Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   19   20   21   22   23   24   25   26   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
70 
Semioloji  yanaĢma  yalnız  sinxron  səviyyədə  mümkündür, 
çünki  dəyər  sistemin  tarixi  mərhələlərinin  ardıcıllığından  keçə  bil-
məz. 
F.de  Sössür  dildəki  semioloji  invariantlığın  kontekstdən  və 
fərdi  dəyiĢikliklərdən  asılı  olmayaraq  mövcudluğunu  sübut  etmək 
üçün  dili  simfoniya  ilə  müqayisə  edərək  göstərir  ki,  musiqi  əsəri 
onu kimin, necə ifa etməsindən asılı olmayaraq mövcuddur. Ġfa heç 
bir  əsərin  özü  ola  bilməz,  onun  həqiqi  xarakterini  aça  bilməz. 
Üzeyir  bəyin  ―Üvertürası‖nın  hər  zaman  ifası  həmin  əsərin  özü 
deyildir. 
F.de  Sössürün  semioloji  təlimində  aĢağıdakı  qarĢılaĢmalar 
mühüm rol oynayır. 
 
1) dil və danıĢıq:  langage (dil fəaliyyəti) 
 
                       langue (konkret bir dil)          parole (danıĢıq) 
 
2)  iĢarənin  ikitərəfliliyi:  signifikans/siqnifikat  və  ya 
signans/signatum (iĢarələyən/iĢarələnən) 
3) xəttilik: /a+r+a+b+a // +l+a+r // +d+a+n/ 
4) diskretlik: /a / r / a / b / a / l /a / r / d / a / n / 
5)  ixtiyarilik  (arbitrerlık):  iĢarələyənlə  iĢarələnən  arasında 
birbaĢa əlaqə yoxdur. 
6) sinxron/diaxron: dil sistemi bir zaman kəsiyində, onun tari-
xən keçdiyi zaman ardıcıllığından asılı olmayaraq öyrənilməlidir. 
AĢağıda  bunların  hər  biri  üzərində  bir  qədər  ətraflı 
dayanacağıq. 
Hələlik isə F.de Sössürdən sonra dil və dillər haqqında elmin 
iĢarə  və  iĢarələr  haqqında  elmə  münasibətinin  inkiĢafı  istiqamətlə-
rinə  nəzər  yetirək.  E.  Kassirerin  (1874-1945)  bir  fikrini  burada 
gətirmək pis olmazdı. O, 1945-ci ildə N.Yorkda dilçilik dərnəyində 
çıxıĢ edərkən elan etmiĢdi ki, dilçilik semiotikanın bir hissəsidir.
27 
Müxtəlif iĢarələr arasında fərqləri və oxĢarlıqları həddən artıq 
ĢiĢirtmək  və  onların  hüdudlarını  daraltmaq  yaxĢı  nəticələrə  gətir-


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
71 
məz.  Bəlkə  də  dil  iĢarələrini  ayrıca  elm  kimi  öyrənmək  lazımdır. 
Bəli, tamamilə doğrudur, çünki dil iĢarələri mahiyyətcə digər iĢarə-
lərdən çox ciddi fərqlənir. Təssüf ki, F.de Sössür və onun ardıcılları 
dil iĢarələrini və digər iĢarə sistemlərini bir-birindən ayıran cəhətləri 
daha  dərindən  tədqiq  etmək,  onların  hər  birinə  xas  olan  əlamətləri 
tapmaq  əvəzinə  onların  bütöv  iĢarə  sistemlərinin  tərkib  hissəsi 
olmasını sübut etmk üçün daha çox səy göstəriblər. Digər tərəfdən, 
dil  iĢarələrini  semantikanın  obyekti  olan  digər  iĢarələrdən  ayırmaq 
istəyən  eqosentristlər  semantikanı  dilçiliyə  sinonim  kimi  götürmək 
istəyirlər. 
Dil iĢarələrinin hər iki tərəfində signans və signatum əlaqələri 
bütün  ünsiyyət  səviyyələrində  distinktiv  əlamətlərdən  tutmuĢ  dis-
kursa qədər öz dəyərini saxlayır, hərçənd ki, onlar struktur, funksio-
nal  və  həcm  baxımdan fərqli  olsalar  da,  hamısı  eyni  elmin  obyekt-
ləridir. Onların dərk olunması beynin sol yarımkürəsində baĢ verir. 
Semiotikaya təbii dillə bərabər formal dillərin, habelə riyaziy-
yat  və  məntiqin  müqayisəli  təhlili  də  aiddir.  Kodla  kontekst  əlaqə-
lərinin  təhlili  yaxĢı  perspektivdən  xəbər  verir.  Eyni  zamanda  dilin 
ikinci model düzəldən strukturlarla, o cümlədən xüsusilə mifologiya 
ilə  konfrontativ  təhlili  uğurlu  ola  bilər.  Bununla  da  mədəniyyətin 
semiotikasını əhatə etmək olardı. Heç cür razı olmaq mümkün deyil 
ki, dilin problemləri öyrəniləndə baĢqa iĢarə sistemlərinin əlamətləri 
kortəbii  Ģəkildə  dilə  və  əksinə  tətbiq  olunsun.  Hər  iki  yanaĢma 
təhlükəlidir  və  onlardan  hər  birinin  spesifik  xüsusiyyətlərini  üzə 
çıxartmağa maneçilik törədə bilər. 
 
 
III.3. Semiotikada Ç.Morris mərhələsi 
 
Ç.Morris  əsasən  semiotika  ilə  məĢğul  olub,  ancaq  fəlsəfi 
problemlərə  də  toxunub.  O,  neopozitivistlərin  çap  etdirdiyi 
Unifikasiyalı  elmin  Beynəlxalq  ensiklopediyasında  ―ĠĢarələr 
nəzəriyyəsinin  əsası‖  adlı  əsər  çap  elətdirir.  Burada  o  semiotikanı 
bütün  elmlərin  instrumenti  (orqanon)  hesab  edir.  Ç.Morris 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
72 
semiotika  üzrə  biliklərin  hər  bir  alimin  yetiĢməsində  mühüm  rol 
oynadığını xüsusi vurğulayırdı. Maraqlıdır ki, hələ R.Dekart (1596-
1650) yazırdı ki, ―Sözlərin mənalarını müəyyən edin və onda dün-
yanı yanlıĢlığın yarısından xilas edərsiniz.‖ 
Ç.Morris  bununla  nəzəriyyə  və  metanəzəriyyə  ilə  bağlı  çaĢ-
qınlıqlara,  terminlərin  qarıĢdırılmasına  son  qoyacağına  inanırdı.  O 
bildirirdi  ki,  ―empirik  elmlər  əslində  nəinki  bütün  düzgün  həqi-
qətləri  yox,  ən  vacib  düzgün  həqiqətləri  əldə  etməklə  məĢğuldur, 
ancaq  empirik  elmin  dili  həqiqətin  vacibliyinə  yox,  onun  ifadəsinə 
yönəlib.‖
28 
Ç.Morris həmçinin iĢarənin üç aspektini fərqləndirirdi. Onları 
bu alim funksiyalar, ya da semiozisin ölçüləri adlandırırdı. 
Bunlar aĢağıdakılardır: 
1.  Sintaktika:  iĢarə  düzümündəki  düz  xətt  boyunca  və  ya 
opera və üvertüradakı motivlər arasındakı əlaqələrin üzə çıxarılması 
ilə məĢğuldur; 
2.  Semantika:  iĢarələyənlə  iĢarələnən  arasındakı  əlaqələrin 
ifadəsini öyrənir; 
3.  Praqmatika:  iĢarə  ilə  onu  iĢlədənlər  arasındakı,  göndərən 
(danıĢan) və qəbul edən (dinləyən) arasındakı əlaqələri öyrənir. 
Bunların hər biri Ç.Morrisin əsərinin bir bölməsini təĢkil edir. 
Ç.Morrisə görə, semiozis iĢarənin fəaliyyət göstərdiyi prosesdir. 
Ç.Morrisdən  fərqli  olaraq  alman  filosofu  Q.Klaus  iĢarələrin 
bir  aspektini  də  fərqləndirir  ki,  bu  siqmatik  aspekt  adlanır:  o, 
iĢarələrin denotatları arasındakı əlaqələri araĢdırır (bu barədə bax: V 
fəsil). 
O,  bu  bölgüyə  izahat  verərək  yazırdı:  ―Semiotika  qədim 
dövrlərdəki  üçlüyün  (trivium)  müasir  ekvivalentlərini  əhatə  edir-
məntiq, qrammatika və ritorika.‖
29
 Qeyd edək ki, bu üçlükdən sonra 
dördlük  (kvadriya)  gəlirdi:  musiqi,  cəbr,  həndəsə,  astronomiya. 
Onların yeddisi bir yerdə universitetəqədərki 7 azad elmin əsaslarını 
(incəsənətini) təĢkil edirdi. 
Ç.Morrisin müəyyən  etdiyi  3 aspektin evristik qiyməti onda-
dır  ki,  bununla  iĢarələrin  bütün  münasibətlərini  həll  etmək  müm-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə