Фяхряддин Вейсялли. СЕМИОТИКА
40
qarĢısında duran obyektə yaxınlığı əks etdirir. Barmaqla iĢarə edilən
obyekt və predmetlərin istiqaməti və uzaqlığı daxili razılıqla
müəyyənləĢdirir və barmağın hərəkətindən asılı olur. /Bura/, /ora/,
/mən/, /sən/ və sə kimi sözlər məhz iĢarələmə funksiyasını yerinə
yetirir.
Bu iĢarələrin tam motivli olmamasını onunla göstərmık olar
ki, barmağın iĢarəsilə səhv istiqaməti də göstərmək olur. Barmağı
yalandan baĢqa istqamətə tuĢlamaqla adresatı aldatmaq olar. Hətta
imzanı da saxtalaĢdırmaq olur. Fotomontaj və ya reklam funksiyası
daĢıyan fotolar da bura aid edilə bilər. Fotonun baĢqa mətnə
yerləĢdirilməsi (montaj, qaralama və s.) həqiqəti pərdələmək məq-
sədi güdür. ġəkildə ana əlini irəli uzadır vətənin müdafiəsinə çağırır,
altında isə /Ana vətən səni çağırır/ yazılmaqla adresatı müəyyən
hərəkətə ruhlandırır.
c) Simvolik işarələr və kodlar
ĠĢarələr arasında simvolik (rəmzi) iĢarələr çox vacib yer tutur.
O iĢarələr rəmzidirlər ki, onlar olmayanda siqnifikantla siqnifikat
arasında heç bir əlaqə olmur. Simvol tarixən və konvensional
motivliyə aiddir. O arbitrerdir. Yol hərəkətini nizamlayan,
gəmiçilikdəki tətbiq olunan niĢanlar və riyazi simvollar arbitrerdir.
Rəmzi iĢarələr müxtəlif dillərdə müxtəli cür olmaqla yanaĢı, həm də
onların tarixən açılıĢı mümkündür. Məsələn, italyan dilində qadın
/donna/ deməkdir. Bu latın dilindəki /domino/ sözündən əmələ gəlib
/xanım/ demək idi.O qadını bildirən söz olaraq /dominus/ sözünə
qarĢı qoyulurdu, özü də müəyyən yerli güc, qüvvə demək idi.
Bundan istifadə edən bəzi dilçilər səs simvolizmindən istifadə
edərək belə hökm verirlər ki, guya ayrı-ayrı fonemlər öz
keyfiyyətinə görə müəyyən məna ifadə edirlər. Məsələn, /a/ ən açıq
sait olduğuna görə guya o, böyük predmetləri bildirmək üçün
iĢlənir. Ancaq Azərbaycan dilində /igid/ heç də kiçik insan demək
deyildir. Bunun əksinə olaraq /Ģir/ sözündə ən qapalı sait