Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
43 
gül  rəngi/,  /nanə  qoxulu/,  /tayfun/,  /kompüter/  kimi  alınmalar, 
/göydələn/,  /tozsoran/  kimi  kalka  yolu  ilə  tərcümələrin  köməyilə 
vəziyyətdən  çıxmağında  aydın  görmək  olar.  Hər  bir  ixtiyari  kodun 
siqnifikantında olduğu kimi, hər bir siqnifikat  da elə müəyyənləĢir 
ki,  onun  dəyəri  qarĢılĢmada  üzə  çıxır,  yəni  müəyyən  anlamda  ona 
qonĢu  olan  siqnifikatlardan  fərqlənir.  Üfüqi  ixtiyariliyin  mahiyyəti 
bundadır. Meylli olmaq hələ sevgi deyil, simpatiya kimi də Ģəxssiz 
deyil.  E.Sepir  (1884-1934)  və  B.Uorf  (1897-1941)  bundan  çıxıĢ 
edərək  deyirdilər  ki,  siqnifikatların  müxtəlif  dillərdə  fərqli  bölgüsü 
müxtəlif düĢüncəni ehtiva edir.
23
 Ancaq semiotika birmənalı Ģəkildə 
bildirir  ki,  kommunikativ  qabiliyyətli  əĢyalar  sistemi  onları  ifadə 
edən siqnifikantlar kimi ixtiyaridir. 
 
 
I.6.  Ünsiyyətdə konnotasiya 
 
Siqnifikatla siqnifikantın iĢlənməsində qarĢılıqlı, sadə və bir-
baĢa əlaqə denotatı ehtiva edir. Denotatı predmet, əĢya və hadisə də 
adlandırırlar.
24
  Məsələn,  konkret  bir  mənzərənin  Ģəkli  buna 
nümunədir. 
BaĢqa  halda  isə  siqnifikantın  iĢlənməsində  çox  geniĢ  və  az 
məhduduyyətli  siqnifikatla  rastlaĢırıq.  Burada  ənənəvi  olaraq 
konnotasiyadan  danıĢılır.  Yuxarıdakı  Ģəkil  gözəllik,  istirahət  və  ya 
təbiət  təsviridirsə,  konnotativ  (ikionik)  mənada  iĢlətmiĢ  oluruq. 
Göyərçin  Ģəkli  quĢların  Ģəkilləri  arasında  denotativdirsə,  ayrılıqda 
konfrans  zalında  divara  vurulmuĢ  Ģəkil  kimi  sülh,  döyüĢdə  ağ 
bayraq məğlubiyyətin mənasını bildirməklə konnotativ iĢlənmiĢdir. 
Denotasiya  nüvəni  bildirirsə,  konnotasiya  qeyri-müəyyən  və 
dağınıqdır. 
NO 
 
KON      Denotasiya     SĠYA 
 
TA 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
44 
Konnotasiya siyasi-ideoloji və persuasiv (inandırıcı) diskursda 
önəmli yer tutur. Konnotasiya dolayısı ilə dəyərləndirmədir. BaĢını 
qara  çadra  ilə  örtmüĢ  qadın  öz  dini  aidiliyini  nəzərə  çarpdırır.  Bu 
müdriklik  və alicənablıq  əlaməti deyil. Ancaq  yaĢlı, ağ saçlı, sakit 
danıĢığqlı,  bir  az  da  köhnə  dəbdə  geyinmiĢ  qadın  müdriklik 
daĢıyıcısıdır. Burada bütün əlamətlər konnotativ çalarda iĢlənmiĢdir. 
Deməli, bir siqnifikantın iĢərisinə həm siqnifikat, həm də siqnifikant 
daxildirsə  denotativ,  ancaq  hər  siqnifikata  bir  siqnifikant  uğyun 
gəlirsə, konnotativ iĢarədən söhbət gedir. 
Ola bilər ki, yuxarıdakının əksi yaransın. Bir siqnifikatda həm 
siqnifikant, həm də siqnifikat yerləĢsin. Belədə söhbət metaiĢarədən 
gedir. MetaiĢarə hansı anlamın nəzərdə tutulduğunu aygın göstərir. 
Bu  zaman  deklarativ  və  rasional  aspektlərin  kommunikativ  baxım-
dan əvəzlənməsi mühüm yer tutur. Deklarativ aspekt kommunikativ 
məzmumun  ötürülməsidirsə,  rasional  aspekt  ünsiyyət  iĢtirakçıları 
arasında  münasibətin  qurulmasına  və  söhbətin  necə  davam 
etdirilməsi üçün yönəltmələrdən ibarətdir. Buraya bədən hərəkətləri, 
səsin tonu, musiqili Ģərhlər və s. aiddir. Məsələn, məktub məhəbbət 
hisslərini,  həm  də  nəzakətliliyin  əlamətini  bildirir.  MetaiĢarələrə 
baĢlıqlar, qısaltmalar, çərçivəyə alma, replikalar və s. aiddir. Onlar 
mətndə  verilən  məlumatı  məhdudlaĢdırmağa,  həm  də  nəsihətverici 
çalarlıqlar verməyə xidmət edir. 
 
 
I.7. Fəslin ədəbiyyatı və qeydlər 
 
1.
  U.Volli.  Semiotik.  Eine  Einführung  in  ihre  Grundbegriffe. 
Tübingen, 2002. 
2
. U.Eco. Einführung in die Semiotik. München, 2002. 
3.
  P.J.King.  100  grosse  Philosophen.  Ġhr  Leben  und  Werk. 
München, 2009. 
4.
  G.Frege.  Funktion,  Begriff,  Bedeutung.  Fünf  logische  Studien. 
Textausgabe. Göttingen, 2008, s.24. 
5. 
F.de  Saussure.  Grundlagen  der  allgemeinen  Sprachwissenswhaft. 
Berlin, 1967. 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
45 
6.
  Yenə  orada,  s.19.  Bu  sitatın  alman  dilindən  təcüməsini  biz  ilk 
dəfə  öz  trilogiyamızın  3-cü  cildində  vermiĢik.  Bax:  F.Veysəlli.  Struktur 
dilçiliyin əsasları. Studia Philologica. III, Bakı, 2009, s.16. 
7.
  Ю.С  Mаслов  .  Знаковая  теория  языка.  ―Вопросы  общего 
языкознания‖,  Л.,  1967,  s.109-127.  E.  Benveniste.  Zur  Natur  des 
sprachlichen Zeichens. Ġn: ―Probleme der algemeinen Sprchwissenschaft. 
München,  1974,  s.61-69;  A.Schaff.  Essays  über  die  Philosophie  der 
Sprache.Wien, 1968. 
8.
 F.de Saussure. Yenə orada, s.77-78. 
9.
 Ю.С.Mаслов. Gostərilən əsəri. 
10
. Yenə orada, s.117. 
11.
 Biz Q.Freqenin konsepsiyasını trilogiyamızın III cildində açmağa 
çalıĢmıĢıq  və  qeyd  etmiĢik  ki,  onun  ən  böyük  xidməti  anlamla  referensi 
fərqləndirməkdən  ibarətdir.  Bax:  F.Veysəlli  Struktur  dilçiliyin  əsasları. 
Studia Philologica. III, Bakı, 2009, s.162-168. 
12
. G. Freqe. Göstərilən əsəri, s.13. 
13
. Q.Freqe Göstərilən əsəri, s.29. 
14
. Yenə orada, s. 30 
15.
 Yenə orada. 
16.
 G.Frege. Göstərilən əsəri, s. 46. 
17.
 U.Eco. Göstərilən əsəri. 
18.
 K.Bühler. Sprachtheorie. Stuttgart. 1965. 
19.
  F.Yadigar  (Veysəlli).  Fonetika  və  fonologiya  məsələləri.  Bakı, 
1993. Həmin əsərin prof.M.Musaoğlunun türkcəyə tərcüməsi: Azərbaycan 
türkcəsi fonetiği. Ankara, 2008. 
20.
 R.Jakobson Semiotik. Ausgewählte Texte 1919-1988. Hrsg. von 
E.Holenstein.Frankfurt  am  Main,  1992;  Ch.Pears.  Collected  Papers  I  – 
Harward University. Press, 1931-38; G.Frege . Göstərilən əsəri. 
21.
 F.de Saussure. Göstərilən əsəri. 
22.
 G.Frege. Göstərilən əsəri. 
23.
 U.Eco. Göstərilən əsəri. 
24.
 F.Veysəlli. German dilçiliyinə giriĢ. Bakı, 2003. 
25.
 G.Frege. Göstərilən əsəri. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə