Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   18   19   20   21   22   23   24   25   ...   106

ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
67 
O  bəzi  hallarda  semiotika  sahəsində  yalnız  dilin  tədqiqilə 
məhdudlaĢmağı  qəbul  etmir. Onun araĢdırmaları  yalnız alimin ölü-
mündən 20 il sonra (1934 – F.V.) iĢıq üzü gördü. ―ġüur və dil‖ adlı 
mühazirə  mətnləri  isə  (1866/67)  təxminən  yüz  ildən  sonra  (1958) 
oxuculara bəlli oldu. Onun 8 cildlik əsəri dilçiliyin və semiotikanın 
inkiĢafına öz layiqli töhfəsini verdi. Ç.Pirs interpret və interpretant 
terminlərindən istifadə edir. Onlar müxtəlif Ģeyləri bildirir: interpret 
məlumatı  qəbul  edəni,  dinləyəni  göstərir,  interpretant  dinləyənin 
məlumatı  dekodlaĢdırmasında  baĢa  düĢmək  üçün  istifadə  etdiyi 
açardır.  Bəziləri  güman  edirlər  ki,  guya  Ç.Pirsdə  interpretantın 
yeganə  funksiyası  odur  ki,  hər  bir  iĢarə  kontekst  vasitəsilə  açılır, 
baĢa  düĢülür.  Halbuki  Ç.Pirs  yazırdı  ki,  ―öncə  bilavasitə 
interpretantı  fərqləndirmək  lazımdır,  görək  interpretant  özü  düz 
mənada özünü necə göstərəcək və bu da adətən iĢarənin mənası ad-
lanır.‖
20 
BaĢqa  sözlə  desək,  interpretant  iĢarənin  özündə,  kontekst-
dən və söyləmin digər Ģərtlərindən asılı olmayaraq nəyin ifadə olun-
masıdır. Ç.Pirs yazır ki, məna bir iĢarənin digər bir iĢarə sisteminə 
tərcüməsindən  baĢqa  bir  Ģey  deyildir.  O,  bütün  iĢarələrin  özəl-
liklərini  qeyd  edərək  yazır  ki,  onlar  (özəlliklər  -  F.V.)  baĢqa 
iĢarələrin  məhdudsuz  ardıcıllığına  çevrilə  bilməkdir  ki,  bu  da 
onların müəyyən mənada qarĢılıqlı ekvivalentliyini göstərir. 
Beləliklə, bu nəzəriyyəyə görə iĢarə Ģərh olunmaq imkanıdır, özü 
də  dinləyənin  (qəbul  edənin)  olması  zəruri  deyil.  Deyək  ki,  xəstəlik 
simptomları  da  iĢarə  kimi  götürülə  bilər.  Müəyyən  yerdə  tibbi 
semiologiya semiotika ilə, iĢarə haqqında elmlə qonĢu ola bilir. 
ĠĢarənin  2  tərəfliliyi,  onun  iĢarələməsi  və  iĢarələnəni  bildir-
məsi  Ç.Pirsdə  aydın  Ģəkildə  ifadə  olunur: 

ŋ

ĩo

  = 

ŋ

ĩ

o

 
(iĢarələyən) və 

ŋ

ĩ

ó

o

 (iĢarələnən). Onun üçlü bölgüsündə 
1) indeks faktiki davamlılıq əsasında iĢarələyənin iĢarələnənə daimi 
bağlılığıdır;  2)  ikon  faktiki  oxĢarlıq  əsasında  iki  tərəf  arasındakı 
əlaqədir;  3)  simvol  müəyyən  edilən,  razılaĢdırılan,  adətə  uyğun 
iĢarələyənlə iĢarələnən arasındakı əlaqədir. Ç.Pirsdə simvol iki digər 
növdən fərqli olaraq predmet deyil, o, çərçivə qanunudur ki, yerin-
dən asılı olaraq replika və hallar Ģəklində reallaĢmaqla o biri ikisin-


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
68 
dən  fərqlənir.  Ç.Pirs  göstərirdi  ki,  3  növün  biri  müəyyən  sistemdə 
dominant  ola  bilər,  buna  baxmayaraq  o  biri  ikisilə,  ya  da  onlardan 
birilə  əlaqələnə  bilər.  Məs.,  simvol  ikon  və  indekslə  birləĢə  bilər. 
―Əksərən  arzu  olunandır  ki,  reprezentat  bu  üç  funksiyadan  digər 
ikisini və ya üçüncünü istisna etməklə iĢlətsin, ancaq ən mükəmməl 
iĢarələr onlardır ki, onlarda ikon, indeks və simvol əlamətləri imkan 
daxilində bərabər Ģəkildə bir-birinə qarıĢsın.‖
21 
Ç.Pirsdən daha bir sitat: ―Çox çətin, bəlkə heç mümkün olmaz 
ki,  təmiz  mükəmməl  indeksə  misal  verək  və  ya  iĢarə  tapaq,  onda 
heç  bir  indeks  keyfiyyəti  olmasın...  Diaqramın  adətən  simvolik 
xüsusiyyətlərilə  yanaĢı  təbiətcə  indeksə  yaxın  əlamatləri  də  var, 
ancaq  buna  baxmayaraq  o  əslində  həm  də  ikondur.‖
22
  AĢağıdakı 
Ģəkildə bunu aydın görmək olur. 
 
ġəkillər_______________________ simvol 
 
                              ikon                                  Azərbaycan 
                                                                          bayrağı          
indeks 
/kitab/ 
               
    /k#i#t#ả#ḅ/        adam dayanıb   Ģəklinə baxır 
 
   
 
Qeyd edək ki, F.de Sössür semiotika tarixində dönüĢ yaratmıĢ 
alimlərdən hesab olunur.
23 
Onun iĢarə haqqında elmi ―semiologiya‖ 
(arabir  signologiya)  adlandırmaqla  özündən  qabaqkılara  əsaslan-
madığı  birmənalı  Ģəkildə  aydın  olur.  Bunu  həm  onun  iĢlətdiyi 
termindən,  həm  də  əsasən  dildəki  iĢarələrin  qanunauyğunluqlarını 
semiotik prinsiplərə rəğmən izahından görmək olur. F.de Sössür di-
lin  iĢarəviliyini  sübut  etməyə  çalıĢır.  O,  özü  ―Niyə  indiyə  kimi 


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
69 
semiologiya yox idi?‖ sualına (1967, s.52) tam və aydın cavab ver-
mir.  Onun  iĢarə  haqqında  mülahizələrini  XIX  əsrin  90-cı  illərində 
dağınıq  söylənmiĢ  fikirlərindən,  bir  də  3  il  ərzində  oxuduğu 
mühazirələrdən izləmək mümkündür. 
F.de Sössür dili iĢarələr sistemi saymaqla çox böyük irəliləyiĢ 
əldə  etmiĢdir  və  o,  iĢarəliliyi  səslə  fikir  arasında  əlaqədə  axtarır. 
F.de  Sössürün  semioloji  sistemində  ―iĢarə=semioloji  dəyər‖ 
bərabərliyi mühüm rol oynayır. 
ġ.Balli (1902-1976) və  A.SeĢeye  (1907-1957) F.de  Sössürün 
dinləyicilərinin  mühazirə  konsepktləri  əsasında  (özləri  bilavasitə 
F.de  Sössürün  şagirdləri  olmayıblar  –  F.V.)  hazırlayıb  çap  etdir-
dikləri  ―Cours  de  linguistique  générale‖  kitabında  o  qədər  əlavələr 
və  Ģərhlər  ediblər  ki,  bununla  da  cenevrəli  ustadın  fikirlərinin 
təhrifinə geniĢ meydan yaradıblar. Ç.Pirsdən və E.Husserldən fərqli 
olaraq (onlar semiotikanın əsaslarını işləyib hazırlamışdılar – F.V.) 
F.de Sössür semiologiyadan gələcək mənasında danıĢır. 
3  il  ərzində  (1908-1911)  mühazırə  oxuduğu  tələbələrinin 
qeydlərinə  əsasən  R.Yakobson  yazır  ki,  F.de  Sössür  dili  iĢarə  sis-
teminə  daxil  etməklə  onu  iĢarə  haqqında  elmin  tərkib  hissəsi  elan 
edirdi.  Bunu  da  semiologiya  (yunanca 

ŋ

īo

  ―iĢarə‖  deməkdir) 
adlandırmağı təklif edirdi. Dilçilik də həmin iĢarələr haqqında elmin 
tərkib  hissəsi  olmalıdır.  Dilçilər  dilin  semioloji  xarekterini 
açmalıdır; yeni elmin vəzifəsi müxtəlif iĢarə sistemlərinin fərqlərini 
və oxĢarlıqlarını tapmaqdır. 
―Semiologiyanın ümumi qanunları müəyyən ediləcək.‖
24 
F.de  Sössür  qeyd  edir  ki,  dil  yeganə  iĢarələr  sistemi  deyil, 
yazı,  görünən  naviqasiya  siqnalları,  hərbi  təbillər,  nəzakət  jestləri, 
mərasimlər,  adətlər  və  s.,  bütün  bunların,  F.de  Sössürə  görə,  se-
mioloji xarakteri var.
25
 
F.de Sössür  yazır ki, dil iĢarə nəzəriyyəsinin xüsusi halından 
baĢqa  bir  Ģey  deyildir.  O,  Ģahmat  oyununun  qrammatikasını  onun 
fiqurlarının  müvafiq  vacibliyilə  müqayisə  edərək  bu  oyunu  dillə 
qarĢılaĢdırır, çünki bu semioloji sistemlərdə oxĢarlıq anlayıĢı dəyər 
anlayıĢı ilə çoxalır və əksinə.
26
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə