Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
82 
incəsənət elementləri kimi görürük. Rəssam tuĢ və rənglə iĢləyir və 
sifətləri, mənzərələri, hətta insan həyatının özünü görüntüyə gətirir. 
Təsvir  olunan  Ģeylər  və  həyat  tərzi  üçün  sınıq  budaqlardan,  daĢ  və 
kəsəkdən  çox  təbii  formada  istifadə  edilir.  Bu  da  naĢı  adama  əsas 
verir ki,  özündən asılı  olmayaraq Ģəklə tapmaca kimi  baxsın  (necə 
N.S.XruĢĢov  vaxtilə  edirdi)  və  səbri  çatmır  ki,  öyrənsin,  orada  nə 
təsvir  olunduğunu  tapsın,  ona  görə  də  belə  rəsm  əsərlərini  cızma-
qara adlandırır. 
Bəs dil və musiqi iĢarələri üçün tipik olan nədir? Onlarda iki 
cəhət var: həm dildə, həm də musiqidə hierarxik struktur var. Ġkinci 
tərəfdən  onlar  diskret,  ciddi  Ģəkildə  bölünə  bilən  komponentlərdən 
ibarətdir,  bu  nəinki  təbiətən  mövcuddur,  həm  də  ad  hoc  yaranır. 
Məhz  bu,  dildə  distinktiv  əlamətlərdə,  müqayisədə  isə  ton  hərə-
kətlərinin  vahidləri  kimi  notlara  aiddir.  Xarakterik  əlamətlərin 
müəyyən edilməsində, dilin səs əlamətlərində bunlar fərqlidir. Onlar 
süni düzümdə də əhəmiyyətli vahidlər kimi çıxıĢ edirlər. 
Rəssamlıqda  ayrı-ayrı  elementləri  bir-birinə  bağlayan  hierar-
xik  strukturlar  yoxdur.  Orada  dildəki  və  musiqidəki  kimi  qatlar  və 
laylar yoxdur. Rəsm əsərində vizual qavranılanları dildəki və musi-
qidəki  kimi  parçalayıb  təsvir  etmək  olmur.  Bu  elə  belə  fərq  deyil, 
zaman,  auditiv  və  sekvensial  iĢarə  sistemlərinə  daxildən  bağlı 
kardinal və spesifik əlamətlərdir.
47
 
Film semiotik sahə üçün məhsuldardır. Təxminən 2 əsr yarım 
bundan  əvvəl  Almaniyada  diskussiya  olub,  orada  Q.E.Lessing  dil 
yaradıcılığı  ilə  təsviri  incəsənsət  arasındakı  fərqi  belə  Ģərh  edib: 
rəssamlıq  məkan  ardıcıllığına  söykənən  incəsənətdir,  poeziya  isə 
təkcə zaman ardıcıllığına tabedir. Y.Herder isə ona cavabında deyir-
di:  sırf  bədii  ardıcıllıq  fikri  fiksiyadır  və  yalnız  ―zaman  ardıcıl-
lığına‖  söykənən  incəsənət  qeyri-mümkündür.  Poetik  əsəri  baĢa 
düĢmək  və  qiymətləndirmək  üçün,  Y.Herderə  görə,  onun  bütöv-
lüyünə  sinxron  nəzər  salmalıyıq.  Simultan  sintez  dil  axınının 
bütövlüyünü anlamağa imkan verir, deyə Y.Herder, – ona yunanca 
energeia terminini verir.
48 


ЫЫЫ. С
ЕМИОТИКАНЫН ТАРИХИНЯ БИР БАХЫШ
 
 
83 
Beləliklə, görünən məkan iĢarəsi olan rəsm əsərilə əsas zaman 
əlaqəsində olan dil və musiqi arasındakı nəinki bir sıra əhəmiyyətli 
fərq, həmçinin çoxlu oxĢar cəhətlər də var. Hər ikisi diqqətlə nəzərə 
alınmalıdır. Lakin məkan və zaman iĢarələri arasında böyük fərqlər 
də vardır. 
Yazı  sosial  və  ərazi  baxımdan  məhduddur,  danıĢılan  dil  isə 
universaldır.  Ancaq  bu  o  demək  deyildir  ki,  zərərli  və  qüsurludur. 
Yazılı dil və abstrakt rəsmlər superstruktur olmaqla ikincidir, epife-
nomendir. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  R.Yakobson  iĢarə  probleminə 
1962-ci ildə yazdığı ―ĠĢarələr və dil sistemi‖ məqaləsində toxunur. 
Beləliklə,  R.Yakobsonun  iĢarə  konsepsiyasını  aĢağıdakı  kimi 
ümumiləĢdirmək olar: 
ĠĢarənin  hüdudları:  R.Yakobson  iĢarənin  məhdudluğunu  heç 
cür qəbul etmir. Onun üçün simvollar, indekslər və ikonlar iĢarədir. 
Bəziləri  jestləri,  utancaqdan  qızarmanı  kvaziiĢarə  hesab 
edirlər.  R.Yakobson  kvaziiĢarəni  qəbul  etmir.  O  yazır:  ―...iĢarənin 
Ģərh olunmaqdan savayı heç bir Ģeyə ehtiyacı yoxdur, hətta adresat 
olmasa  belə.  Ona  görə  də  xəstəlik  simptomları  da  iĢarələr  hesab 
oluna bilərlər.‖
49
 Eyni zamanda o, diferensial əlamətləri də iĢarələrə 
aid  edirdi.  Sintaktik  periodları,  differensial  əlamətləri,  bütöv 
diskursu struktur fərqlərinə baxmayaraq o, iĢarə hesab edir. 
R.Yakobson  3  əsas  sahə ayırırdı:  1-cisi, daxili,  bu dilçilikdir, 
2-cisi,  semiotika,  3-cüsü,  sosial,  antropoloji,  sosioloji  və  iqtisadi 
sahələri əhatə edən kommunikasiya haqqında ümumi elmdir. 
R.Yakobson kommunikativ aktın 6 komponentini fərqləndirir, 
adresant,  adresat,  kod,  məlumat,  kontakt  və  referensiya.  Bu,  çox 
əhatəli modeldir, özü də müxtəlif müqayisələr üçün meydan yaradır. 
Burada  kodlaĢma  və  dekodlaĢma  vacib  komponent  kimi  qeyd 
olunur.  Beləliklə  də  danışanın  və  dinləyənin  dilçiliyi  ayrıca  elm 
sahələri kimi götürülür. 
Burada  danıĢan  öz  fikrini  düzgün  ifadə  etməkdə  heç  bir 
çətinlik  çəkmir.  Çətinlik  dinləyən  üçün  yaranır,  onun  göndərilən 
məlumatı necə dekodlaĢdıracağı çox mühümdür. Əgər danıĢan belə 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
84 
bir  cümlə  iĢlədirsə  /Professorun  dəvəti  tələbələrin  ürəyincə  oldu//, 
bunun açması o qədər də asan deyildir. Pressuppozisiya və propozi-
siya əsl mənanın açılmasına kömək edir. Əgər tələbələrə dərs deyən 
professoru nəzərdə tuturuqsa, onda bunu transformasiya yolu ilə üst 
qatda belə verə bilərik: 
/Bizim  professorun  dəvəti/ 

  /Bizim  professorun  dəvət  edil-
məsi...// 
/-------------------------...../ 

  /Bizim  professorun  dəvət  et-
məsi...// 
Göründüyü  kimi,  alt  qatda  eyni  semantik  reprezentasiya  üst 
qatda (dinləyicidə) müxtəlif cür açıla bilər. 
R.Yakobson  kodlarda  xüsusi  operatorların,  Ģifferlərin 
vacibliyini  qeyd  edir  və  göstərir  ki,  onlar  törəyən  söyləmlərin 
anlaĢılmasında  katalizator  rolunu  oynayırlar.  Buraya  o  deyksisləri 
(Ģəxs sonluqları, yaxın və uzaq aktantlları) daxil edir. 
R.Yakobson xüsusi olaraq vurğulayır ki,  ikonik  iĢarələr təbii 
dildə daha çoxdur. 
Bundan  baĢqa  R.Yakobson  dildə,  beyində  və  incəsənətdə  iki 
cür ―metafor-metonimiya‖ oppozisiyasının universallığını qeyd edir. 
Bu,  bir  tərəfdən,  oxĢarlıq  (metafor),  digər  tərəfdən  isə  qarıĢıqlıq 
(metonimiya)  əlaqələrini  ayrıca  qabardır
50
.  Məlumdur  ki,  onların 
fərqlənməsinin 26  əsr tarixi vardır. G.Pirs də iĢarə-indeks və  iĢarə-
kopiyadan, F.de Sössür isə paradiqmatik və sintaqmatik əlaqələrdən 
danıĢıblar. Ancaq R.Yakobson bu əlaqələri ümumiləĢdirərək univer-
sallaĢdırıb  (onların  afaziya,  poeziya  və  kino  sənəti  üçün  əhəmiy-
yətini  xüsusi  qeyd  edib).  O,  paradiqmatik  və  sintaqmatik  əlaqələri 
iĢarələrə tətbiq edərək onları seleksiya və kombinasiya adlandırıb. 
Nitq ontogenezi, onun filogenezi və nitq qabiliyyətinin pozul-
maları  arasındakı  korrelyasiyaları  o  ―UĢaq  dili,  afaziya  və  ümumi 
fonetik  qanunlar‖  əsərində  inkiĢaf  etdirir.  Yeni  və  köhnə  kateqori-
yalar  dildə  öz  uyğunluğunu  tapır.  Məsələn,  onto-  və  filogenezdə 
məchul  növ  məlum  növdən  sonra  formalaĢır.  R.Yakobson  göstərir 
ki, tez formalaĢan dil hadisəsi çox möhkəm olur, daha çox qalır və 
tez  sağalır.  Əksinə,  axırda  formalaĢan  hadisə  az  davamlı  olur,  tez 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə