Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
55 
iĢlədə  bilərik.  Odur  ki,  müasir  lüğətlər  ciddi  Ģəkildə  nəzərdən 
keçirilməli, yeni sözləri əks etdirməlidir. 
Bəs  sinonimlər?  Bəs  çoxmənalı  sözlər?  Hətta  bəzən  sözün 
tam  məna  sərhədi  dəqiq  olmadığından  ünsiyyətdə  çaĢ-baĢlıq  yara-
nır.  Tələbənin  imtahandakı  cavabını  ―yaxĢı‖  qiymətləndirəndə  bu-
nun aĢağı və yuxarı həddi bilinməlidir. Ancaq əksər hallarda yuvar-
laq, ortaq məxrəc əsas  götürülür. Bütün bunlar hamısı təbii dillərin 
məntiqi-idrak  nəzəriyyəsi  baxımından  dərindən  təhlil  edilib  öyrə-
nilməsini zəruri edir. 
Əlbəttə, müxtəlif  dövrlərdə  bu çətinlikləri aradan qaldırmağa 
cəhd göstəriblər. Məsələn, Q.V. Laybnis istəyirdi ki, dillə gerçəklik 
arasında izomorfluq olsun, yəni sözlərin mənası həmiĢə sabit qalsın 
və  bununla  da  ideal  dil  yaransın.  Belədə  sinonimlikdən  və  omo-
nimlikdən söhbət gedə bilməz. Dialektika özü dildə təmsil olunursa, 
o zaman ondan danıĢmaq olar. DüĢüncənin müxtəlif formaları üçün 
dilin imkanı varsa, deməli, o dil zəngindir. 
PeĢə  dilində  biz  izomorfluğu,  qismən  də  olsa,  görürük.  PeĢə 
dili deyəndə, konkret bir elm və ya sənət, peĢə sahəsində iĢlənən adi 
dil  baĢa  düĢülür.  Əlbət  ki,  burada  məntiqi  və  idraki  terminlər 
olmalıdır.  Məsələn,  fiziklərdə  /kütlə/  və  /qüvvət/  sözlərini  tez-tez 
iĢlədirlər.  Bunlar  adi  dildə  də  iĢlənir.  Ancaq  fizikada  çox  dəqiq 
bilinir  ki,  bu  sözlər  nə  deməkdir.  Ġxtisas  sahəsində  sözün  mənası 
çox konkret və birmənalı olmalıdır. Bu zaman əvvəllər iĢlənmiĢ söz 
sənaye və istehsalın yeni tələbinə uyğun olaraq yeni məna kəsb edir. 
Məsələn, alm. dilində /Wagen/ indi maĢın mənasında iĢlənir. Ancaq 
onun  ilkin  mənası  /vaqon/  olub.  Yanbayan  iĢlənən  köhnə  və  yeni 
sözlər  çoxmənalılığın  yaranmasına  səbəb  olur.  Elə  /sahə/  sözü 
əvvəllər  əkin  sahəsini,  indi  isə  fizikada  elektromaqnit  sahəsini, 
riyaziyyatda isə vektorlar sahəsini bildirir. 
Əvvəllər atom bölünməz kimi götürülürdü. Onda o, elementar 
hissəcik idi. Ancaq XIX əsrin sonlarında məlum oldu ki, atom elek-
tronlara, protonlara, neytronlara və s. bölünür. Deməli, sözün məna-
sında ciddi yenilik  yarandı. PeĢə sahəsində yeni  məfhum köhnənin 
inkarı üzərində qurulur. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
56 
Yeni  yaranan termin məntiqin çərçivəsinə sığmalı, bir də ona 
həqiqi elmi tələbat olmalıdır. 
Adi  dildən  peĢə  dilinə  keçid  empirik  yarımelmi  istehsalın 
nəzəri cəhətdən düĢünülmüĢ və sınaqdan keçirilmiĢ istehsala keçidi 
deməkdir. Təbii dillə ixtisas dilinin münasibətinin çözələnməsi bir-
baĢa  fəlsəfi  məsələdir.  Fəlsəfə  mücərrəd  elmdir.  Bu  əlaqələrə 
fəlsəfənin münasibətini bir misalla açaq. 
Adi  dildə  /hərəkət/  sözü  var.  Fizikada  da,  baĢqa  elm  sahə-
lərində də bu söz iĢlənir. 
Fəlsəfə  isə  onu  fəlsəfi  mənada  iĢlədir.  Adi  dildəki  və  ixtisas 
dilindəkiləri  abstraktlaĢdırır.  Fizikada  yalnız  fiziki  hərəkətdən 
söhbət gedirsə, fəlsəfədə fiziki, bioloji, tarixi və s. formalardan söh-
bət  gedir.  Eyni  Ģeyi  biz  baĢqa  terminlər  haqqında  da  deyə  bilərik. 
Fəlsəfə  tarixi  həm  də  fəlsəfi  terminlərin  yaranması  tarixidir.  Məs., 
/Ģey, zərurət, təsadüf, qanun/ və s. 
Süni  dil  də  müəyyən  bir  elm  sahəsi  üçün  ideal  dildir.  Süni 
dildə  əsas  iĢarələr  verilir  və  onlardan  yeni  mürəkkəb  iĢarələr  dü-
zəltmək  üçün  qaydalar  müəyyənləĢir.  Məsələn,  məntiqdə  tətbiq 
olunan dil. Əsas iĢarələrdən düzgün və yanlıĢ ifadələr tətbiq olunur. 
Süni  dil  elmin  müəyyən  sahəsində  ideal  ifadə  vasitələri  yaratmaq 
üçündür.  Q.V.  Laybnis  və  B.  Rassel  (1872-1970)  bunun  tərəfdarı 
olmuĢlar. Arqumentləri isə bunlardır: 
a)  təbii  dildən  fərqli  olaraq  bir  sıra  anlayıĢlara  dəqiqlik 
vermək  üçün  simvollar  götürülür  və  stenoqrafik  qısalıqla  müəyyən 
bir  elm  sahəsi  böyük  ifadə  imkanı  qazanır.  Redundantlığı  aradan 
qaldırır.  Uzun  cümlələr  qısa  və  yığcam  formalarda  verilir.  ġərhdə 
səhvləri istisna edir. Deməli, dəqiqlik və yığcamlıq əsas Ģərtdir; 
b) süni dil alqoritmik əməliyyatla forumllar düzəltməyə imkan 
verir. Burada çoxmənalılıq da aradan qalxır. 
Məsələn,  /Bakı  Azərbaycanın  paytaxtıdır/  (eyniyyət)  simv. 
x≡y simv. 
/Bakı milyonçular Ģəhəridir/ (elementlər əlaqəsi). xєA 
/Balina məməli heyvandır/ (mövcydluq əlaqəsi). simv. A




ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
57 
Süni  dil  hərtərəfli  ideal  dil  deyil.  Süni  dil  konkret  obyekt 
sahəsinə aiddir. O, bu sahədə  yoxlanıla bilər. Emosiya-filan burada 
mümkün deyil. Süni dil bəzi sahələrə tətbiq olunur: riyaziyyat, fizi-
ka, kimya, məntiq və s. Təbii, peĢə və süni dillər arasında keçilməz 
sədd yoxdur. 
Təbii dillər hər bir süni dil üçün metadil rolunu oynayır. Onlar 
süni  dilsiz  mövcuddurlar,  süni  dillər  isə  təbii  dillərsiz  mövcud  ola 
bilməz. Süni  dillərin  təhlilindən  alınan  nəticələri  təbii  dillərə  Ģamil 
etmək düz deyil. Ancaq süni dillər avtomatikanın və kibernetikanın 
əcasını təĢkil edir. Avtomatik tərcümə də buna misal ola bilər. Çün-
ki  maĢın  bir  dilin  iĢarələrini  baĢqa  dilə  çevirməlidir-simvollara  və 
onların  əlaqəsinə.  Riyazi  dilçilik  bir  məsələni  həll  etməlidir:  ―təbii 
və  süni  dillərin  qarĢılıqlı  əlaqəsi  hansı  məhdudiyyətləri  aradan 
qaldırmalıdır  sualına?‖  cavab  verməlidir.  Proqramlar,  kibernetik 
maĢınlar  süni  dillərin  tətbiqinə  gözəl  nümunədir.  Burada  olanın 
təsviri yox, dəyiĢməsi nəzəriyyəsi lazımdır. 
Həyat özü süni dillərin tətbiqini əsaslandıracaq. 
Burada  metadil  haqqında  da  bir  neçə  soz  demək  lazımdır. 
Dillərdə  (alman,  ingilis,  rus  və  s.)  bir  dildən  söhbət  gedirsə,  məsə-
lən,  Azərbaycan  dilindən,  bu  dilə  obyekt  dili  deyilir.  Obyekt  dil 
haqqında  hansı  dildə  danıĢılırsa  ona  metadil  deyilir.  Əgər  alman 
dilində  Azərbaycan  dilinin  sistem  və  struktur  məsələləri  araĢ-
dırılırsa,  alman  dili  metadil,  Azərbaycan  dili  isə  obyekt  dil  kimi 
çıxıĢ edir. 
Vizual  ünsiyyət.  Siqnal  etiketləri,  qrafik  sistemləri,  oyun 
kartları, rebus, arxitektonik proyektlər, xoreoqrafik qeydlər, coğrafi 
və topoqrafik xəritələr buraya daxildir. 
Obyektlər sistemi: arxitektura və obyektlər. 
İntriqaların  strukturu: oyunlar və folklor deyimləri, kriminal 
romanlara, KĠV-lərə qədər. 
Mədəni  kodlar:  etiketlər,  hierarxiya  göstəriciləri,  mədə-
niyyətlərin  tipologiyası,  dünyagörüĢünün  ictimai  təĢkilinin  mo-
delləri, mədəni kodlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə