Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
34 
Abstrakt mənada bir anlam səviyyəsi olmalıdır ki, ünsiyyətdə 
və mənada bu ilkin mənbəni tapmaq olsun, yəni elə bir Ģey ki, onun 
iki  tərəfi  olsun,  daha  doğrusu,  siqnifikantla  siqnifikatı  bir-birinə 
bağlayan əlaqə olsun. Bu əlaqəni əyani olaraq belə göstərə bilərik: 
 
                 ĠĢarələnən (siqnifikat) 
ĠĢarə = 
                 ĠĢarələyən (siqnifikant) 
 
Bu  heç  də  o  demək  deyil  ki,  iĢarə  siqnifikatla  siqnifikantın 
əlavəsi  deyildir.  Ola  bilər  ki,  tüstü  də,  alov  da  insanlardan  qabaq 
mövcud  olub.  Ancaq  hazırda  insanların  onları  bir-birilə  bağlı 
götürməsi  faktdır.  Siqnifikat  siqnifikantsız  və  əksinə  mövcud  ola 
bilməz. F.de Sössür bunları bir kağızın iki üzü ilə müqayisə edərək 
yazırdı ki, onları bir-birindən ayırmaq olmaz.
21 
Qeyd  edək  ki,  hər  dildə  bunların  öz  sistemi  var.  Siqnifikat 
müəyyən  reallıq  sahəsini  baĢa  düĢməyə  imkan  verən  mədəni 
konstruksiya  nəticəsində  formalaĢmıĢ  səs  və  ya  qrafik  obrazdır.  O, 
bir  və  ya  bir  neçə  predmetlə  əlaqədə  deyildir.  /it/  sözü  çox  tanıĢ 
bioloji varlıqdır. Ġnsanlar bu sözü çox müxtəlif Ģəkildə iĢlədir. Özü 
də  hər  dəfə  müxtəlif  böyüklükdə  heyvan  təsvir  olunur.  Sırf 
kommunikativ  baxımdan  /it/  sözü  heç  zaman  mövcud  olmayan 
/təkbuynuzlu/  heyvan  da  ola  bilərdi.  Əgər  /təkbuynuzlu/  siqnifikatı 
olsaydı, kifayət  idi ki,  o baĢqa siqnifikatlardan,  deyək ki,  olmayan 
/xmera/-dan fərqlənəydi. 
Siqnifikat  semiotiklərin  referent  adlandırdıqları  obyektiv 
Ģeylərə  uyğun  deyildir.  Eynilə  o,  fərdi  və  xüsusi  təsəvvürləri  də 
nəzərdə tutmur. Ancaq hər dəfə iĢlənəndə iĢarə spesifik anlam kəsb 
edir,  mövcudluq  formasından  asılı  olmayaraq  müəyyən  referenti 
bildirir.  Deməli,  siqnifikat  bütün  mümkün  anlamların  məcmusudur 
ki, onlar iĢarədə ehtiva olunur. 
Siqnifikant da belədir. Onda daima dəyiĢməz maddi, obyektiv 
və  fərdi  xüsusiyyətlər  axtarmamalıyıq.  Hər  kəsin  öz  səsi,  tələffüz 
xüsusiyyəti, əhvalına və psixoloji durumuna iĢarə edən intonasiyası 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
35 
var.  Bunun  nəticəsi  olaraq  hər  bir  söz  və  ya  cümlə  müxtəlif  cür 
səslənir. Bu da ona görə mümkün olur ki, biz möhkəm sabit mədəni 
kodlara  və  konvensiyalara  əsaslanan  vahidləri  eyniləĢdiririk,  baĢqa 
sözlə, onlar fərdi olmayıb, ümumi xarakter daĢıyır. 
Siqnifikatlar eyniləĢməni təmin edən, deməli, dil cəmiyyətinin 
tanıdığı  vahidlərdir,  yəni  hamıya  xas  psixi  reallıqlardır,  danıĢan 
tələffüz  edir,  səsləndirilən  maddi  varlıq  kimi  eĢidilir  və  o,  fərdi 
variativ ardıcıllığa malikdir. 
Sözün  siqnifikantları  danıĢan  üçün  bütün  mümkün 
reallaĢmaları  əhatə  etdiyindən  onu  ümumi  nümunə  hesab  edə 
bilərik. Bəziləri ona abstrakt sinif deyirlər ki, bu sinif ona daxil olan 
bütün siqnalların cəmidir. Ancaq hər bir sözün konkret reallaĢması 
fərqli olur. Məsələn, /gar/ sözü bərkdən, Ģən tonal və ya sondakı /r/ 
samitinin  çox  aydın  titrəməsilə  tələffüz  oluna  bilər:  /gar/,  /ga.r/  və 
ya  /garrr/  və  s.  Yol  iĢarəsi  də  parçadan,  müxtəlif  hündürlikdə  və 
ölçüdə  ola  bilər.  Hər  iki  halda  müxtəlifliyə  baxmayaraq  iĢarələri 
tanıyırıq.  Onlar  siqnifikata  təsir  etmir,  çünki  variativlik 
diapazonunu  aĢmır,  ona  görə  də,  semiotikada  deyildiyi  kimi, 
relevant  olmur.  Onlar  eyni  siqnifikantın  siqnifikat  baxımından 
müxtəlif dəyiĢikliklərə uğramasıdır. 
Burada  kommunikativ  funksionallıq  məsələsi  ortalığa  çıxır. 
Ünsiyyət  prosesilə  iĢ  aləti  arasında  analogiyanı  inkiĢaf  etdirməklə 
görə  bilərik  ki,  semiotik  predmetin  identikliyi  nədən  ibarətdir. 
BaĢqa  sözlə,  predmetin  funksiyalar  məcmusunu  müəyyənləĢdirmiĢ 
oluruq. Məsələn, çəkic formasına, çəkisinə və nədən hazırlanmasına 
baxmayaraq  hər  zaman  çəkic  olmaq  funksiyasını  özündə  saxlayır. 
Deməli,  alət  anlayıĢı  bir  tərəfdən  ayrı-ayrı  çəkiclərin  məcmusudur, 
digər  tərəfdən  isə  onunla  həyata  keçirilən  iĢ  və  hərəkətlərin 
məcmusudur (mismar vurmaq, daĢ parçalamaq və s.). 
Eyni  siqnifikant  siqnifikat  tam  dəyiĢməyənə  qədər  onu  ifadə 
edir,  bildirir.  Buradan  belə  nəticə  hasil  olur  ki,  dil  elementlərinin 
eyniliyi  təkcə  onların  funksionallığındadır.  Yəni  /gar/  nə  qədər 
fərqli  deyilsə  və  dəyiĢsə  də,  /gaz/  sözünə  keçməyənə  qədər  ondakı 
siqnifikantla  siqnifikatın  vəhdəti  qalır.  Eynilik  təkcə  zahiri 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
36 
görünüĢlə deyil, həm də anlam fəaliyyətinin dərin qatı ilə bağlıdır. 
Məsələn,  iĢıqforun  qırmızı  iĢığı  və  ya  yol  polisinin  yuxarı  qalxmıĢ 
əli  müxtəlif  kontekstlə  bağlı  olsa  da,  kommunikativ  funksionallıq 
baxımından eynidir. Bunun əksini də müĢahidə etmək olur. Belə ki, 
maddi cəhətdən eyni siqnal müxtəlif kommunikativ funksiya yerinə 
yetirə  bilər. Məsələn, iki adam  bir romanı  oxuyur və  ya eyni  filmə 
baxır, ancaq müxtəlif nəticə çıxardır (biri aktyor oynunu qabardır, o 
birisi  isə  dizaynı  xüsusi  qeyd  edir).  Beləliklə,  siqnifikat  eyni  olsa 
da, siqnifikant fərqli olur. 
Deməli, semiotik eynilik fiziki predmetlərin eyniliyi deyildir, 
onlar  psixi  və  mədəni  strukturlar  olmaqla  müxtəlif  amillərdən  asılı 
ola  bilər  (təhsil,  yaĢ,  səviyyə,  dünyagörüĢü  və  s.).  Ola  bilər  ki, 
kinoya baxan birinci adam əvvəlcədən o barədə nəsə oxuyub və ya 
eĢidib,  ikincisinin  isə  çəkiliĢlə  bağlı  müəyyən  məlumatı  olub. 
―ĠĢarələnmənin  müxtəlifliyi,  -  deyə  Q.Freqe  yazırdı,  -,  özlüyündə 
yetərli deyil ki, iĢarələnənin müxtəlifliyini əsaslandıraq‖.
22
 
 
 
I.4. Ünsiyyət və interpretant 
 
ĠĢarə  əlaqəsi  məzmunla  (siqnifikat)  ifadə  (siqnifikant) 
arasındakı  əlaqədir.  ĠĢarə  Ģey  deyil,  o,  sosial  və  mədəni  reallıqdır. 
Ən əsası odur ki, bu əlaqələri duyan və bilən kəslər vardır. Primitiv 
insan tüstü ilə  yanğını  əlaqələndirə bilmirdisə, demək olmaz ki,  o, 
iĢarə  əlaqəsindən  xəbərdar  idi.  Buradan  aĢağıdakı  nəticələri 
çıxartmaq olar: 
1. Dünyadakı vəziyyətlər, əĢya (referent) və hadisələr, habelə 
kommunikativ  məzmun  fərqləndirilməlidir.  Hətta  həqiqi  gerçəklik 
əĢyaları belə cəmiyyət tərəfindən avtonom predmetlər olaraq qəbul 
edilib mədəni vahidlər kimi adlandırılmırlarsa, heç nədirlər. 
2.  Yaratma  prosesi  və  anlamın  ötürülməsi  o  zaman  mümkün 
olur  ki,  kimsə  (interpret)  ifadə  ilə  (siqnifikantla  –  səs,  Ģəkil,  təbii 
hadisə və  s.) məzmunu  (siqnifikatı) bir-birinə  bağlasın. /ağac/  sözü 
ilə bitki kimi ağac arasında əlaqə yoxsa, iĢarə əlaqəsindən danıĢmaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə