Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   11   12   13   14   15   16   17   18   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
46 
 
 
II. Semiotika v
ə
 ya semiologiya 
 
 
 
II.1. Semiotikanın mahiyyəti və tərifi 
 
Son  dövrlərdə  təbiətĢünaslıq  və  humanitar  elmləri  semioti-
kanın  tərkib  hissələri  kimi  səciyyələndirirlər.  L.Yelmslev  (1899-
1965)  və  onun  davamçıları  təbiət  elmlərini  semiotika,  humanitar 
elmlərin  formalaĢmasını  isə  semiologiya  kimi  müəyyənləĢdirirdi. 
A.Qraymas  (1917-)  isə  ifadə  haqqında  elmləri  semiotika,  məzmun 
haqqında elmləri isə semiologiya adlandırmağı təklif edirdi.
1
 
F.de  Sössürə  görə  iĢarələri  və  onların  sistemlərini  öyrənən 
elmin adı semiologiyadır.
2
 Ç. Pirsə və Ç. Morrisə (1901-1979) görə 
bu elmin adı semiotikadır.
3
 Belə bir fikir də var ki, semiologiya adı 
altında  ümumilikdə  iĢarələri  öyrənən  elmi  və  iĢarələri  xüsusi  sahə 
kimi  nəzərdən  keçirdikdə  dil  iĢarələrilə  birləĢdirmək  olar.  Bəzən 
F.de  Sössürün  tərifini  çevirməklə  semiologiyanı  translinqvistika 
kimi  baĢa  düĢürlər  ki,  bu  da  bütün  iĢarə  sistemlərini  dilin 
qanunlarına  əsasən  tədqiq  etməyi  nəzərdə  tutur.
4
  Deməli,  dil 
iĢarələrinin  tədqiqini  linqivistikadan  asılı  götürmürüksə,  onda  biz 
semiotika*  ilə  məĢğul  oluruq.  Fikrimizcə,  semiotika  termini  daha 
münasibdir.  Əlbəttə,  fəlsəfi  və  metodoloji  baxımdan  yanaĢdıqda 
burada  xeyli  mübahisəli  məsələ  ortalığa  çıxır.  1969-cu  ilin 
yanvarında  Parisdə  Beynəlxalq  Komitə  iclas  keçirdərək  ―Semiotik 
tədqiqatlar  üçün  Beynəlxalq  Assosiasiya‖  təsis  etməklə  belə  bir 
qərar  qəbul  etdi  ki,  ―Semiologiya‖  terminini  iĢlətməməklə  hər  iki 
sahəni  əhatə  edən  məsələlər  ―Semiotika‖  adı  altında  birləĢdirilsin.
5
 
Biz də bu əsərdə semiotika terminini bu mənada iĢlədəcəyik. 
Semiotikanın hüdudları və qanunauyğunluqları ilə məĢğul ol-
mağa baĢlayanda ilk öncə bu məsələlərə aydınlıq gətirilməlidir: 


ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
47 
a) ayrıca elm sahəsi olaraq semiotikanın öz obyekti və vahidi, 
habelə öz tədqiqat metodları vardırmı? 
b) bəlkə  bu fənn hələ  maraq dairəsi  tam bəlli  olmayan konq-
lomerat baxıĢların yığınıdır? 
Birinci  suala  cavab  vermək  üçün  tədqiqatçı  deduktiv  yolla 
gedərək semiotik model inkiĢaf etdirməli və bu model müxtəlif təd-
qiqatları öz içinə alan sahənin parametrlərini müəyyənləĢdirməlidir. 
Ġkinci  suala  cavab  vermək  üçün  isə  tədqiqatçı  vahid  modelə 
nail  olmaq  məqsədilə  stabil  tendensiyaların  sırasını  tədqiq  etməklə 
bu sahənin konturlarını iĢləyib hazırlamalıdır. 
Semiotikaya  xüsusi  əsər  həsr  etmiĢ  alman  alimi  Q.Klaus 
(1912-1979)  məsələyə  münasibətini  belə  ifadə  edir:  ―Bir  tərəfdən 
semiotika  deyəndə  ümumilikdə  dil  iĢarələri  nəzəriyyəsi  baĢa  dü-
Ģülür. Digər tərəfdən isə bu terminlə riyazi əsasların xüsusi sahəsini 
göstərirlər‖.
6
 
Əslində,  bu,  sərbəst  yarımqrupların  riyazi  nəzəriyyə  ilə  sıx 
bağlı  olduğu  sahədir.  Deməli,  ümumi  dil  fəlsəfəsi  sahəsi  kimi  se-
miotika riyazi sahəni əhatə edən semiotikadan fərqlənir. 
Semiotika  haqqında  ilk  məlumata  m.ə.  5-ci  əsrdə  sofistlərdə 
və  Platonda  (428-348)  rast  gəlmək  olur.  Platon  ―Kratil‖  əsərində 
danıĢığın mahiyyətini açır və elə bir mövqe nümayiĢ etdirir ki, onu 
bu gün konvensialist dil fəlsəfəsi adlandırmaq olar. Platonun Ģagirdi 
Aristotel (384-322) ―Orqanon‖ əsərində mənalı iĢarə birləĢmələrinin 
məna  daĢıyan  ayrı-ayrı  iĢarələrdən  düzəldiyini  göstərir  və  onları 
mənasız  birləĢmələrə  qarĢı  qoyur.  Stoiklər  də  forma  ilə  məna 
arasındakı  əlaqələri  aydın  dərk  edirdilər.  Onlar  mövcud  olan  Ģeylə 
(bu gün bunu işarələnən, denotat, referent və s. adlandırırlar - F.V.) 
onun  iĢarələyənini,  səsli  ifadəsini  (yazılı  formasını)  bir-birindən 
fərqləndirirdilər.

Semiotikanın  çiçəklənməsi  dövrü  kimi  Q.Laybnisin
8
  (1646-
1716), Y.Herderin
9
  (1744-1808), V.fon Humboldtun
10
  (1707-1835) 
yaradıcılığını  göstərirlər.  Düzdür  bu  mütəfəkkirlərdə  əsas  diqqət 
dilin məntiqi və ümumi semantik təhlilinə deyil, onun mənĢəyi, dil 
və  Ģüurun  (təfəkkürün)  qarĢılıqlı  əlaqələrinə,  dilin  insanın  yaradıcı 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
48 
əqlinin  ifadəsində  instrument  rolu  oynamasına  yönəlmiĢdi.  Onlar 
canlı  dilin  yaradıcı  insan  Ģüurunun  ifadəsi  olduğunu  xüsusi 
vurğulayırdılar.  V.fon  Humboldtun  araĢdırmalarının  mərkəzində 
onun  canlı  dillərlə  bağlı  apardığı  tədqiqatlar  dururdu.  Elə  bunun 
nəticəsi idi ki, dilin təhlili problemləri ümumi fəlsəfi və idrak-nəzəri 
problemlərdən  ayrılaraq  dilçiliyin  müstəqil  inkiĢafına  təkan  verdi. 
Sonralar  isə  əsasən  dilçilik  xüsusi  fənn  kimi  dil  tarixilə  məĢğul 
olmağa baĢladı. 
XIX  əsrdən  sonra  dilçilikdə  yenidən  semiotika  problemləri 
gündəmə  gətirildi.  Bu  zaman  semiotikanın  riyazi  məntiqin 
problemlərinə diqqət artırmasına səbəbkar Ç.V.Morrisin kitabı oldu. 
Onun ―ĠĢarə, dil və davranıĢ‖ kitabını neopozitiv və biheyviorist dil 
fəlsəfəsinin  kiçik  ensiklopediyası  adlandırırlar.
11
  Ç.Morris  insan 
fəaliyyətinin  səciyyəvi  formalarını  öyrənməyi  fəlsəfənin  qədim 
ənənəsi hesab edərək yazırdı: ―Bu ənənə müasir formada fəlsəfənin 
iĢarə nəzəriyyələrilə eyniləĢməsində özünü aydın büruzə verir.‖
12
 
Riyazi  əsasların  tədqiqi,  məntiq  və  fəlsəfəyə  yaxın  digər 
fənlər  iĢarələr  sisteminin  ümumi  problemlərilə  məĢğul  olduğu  bir 
vaxtda,  dilçilik  öz  spesfik  vəzifələrinə  uyğun  olaraq  tam  baĢqa 
prinsiplərdən iĢarə nəzəriyyəsini öyrənməli olurdu. 
Dilçilikdə  iĢarə  nəzəriyyəsi  problemləri  dil  iĢarələrinin  digər 
iĢarələrdən fərqli olaraq  xüsusi statusa malik  olması  ilə izah oluna 
bilər.  F.de  Sössür  dili  ən  mühüm  iĢarə  sistemi  hesab  edirdi. 
L.Yelmslev  isə  yazırdı  ki,  ―praktik  olaraq  dil  bütün  digər  semio-
tikaların  çevrilə  biləcəyi  semiotikadır-bütün  digər  dillər  və  digər 
düĢünülən semiotik strukturlar kimi... Dilin bu xüsusiyyəti iĢarələrin 
yaranmasının  qeyri-məhdudluğu  və  daha  böyük  vahidlərin  əmələ 
gəlməsində (cümlələrin və s.) çox sərbəst qaydalarla Ģərtlənir‖.
13 
Deməli,  semiotika  bütün  kommunikasiya  formalarının  əsa-
sında kodlar olan məlumatın göndərilməsilə məĢğul olur, yəni dilin 
iĢlənməsinin (kommunikativ, performans - F.V.) istənilən aktı artıq 
mövcud səriĢtəyə (kompetensiyaya - F.V.) əsaslanır. Kod isə qabaq-
cadan  razılaĢma  əsasında  müəyyən  edilmiĢ  iĢarələr  sistemidir  ki, 
onun köməkliyilə informasiya təqdim olunur, mənbədən təyinat ye-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə