Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   4   5   6   7   8   9   10   11   ...   106

Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
25 
və  xəbər  ayrıca  ifadə  olunub.  Onlardan  biri  yanlıĢ  olsa,  eyni 
zamanda ikinci də yanlıĢ olar. Burada o haldır ki, budaq cümlə özü 
anlam  kimi  tam  fikir  bildirir  (ona  vaxt  və  zaman  bildirən  sözlər 
əlavə etsək). Budaq cümlənin mənası gerçəklik dəyərinə uyğundur. 
Burada  bütövün  mənasına  xələl  gətirmədən  onu  eyni  gerçəklik 
dəyəri olan bir cümlə ilə əvəz edə bilərik. Ancaq unutmamalıyıq ki, 
onun  mübtədası  qrammatik  cəhətdən  /Napoleon/  olan  cümlə  ilə 
əvəz  edilə  bilər.  Onu  biz  /və/  ilə  də  əvəz  etməklə  düzəldə  bilərik. 
Azərbaycan dilində məhz hər iki anlam bildirən bir cümlə ilə ifadə 
olunub, çünki cümlədə bir mübtəda və feli bağlama tərkibi olmaqla 
bir xəbər vardır. Napoleon təhlükədən qabaq qərar qəbul etsəydi, bu 
artıq cümləmizin bir hissəsinin anlamına uyğun olmazdı. 
AĢağıdakı hallarda tamam baĢqa fikirlər ifadə olunardı. 
/Napoleon  sağ  cinah  üçün  təhlükəni  duydu/  və  /Napoleonun 
artıq 45 yaĢı vardı//. Bunlar artıq tam baĢqa gerçəklik dəyərləridir. 
/Əhməd/ fikirləĢdi ki, maĢını qaytarsa yaxĢı olar//. 
Burada  budaq  cümlədəki  sözlər  vasitəsiz  mənaya  malikdir. 
Ancaq /MaĢının qaytarılması Əhməd üçün yaxĢıdır// cümləsində adi 
məna ifadə olunub. 
Deməli,  budaq  cümlədən  fərqli  olaraq  ikincidə  gerçəklik 
dəyəri  ifadə  olunub.  Ancaq  bu  gerçəklik  dəyəri  budaq  cümlənin 
mənası deyil, ona görə də onu baĢqası ilə əvəz edə bilmərik. 
/Buz spesifik olaraq sudan yüngül olduğundan suda batmır// 
Almanca  bu  belədir:  /Weil  das  Eis  spezifisch  leichter  ist,  so 
schwinmt es auf dem Wasser// cümləsi alman dilində fikir doğurur: 
1.
 
/Das Eis ist spezifisch leichter als Wasser// 
2.
 
/Wenn  etwas  spezifisch  leichter  als  Wasser  ist,  so 
schwinmt es auf dem Wasser// 
3.
 
/Das Eis schwinmt auf dem Wasser// 
Burada  nə  birinci,  nə  ikinci,  nə  üçüncü,  nə  də  2-ci  və  3-cü 
birlikdə cümlənin anlamını vermir. Ancaq: /Weil das Eis spezifisch 
leichter als Wasser ist// budaq cümləsində 1-ci fikir, həm də ikinci 
cümləmizin  bir  hissəsi  ifadə  olunub.  Ona  görə  də  budaq  cümləni 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
26 
eyni  gerçəklik  dəyərli  baĢqa  birisilə  əvəz  edə  bilmərik,  çünki  bu 
zaman bizim fikir dəyiĢərdi. 
Nəticə: 
1. Budaq cümlə fikrin bir hissəsi olduqda o, heç bir gerçəklik 
dəyəri bildirmir. 
2.  Budaq  cümlə  gerçəklik dəyəri bildirirsə, bununla məhdud-
laĢmır, onun anlamı bir fikirdən baĢqa fikrin bir hissəsini əhatə edir. 
Birinci sözün vasitəsiz mənasında, ikinci isə xüsusi ad olmaq 
əvəzinə cümlənin bir hissəsini qeyri-müəyyən Ģəkildə ifadə edir. 
Ġkinci  halda  budaq  cümlə  ikiqat  götürülür,  bir  dəfə  öz  adi 
mənasında, ikinci  dəfə vasitəsiz mənada;  və  ya o, budaq cümlənin 
bir hissəsinin anlamı kimi eyni zamanda baĢqa fikrin tərkib hissəsi 
olur  və  budaq  cümlədə  ifadə  olunan  fikirlə  birlikdə  baĢ  və  budaq 
cümlənin anlamını əmələ gətirir. Budaq cümlə eyni gerçəklik dəyəri 
olan baĢqası ilə əvəz oluna bilmirsə, bu bizim aĢağıdakı fikrimizin 
əksinə ola bilməz:  cümlənin  gerçəklik dəyəri onun mənası,  anlamı 
isə fikirdir. 
―a=a‖ və ―a=b‖-nin idrak dəyəri müxtəlifdirsə, bu o deməkdir 
ki,  cümlənin  anlamı  idrak  dəyəri  ücün  onun  mənasından  az 
əhəmiyyətli  deyil,  bu  da  onun  gerçəklik  dəyəridir.  Əgər  ―a=b‖-
dirsə, onda b-nin mənası a-ya bərabərdir, ―a=b‖-nin gerçəklik dəyəri 
―a=a‖-dır.  Buna  baxmayaraq  ―b‖-nin  anlamı  ―a‖-nın  anlamından 
fərqli ola bilər və eynilə ―a=b‖də ifadə olunan fikir ―a=a‖-da ifadə 
olunan  fikirdən  fərqli  ola  bilər,  onda  hər  iki  cümlə  eyni  idrak 
dəyərinə  malik  olmayacaq.  Əgər  ―hökm‖  deyəndə  fikirdən  onun 
gerçəklik  dəyərinə  tərəqqi  baĢa  düĢürüksə,  deməli,  hökmlər  də 
müxtəlifdir – deyə Q.Frege öz mülahizələrini tamamlayır
16

Q.Freqenin  izahından  aydın  olur  ki,  iĢarə  və  ad  eyni  anlamı 
bildirsə  də,  nə  də  xüsusi  adı  təmsil  edir,  onun  mənası  konkret 
predmetdir, ancaq məfhum və əlaqə deyildir. 
 
 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
27 
 
I.3. Ünsiyyət və məna 
 
Ünsiyyət  təkcə  anlamla  kifayətlənə  bilməz.  Deyək  ki, 
avtomobilin hərəkət istiqaməti, göy üzünün buludla örtülməsi və ya 
dördayaqlı  heyvanın  /it/  kimi  dərk  olunması  proseslərilə  yanaĢı 
fəaliyyət  sahələrindəki  iĢlərimizi  də  nəzərə  almalıyıq:  məktub 
göndəririk, özümüzü təqdim edirik, əhvalat danıĢırıq və s. Bunların 
hamısını  edən  adamı  və  ya  qurğunu  (özümüzü  və  ya  baĢqasını-
qasidi, çaparı, elçini və s.) məlumatı göndərən adlandırırıq. Göndə-
rilən məlumatı isə xəbər, mesaj və ya mətn adlandırırıq. Məlumatın 
ünvanlandığı adamı qəbuledən və ya adresat adlandırırıq. Məlumatı 
göndərən ətraf aləmin tələbinə əsasən təĢəbbüs göstərir, fəaliyyətdə 
bulunur,  demək  istədiyini  müəyyən  ardıcıllıqda  səsləndirir  və  ya 
yazıb  göndərir.  Bunu  rabitə  texnikasında  kodlaĢdırma  da 
adlandırırlar. Fərz edək ki, A Azərbaycan dilində məruzə edir və ya 
məktub yazır. Onda müvafiq olaraq o, bu dildə olan fonemlərdən və 
ya  qrafemlərdən  (kodlardan)  istifadə  edərək  mətn  tərtib  edir 
(spontan,  hazırlanmıĢ  və  ya  üzünü  köçürməklə).  Dinləyən  və  ya 
qəbul  edən  isə  (adresat)  öz  bilik  təcrübəsindən  istifadə  edərək 
verilən  məlumata  qulaq  asıb  onun  mənasını  baĢa  düĢməyə  çalıĢır 
(onu  dekodlaĢdırır  və  ya  deĢifrələyir),  necə  deyərlər,  göndərilən 
məlumatı  açır,  ona  reaksiya  verir  və  ya  baĢqasına  ötürür. 
Ġnformasiyanın  ötürülməsi  və  qəbulu  bütün  hallarda  bu  sxem  üzrə 
həyata  keçirilir.  Dildə  gündəlik  ünsiyyətdə  danıĢan  və  dinləyən 
söhbətin  və  mükalimənin  məzmununa  uyğun  olaraq  öz  yerlərini 
dəyiĢirlər. 
Yuxarıda  təsvir  etdiyimiz  proseslər  (göyün  tutulması, 
tələbənin gülümsəməsi, bədəndə hərarətin olması) hələ məna demək 
deyildir.  Onlar  yalnız  anlam  yaradır,  bilavasitə  ünsiyyətin  baĢ 
tutmasına hazırlıqdır. 
Məna  informasiyanın  canıdır.  Adresant(məlumatı  göndərən) 
anlama söykənərək məktub yazmağı planlaĢdırır. Adresat isə aldığı 
informasiyanı eyni anlam əsasında açmağa çalıĢır. Bu zaman onlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə