Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
61 
 
 
III. 
Semiotikanın tarixinə
 
bir baxış 
 
 
 
 
III.1. Qədim dövrlərdən pirsəqədərki semiotika 
 
Söz  və  onun  referenti,  denotatı  həmiĢə  insanı  düĢündürüb. 
Əski  çağlardan  bu  məsələyə  iki  yanaĢma  bir-birindən  fərqlənib. 
Qədim  yunanlarda  bir  tərəfdən  söz  əĢyanın  adına,  onun  təbiətinə 
uyğun hesab edilirdi. Bu nəzəriyyəni füsey (fhysis, yunanca ―təbiət‖ 
sözündəndir)  adlandırırdılar.
1
  Onu  Herakl  tərəfdarları,  sonralar 
stoiklər,  qismən  də  qnostiklər  və  pifarqorçular  qızğın  müdafiə 
edirdilər.  Bunun  əksinə  olaraq  tesey  nəzəriyyəsi  (thésis-yunanca 
―müddəa‖,  ―fikir‖  sözündəndir)  adların  Ģərtliyini,  Ģüurlu  olaraq 
cəmiyyətdə razılaĢma əsasında mövcudluğunu əsas hesab edirdi. Bu 
ideyanı Platon və Aristotel də müdafiə edirdilər.

Füseyçilər  təbii  bağlılığı  danıĢıq  səslərinin  ətraf  aləmə  yara-
dıcı  təsirində  və  onların  insanın  fizioloji  hisslərilə  Ģərtlənməsində 
görürdülər.  6  əsrdən  sonra  Avqustin  (354-430)  stoikləri  belə  Ģərh 
edirdi:  ―adların  təbiiliyi‖,  birincisi,  səs  təqlidilə  (yəni  dəmirin  dın-
gıltısını,  atın  kiĢnəməsini  və  ya  zəncirin  cırıldamasını  ifadə  etmək 
üçün  iĢlədilən  sözlər)  yaranan  sözlərlə,  ikincisi,  Ģeylərin  insana 
təsirindən yaranan təəssürat arasında oxĢarlıqla sübut olunur.

ġeylər  sözlər  kimi  təəssürat  yaradır.  /Bal/  deyəndə  insanda 
Ģirinlik  dadı,  /yun/  deyəndə  yumĢaqlıq  təəssüratları  yaranır.  Təəs-
sürat  bəzən  o  qədər  güclü  olur  ki  (məsələn,  iylənmiĢ  ərzaqdan), 
adam  iyrənməkdən  özünü  güclə  saxlayır.  Adların  təbiəti  haqqında 
Platon özünün məĢhur ―Kratil‖ dialoqunda geniĢ danıĢır. Üç nəfər - 
Kratil,  Hermogen  və  Sokrat  adların  düzgünlüyü  barədə  mübahisə 
edirlər.  Kratil  əsl  adların  düzgünlüyünü,  yəni  adların  təbiətən 
verildiyini  bildirir.  Hermogen  heç  bir  təbiiliyi  qəbul  etmir,  adların 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
62 
qanun  və  adət  əsasında  verilməsi  ideyasını  müdafiə  edir.  Sokrat 
(Platonun  özü)  isə  hakim  rolunda  çıxıĢ  edir  və  iddia  edir  ki,  adlar 
verilir,  ancaq  onları  verən  onomatotet  (yunanca  onomato-thétés 
birləşməsindən  ibarət  olub  hərfi  mənası  onomo  –  ―ad‖  və  thétés-
güman etmək, müəyyən etmək, həmçinin onomatōn sözü vardır ki, 
bu da ―ad verən‖ demək idi) elə edir ki, adların əmələ gəldiyi səslər 
adlanan əĢya və ya hərəkətin ―təbiətinə‖ cavab versin.
4
 
Sözün əmələ gəlməsilə bağlı ―təbiətlə‖ ―razılaĢma‖ arasındakı 
əlaqəyə  dair  Platonun  kompromisi  ondadır  ki,  söz  tarixən  yara-
narkən  onun  səs  qabığı  ilə  adlandırdığı  Ģey  arasında  daxili  bağlılıq 
olur,  ancaq  sonralar  o  qədər  düzəltmə  sözlər  mənaca  müxtəlif  olur 
ki, ilkin bağlılıq (motivasiya) itir, adla Ģey arasındakı əlaqə ənənəyə, 
razılaĢmaya (təbiətinə yox) əsaslanır. Bu əsil semiotik açıqlamadır. 
Semiotikanın pirsəqədərki inkiĢafının ayrı-ayrı mərhələləri bir 
neçə Ģəxsiyyətin, alimlərin adı ilə bağlıdır. Onlardan bəzisini burada 
qeyd etməyə dəyər: 
1.  Ġskəndəriyəli  Filon  Pisaniyada  (b.e.ə.  25-  e.s.  50-ci  illər) 
mətnin  4  anlamı  və  onun  müxtəlif  Ģərhi  haqqında  fikirlərə  rast 
gəlmək olur; 
2.  Dionisiy  Areopagitr  (V  və  ya  VI  əsrin  əvvəli)  dərketmədə 
insan  dilinin  gücsüzlüyü  ilə  bağlı  yeni  platonçuluq  ideyaları  irəli 
sürür; 
3.  Universaliyaların  (ümumi  anlayıĢların)  təbiəti  və  ifadələri 
haqqında  nominalistlərlə  realistlərin  dartıĢmaları  olduqca  ciddi 
maraq doğurur; 
4. Yapon Ģairi, filosofu, missioneri və ilk avropalı ərəbĢünası 
R.Yulliyin hazırladığı və qismən reallaĢdırdığı məntiqi avtomatın iĢ 
prinsipləri  göstərir  ki,  iĢarə  və  iĢarələr  problemi  antik  dövrdən 
baĢlamıĢ, orta əsrlərdə və renessans dövründə həmiĢə tədqiqatçıların 
diqqət mərkəzində olub. 
Elm  mərkəzinin  Ģərqdə  çiçəklənməsi  təfəkkür  və  dil 
əlaqələrinin öyrənilməsinə təkan verdi. Ġbn Sina (980-1037), böyük 
filosof  Bəhmənyar  (-  1067),  Nəsrəddin  Tusi  (1201-1274)  və  baĢ-
qaları  semiotika  terminini  iĢlətməsələr  də  iĢarələrdən  geniĢ  bəhs 


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
63 
etmiĢ,  onların  xüsusiyyətlərini  açıb  göstərməyə  çalıĢmıĢlar.  Məsə-
lən,  Ġbn  Sina  iĢarələrin  3  tipini  fərqləndirmiĢdir:  əqli,  təbii  və  süni 
(düzəldilmiş – F.V.) iĢarələr. Əqli iĢarələrin yaranmasına səbəb kimi 
o,  ağlın  fəaliyyətini  göstərir.  Yəni  insan  öz  ağlının  gücü  ilə 
müĢahidə  elədiyi  hadisəyə  ad  verir.  Ocaqdan  qalxan  tüstüyə  Ģərh 
vermək və ya meĢədə gəzən ayının ayaq izlərini ―ləpir‖ adlandırmaq 
insan  zəkasının  məhsuludur.  Ancaq  emosional  və  psixoloji  vəziy-
yətdən  doğan  əlamətləri  təbii  iĢarələrə  aid  etmək  olar.  Sifətdəki 
qızartı xəstəliyin və  ya utancaqlığın, sifətin  ağarması isə qorxunun 
əlaməti kimi dəyərləndirilə bilər. Üçüncü növ iĢarəyə isə o yazını və 
ya  hər  hansı  bir  söyləmi  misal  göstərir.  Hər  ikisi  insanın  Ģüurlu 
Ģəkildə  yaratdığı  iĢarədir.  Birinci  dilin  Ģifahi  formasını  yazıda  əks 
etdirmək  üçün  insanlar  tərəfindən  yaradılmıĢdır,  ikincisi  isə  fikrin 
sözlərlə  ifadəsidir.  Süni  dillər  (esperanto,  ido  və  s.),  müxtəlif  əlif-
balar  (Morze,  Brayl),  riyazi  formullar,  formal  məntiqin  simvolları 
buraya aid edilə bilər.

Doğrudan  da,  qara  paltar  yas,  ağ  isə  toy  mərasiminin  sim-
voludur.  Lakin  elə  xalqlar  var  ki,  onlarda  yasda  və  toyda  baĢqa 
rəngli  paltarlar  geyinirlər.  Burada  iĢarənin  anlam  dəyəri  əsas  rol 
oynayır:  ―...  kimsə  qar  üzərindəki  insan  izlərini  baĢa  düĢürsə,  o, 
insanın oradan keçib-keçməməsi haqqında fikrə malik olacaqdır‖.

Ġbn Sina iĢarələrin predmet və gerçəklik dəyəri (anlamı - F.V.) 
ilə  mənası  arasındakı  əlaqəni  açıb  göstərməyə  çalıĢırdı.  ĠĢarənin 
predmet və  ya gerçəklik dəyəri onun mənasını baĢa düĢməkdə mü-
hüm rol oynayır. 
Cəmiyyətin iĢtirakı ilə yaradılmıĢ iĢarələr (söz, söz birləĢməsi, 
söyləm, cümlə və s.) real gerçəkliyin dildə əks olunmasıdır. 
Bununla  yanaĢı,  Ġbn  Sina  söz-iĢarələrin  3  növünü  göstərirdi: 
1)  razılaĢdırılmıĢ  iĢarə;  2)  mənalı  iĢarə;  3)  iĢarə-zərurət.  Birinci 
halda  bütün  cəmiyyət  üzvləri  üçün  dilin  bu  və  ya  digər  sözü  kon-
vensiya  (razılaĢma)  prinsipinə  əsaslanır.  Azərbaycanlıların  hamısı 
bilir  ki,  /ev/  evdir,  /dağ/  da  dağdır.  Ancaq  Azərbaycan  dilini  bil-
məyənlər  üçün  bu  sözlər  adi  səs  ardıcıllığıdır  və  təbii  ki,  heç  bir 
məna bildirmir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə