Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
73 
kündür. 
Bu  üç  aspekt  istənilən  mətnin  qurulmasını  və  Ģərhini  təmin 
edən  parametrlərdir.  Məsələn,  riyazi  formulda  birinci  plana  sintak-
tika  çıxır.  Emipirik  elmi  dil  təbiətin  təsvirinə,  əxlaqın,  təsviri  və 
tətbiqi  incəsənətin  dili  idarəetməyə,  Ģey  və  məqamları  göstərməyə, 
Ģeylərdən  gözlənilən  nəticəni  almağa  kömək  edir.  Bütün  burada 
iĢarənin  hər  üç  aspekti  kifayət  qədər  dolğun  təmsil  olunur,  ancaq 
diqqətdən  və  maraqdan  asılı  olaraq  onlardan  biri  digərinə  tabe  ola 
bilər.
29
 
Ç.Morrisin bölgüsü klassik hesab olunur. Hər halda filosoflar 
və kulturoloqlar Ç.Pirsin bölgüsündən Morrisin bölgüsünə daha çox 
üstünlük verirlər. 
Y.S.Stepanov  (1930-)  bu  bölgüyə  əsaslanaraq  dilin  dərk 
olunması  paradiqminə  dair  bilgilərin  3  istiqamətdə  inkiĢafını  Ģərh 
edir.  Semantik  paradiqm  (adın  fəlsəfəsi);  sintaktik  (predikatın 
fəlsəfəsi) və praqmatik (eqosentrik, sözlərin fəlsəfəsi). Ç.Morris ya-
zır: ―Semiotika insan fəaliyyətinin əsas formalarını və bu formaların 
bir-birilə  əlaqəsini  baĢa  düĢməyə  zəmin  yaradır,  çünki  fəaliyyətin 
bütün  növləri  və  onlar  arasındakı  əlaqələr  öz  ifadəsini  iĢarələrdə 
tapır...  ĠĢarə  anlayıĢı  insan  haqqında  elm  üçün  fizika  üçün  atom, 
biologiya  üçün  hüceyrələr  vacib  olduğu  kimi  fundamentaldır.
31
 
Onun fikrincə, fəlsəfə elə iĢarə nəzəriyyəsi deməkdir.
32
 
Ç.Morris  iĢarə  haqqında  fikirlərini  özünün  ―ĠĢarələr,  dil  və 
davranıĢ‖  (1946),  ―Ġnsan  ləyaqətinin  müxtəliflikləri‖  (1958)  və 
―Məna və mənalanma. ĠĢarələr və dəyərlər. Əlaqələrin öyrənilməsi‖ 
(1964) kitablarında inkiĢaf etdirib. 
 
 
III.4. R.Yakobson və semiotika 
 
R.Yakobson  semiotikanın  inkiĢafı  və  yayılması  üçün  çox  iĢ 
görmüĢdür. O, 1975-ci ildə yazırdı: ―ġübhəsiz, bütün incəsənət növ-
ləri,  fərqi  yoxdur,  mahiyyəti  etibarı  ilə  zamanla  bağlı  olsun, 
məsələn,  musiqi  və  poeziya  və  ya  təbiətinə  görə  məkanla  bağlı 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
74 
olsun,  məsələn,  heykəltaraĢlıq  və  skulptura  və  ya  sinkretik,  yəni 
həm  zaman,  həm  də  məkanla  bağlı  olsun,  məs.,  teatr,  sirk  və  kino 
tamaĢaları olsun, eynilə iĢarə təbiətinə malikdir.‖
33
 O hesab edir ki, 
incəsənəti  dilə  qarĢı  qoymaq  cəhdi  uğursuzluğla  nəticələnəcək, 
müqayisəli  tədqiqat  onu  adi  dilə  yaxınlaĢdıracaq,  çünki  incəsənət 
adi  dilin  transformasiya  olunmuĢ  sistemidir.  R.Yakobson  yazır  ki, 
istənilən  incəsənət  Ç.Pirsin  göstərdiyi  3  növ  semiotik  iĢarəyə 
malikdir.  Deməli,  o  həm  simvol,  ikon,  həm  də  indeksə  yaxındır. 
Ancaq o hər Ģeydən öncə incəsənət xarakterilə səciyyələnir ki, onun 
mənası da bundadır. 
Hər bir iĢarə müəyyən alıquid stat pro aliquo formuluna görə 
bildiricidir,  göstəricidir  (renvoi).  ĠĢarənin  bildirməsi  baĢqa  Ģeyə 
iĢarədir,  ya  bütövə,  ya  tərəflərdən  birinə  (signans  və  ya  signatum) 
oxĢayır. 
R.Yakobson  aĢağıdakı  hallarda  iĢarələrin  məhdudiyyətini 
qəbul etmir: 
1. R.Yakobson iĢarə fenomenini ümumi Ģəkildə qəbul edir. 
a) o, simvolları, ikonları və indeksləri iĢarə hesab edir; 
b)  informasiyanı  vermə  niyyəti  ortada  yoxdursa,  yəni  bəda-
hətən verilən informasiya iĢarə hesab edilməməlidir (gözlənilmədən 
ağlamaq, gəyirmək, utancaqlıqdan qızarmaq və s.). IĢarə üçün Ģərh 
olunmaq  imkanından  baĢqa  bir  Ģey  lazım  deyildir,  hətta  adresat 
olmasa belə, xəstəlik simptomları da, beləliklə iĢarədirlər.
34
 
c)  o  nəinki  fonemi,  hətta  onun  differensial  əlamətini  də  iĢarə 
hesab edirdi. 
R.Yakobson  yazır  ki,  fonem  haqqında  çox  yazılsa  da,  onun 
semiotik  və  xüsusilə  linqvistik  problemləri  çox  az  iĢıqlandırılıb.

 
Fonemin strukturu, onun baĢqa fonetik və ümumiyyətlə, linqvistik, 
bir  az  da  geniĢ  götürülsə,  semiotik  dəyərləri  məsələsinə  az  to-
xunulub. 
―Əsas  fonem  debatlarının  sevimli  mövzusu  belədir:  nə  mə-
nada  fonemin  varlığı  sübut  oluna  bilər?  O,  reallığın  hansı  tərəfinə 
aiddir?  Cavablar  müəlliflərin  ümumi  dünyagörüĢündən  asılı  olaraq 


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
75 
fərqlənir...  bəlkə  fonem  sırf  elmi  abstraksiyadır,  bütöv  dil  vahidlə-
rində olduğu kimi sadəcə nizamlanma anlayıĢı olmalıdır‖.
35 
Fonemin  reallığa  münasibəti  bütün  dil  vahidlərində  olduğu 
kimi  fonemdən  və  ya  dilçilikdən  kənardadır,  çünki  bu  dəyər  nəzə-
riyyəsinin sahəsidir. 
R.Yakobson  F.de  Sössürün  “dil  –  danışıq”  (langue-parole) 
konsepsiyasına toxunaraq  göstərir ki,  əslində qarĢılaĢma  dixotomik 
deyil, trixotomik olmalıdır: 
dil norması 

 dil ifadəsi (söyləm); 
dil  fərdüstü,  sosial  dəyər  kimi 

  dil  fərdi,  xüsusi  qənimət 
kimi; 
dil  vahidləĢmiĢ  (unifikasiyalaĢmıĢ),  ümumiyə  xas,  sentripetal 

 fərdiləĢmiĢ, xüsusiləĢmiĢ və sentrifuqal kimi. 
―Fonem və ya baĢqa sözlə, səsin distinktiv əlamətlərinin məc-
musu, əslində fərdüstü dil norması ilə müəyyənləĢir, ancaq o labüd 
olaraq hər bir eksplist danıĢıq aktının ayrıca səsində mövcuddur.‖
36 
Fonem bütün dil dəyərləri icərisində, iĢarələr aləmində xüsusi 
yer tutur. 
R.Yakobson fonemi digər dil səviyyələri vahidlərilə müqayisə 
edərkən (söz, morfem, cümlə və s.) yazır ki, digər dil vahidlərindən 
fərqli  olaraq  fonemin  ayrılıqda  pozitiv  mənası  yoxdur  (suffiksin, 
kökün  mənası  var,  onlar  hansısa  mənanı  ifadə  edir).  Fonemin  dil 
dəyəri  yalnız  ondan  ibarətdir  ki,  o,  tərkibində  gəldiyi  sözü  və  ya 
morfemi fərqləndirir. Bu tək bir fonemlə və ya bir neçə fonemlə ola 
bilər. Axırıncı halda fərqlənmə həmin fonemlər arasında paylanır.
37 
Ġki fonemin fərqlənməsindən danıĢan R.Yakobson onu yalnız 
və  yalnız  məna  fərqləndirməsi  faktında  görür,  bunun  əksinə  olaraq 
məna fərqinin məzmunu nə müəyyəndir, nə də daimidir, yəni söhbət 
ixtiyari  iĢarələrdən  gedir  (significantia  artificialiter),  onlar  ad 
significandumdur,  ancaq  özlüyündə  heç  bir  məna  bildirmir.
38
 
Fikrimizcə, burada R.Yakobson düz izah etmir, mənası olmayan bir 
iĢarə məna  fərqləndirə bilməz. Biz bu məsələyə  baĢqa  yerdə  geniĢ 
münasibət bildirdiyimizdən burada onun üzərində ətraflı dayanmaq 
istəmirik.
39
 R.Yakobson bir az da irəli gedərək yazır ki, fonem ikitə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə