Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
49 
rinə  çatdırılır.  Azərbaycan  dilində  32  qrafem  qabaqcadan  cəmiy-
yətdə  razılaĢdırılaraq  qəbul  edilmiĢ  iĢarələr  sistemi  kimi  bu  dildə 
bütün  yazılı  informasiyaların  ötürülməsi  və  qəbul  edilməsi  üĢün 
koddur.  Bu  kodun  açılması  azərbaycanlılar  və  Azərbaycan  dilini 
bilən  digərləri  üçün  mümkündür.  Eləcə  də  dilimizdə  34  fonemdən 
ibarət  sistem  azərbaycanlılar  arasında  bütün  Ģifahi  ünsiyyəti  təmin 
edən kod kimi göstərilə bilər. 
 
 
II.2. Semiotikanın ümumi məsələlərinə dair 
 
ĠĢarələr  sisteminin  informasiya  aləmini  necə  doldurması  ilə 
bağlı  konkret  misallara  müraciət  edək.  Hazırkı  dünyamızda  yol 
hərəkəti  qaydalarını  nizamlayan  iĢarələr  sistemini  təhlil  edəndə 
görürük ki, bütün bu iĢarələri 4 qrupda ümumiləĢdirmək olar: 
1. Nəqliyyat vastələrinin əsas növlərini əhatə edən iĢarələr: 
buraya yük və minik maĢınlarını, motosikl, velosiped, traktor, 
qoĢqulu  nəqliyyat  vasitələrini  göstərən  və  hətta  qabariti 
məhdudlaĢdıran iĢarələr daxildir (bax: Ģəkil 2). 
 
      
 
Şəkil 2. Nəqliyyat vasitlərini  göstərən işarələr 
 
2.  Hərəkətin  həyata  keçirildiyi  yollar  barəsindəki  niĢanlar: 
buraya  əsas  və  ikinci  dərəcəli,  avtomagistral,  birtərəfli  və  ikitərəfli 
hərəkət  olan,  ümumi  nəqiliyyat  növləri  üçün  nəzərdə  tutulmuĢ 
yolları göstərən iĢarələr daxildir (bax: Ģəkil 3). 
 
       
 
Şəkil 3. Yol nişanları 
 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
50 
3.  Xüsusi  təhlükə  gözlənildiyini  bildirən  iĢarələr:  buraya 
piyada keçidi, məktəb binası, dəmir yol keçidi, ötmə, yol təmiri və 
s. bildirən iĢarələr daxildir (bax: Ģəkil 4). 
 
      
 
Şəkil 4. Təhlükə bildirən nişanlar 
 
4. Sürücülər haqqında məlumat: sürücü-əlil, sürücü-Ģagird, əl 
ilə idarə edən sürücü və s. iĢarələr buraya aiddir (bax: Ģəkil 5). 
 
    
 
Şəkil 5. Sürücülər haqqında məlumat bildirən işarələr 
 
Yol hərəkəti qaydalarını əks etdirən lövhələr, yolun müəyyən 
hissəsinin  iĢarələnməsi,  iĢıqfor,  qabaqdan  gələn  maĢınların  xə-
bərdaredici  iĢarələri,  yol  nizamlayıcıları  və  s.  bütöv  bunlar  hamısı 
birlikdə yol hərəkəti qaydalarını nizamlayan iĢarələrdir. 
Bu  iĢarələrin  hamısı  əvvəlcədən  iĢlənib  hazırlanmıĢ  iĢarələr 
sistemidir.  Onların  göstərməkdən,  istiqamətləndirməkdən  baĢqa 
funksiyası  yoxdur.  Yolun  ĢürüĢkənliyini  göstərən  ziq-zaqvari  iĢarə 
sadəcə  sürücünü  ehtiyatlı  davranmağa  xəbərdar  edir.  O  iĢarənin 
funksiyası  yalnız  yol  hərəkəti  qaydalarına  aid  olan  iĢarələr  siste-
mində müəyyən əhəmiyyət daĢıyır. 
HeykəltaraĢ  semiotikası  yuxarılardakı  semiotik  sistemdən 
fərqlı  olaraq  insanı  üçmeyarlı  xüsusi  bir  fiqurda  (bəzən  qrup 
şəklində və ya heyvanların fiquru kimi - F.V.) əks etdirir: 
a)  bu  zaman  prototip  ya  qəhrəman,  ya  lider  və  ya  görkəmli 
elm  və  incəsənət  xadimidir.  Ancaq  burada  peyzaj  və  natürmort  ol-
mur. 
b)  simvolik,  alleqorik  və  ya  ümumiləĢdiriсi  strukturlar  əsas 
götürülür  (ədalət  rəmzi  kimi  qadının  əlində  tərəzi  və  qələbə  rəmzi 


ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
51 
kimi  naməlum  əsgər  heykəli,  vətənə  sevgi  rəmzi  kimi  şəhidlər 
xiyabanı və s. - F.V.). 
c) məlumat seçimi (ayaq üstə, büst, statuye, romantik, idman, 
konkret,  realistik  və  s.  –  F.V.).  Göründüyü  kimi,  skulpturda  təsvir 
imkanları məhduddur. 
Buradan  belə  nəticə  hasil  olur  ki,  kimsə  kiməsə  nəsə  deyir, 
jestlə  nəyisə  ifadə  edirsə,  Ģəkil  göstərirsə,  o,  bildiyini  və  ya  istə-
diyini,  niyyətini  baĢqasına  çatdırmaq  məqsədini  güdür  və  bu  həm 
deyənə  (göstərənə,  çəkənə),  həm  də  dinləyənə  (həmsöhbətə,  eĢi-
dənə,  tamaĢaçıya,  dinləyiciyə)  qabaqcadan  məlum  olan  qaydalar 
əsasında baĢ verir. Birincisi kodlaĢdırır, ikincisi isə dekodlaĢdırır ki, 
iĢarələr anlaĢılsın, qarĢılıqlı anlaĢmaya xidmət etsin. Kimsə güman 
edir  ki,  informasiyanın  ötürülməsi  və  qəbul  edilməsi,  ünsiyyət 
qabarıq, hər hansı bir mədəni formada razılaĢdırılmaya söykənmir, 
yəni iki fərd arasında ünsiyyət kortəbii və intuitiv əsasda baĢ verir, 
deməli,  bu  halda  semiotika  mənasız  bir  Ģeydir.  Beləliklə,  kodla 
məlumat  arasındakı  dialektika  və  kodun  razılaĢma  ilə  mədəni  təbi-
ətinə  dair  söylənilənlər  bu  sahədə  kəĢf  deyil,  sadəcə  onun  əsas-
landığı tələbdir. 
 
 
II.3. Semiotikanın sahələri 
 
AĢağıda  semiotik  sahəyə  daxil  edilən  tədqiqat  istiqamətləri 
son dövrlərin nailiyyətləri hesab olunmalıdır: 
Müasir  tədqiqatlara  əsaslanaraq  semiotika  sahələrini  belə 
qruplaĢdırmaq olar: 
Zoosemiotika:  bu  semiotikanın  aĢağı  səviyyisidir,  burada 
kommunikativ  davranıĢ  insan  cəmiyyətindəki  mədəni  davranıĢdan 
aĢağıda  olanlardır.  Heyvanlar  arasındakı  ünsiyyəti  öyrənməklə  biz 
insan  ünsiyyətinin  bioloji  və  təbii  komponentlərini  üzə  çıxarda  bi-
lərik.  Heyvan  səviyyəsində  də  davranıĢlar  içərisində  ―mədəni‖  və 
sosial davranıĢ növlərini üzə çıxartmaq olar. Hansı heyvanların ―ün-
siyyət‖ davranıĢının insanlara ən yaxın olanını müəyyən etmək olar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə