Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
85 
dağılır və bərpasına uzun vaxt tələb olunur. R.Yakobson iddia edir 
ki, dil genetik kodun nümunəsində evolutiv konstruksiya ilə yaranıb. 
Genetik  kodla  təbii  dil  arasındakı  struktur  oxĢarlıq  (izomorfizm) 
canlı  orqanizmin  öz  strukturu  haqqında  informasiyaya  kortəbii 
yiyələnməsilə Ģərtlənir. 
1968-ci  ildə  Parisdə  telediskussiyada  R.Yakobson  demiĢdı: 
―...dil molekulyar struktur prinsipləri əsasında yaranıb, dil, yəni dili 
baĢa düĢmək, onu mənimsəmək, ondan istifadə etmək biolojidir‖
51
 
 
 
III.5. Semiotikanın müasir mərhələsi 
 
Ġsveçrə  alimi  J.Piajenin  (1896-1980)  danıĢığın  və  təfəkkürün 
ontogenezilə bağlı fikirləri ciddi maraq doğrur. O yazır ki, düĢüncə 
sxemi  hər  bir  uĢaqda  müxtəlif  olur.  O  güman  edirdi  ki,  iĢarənin 
yaranması  (simvolik  və  ya  semiotik  funksiyalar)  anadangəlmə 
olmasa  da,  ümumiləĢmənin  formalaĢması  üçün  zəruri  Ģərtdir.  ĠĢa-
rənin  yaranması  dildən  qabaqdır,  ancaq  o,  dildən  geniĢdir.  ―Sim-
volik  və  ya  semiotik  funksiya  uĢaqda  iki  yaĢında  formalaĢır...Dil 
semiotik  funksiyanın  yalnız  tərkib  hissəsidir  (sösüz,  vacib,  mən 
bunu  inkar  etmirəm),  ancaq  tərkib  özü  də  simvolik  funksiyanın 
icralarının toplusunda çox məhdud hissədir.‖ 
51 
N.Ġ.Jinkin (1893-1979) mənanın genezisi və insan dililə hey-
vanların  səs  çıxartmaları  arasındakı  fərqləri  dərindən  öyrənən 
alimlərdəndir.  Əsas  fərq  bu  alimə  görə,  insanda  farinksin  rolunun 
böyük  olmasındadır,  insanda  səslənmədə  farinkslə  yanaĢı  ağız  və 
burun boĢluqları iĢtirak edir, meymunda və yeni doğulan uĢaqlarda 
farinks  səslənmə  ilə  əlaqədar  deyildir.  Digər  tərəfdən,  insanlarda 
hierarxik quruluĢ var, yuxarı səviyyənin vahidi aĢağı səviyyə vahidi 
üzərində dayanır, bununla da supraiĢarə yaranır.
52
 
P.Bart (1915-1980) da kütləvi informasiyanın öyrənilməsində 
və  Parisdə  ―ĠĢarələrin,  simvolların  və  təsvirlərin  sosiologiyası‖ 
dərnəyinə  rəhbərlik  edəndə  moda  haqqında  danıĢarkən  iki  cəhəti 
xüsusi vurğulayır və yazır ki, moda semiotikasında real paltarla ya-


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
86 
naĢı  ―paltar-obraz‖  və  ―paltar-təsvir‖  mühüm  rol  oynayır.  Jurnalı 
açanda  çoxlu  paltar  Ģəkli  görürük:  birini  Ģəkildə  göstərirlər,  bu 
paltar-obrazdır, o birisini isə təsvir olunan, sözlə Ģərh olunan paltar 
kimi verirlər. 
     
 
 
Şəkil 6. Müxtəlif paltar növləri (dəridən, astarı yun, qadın paltarı, 
paltar-obraz, paltar-təsvir)
 
 
Daha  sonra  R.Bart  semioloji  paradoks  anlayıĢını  irəli  sürür. 
Onun  məğzi  ondadır  ki,  iĢarə  funksiyaları  əvvəllər  iĢarə  olmayan 
Ģeylərə  Ģamil  edilir,  ya  da  əksinə,  Ģeylər  öz  iĢarəvilik  funksiyasını 
itirir.  Məsələn,  yol  üstündəki  evin  qabağında  böyük  çinar  var.  Ev 
sahibi  onun  altında  oturacaq  düzəldir.  ĠĢarə  kölgələnmək,  istirahət 
etmək  funksiyası  qazanır.  Sonra  evin  xanımı  Ģikayətlənir,  ağacın 
altında  oturanların  səsindən  bezir.  KiĢi  də  səhərisi  günü  oturacağı 
söküb  atır.  Oturacaq  iĢarəsi  konnotasiya  adlanır.  R.Bart  iĢarələrin 
iĢlənməsində (sintaksis, semantika, praqmatika) elə xüsusiyyətlərin 
olmasını  qeyd  edir  ki,  onlar  bədii  mətnlərin  forma,  istiqamət  və 
üslublarına  uyğun  gəlir.  O  göstərir  ki,  nəqli  mətnlərdə  ardıcıllıq 
pozula  bilər,  ancaq  iĢgüzar  mətnlərdə  ciddi  ardıcıllıq  gözlənilir  və 
özü də proqressiv olur. O yazır ki, dil vacib, ədəbiyyat isə fakültə-
tivdir, ona görə də dil məcburilik, ədəbiyyat isə ―hakimiyyətsizliyə‖ 
həvəs  göstərir.  Biz  dillə  oynayırıq,  onu  axmaq  yerinə  qoyuruq,  bu 
bicliyi,  bu  əla  yanlıĢlığı,  bizə  sözün  permanent  ideyasını  həyata 
keçirməyə  imkan  verən,  bu,  hakimiyyəti  olmayan  dili  mən 
ədəbiyyat adlandırıram.
53



ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
87 
Son dövrlərdə italyan alimləri U.Eko və U.Volli semiotikaya 
dair  sanballı  əsərlərilə  diqqəti  cəlb  edirlər.  Onların  semiotikanın 
strukturu,  hüdudları  və  perspektivilə  bağlı  olduqca  dəyərli  fikirləri 
vardır. Onlar ümumi semiologiyanı (dil fəlsəfəsi və kommunikasiya 
nəzəriyyəsi)  və  xüsusi  semiotikanı  fərqləndirir,  sonra  isə  mədəniy-
yətlərin  semiotik  tipologiyasını  (dil,  siyasət,  tərbiyə  və  əxlaq), 
arxitektura,  ritorika,  reklam,  paralinqvistik  kodların  (jest  və  mimi-
ka)növlərini  ayırmaqla,  konkret  kodların  və  iĢarə  situasiyalarının 
öyrənilməsinə xüsusi fəsillər həsr etmiĢlər.
54
 
Onlar  semiotikanın  perspektivini  çox  geniĢ  görür,  hesab 
edirlər  ki,  insan  və  cəmiyyət  ümumi  qlobal  kommunikasiya 
kontekstində öyrənilməlidir. 
Sovet  dövründə  Y.M.Lotman  (1922-1993)  Tartu  semiotik 
məktəbində əsas ideya generatoru olub. 
Semiosfera  konsepsiyası  onun  adı  ilə  bağlıdır.  Semiosfera 
düĢüncənin  iĢarə  dayaqları  sistemdir,  yəni  mənaların  daĢıyıcısı  və 
ötürücüsü, informasiyanın ötürülməsi kanalları və vasitələridir: 
1.  Semiosfera  semiotikadanxaric  məkanlardan  ayrılır,  o, 
semiotik strukturların ansamblıdır. 
2.  Semiosferanın  səviyyəli  (hierarxik)  və  daxilən  nahamar 
strukturu və dinamikası var. 
3.  Ġnformasiyanın  yaranması  prosesləri  və  semiozis  yalnız 
qarĢılıqlı  əlaqədə  müxtəlif  semiotik  strukturların  dialoqunda 
mümkündür. 
4.  Semiosferanın  diaxron  dərinliyi  var,  çünki  o,  mürəkkəb 
yaddaĢ sistemilə yüklənib və bu yaddaĢsız iĢləyə bilməz.
57 
1971-ci  ildə  Y.S.Stepanov  (1930-)  ―Semiotika‖  adında  kitab 
çap etdirib və orada 5 istiqaməti ayırıb: biosemiotika, etnosemiotika, 
linqvosemiotika,  abstrakt  semiotika  və  ümumi  semiotika  balıqların 
və arıların dilindən tutmuĢ hindu ritualları və məntiqi paradoksalara 
qədər  semiotik  qanunauyğunluqları  öyrənən  sahələrdir.  Y.S.Stepa-
nov ―dil-az, dil-lap az, dil-qeyri dil‖ qarĢılaĢmalarını fərqləndirir
58

Dilin  iĢarəviliyi  haqqında  ən  çox  yazan  dilçilərdən  biri  də 
Y.S.Maslovdur (1908-1977).
59 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə