Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   5   6   7   8   9   10   11   12   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
28 
əvvəlki biliklərdən və təcrübədən istifadə edirlər. 
Bu  zaman  dil  bilgisi  çox  vacibdir.  Məlumatı  göndərən  Ģəxs 
gürcü,  qəbul  edən  isə  bu  dili  bilməyən  azərbaycanlıdırsa,  onda 
/Roqara  xar,  bico/  sualının  mənası  açılmamıĢ  qalacaqdır,  deməli, 
mənası  bəlli  olmayacaq,  çünki  adresatın  deyilənlə  bağlı  anlamı 
yoxdur. 
Ġnformasiyanın  dekodlaĢmasında  anlam,  yəni  əvvəlki 
təcrübədən  beyində  qalan  izlər  əsasında  qaydalar  düzəltmək  olar. 
Məs.,  qonĢu  evdən  tüstü  çıxırsa,  deməli,  yanğın  var.  Tüstünün 
yanğınla  əlaqələndirilməsi  anlam  kimi  Ģərh  edilə  bilər.  Çətir  və 
yanğın  görməyən  uĢaq  və  ya  etnosun  nümayəndəsi  onları  ilk  dəfə 
görəndə çaĢ-baĢ qalacaq, fiziki prosesi əqli fəaliyyətlə əlaqələndirə 
bilməyəcək,  yəni  onun  həmin  Ģeylər  barəsində  heç  bir  anlamı 
olmayacaq. 
Q.Freqeyə  uyğun  olaraq  bu  əlaqələndirməni  biz  anlam 
adlandırırıq.  Ünsiyyətdə  deyilənin  məqsədə  çatması,  qəbul  edənin 
ötürülən məlumatı alıb baĢa düĢməsi və ona münasib hərəkət etməsi 
ünsiyyətin  mənalı  olmasını  Ģərtləndirir.  Kommunikativ  məqsədə 
çatmaqda  görünüĢ  də  müəyyən  rol  oynayır.  Deməli,  səslənmə  və 
eĢitmə  ilə  yanaĢı  dadbilmə,  iybilmə  və  toxunma  da  mənanın 
açılmasında 
mühüm 
rol 
oynayır. 
Qida 
məhsullarının 
qablaĢdırılması,  binaların tikinti üslubu,  geyim,  habelə üz və saçın 
forması  və  s.  ictimai  əhəmiyyət  daĢıyan  informasiyaların  baĢa 
düĢülməsində mühüm rol oynayır, olayla bağlı təsəvvür yaratmaqda 
zəngin vasitə kimi çıxıĢ edirlər. 
Ola bilər ki, göndərənin məlumatını dinləyən düzgün açmasın, 
deyilən  barədə  heç  bir  anlamı  olmasın.  Məs.,  almanların  yarandığı 
vaxtdan /Karlsbad/ adlandırdığı kurort Ģəhərini çexlər /Karlovı varı/ 
adlandırırlar. Bu barədə heç bir anlamı olmayan azərbaycanlı həmən 
kurorta  gedəndə  sərhəddə  bir almandan  bu  yeri /Karlovı  varı/  kimi 
soruĢanda,  o  xeyli  dayanıb  durdu,  xeyli  keçəndən  sonra  ,  hə,  hə, 
Karlsbadı  deyirsiniz,  oraya  təxminən  100  km  qalır,  dedi.  SoruĢan 
azərbaycanlı  olarsa  və  onun  tarixdən  xəbəri  yoxsa,  o  da  çaĢıb 
qalacaq.  Ancaq  tarixdən  xəbəri  olan  kəs  o  saat  biləcək  ki,  bu, 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
29 
keçmiĢ  alman  ərazisi  olan  Sudetenlandda  Böyük  Karlın  əsasını 
qoyduğu və onun Ģərəfinə adlandırılan müalicə zonası kimi tanınan 
/Karlsbad/dır. Sonralar bu ərazi Çexiyanın tərkibində saxlanılmaqla 
adı dəyiĢdirilib /Karlovı varı/ olub. 
Deməli,  ünsiyyətdə  mənanın  düzgün  baĢa  düĢülməsi 
anlamdan asılıdır. Ünsiyyət  və məna bir-birilə anlam vasitəsilə sıx 
bağlıdır və müxtəlif səviyyələrdə bir-birinə qarıĢır. 
Bəs informasiya nədir? Riyazi anlamda informasiya dünyanın 
vəziyyətinin  qeyri-müəyyənliyini  məhdudlaĢdıran  fəaliyyət  kimi 
baĢa düĢülür. Futbol oyunu haqqında məlumat almaq gözlənilən üç 
nəticədən  (qələbə,  heç-heçə  və  məğlubiyyət)  birini  bilmək 
deməkdir.  Bunu  ikili  həll  vasitəsilə  məhdudlaĢdırıb  ölçmək  olar. 
Ölçü vahidi kimi bit (binary digital) götürülür. Əgər 8 imkan olarsa, 
onda  bunu  3  bitlə  ölçmək  olar:  2.2.2  bərabərdir  8-ə,  yəni  nəticəni    
3  dəfədə  müəyyənləĢdirmək  olur,  hər  dəfə  yalnız  ikidən  birinin 
mümkünlüyü  götürülür.  Elmdə,  texnkada  belə  ölçü  çox  vacib 
sayılır.  Amma  adi  dildə  bu  xeyli  mürəkkəbdir.  Presuppozisiya, 
propozisiya  və  redundantlıq  kimi  məsələlər  adi  danıĢıqda 
informasiyanın  qeyri-dəqiqliyini  aradan  qaldırmağa  xeyli  kömək 
edir.  Redundantlıq  məlumatın  verilməsində  küy  faktorunu  aradan 
qaldaırmağa  kömək  edir.  Adresant  düĢünür,  çoxsaylı  operasiyalar 
edir,  inandırır,  vəd  edir,  fantaziyasını  iĢə  salır.  Məsələn,  telefonda 
danıĢarkən  /Firuzə/  deyəndə  o  biri  baĢda  dinləyən  xəttdəki  küyə 
görə sözü tanıya bilmir. BaĢa düĢməni asanlaĢdırmaq üçün danıĢan 
məcbur olub sözdəki hər bir fonemi ayrıca sözlə baĢa salır: /Fərhad/ 
+  /Ġkram/  +  /Rasim/  +  /Urfan/  +  /Əsəd/.  Bununla  da  deyən 
istədiyinə  çatır,  göndərdiyi  informasiyanın  baĢa  düĢülməsinə  nail 
olur. Amma danıĢan xeyli vaxt və enerji itirir. Bu da xərc deməkdir. 
Qəbuletmə  bir  adamın  (baĢqa  canlı  və  bu  məqsədlə  düzələn 
qurğunun)  göndərdiyi  xəbəri,  mətni  qəbul  edəndir  (adresat, 
qəbuledici  və  ya  resipiyentdir,  oxucudur).  Dünyanın  müxtəlif 
yerində  bu  aktı  mətn  kimi  dəyərləndirib  kim  üçünsə  anlam 
yarandığını qiymətləndirirlər. Anlamın aid  olmasında Ģərh,  yozma, 
açma və interpretasiya çox mürəkkəb bir prosesin çıxıĢ  nöqtəsidir. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
30 
Burada  söhbət  ünsiyyətin  həlledici  aktından  gedir.  Aydındır  ki, 
göndərən olmasa kommunikasiya baĢ tutmaz. Deyək ki, kimsə elmi 
mənbədən. xəstəlik simptomundan və ya baĢqa indisiyalardan, yəni 
əhəmiyyət kəsb edən dünya strukturlarından anlam yaradır (klassik 
nümunəsi  qızdırma  xəstəliyi,  qatilin  barmaq  Ģəkli).  Ancaq  adresat 
olmasa  heç  bir  kommunikasiya  meydana  gəlməz
17
.  Göstərdiyimiz 
nümunələrdə  hərəkəti  həyata  keçirən  yoxdur,  sadəcə  olaraq,  ətraf 
aləmin Ģeyləri hər hansı bir kommunikativ proses olmadan mövcud 
indisiyalardır.  Eynilə  ölçü  alətləri  və  avtomatik  həyəcan  siqnalları 
kiməsə  siqnal  vermək  üçün  düzəldilmiĢ  qurğuların  fəaliyyətinin 
nəticəsidir.  Adresatsız  (ən  azından  planlı  Ģəkildə  müraciət  edilən 
avtomatik əlavəsiz) instrument maddi cəhətdən iĢləsə də, ancaq heç 
bir  anlam  yaratmaz  (Fərz  edək  ki,  göldə  suyun  daĢmasını  bildirən 
avtomat siqnal verir, ancaq siqnalı qəbul edən yoxdur). Termometr 
oxunmursa, o nə qədər əla iĢləsə də, heç bir anlamı olmur, ona görə 
də o, bu halda ĢüĢə borudan baĢqa bir Ģey deyildir. Eynilə tüstü və 
qandakı  mikroblar  diqqəti  cəlb  etmirsə  və  qəbul  edilmirsə,  bu 
cürdür.  Ancaq  Ģərh  və  ya  izah  termometrin  temperaturla  əlaqəsini 
ortalığa  qoyur.  Qandakı  mikrobları  öyrənəndə  onun  xəstəliklə 
əlaqəsini  müəyyən  etməyə  imkan  verir.  Dünyada  baĢ  verən  bütün 
hadisə  və  olaylara  reaksiya  verəndə  onlar  əhəmiyyət  kəsb  edir. 
Ġnsanın  dediyi  söz  və  ya  cümlə  adresatsız  məntiqi  görünmür, 
danıĢanın dəli olmasına dəlalət edir. Həmçinin səhrada çağırıĢ və ya 
adamın tərtib etdiyi mətn qəbuledicisiz mənasıdır. Əgər insan çığırtı 
elədiyini  təzədən  bilmək  istəmirsə  və  ya  məktubu  yoxlamaq  üçün 
təzədən  oxumursa,  onda  onun  hərəkəti  əhəmiyyətsizdir.  Virtual 
adresat  olanda  danıĢan  ifadələrini  seçir,  mətni  ona  münasib  tərtib 
edir  və  s.  Ancaq  ünsiyyətə  cəhdlər  olur.  Telefonla  danıĢmaq 
istəyirik  ,  o  baĢda  cavab  verən  olmur.  Ancaq  ünsiyyətin  tam  baĢ 
tutmasına  əmin  olunca(fatik  funksiya)  müvafiq  təsdiq  gəlir  (yoxsa 
təkrar-təkrar deyirsən, küyü nəzərə alırsan və s.). Deməli, məlumat 
tam qəbul ediləndə ünsiyyət baĢ tutmuĢ hesab edilir. Bədii əsərlərdə 
onların  ünsiyyətə  daxil  olana  qədər  müddətdə  adresat  yaradıcının 
özü  olur.  Ü.Hacıbəylinin  (1885-1948)  ―Leyli  və  Məcnun‖  operası 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə