Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
107 
 
IV.5. Fəslin ədəbiyyatı və qeydlər 
 
1.
  E.Benveniste.  Die  Kommunikation  bei  den  Tieren  und  die 
menschliche Sprache. Ġn: ―Probleme der allgemeinen Sprachwissenschaft‖. 
München, 1974, s.69. 
2.
  А.A..Ветров.  Семиотока  и  ее  основные  проблемы.  М.,  «Изд-
во политлитературы», 1968,s. 188. 
3.
 Yenə orada, s. 190. 
4.
  K.von  Frisch.  Bees, the Vision,  Chemical  Senses  and  Language. 
Cornell University Press. Ithaca, N.-York, 1950.  Son illərdə heyvanların, 
xüsusilə  də  arıların  ―dilindən‖semiotik  baxımdan  geniĢ  məlumat  verərək 
T.A.Sebeok  bu  sahəni  zoosemiotika  adlandırır.  Bax:  T.A.Sebeok.  Essays 
in  Semiotics.  University  of  Toronto  Press  1990;  S.Petrilli  and 
A.Ponzio.T.Sebeok  and  the  Signs  of  Life.  Postmodern  Encounters.  Ġcon 
Books Uk.2001; V.Veysəlova. UĢaq dilinin formalaĢması və inkiĢafı. ND, 
Bakı,  2002;  F.Yadigar  (Veysəlli).  German  dilçiliyinə  giriĢ.  Bakı,  2003, 
s.45-47, 98. 
5.
 E.Benveniste. Göstərilən əsəri, s.71-72. 
6.
 А.A.Ветров. Göstərilən əsəri, s.191-197. 
7.
  R.  Descartes.  Abhandlung  über  die  Methode.5.  Teil.  Buchenau, 
1949, s.47; 
Chomsky  N.  Cartesianische  Linguistik.  Ein  Kapitel  in  der 
Geschchte des Ratrionalismus. Tübingen, 1971, s. 6. 
8.
 Павловсkие среды, 1, m. 1949, М. s. 154. 
9.
 Yenə orada, m. III., s.97. 
10.
 Yenə orada, s.8 
12.
 А.A..Ветров. Göstərilən əsəri, s.197-211. 
13.
 Yenə orada. 
14.
 E.Benveniste. Göstərilən əsəri, s.76. 
 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
108 
 
 
V. 
İnsan dilinin yaranması
 
 
 
 
V.1.  İlkin dil haqqında 
 
Semiotik  yanaĢma  dilin  yaranması  haqqında  mülahizələrə  nə 
verdi?  Meymunların  dilini  öyrənməklə  biz  müəyyən  edə  bildik  ki, 
onlar  sadə  əlaqələr  əsasında  intensional  dildən  istifadə  edə  bilirlər. 
Sonralar bu qabiliyyət daha da inkiĢaf etdi. Müəyyən Ģəraitdə onlar 
artan maraq göstərməyə məcbur olurlar. Meymunlar hərəkət edirlər 
ki,  yem  tapsınlar, pis  havadan  və  düĢməndən qorunsunlar.  BaĢlan-
ğıcda  onlar  təbiətdə  olan,  sonralar  isə  özlərinin  düzəltdiyi  əĢya-
lardan istifadə edirlər. Fəaliyyət prosesində meymunabənzər canlılar 
Ģeylər  arasında  əlaqəni  tutmağa  çalıĢırlar.  Özü  də  bu  dairə  daim 
geniĢlənir. Digər tərəfdən yeni Ģərait onları birlikdə hərəkət etməyə 
məcbur  edir.  Dil  iĢarələrindən  ünsiyyət  vasitəsi  kimi  istifadə  mər-
hələsində fərdlərin birləĢməsi zərurətə çevrilir. 
Meymunlarda  ünsiyyət  vasitəsi  kimi  jestlər  çıxıĢ  edir, 
insanlığın  ilkin  mərhələsində  isə  səsli  dil  daha  böyük  əhəmiyyət 
kəsb  edirdi.  Məhz  səsli  dil  qrammatik  strukturlardakı  fərqləri  daha 
yığcam ifadə etməyə imkan verir. 
Səsli dil əllərin ünsiyyətdən azad olmasına imkan verdi, insan 
qaranlıqda,  aralı  məsafədə  olarkən  məlumat  alıb  verməyə  Ģans  qa-
zandı (bax: Ģəkil 9) 
Ġlkin  insanların  dili,  söyləmi  necə  olub?  Yəqin  ki,  o  zaman 
çağrıĢın hərəkətə sövq etmək faktları nəqletmə faktından daha geniĢ 
yayılıbmıĢ.  /Hava  soyuqdur//  və  ya  /Bağda  gözəl  güllər  var//  kimi  
cümlələr   demək   üçün   ilk  insanlar  abstraksiya  və  ümumiləĢmə  
 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
109 
         
 
Şəkil 9. Insanlarin ünsiyyəti 
 
 
aparmağı  bacarmalı  idilər  ki,  bu  sözləri  bir-birinə  bağlayıb  nəsə 
desinlər. Bu, ömründə xalça toxumağı bacarmayan adamdan birdən-
birə  xalça  toxumağı  tələb  etməyə  bənzəryir.  Uzun  təcrübə  yolu 
keçən insan xalça toxuya bilər. Dil baxımından insan da, güman ki, 
ilkin  mərhələdə  bu  cür  vəziyyətdə  olub.  O  yalnız  olanı  göstərir  və 
adlandırır,  nə  etmək  lazım  olduğunu  Ģərh  edə  bilmir.  Xalçanı 
toxumağı bacaran adam bütün istifadə etdiyi iplərin ilmə Ģəbəkəsini 
aydın  dərk  edir,  naxıĢların  modellərini  öz  təsəvvüründə  yaradır  və 
praktik  cəhətdən  onların  bir-birinə  bağlanmasını  həyata  keçirir. 
Ġnsan  da  ilkin  danıĢıq  mərhələsində  ayrı-ayrı  predmet  və  əĢyaların 
adlarını deyir: /su/, /ma/, /mama/ və s. Bu cür holofrastik ―cümlələr‖ 
onun ehtiyac duyduğu Ģeylərə iĢarədir. O hələ felləri iĢlədə bilmirdi, 
uzaq baĢı ancaq əmr formalarını mənimsəmiĢdi: /ver/, /al/ və s. 
Ancaq  insanın  anasına  və  ya  bacısına  ilk  söyləmi  hansısa 
hərəkətə  çağırıĢ  olub,  bunu  psixoloqlar  da  təsdiq  edirlər.  Elə 
meymunları götürək. Onların istənilən iĢarəsi hansısa hərəkətə sövq 
üçündür. /Gedək/, /gəl/, /bura gəl/ və s. UĢağın ilk söyləmləri belə 
olur. Məsələn, səhər-səhər yumurta yeyən uĢaq birini də istəyirsə /a-
a/  ya  /e-e/  deyir,  yəni  birini  də  istəyirəm.  11  aylığında  uĢaq 
oyuncaqlardan topu istəyəndə /e-e/ deyirdi. Bir az sonra uĢaq /çay/ 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
110 
istəyəndə  susuzladığını  bildirmək  üçün  /ver/  kəlməsini  /mənə  çay 
ver içim/ söyləmi əvəzində dilə gətirirdi
1

Deməli, uĢaq dilinin son illərdə intensiv tədqiqi göstərir ki, ilk 
söyləmlərin  məzmunu  həmsöhbəti  hərəkətə  gətirmək,  onu  nəyəsə 
sövq  etmək  istiqamətində  olur.  Görünür,  cəmiyyətin  ilkin 
mərhələsində  də  ünsiyyət  məhz  bu  cür  olmuĢdur.  Tədqiqatlar 
göstərir ki, kiĢilərin müraciətində felin əmr formaları üstünlük təĢkil 
edir. Müq.et: /ver/ # /verginən// və ya /al/ # /alsana/ və s. 
Bəzən  deyirlər  ki,  ilkin  söyləmlərdə  instinktiv  çağırıĢların 
maddi tərəfini təĢkil edən çığırtılar ixtiyari olsalar da, müyyən məna 
daĢıdıqları üçün ünsiyyət rolunu oynamıĢlar, çünki meymunların bu 
cür  çığırtısına  o  biriləri  müəyyən  reaksiya  verirlər.  Ola  bilər  ki, 
hansısa  bir  Ģəraitdə  onlar  anlaĢılmazlıq  yaratsın.  Fərz  edək  ki, 
meymunabənzər  canlı  alovun  üstünə  ağır  odun  parçası  qaldırıb 
atmaq  istəyir.  O,  köməyə  çağırır,  instinktiv  çağırıĢ  edir,  deyək  ki, 
həyəcan  siqnalı  verir,  onda  o  gözlədiyinin  əksinə  nail  olursa,  hey-
vanlar  bu  çığırtını  eĢidib  o  yan-bu  yana  qaçıĢırlarsa,  köməyə 
gəlmirlərsə, deməli, o siqnal gözlənilən effekti verməyib. Yəni his-
sələrinə  bölünən  iĢarənin  səsləndirilməsi  ünsiyyətdə  yeni  mər-
hələnin  yaranmasını  tələb  edir  ki,  bu  da  deyilənə  reaksiya  vermək 
deməkdir. Dil iĢarəsi belədə intensionallıq kəsb edir.

UĢaq dilini öyrənməklə alimlər belə qənaətə gəliblər ki, ilkin 
mərhələdə  insan  dilinin  imkanları  çox  məhdud  olub.  Uzun  məĢq 
tələb  edən  səsləri  ilk  insanlar  tələffüz  edə  bilmirdilər.  Ġlk  səslər 
xüsusi səy və  gərginlik  tələb etməli idi. Tədqiqatlar göstərir ki,  ən 
əvvəl  dodaq  samitləri  və  açıq  saitlər  tələffüz  olunub.

Ġlk  sözlər 
həmin  samitlərlə  /a/  saitinin  birləĢməsi  olub.  UĢaqlarda  da  belədir: 
/ba, ma, pa/ və s. 
UĢaqlar  da  ilk  əvvəl  akustik  hissələrə  parçalanmayan  qığıltı 
və çığırtılar ifadə edirlər. Bir yaĢında /a/ aydınlaĢır. Ġlk səslər 3-9 ay 
arasında  deyilir.  Fonoloji  cəhətdən  signifikativ  qarĢılaĢma 
yaratmayan  ilk  səs  ardıcıllığı  kipləĢən-partlayıĢlı  samit  və  /a/  saiti 
olmuĢdur.UĢaq dilinə xüsusi əsər həsr etmiĢ V. Veysəlova yazır: ―O 
(söhbət  obyekt  kimi  müşahidə  olunan  balaca  Nərgizdən  gedir  - 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə