Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
101 
edir.  ġimpanze  qəfəsə  salınanda  qidanı  görür,  qəfəsdə  o  tərəf  bu 
tərəfə boylanır, qidaya çatan taxtanı görüb qəfəsin deĢiyindən qidanı 
çəkib  qarĢısına  yeməyə  baĢlayır.  Ġkinci  təcrübədə  qidanı  qəfəsin 
üzərindən  asırlar.  Qəfəsə  müxtəlif  ölçüdə  qarmaqarıĢıq  qutular 
qoyulur. ġimpanze qidanı görür, məsafəni müəyyənləĢdirir, sonra iri 
qutuları altdan, xırdaları isə üstdən qoyaraq qidaya çatana qədər üst-
üstə  yığır.  Onların  möhkəmliyini  yoxlayır,  sonra  qutuların  üstünə 
qalxıb  qidanı  götürür.  Bütün  bunlarda  intellektin  əlamətləri 
görünürmü?  Ġndi  bu  təcrübənin  nəticələrini  düzgün  Ģərh  etməkdən 
çox Ģey asılıdır. 
Ġ.P.Pavlova görə, antropoidin intellekti assosiativ təsəvvürlər-
dən ibarətdir. Əlbəttə, meymunun taxtadan istifadə etməsi məĢqlərin 
nəticəsidir.  Bunu  sübut  edən  fakt  odur  ki,  ikiyaĢlı  meymun  qəfəsə 
salınanda  heç  bir  hərəkət  etmir.  Əvvəl  o,  taxtalardan  istiqaməti 
müəyyənləĢdirmək, sonra oynamaq üçün istifadə edir. Yoxlama va-
sitəsilə meymun yəqin edir ki, taxtalar bərk cisimlərdir, ondan zərbə 
endirmək üçün istifadə etmək olar. Yalnız bundan sonra qidanı əldə 
etmək üçün təcrübə keçirməyə baĢlayırlar. Sonda qida ilə taxta ara-
sında assosiasiya yaranır. Uzaqda olan qida meymunun yaddaĢında 
taxtanın obrazını, izini yaradır ki, onunla qidanı qabağına çəkə bilər. 
Əvvəl bu assosiasiya zəif olur, sonra Ģimpanze taxtanı görən kimi, 
ondan istifadə qərarına gəlir. Qida ilə taxtanın arasındakı əlaqə güc-
ləndikcə ondan hətta taxta  görünməyəndə  belə istifadə  vərdiĢi  əldə 
edilir. ġimpanze ora-bura baxır, taxtanı axtarır, sonra  onu tapıb qi-
danı qabağına çəkir. 
Qutulardan  piramida  quran  Ģimpanze  üzərində  təcrübə  bu-
nunla  yekunlaĢır.  Ġlk  öncə  Ģimpanze  özünü  bir  təhər  aparır.  O  bir-
birinin ardınca bir neçə cəhd edir, nəhayət, istədiyinə nail olur. ġim-
panze  piramidanı  baĢqa  yerdə  qura  bilərdi,  əvvəl  balaca  qutuları, 
sonra  böyükləri  düzəndə,  onda  qurğu  davam  gətirməzdi.  Çoxsaylı 
cəhdlərdən  sonra  Ģimpanze  baĢa  düĢür  ki,  qurğu  qidanın  altında 
qurulmalı  və  əvvəl  iri  qutular,  üstündən  isə  kiçik  qutular  qoyul-
malıdır ki, yıxılmasın. Deməli, Ģimpanzenin beynində assosiasiyalar 
həlqəsi  yaranıb.  Qida  piramida  obrazını  yaradıb,  özü  də  irilərin 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
102 
üstündə  xırdalar  olmaqla.  Yəni,  onun  davranıĢı  düĢündürücüdür. 
Ġ.P.Pavlov yazırdı ki, meymunlarda insanlarda olduğu kimi, əvvəlki 
qıcıqlardan  və  reflekslərdən  ibarət  xüsusi  daxili  aləm  mövcuddur.
8
 
Heyvanlarda bu çox zəif, insanlarda isə çox qüvvətli olur, çünki biz 
70-80  il  əvvəl  baĢ  verən  olayları  xatırlayırıq
9
.  Lakin  zəiflər  də 
sonradan  assosiasiyaların  çox  da  mürəkkəb  olmayan  həlqələrini 
əmələ gətirə bilir. 
Bu zəif və primitiv assosiasiyalar,  Ġ.P.Pavlova  görə, meymun 
intellektinin mahiyyətini təĢkil edir. Burada biz ―konkret təfəkkürlə, 
sözsüz ,heyvan təfəkkürilə üz-üzə gəlirik‖
10 
 
 
IV.4. Bəzi heyvanların “ünsiyyəti” insanlarınkına 
yaxındır 
 
Heyvanın  konkret  təfəkkürü  insanın  abstrakt  təfəkküründən 
onunla fərqlənir ki, insanda bu, ikinci siqnal sistemilə həyata keçir. 
DanıĢan daxili nitqilə hissetmə orqanları vasitəsilə ilə dərk olunma-
yan Ģeylər haqqında fikir yürüdə bilər. DüĢünmək, götür-qoy etmək, 
ölçüb-biçmək heyvanlarda yoxdur. Heyvanlarda konkret təfəkkürün 
rüĢeymləri  tamamilə  hər  hansı  predmetin  qavranılmasında  assosi-
asiyaların  oyanmasından  asılıdır.  ġimpanzedə  qida  taxta  assosiya-
siyası ilə oyanır. BaĢının üstündəki bananı qutulardan düzəltdiyi pi-
ramida ilə əlaqələndirir. Meymun heç nə dərk etmirsə, o düĢünmür. 
Onun  düĢüncəsi  obrazların  primitiv  assosiyasiyalarındadır  ki,  o  da 
konkret situasiyada, əyani görünən Ģəraitdə mümkün olur. 
Deməli, 
antropoidlər 
primitiv  assosiasiya  obrazlarına 
söykənən  intellekt  rüĢeyimlərinə  malikdir.  Ona  görə  də  onlarda 
intensional dildən danıĢmaq olarsa, yalnız rüĢeym halında ola bilər. 
Mütəxəssislər antropoidlərdə səsli dilin tərkibi haqqında belə 
bir  yekdil  fikirdədirlər  ki,  o,  çox  məhdud  və  tərkib  hissələrinə 
bölünməyən Ģəklindədir. Gim və Penzi adlı Ģimpanzelərin səslərini 
öyrənərkən onlarda cəmi 32 elementin olmasını qeyd edirlər. Mey-
munların səs inventarının az olduğunu deyənlər də vardır. 


ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
103 
Ancaq  onların  iĢləməsilə  bağlı  fikirlər  haçalanır.  Bəziləri 
deyirlər ki, meymunların dili intensionaldır. Meymun öz hərəkətləri 
və  xüsusi  yolla  səsləri  ötürür,  anlamı  dərk  edir,  səslərlə  nə  demək 
istədiyini  baĢa  düĢür.  O  gözləyir  və  cavab  olmadıqda  dediklərini 
təkrar edir və müraciət etdiyi tərəfə baxır, tək olanda heç nə demir, 
yalnız həmsöhbəti olanda insan kimi meymun da ―danıĢır.‖ 
Lakin  çoxları  bu  versiyanı  qəbul  etmirlər,  deyirlər  ki,  mey-
munların çıxardığı səslər emosiyadır, onlar qorxunu, hissi, həyəcanı 
bildirir. Ancaq bununla meymunların intensional dili olması barədə 
fikirlər rədd edilmir. 
Bəzi  təcrübələr  meymunlara  yeməyi  səslərlə  ifadə  etməyi 
həyata  keçirmiĢdir.  Fındıq  istəyəndə  meymun  ―kx‖,  peçenye 
istəyəndə ―kx-kx‖, üç dəfə ―kx‖ deyəndə qənd istəyirmiĢ. BaĢqa bir 
təcrübədə  isə  yemək  istəyəndə  meymun  ―tse-tse‖  və  ya  ―qm-qm‖ 
deyirmiĢ. Adətən bu səsləri meymun baĢqa meymunlarla kontaktda 
olanda çıxarırmıĢ.
11 
Meymuna insan dili öyrətmək cəhdləri də olub. Ancaq burada 
uğur  o  qədər  də  böyük  deyil.  Onlar  eĢitdikləri  səsi  deyə  bilmirlər. 
papuqaylara  nisbətən  onların  bacarığı  çox  məhduddur.  Mütəxəs-
sislər  buna  münasibət  bildirərək  yazırlar  ki,  ya  heyvanlarda  Broka 
danıĢıq  mərkəzi  yoxdur,  ya  da  onun  qıcıqlanması  kifayət  qədər 
deyildir.  Hər  halda  meymunlar  çətinliklə  insan  səslərini  deməyi 
öyrənirlər. 
6  ay  məĢqdən  sonra  Oranqutan  ―papa‖  sözünü  deyə  bilib. 
Meymun  elə  bilirmiĢ  onu  öyrədən  müəllimi  Farensin  özü  papadır. 
Ondan ĢoruĢanda ―papa hanı?‖ o ya Farensi göstərirmiĢ, ya da onun 
çiyninə  vururmuĢ.  Bir  də  oranqutanı  suya  buraxanda,  o  qorxu-
sundan  Farensi  bərk  qucaqlayıb  öpərək  ―papa,  papa‖  deyirmiĢ.  Bir 
dəfə  oranqutan  xəstələnir,  gecə  oyanıb  ―cap‖  deyir,  Farens  baĢa 
düĢür ki, oranqutan su istəyir. Ġngiliscə ―cap‖ /fincan/ deməkdir.
12 
Əlbəttə antropoid ―papa‖ və ya digər səs kompleksləri deyən-
də  sözün  anlamından  söhbət  gedə  bilməz.  Bunu  bilmək  üçün  real 
həyatda  insanlar  arasındakı  münasibətləri  nəzərdən  keçirmək 
lazımdır (ata, ana, uĢaq və s.). Bu isə insanlara xasdır. Antropoidlər 
isə  yalnız  zahiri  assosiasiyalara  əsaslana  bilirlər.  Bundan  kənarda 
onlar üçün heç nə  yoxdur. Bu sözləri bildirən səs kompleksi  yam-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə