  tərkibində  fərqli  fonemlər 
meydana  gəlir:  /mənə/,  /sənə/,  /cızza/  və  s.  Bu  yolla  ilkin  adam 
tələffüz məxrəcini dəyiĢmək vərdiĢlərini əldə edir, odur ki, bu, ilkin 
dilin formalaĢmasında mühüm mərhələ hesab olunur. Bu, uĢaqlarda 
da çətin olur. Ancaq onlar bu  yolla Ģablondan xilas olub  yeni-yeni 
sözlər  düzəltməyə  baĢlayırlar.  Semit  dillərində  sözlərdə  bir  saitlə 
əhatədə  müxtəlif  samitlərin  gəlməsilə  yeni  sozlər  yaratmaq  adi 
haldır: /ktb/ (katib, kitab) və s. 
Ancaq  bu  mərhələdə  də  birmorfemli  sözlərin  situasiyaları 
bildirməsi  öz  gücündə  qalır.  Ġndi  artıq  bir  morfemdə  iki  müxtəlif 
samit iĢlənir. 
Dilin  yaranmasının  morfem  səviyyəsi  (bəziləri  buna 
A.Martineyə istinadən monem səviyyəsi deyirlər - F.V.) çox maraqlı 
fikirlər söyləməyə imkan verir. O, ibtidai insanın məqamı ayrı-ayrı 
elementlərinə ayırması  ilə baĢlanır,  yəni  hər bir elementi öz adı  ilə 
birbaĢa  morfemlə,  sözlə  ifadə  eləməsindən  baĢlanır.  Hər  bir 
hərəkətdə  subyekt  və  obyekt  konkret  olaraq  dəqiq  ifadəsini  tapır. 
Üzərinə  hərəkət  yönələn  predmet  aydın  görünür  və  situasiyada 
aydın  hiss  olunur.  Deyək  ki,  predmetə  toxunulur,  o,  ələ  götürülür, 
fiziki  varlıq  baĢqa  predmetlərdən  fərqləndiyi  kimi,  onun  dildə 
ifadəsi də fərdiləĢir, o da əqli mühakimə və dildə ifadədə özünə ad 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə