Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   21   22   23   24   25   26   27   28   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
76 
rəflidir,  ancaq  burada  yeganə  və  qəribə  olan  odur  ki,  iki  fonemin 
müəyyən  sabit  fonetik  fərqlərinə  sadəcə  potensial  məna  fərqinin 
faktı uyğun gəlir, ancaq bu heç vəchlə müəyyən sabit məna fərqi de-
yildir.  E.Husserl  demiĢkən,  fonemdə  məna  vermə  aktı  var,  ancaq 
heç vaxt məna yerinə yetirmək aktı yoxdur. Morfemdə fərq hər iki 
tərəfdə  sula  plan  du  signifiant  və  sur  la  plan  du  signifié  (həm 
iĢarələyəndə,  həm  də  iĢarələnəndə)  müĢahidə  olunur.  Fonemin  isə 
fərqlənməsi  yalnız  iĢarələyəndə  (signans)  və  bir  də  iĢarələnəndə 
(signatum-da)  qeyri-müəyyən  miqdarda  konkret  fərqlər  kimi  çıxıĢ 
edir. 
―Bunun da nəticəsində morfoloji və oxĢar qarĢılaĢmalar siste-
mi  iĢarələnən  sahədə  (signatum)  təĢkil  olunur  (fundiert),  fonoloji 
qarĢılaĢmalar sistemi isə bunun əksinə iĢarələyən sahəsində yerləĢir 
(liegt).‖
40
 Konkret əlamətlər məcmusunun ikitərəfliliyi fonemlərdən 
nəinki  bütün  digər  dil,  həmçinin  iĢarə  aləminin  bütün  dəyərlərini 
fərqləndirir. Məsələn, bizim jest dilində baĢı silkələməyə və o tərəf 
bu  tərəfə  döndərməyə  (signans)  inkar  və  təsdiq  (signatum)  uyğun 
gəlir.  Balkanlarda  isə  əksinə  baĢın  aĢağı-yuxarı  hərəkəti  inkar,  o 
tərəf bu tərəfə hərəkəti təsdiq deməkdir. Eynilə qrafem də ikitərəfli 
olur: ―a‖ qrafemi /a/-nı bildirir və onun optik Ģəklidir (iĢarələnən) və 
(iĢarələyən);  malların  üz  qabığı,  konvertlər  (markalar)  həm  nəyisə 
bildirir,  həm  də  onların  özünəməxsus,  pozitiv,  müəyyən  və  daimi 
dəyəri  var.  Poçt  markalarından  qiymətindən  asılı  olaraq  ölkədaxili 
və ölkəxarici məktublaĢmalarda fərqli istifadə olunur. 
Yalnız fonem təmiz və boĢ fərqləndirici iĢarədir. Fonem məc-
musunun yeganə linqvistik, müvafiq olaraq semiotik dəyəri verilmiĢ 
sistemin  digər  üzvlərinə  qarĢı  qoyulmasıdır.  /a/  foneminin  yeganə 
dəyəri eyni mövqedə baĢqa fonemlərdən fərqli olmaq dəyəridir‖.
41 
F.de  Sössürdən  danıĢarkən  R.Yakobson  qeyd  edir  ki,  ustad 
iĢarə  aləminin  hər  bir  vahidini  3  aspektdən  araĢdırır:  dans  sa 
totalité, dans son aspekt cancetuel et dans son aspect matériel. Və 
bunu sözbəsöz olmasa da, məna baxımından belə tərcümə edir: bil-
dirmə, bildirən və bildirilmə (iĢarələmə, iĢarələyən və iĢarələnən).
42 


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
77 
Bildirmə  baxımından,  yəni  iĢarələnənin  iĢarələyənə  olan  qar-
Ģılıqlı əlaqəsi baxımından fonem bütün digər iĢarələrə qarĢı qoyulur. 
ĠĢarələnən baxımından bütün iĢarələr 3 qrupa bölünür: 
1.  ĠĢarələnən  söyləmdə,  daha  geniĢ  mənada  informasiyanın 
ötürülməsində məzmun kimi çıxıĢ edir. Buraya hər bir cümlə və söz 
Ģəklində morfem də aiddir. Sintaqm məzmun kimi çıxıĢ edir, hətta 
müvafiq və  ya appelyasiya  məqsədilə iĢlənən vasitələr buraya  aid-
dir.  DanıĢanın  həyəcanı,  dinləyənə  qarĢı  davranıĢı,  özünüifadələr 
buraya  aiddir.  Jestlər  və  hinduların  piktoqrafik  yazısı  da  bilavasitə 
1-ci qrup iĢarələrə aiddir. 
2-ci qrup. ĠĢarələnən söyləmdə, ötürmədə iĢarə kimi çıxıĢ edir. 
Məsələn,  sözdə  və  cümlədə  sərhəd  bildirən  vasitələr  alman  dilində 
(knaklaut,  tonun  sonda  düĢməsi  və  ya  qalxması  və  s.)  cümlələr, 
onların  hissələri  və  söz  kimi  dil  vahidlərində  signal  rolunda  çıxıĢ 
edir.  Sintaktik  fonologiyanın  prosodik  elementləri,  elə  o  cümlədən 
fonemlərin  özləri  də  buraya  aid  olurlar.  Onların  vəzifəsi  sözləri 
fərqləndirməkdən  ibarətdir.  Beləliklə,  fonemlər  iĢarələrə  aid  olur, 
onlar sözlərin iĢarələri, yəni iĢarələrin iĢarələri kimi çıxıĢ edir. Onlar 
sözlərin ayrılmaz hissələri olduqları üçün K.Bülerlə bir yerdə onları 
iĢarələrdə  iĢarələr  kimi  adlandırırlar.
43
  Çinlilərin  loqoqrafik  yazısı 
da bura aiddir, çünki burada bir qrafem sözü və ya morfemi bildirir, 
o,  sözə  aid  olmasa  da,  iĢarədə  iĢarə  kimi  təmsil  olunmasa  da, 
loqoqrafik  qrafem  iĢarə  kimi  götürülə  bilər.  Deməli,  iki  söz 
loqoqrafik simvolla fərqlənir, onlar fonem kimi iĢarənin iĢarəsi kimi 
götürülə bilər. 
3.  ĠĢarələnən  söyləmdə,  məlumatda  bir  iĢarənin  iĢarəsi  kimi 
çıxıĢ  edir.  Bunlar  üçüncü  dərəcəli  iĢarələrdir.  Məsələn,  bir  qrafem 
bizdə bir fonemi bildirir. Yəni qrafem iĢarənin iĢarəsini signal edir. 
R.Yakobson bunu belə göstərir: 
 
     Məzmun 
1.     Morfem 
2.     Fonem                     ĠĢarə 
3.     Qrafem 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
78 
 
Fonemin  kombinator  variantı  3-cü  dərəcəli  iĢarəyə  misal  ola 
bilər,  ancaq  qrafemdən  fərqli  olaraq  iĢarənin  2-ci  dərəcəli  iĢarəsi 
kimi, iĢarənin özündə iĢtirak edən iĢarə kimi çıxıĢ edir. 
Fonemlərin  kombinator  variantları  fonologiyaya  aiddir,  özü 
də  fonemlərlə  variantlar  arasındakı  fərq  həm  iĢarələmə,  həm  də 
iĢarələnən baxımından ardıcıl nəzərdən keçirilməlidir. 
Emfatika  iĢarələnən  baxımından  fonetik  stilistikaya  aiddir, 
stilistika isə qrammatikaya, çünki emfatika morfemlərdə və digər dil 
vahidlərində  olduğu  kimi  səs  forması  mənanı  bildirir.  Ancaq 
iĢarələyən  baxımından  (signans)  appelyativ  və  ekspressiv  vasitələr 
fonoloji  dəyərlərlə  eyni  əlamətə  malikdir,  bu  da  onları  qrammatik 
vasitələrdən  ayırır.  Morfemlər  fonemlərdən  ibarətdir,  onların 
emfatika kimi materiyası baĢqa dərəcəli iĢarələrə bölünmür. 
Deməli,  fonemin  signatum  səviyyəsində  müsbət  məzmunu 
yoxdur.  Fonemlər  baĢqa  iĢarə  dəyərləri  kimi  iĢarələnən  (signatum) 
səviyyəsində  qarĢılaĢma  yaratmır,  qarĢılaĢma  yalnız  iĢarələyənlər 
(signans)  səviyyəsində  olur  və  oppozisiyalar  fonoloji  sistemdə 
fonemlərin  yerini  müəyyən  edir.  Çex  dilində  /snu/  (yuxunu),  /snū/ 
isə (yuxuları) bildirir. Bu sözlərin sonunda gələn /u/ və /ū/ morfem 
kimi  təki  və  cəmi  bildirdiyi  üçün  onlar  iki  fonem  kimi  çıxıĢ  edir, 
uzunluq  və  qısalıq  iki  fonemin  qarĢılaĢması  səs  səviyyəsində 
müəyyən əlamətlər kimi özünü büruzə verir. 
Hər bir pozitiv, konstant və vahid signatuma aid olan signans 
onunla sıx bağlı olur, ayrılmaz vəhdət təĢkil edir, bu bağlılığa görə 
signans  o  saat  tanınır.  Ġt  üzərində  Ġ.P.Pavlov  (1849-1936) 
məktəbinin  nümayəndələrinin  apardığı  təcrübələr  bunu  təsdiq  etdi. 
Ġt  eyni  signal  veriləndə  yalı  tanıyır,  baĢqa  siqnalda  isə  onun 
reaksiyası olmur. Ġtalyanlar göstərdilər ki, hətta balıqlar da eyni cür 
hərəkət  edə  bilirlər.  Akvariumda  müəyyən  siqnalda  onlar  yemə 
gəlir,  baĢqa  siqnalda  isə  bir  az  çaĢ-baĢ  qalırlar,  üçüncüsündə  isə 
onlarda heç bir hərəkət olmurdu. 
ĠĢarələyənlə iĢarələnən arasında mexaniki assosiasiya yaranır, 
ona görə də tanıma baĢ verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə