Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
37 
olmaz.  Ġki  tərəfi  bir-birinə  bağlayan  üçüncü  elementi  interpretant 
(interpretin  eyni  deyil  -  F.V.)  adlandırırlar.  Deməli,  iĢarə  əlaqəsi 
üçtərəflidir: 
    Ġnterpretant 
 
 
ĠĢarə                                    
 
Predmet 
               (Reprezantem)                             
(Referent) 
 
Reprezantem  baĢqa  bir  Ģey  üçün  mövcud  olandır,  yəni  pred-
met(siqnifikat) üçün mövcud olandır. Xəstənin dərisindəki qızartını 
həkim  qızılca  hesab  edir.  Burada  həkim  interpretdir,  xəstəlik 
siqnifikatdır, ləkə isə siqnifikantdır. 
Simptom və səbəb iĢarənin interpretantıdır. Eləcə də /it/ sözü-
nün dördayaqlı heyvanlardan olan heyvanla  əlaqəsi  interpretantdır. 
Bu ingilis dilində /dog/, alman dilində /Hund/, ispan dilində /perro/, 
rus  dilində  /собака/,  fars  dilində  /sək/  vasitəsilə  həyata  keçir.  Bu 
əlaqə təkcə sözlə deyil, həm də Ģəkillə ola bilər. Deməli, interpretant 
obyektə və ya siqnifikata aid əlaqə olduğu üçün onu təsvir də adlan-
dıra  bilərik.  Ġnterpret  siqnifikantla  siqnifikat  arasındakı  əlaqəni 
tutandır,  interpretant  isə  elə  bir  siqnifikantdır  ki,  o  hansı  anlamda 
müəyyən bir siqnifikantın verilmiĢ siqnifikata vasitəçi, təmsilçi kimi 
xidmət göstərir. 
Azərbaycanda  bostan  bitkilərini  quĢ  aparıb  yeməsin  deyə 
bostanın  içində  belə  bir  oyuq  qoyurlar,  bu  insan  təsəvvürünü 
yaradan bir oyuqdur: 
 
 
 
 
 
 
BaĢ, iki qol və iki ayaq əsl ieroqlif yazısı kimi insan təsəvvürü 
yaradır.  Bu,  insan  anlamının  ümumi  cizgiləridir,  çünki  hər  zaman 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
38 
məna  və  ya  kommunikasiya  yarananda  bildirilməli  olan,  qabardıl-
malı  olan Ģeyin  qabaqca seçimi,  yəni aidliyi (Pertinence) və baĢqa 
Ģeylərdən fərqi olmalıdır. 
 
 
I.5. Üns
I
yyət və digər motivli işarələr 
 
a) İkonik işarələr 
 
Ünsiyyətdə iĢarənin funksiyasından danıĢarkən ənənəvi olaraq 
onun  daha  üç  növünü  fərqləndirirlər.  Siqnifikant  öz  siqnifikatına 
oxĢayırsa, ikonik, bu əlaqə hər hansı bir təbii yollasa bunu göstərici 
(iĢarələyici), əgər siqnifikantla öz siqnifikatı arasında heç bir bağlı-
lıq yoxdursa, bunu kortəbii əlaqə və ya simvolik (rəmzi) iĢarələr ad-
landırırlar. 
Birinci  halda  siqnifikantla  siqnifikat  arasındakı  obyektiv  ox-
Ģarlığı  və  ya  iĢarəni  iĢlədən  cəmiyyət  bu  oxĢarlığı  tanıyır,  qəbul 
edir, bu zaman söhbət ikonik və ya inikas əlaqəsindən gedir. BaĢqa 
sözlə desək, ifadə öz məzmununa oxĢayır. Məsələn, illüstrasiyalar, 
Ģəkillər, karikaturalar, tikinti sxemləri, xəritəlr, həmçinin səs təqlidi 
yolu ilə yaranan sözlər və metaforlar. Bu o deməkdir ki, oxĢarlıq nə 
qədər yaxın olsa da , o heç vaxt əĢyanın, predmetin və ya obyektiv 
varlığın özü ola bilməz. Rəssamın çəkdiyi portret heç zaman insanın 
eyni  olmur.  O  hərəki  deyil,  ikiölçülüdür,  insan  isə  hərəki  və 
üçölçülüdür (bax: Ģəkil 1). 
   
 
ġəkil 1. Ġnsan və onun Ģəkli 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
39 
Karikatura da belədir. Sənətkar nə qədər çalıĢsa da, onun ka-
rikaturası  yaratdığı  adamı  yüzdə-yüz  əks  etdirə  bilməz.  Bu  zaman 
müəyyən  cizgilər  dərindən  öyrəniləndən  sonra  rəssamın  fırçası  ilə 
kətan üzərinə köçürülür. Özü də bəzi əlamətlər daha qabarıq verilir 
ki,  interpret  çətinlək  çəkmədən  onu  tanıya  bilsin.  Məsələn, 
Qorbaçovun  baĢının  qabaq  hissəsində  saçın  olmaması,  arxadan  isə 
çallaĢmıĢ saçlarının qabarıq verilməsi. Ancaq nə qədər canlı olsa da, 
bu,  Ģəxsin  özü  deyildir,  görünən  əyanilik  bütün  qrafik,  tablolarda, 
onomatopeyalarda  və  metaforlarda  müəyyən  konvensionallıq  sayə-
sində  ikoniklik  özünü  büruzə  verir  ki,  bu  da  onları  tanımağa  əsas 
verir.  Absolut  oxĢarlıq  dubletlərdə  və  replikalarda  mümkündür. 
Məs., sənədin üzünün çıxarılması və ya bircə nüsxə çap olunan nəĢr 
məhsulu (kitab, qəzet və s.). OxĢarlıq cəmiyyətlə bağlıdır. Hətta səs 
təqlidilə  yaranan  sözlər  müxtəlif  xalqlarda  müxtəlif  cür  səslənir 
(Azərbaycan  dilində  xoruz  banı  /quqquluqu/,  alman  dilində  isə 
/Kikeriki/ kimi ifadə olunur). Elə buna görə də U.Eko belə iĢarələri 
hipoikonlar adlandırır.
22
 
Ancaq  ikonlar  Ģəffafdır,  onlar  ünsiyyətdə  bildirilən  əĢyaya 
bilavasitə  yönəldirlər.  Buna  tez-tez  filmdə  və  televerliĢdə  rast 
gəlmək olur. Bəzən onlar yanıltmaq üçün mühüm rol oynayırlar. 
Son  illərdə  rəqəmsal  yolla  Ģəkillər  çəkilir  və  kompüterdə 
yayılır.  Onlar  fiziki  analoqiyaya  deyil,  rəqəmli  hesablamalara 
əsaslanır. 
 
b) Deyktik işarələr 
 
Ġkinci  növ  motivli  iĢarələrə  göstərici  (lat.  ostensiv)  və  ya 
deyktik iĢarələr aiddir.  Bu iĢarələrdə proses siqnifikantla siqnifikat 
arasında  bu  və  ya  digər  dərəcədə  aydın  oxĢarlığa  deyil,  fiziki 
yaxınlığa  söykənir.  Bu  əlaqə  iĢarə  olunan  predmet  və  hadisənin 
izinə və ya əksinə əsaslanır, bu predmet və hadisəyə bağlı anlamdan 
doğur.  Nümunə  kimi  insanların  imzasını,  barmaq  Ģəklini,  dialoqda 
/mən/  və  /sən/  əvəzliklərini,  küləyin  hərəkətini  göstərən  bayrağı 
göstərmək  olar.  Film  və  ya  fotosu  çəkilən  predmet  kamera 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə