Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   27   28   29   30   31   32   33   34   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
94 
çox səs siqnalları çıxarırlar. 
Bu siqnallar bildirir ki, hansısa ərazi tutulub, onun bu ərazidə 
görünməsi təhlükəlidir, diĢini çağıraraq ona həyəcanını bildirir. 
Nəsil artırılmasında ana (ata) və bala arasında qarĢılıqlı anlaĢ-
ma mühüm rol oynayır. Səs siqnalları burada mühümdür. QuĢ vali-
deyinlər öz balalarına qida ilə qayıtmaqları, düĢmənin yaxınlaĢması 
barədə  xəbər  verirlər,  onları  uçuĢa  həvəsləndirirlər,  bir  yerə  top-
laĢmağa çağırırlar (məsələn, anac toyuq balalarını bir yerə yığanda). 
Balaları isə təhlükə yarananda və ac qalanda siqnallar verirlər. 
Heyvanların  çıxardığı  səslər  gerçəklik  haqqında  çox  dəqiq 
məlumat  verir.  Məsələn,  qağayı  az  yem  tapanda  onu  özü  yeyir,  bu 
barədə baĢqalarına xəbər vermir, ancaq  yemək çox olanda öz həm-
cinslərini  xüsusi çağırıĢla  dəvət  edir. Heyvanların rəhbərləri xüsusi 
təhlükə  yarananda,  düĢmən  gələndə  həyəcan  təbili  çalır  və  dəqiq 
məlumat verirlər, hansı düĢmən haradan və hansı yerdən yaxınlaĢır. 
DüĢmənlə  aralarındakı  məsafəni  heyvanlar  həyəcanlı  səslə  ifadə 
edirlər.  Məsələn,  ingilislərin  piĢik-quĢ  adlandırdıqları  heyvan 
düĢməni  görəndə  qısa  çığırtı  çıxarır,  ancaq  düĢmən  yaxınlaĢanda 
piĢik kimi miyoldayırlar. Buradan da onların adı aydın olur. 
ĠnkiĢaf etmiĢ elə bir heyvan yoxdur ki, iĢarə-siqnallarından bu 
və  ya  digər  dərəcədə  istifadə  etməsin.  ÇağırıĢ  qıĢqırtıları  canavar-
larda da müĢahidə olunur (bir yerə yığıĢmaq, yaxındakı ova hücum, 
Ģikarın  dalınca  qaçanda),  bu  cür  siqnallara  vəhĢi  və  yarımvəhĢi 
heyvanlarda tez-tez rast gəlmək olur. Hətta, xalq arasında kar hesab 
edilən balıqlar belə (ruslar deyirlər, balıq kimi kar-―нем как рыба‖) 
bir-birilərinə  xəbər  göndərəndə  səs  siqnallarından  istifadə  edirlər. 
Bu  siqnallar  düĢmənlərin  hücumlarından  qorunmaq  və  diĢi  həm-
cinsini tovlamaq üçün iĢlədilir. Son illərin tədqiqatları sübut edir ki, 
balıqlar  xüsusi  duruĢ  və  hərəkətlərdən  (dayanıb  durmaq,  yerində 
fırlanmaq) və s. ünsiyyət vasitəsi kimi istifadə edirlər. 
Qeyri-intensional  dilə  qarıĢqaların  və  arıların  ünsiyyətini  nü-
munə  gətirmək  olar.  Onlar  haqqında  irəlidə  bir  qədər  ətraflı  danı-
Ģacağıq. 
QarıĢqalar  öz  aralarında  müxtəlif  cür  ―razılaĢırlar‖.  Onlar  iy 


ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
95 
verən  Ģeyləri  göstərməklə  qidanın  istiqamətini  müəyyənləĢdirirlər. 
Eyni  zamanda  qarıĢqalar  bu  yolla  da  həyəcan  təbili  çalırlar.  Onlar 
həmçinin toxunmaqla jest vasitəsilə siqnal verirlər. Hətta belə iddia 
edirlər ki, qarıĢqalar bioloji radioəlaqə yaratmağa qabildirlər.

Təcrübələr  göstərmiĢdir  ki,  qarıĢqalar  deĢiyi  olan  dəmir 
stəkanlarda  yerləĢdirilmiĢ  öz  həmcinslərini  çıxardıb  xilas  etmiĢlər. 
Eyni zamanda onlar yandakı içi qarıĢqa ilə dolu, ağzı açıq və ya tam 
boĢ yoxlama qurğuĢun stəkanlara qəti yaxın getməmiĢlər. 
Mütəxəssislər  qırmızıdöĢ  ağacyeyən  qarıĢqaların  davranıĢını 
bir neçə il öyrənərək belə nəticəyə gəlmiĢlər ki, qarıĢqaların ―dilin-
də‖  ən  mühüm  cəhət  jestlər  və  təmaslardır.  QarıĢqalarda  iyirmiyə 
qədər  jest  müəyyənləĢdirmək  mümkün  olmuĢdur.  Lakin  onlardan 
yalnız  14-nün  mənasını  aça  bilmiĢlər.  AĢağıda  qarıĢqaların  hansı 
siqnallardan  istifadə  hallarına  bir  qədər  aydınlıq  gətirməyə  çalı-
Ģacağıq. 
Əgər  qarıĢqa  yuvasına  onların  yemədiyi  həĢərat  daxil  olarsa, 
onda  bu  barədə  birinci  duyan  qarıĢqa  digər  qarıĢqalara  siqnal 
göndərir, bu zaman o ya həĢəratın üstünə çıxır, ya da onun belindən 
aĢağı tullanır. Adətən bircə tullanıĢ yetərli olur, ancaq lazım gəldik-
də bir neçə dəfə, ta ona yönələn qarıĢqalar həĢəratdan üz döndərənə 
qədər tullana bilər. DüĢmən görəndə qarıĢqa xəbəredici mövqe tutur 
(qalxır və döĢünü qabağa verir). 
Yəqin  bundan  sonra  aparılacaq  tədqiqatlar  qarıĢqa  ―dilinin‖ 
incəliklərini öyrənməyə, bununla da onların ―dilinin‖ sirrini açmağa 
imkan verəcəkdir. 
 
 
IV.2. Arıların ünsiyyəti 
 
Digər  həĢəratlardan,  xüsusilə  arılardan  əldə  edilən  nəticələr 
heyranedicidir.  25  ildən  artıq  müddətdə  arıların  fəaliyyətini  öyrən-
miĢ Münhen professoru K.fon FriĢ tükürpədici Ģeylər açıqlamıĢdır. 
O,  arıların  dilini  öyrənmək  üçün  xüsusi  metodika  iĢləyib  ha-
zırlamıĢdır.  Bu  metodika  ilə  o,  arıların  hərəkətlərinin  incəliklərini 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
96 
açıb göstərmiĢdir.

AĢağıda  K.fon  FriĢin  təcrübəsindən  bəzi  qeydləri  verməyi 
məqsədəuyğun hesab edirik. 
Arılar  ―ünsiyyətdə‖  rəqslərdən  istifadə  edirlər.  Bunlar  adicə 
dil iĢarələridir. Arılar qidaya  yaxın olanda pətəkdən 100 m az mə-
safədə  olduqda  dairəvi  rəqslər  edirlər.  Əgər  yem  daha  uzaq  məsa-
fədə  yerləĢdirilsə,  arılar  oynamaqla  rəqs  edərək  öz  həmcinslərinə 
siqnal göndərirlər. Bu zaman arı düz xətt boyunca gedir, sonra çıxıĢ 
nöqtəsinə  qayıdır,  sola  doğru  yarımdairə  cızır,  sonra  təzədən  düz 
xətt  boyunca  gedir,  sonra  sağ  tərəfə  yarımdairə  cızır.  Özü  də 
düzxəttlə  rəqs  edərkən  arı  döĢü  ilə  o  yana  bu  yana  hərəkət  edir 
(buradan  da  rəqsin  adı  məlum  olur).  Rəqs  bir  neçə  dəqiqə  davam 
edə bilər. Bunu aĢağıdakı sxem əyani göstərir. 
 
 
 
 
 
 
 
 
 
Oynamaqla  rəqs  qidanı  pətəkdən  100  metr  məsafədə  tapanda 
daha sürətli olur. 
Qida uzaq olduqca,  arının  sağa və sola dönmələri bir az ləng 
olur.  K.fon  FriĢ  arıların  rəqslərini  öyrənmək  üçün  sırf  matematik 
formula müəyyənləĢdirə bilib; beləki, 15 dəqiqə ərzində arıların düz 
xətt  boyunca  hərəkətlərinin  sayı  pətəkdən  100  metr  aralıda  qidaya 
doğru  etdikləri  hərəkətin  təxminən  9-10-na  bərabərdir,  qida  5000 
metrdə olanda isə 2-yə və nəhayət, 10 min metr aralıda olanda 1-nə 
bərabərdir. 
Bir məsələ də ciddi maraq doğurur: oynamaqla edilən rəqslər 
qida  yerinin  istiqaməti  barədə  də  məlumat  verir.  Bu  məlumatın 
xarakteri düz xətt boyunca hərəkətdən asılıdır.



Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə