Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
52 
Bu  davranıĢ  üçün  mühüm  kodlar  içərisində  iy  bilmə,  toxunma  və 
dad  bilmə  kodları  mühüm  rol  oynayır.  Ġy  emosional  mənada  kon-
notativ  dəyər  kəsb  edirsə,  deməli,  dəqiq  referensial  xarakterli  qo-
xular var. Ç.Pirs bunları ―Ġndices‖ adlandırırdı.
14
 
Bunlara  kimyəvi  kvalifikatorlar  kimi  indikatorlar  deyirlər. 
Qeyd edək ki, zoosemiotikanın inkiĢafında T.Sebeokun (1920-) xid-
mətləri böyükdür. 
Korların  ünsiyyəti,  sosial  vəziyyətlərin  ifadəsində  (öpüĢ,  qu-
caqlaĢma, Ģillə vurma, çiyninə toxunma) ünsiyyətə xidmət edən va-
sitələrdir. Dadbilmə yemək biĢirmə sənətində çox vacib faktordur. 
Paralinqvistik  vasitələrə  jestlər,  mimikalar,  bədən  hərəkətləri 
və s. dillə və dilsiz ünsiyyətdə köməkçi vasitələr kimi çıxıĢ edirlər. 
Bu  zaman  aydın  dil  strukturu  olmayan  vasitələri  xüsusi  fərqlən-
dirməliyik: 
a) səs növləri yaĢ, səhhət, əhval-ruhiyyədən asılı olaraq müx-
təlif olur. YaĢlı adamın çox soyuq su içəndə səsi batır, o, güclə da-
nıĢır; 
b)  səsin  keyfiyyəti,  tonun  yüksəkliyi,  artikulyasiya  üzvlərinə 
nəzarət;  səsin  çıxması  (gülmək,  ağlamaq,  hönkürmək,  pıçıldamaq, 
bağırmaq, fəryad qoparmaq); tonun gücü və yüksəkliyi; səsin seqre-
qasiyası (dilin və dodaqların marçıldaması, partlayıĢlı, burunda da-
nıĢmaq, fısıldamaq və nəfəs alanda çıxarılan səs, xorultu və s.), fit 
çalmaq və dəfdə iĢarə vermək də buraya aiddir. 
Tibbi semiotika. Simptomla xəstəliyin əlaqəsi. Təzyiq artanda 
əhval-ruhiyyə aĢağı düĢür. Dəridə qaĢınma və ya qızartı allergiyanın 
əlaməti ola bilər. 
Kinetika  və  proksemika.  Jestlərlə  və  gediĢ  növü  ilə  nəyisə 
bildirmək,  pantomim  teatrında  tez-tez  rast  gəldiyimiz  oyun  növləri 
buna misal ola bilər. 
Musiqi  kodları.  Musiqi  ilə  ünsiyyət  bura  aiddir.  Təbil 
çalınanda  əsgərlər  meydana  toplaĢır  və  ya  həbsxanada  yeməyə 
iĢarədir: müharibəyə səsləyən musiqi, gərginliyi götürən musiqi, Ģən 
musiqi və s. 


ЫЫ. С
ЕМИОТИКА ВЯ ЙА СЕМИОЛОЭИЙА
 
 
53 
Formalaşdırılan  dillər.  Cəbr,  riyaziyyat,  kimya  və  s.  ümumi 
semiotikaya aiddir. Morze və Brayl əlifbaları, elektron kalkulyator-
lar üçün formal dillər (pin kod və s.) bu qəbildəndir. 
Yazılı dillər. Naməlum əlifbalar, gizli kodlar, kriptoqramlar və 
krossvordlar buraya aiddir. 
Təbii dillər. Bu, fonologiyadan qrammatikaya və semantikaya 
qədər dilçiliyin sahəsidir. 
Təbii  dil  insanın  fikri  fəaliyyətinin  nəticəsi  və  vasitəsidir. 
Yalnız  təbii  dildə  göndərilən  informasiya  insan  tərəfindən  baĢa 
düĢülür. Bugünki təbii dillər cəmiyyətlərin tarixi inkiĢafının məhsu-
ludur. Ġxtisas (məs.; kimya, riyaziyyat) və süni dillər (esperanto, ido 
və  s.)  müstəqil  razılaĢmaların  konvensiyaları  və  ya  sistemləridir. 
Ancaq onlar da təbii dilə söykənir. 
Bu gün sözün yaranması ilə bağlı iki fikir mövcuddur: ya əĢya 
ilə  onu  göstərən  söz  arasında  kauzal  əlaqə  mövcuddur  (bu  o  de-
məkdir ki, əĢya sözün yaranması üçün səbəb rolunu oynayır), ya da 
söz əĢyanın bildirilməsi üçün insan tərəfindən müəyyənləĢmiĢ təmiz 
razılığa söykənir. Elə Platonun dövründə məsələ belə qoyulurdu. Bu 
yanaĢmaların  hər  ikisində  həqiqət  qismən  də  olsa  var.  SSRĠ  döv-
ründə  kosmosa  uçan  peyk  düzəldi,  ona  əĢyanın  yaranması  nəticəsi 
olaraq rusca /sputnik/ adı verdilər. 
Ancaq Azərbaycanda bunu /peyk/ adlandırırlar. Görünür Ģərq 
aləmində vaxtilə buna bənzər cihaz olub və ərəb dünyası onu /peyk/ 
adlandırıb.  BaĢqa  bir  misal.  Azərbaycanda  alim  /limonu/  və  /por-
tağalı/ calaq edib yeni meyvə növü əldə edəndən sonra onu /limpart/ 
adlandırmağı  təklif  edib  Əslində  bu  sözün  yaranma  üsulu  Azər-
baycan  dilində  məlumdur.  Sözlərin  ilk  hecaları  götürülür  və  yeni 
söz  yaradılır.  Ancaq  bu  /limpart/  /Azneft/  kimi  qısaltmalara  bən-
zəyir. /Azərenerji/-nin də yaradıcısı yəqin ki, konkret bir adam olub, 
sonralar isə o söz geniĢ iĢlənməyə baĢlayıb. 
Filosoflar  birinci  alternativi  qəbul  etmirlər,  onların  fikrincə 
əĢya  ilə  söz  arasında  əlaqə  kauzal  deyil,  ümumiyyətlə  insan  Ģüu-
rundan asılı olmayan əlaqədir. Sözlər öncə obyektlərlə bağlanır. Dil 
iĢarəsi  olan  söz  bilavasitə  maddi  ünsürlə  deyil,  Ģüur  elementi  ilə 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
54 
bağlıdır.  Bu  bağlılıq  tarixən  yaranır.  Müəyyən  mənada  bu  ikinci 
alternativə  aiddir.  O  mənada  konvensiallıqdan  danıĢmaq  olar  ki, 
sözlər əks etdirdikləri, bildirdikləri obyektlərdən yaranmır, hətta heç 
onlara oxĢar da deyil. Əks təqdirdə müxtəlif dillərdə müxtəlif sözlər 
eyni anlayıĢlar ifadə edə bilməzdi. Ancaq onlar müəyyən konstruk-
siyalar  mənasında  konvensial  deyildir.  Sözlər  bir  dəfə  yaranır,  öz 
nisbi  həyatını  qazanır,  artıq  onlar  ayrı-ayrı  insanların  iradəsindən 
asılı olaraq deyil, cəmiyyətin inkiĢaf mübarizəsində formalaĢır. 
Azərbaycan  xalqı  XX  əsrin  axırlarında  müstəqilliyi  uğrunda 
mübarizəyə  atılanda  dildə  də  müəyyən  dönüĢ  yaranması  ehtiyacı 
vardı.  Bu  zaman  XIX  əsrin  axırlarına  qədər  malı-mülkü  olan 
kiĢilərə  müraciət  forması  olan  /bəy/  sözündən  geniĢ  istifadə 
olunmağa  baĢlanır.  Sovet  dönəmində  cəmiyyət  /yoldaĢ/  sözündən 
bezmiĢdi,  tezliklə  /bəy/  sözü  leksikona  daxil  oldu  və  cəmiyyətdə 
sosial  tarazlığı  bildirən  /xanım-bəy/  qarĢılaĢmasının  tamhüquqlu 
tərəfi  kimi  qəbul  edildi.  Sonralar  bunu  çıxardıb  əvəzində  ərəb 
mənĢəli  /cənab/  sözünü  qəbul  etdirməyə  çalıĢsalar  da,  bu  uğur 
qazanmadı. Düzdür, bu gün rəsmi dairələrdə /cənab/ iĢlənir, amma 
dil baxımından o, /xanım-bəy/ qarĢılaĢmasının hüdudlarına sığmır. 
Təbii  dildə  yüksək  dərəcədə  abstraksiya  və  müxtəlif  tarixi 
inkiĢaf  yolu  keçmiĢ  ifadələr  var.  Onların  yanbayan  iĢlənməsi  dilin 
zənginliyi  baxımından  üstünlük  kimi  götürülə  bilər.  Eyni  zamanda 
onlar  insanın  Ģüurlu  və  fiziki  fəaliyyətinin  bütün  sahələrini  ifadə 
etmək  gücündədir.  Ancaq  bu  yanbayan  mövcudluq  bəzən  çətin-
liklərə, anlaĢilmazlıqlara, hətta ziddiyyətlərə gətirib çıxardır. 
Bəzən  deyirlər  ki,  dil  formaları  ifadə  etdikləri  fikirlərdən  qə-
dimdir.  Burada  müəyyən  həqiqət  var.  XX  əsrin  sonlarına  qədər  dil 
hər Ģeyi ifadə etməyə qadir idi. Ancaq kompyuter texnologiyası və 
internet  Ģəbəkəsi  yarananda dillərin çoxu bu  yeniliyi  adekvat  ifadə 
etməkdə  çətinlik  çəkirdi.  Bu  gün  /kompyuter/,  /internet/,  /mobil/, 
/mesaj/ v. s. kimi yeni sözlər dediklərimizə bariz nümunədir. Bəzən 
bizdə /kompüteri/ bilgisayar kimi vermək istəsək də, redaksiyalarda 
orfoqrafiya lüğətlərini göstərib deyirlər ki, dildə olmayan sözü necə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə