Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
97 
Əgər  arı  üfiqi  xətt  boyunca,  məsələn,  onu  qarĢılayanlar  isti 
havada uçuĢ lövhəsində rəqs edirsə, onda düzxətt boyunca hərəkətin 
istiqaməti günəĢə doğru arının uçduğu istiqamətə uyğun gəlir (bax: 
Ģəkil 7). 
 
yem   
 
 
 
  pətək 
40
0
                                                 günəĢ Ģüaları 
Şəkil 7. Uçuş lövhəsi 
 
Əgər  rəqs  pətəyə  Ģaquli  istiqamətində  olursa,  onda  siqnal 
vermə  prinsipi  bir  az  mürəkkəbləĢir:  onun  əsasında  yemə  doğru 
uçuĢun istiqamətilə günəĢə olan düz xətt arasındakı bucaq durur. Bu 
zaman 3 hal fərqləndirilir (bax: Ģəkil 8). 
 
a)                               pətək 
 
 
 
 

/

 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
98 
 
b)                                qida 
 
 
        rəqs
                                     
pətək
 
                                                          günəĢ 
 
 
c)                                           pətək 
     rəqs                                      qida 
                                                               günəĢ 
 
Şəkil 8. Üçuş istiqamətinin günəşə nisbəti 
 
a)  pətəklə  qidanı  və  günəĢi  birləĢdirən  düz  xəttdir.  Düzxətt 
üzrə hərəkət yuxarı yönəlir; hərəkətin istiqaməti və yuxarıya doğru 
istiqamətin bucağı sıfra bərabərdir; 
b) pətəklə yem arasındakı bucaq və qidadan günəĢə doğru xətt 
arasındakı  bucaq  180  dərəcəyə  bərabərdir.  Arıların  etdikləri 
rəqslərdəki düzxətt boyunca hərəkət aĢağı istiqamətdə olur. Burada 
da hərəkətin istiqaməti və yuxarıya istiqamət arasındakı bucaq 180
0
-
yə bərabərdir; 
c)  pətəkdən  yemə  gedən  xəttlə  günəĢi  birləĢdiriən  xətt 
arasındakı  bucaq  60
0
-dir.  Düzxətt  boyunca  hərəkət  elə  olur  ki, 
hərəkətin istiqamətilə yuxarıya doğru hərəkətin arasındakı bucaq da 
60
0
-ə  bərabərdir.  Özü  də  qida  ―qida-günəĢ‖  xəttindən  solda  yerləĢ-
diyindən, hərəkətin xətti yuxarıdan sola doğrudur. 
Belə dəqiq ―dilə‖ yalnız həsəd aparmaq olar. 
Arılar  qidanın  olması  və  istiqaməti  haqqında  məlumatla 
kifayətlənmirlər,  həm  də  içmək  və  pətəyi  sərinlətmək  üçün  suyun 
yerini,  habelə  pətəyi  qurmaq  üçün  ―tikinti‖  materialı  haqqında 
məlumat  verirlər.  KəĢfiyyata  çıxan  arılar  pətəyə  qayıdarkən  yeni 
yaĢayıĢ yeri tapanda rəqs edirlər. Bu yer münasib olduqda onlar da-
ha  sürətli  rəqs  edirlər.  Sonra  pətəkdən  arılar  uçub  gedirlər 


ЫВ. А
ШАЬЫ СЯВИЙЙЯЛИ СЕМИОТИК СИСТЕМЛЯР
 
 
99 
kəĢfiyyatçının  tapdığı  yerə.  Əgər  onlar  tapdıqları  yeri  bəyənməsə, 
geri qayıdıb rəqs edən arılara qoĢulurlar. Buranı çox arı bəyənəndə 
onlar köçüb gedirlər oraya. 
K.fon  FriĢin  kəĢfi o qədər qeyri-adi  idi ki,  əvəllər dünya ona 
inanmaq  istəmirdi.  Lakin  ingilis  alim  Torpe  K.fon  FriĢin  təcrü-
bələrilə  yaxından  tanıĢ  olmaq  üçün  onun  laboratoriyasna  baĢ  çəkir 
və alman tədqiqatçısı qonağı kifayət qədər səmimi qarĢılayır. K.fon 
FriĢ ona bucaq ölçən cihaz və saniyə ölçən saat verir və deyir: ―Mən 
içində  sirop  olan  qabı  parkda  gizlədirəm.  Siz  ĢüĢə  içərisində 
yerləĢdirilmiĢ  pətəyə  baxın  və  rəqslərindən  təyin  edin  ki,  qab 
hardadır‖. Bucaq ölçən cihaz və saniyə ölçən saat ingilisə aydın edir 
ki,  qab  pətəkdən  400  metr  aralıdadır,  30
0
  günəĢdən  solda.  Torpe 
göstərilən yerə qaçır, qabı axtarır, elə bilir ki, səyləri əbəsdir, ancaq 
birdən onu düz ayağının altında görəndə mat qalır. Sevincdən gözü 
kəlləsinə  çıxan  Torpe  Ġngiltərəyə  qayıdıb  gördüklərini  heyranlıqla 
qələmə alır. Bundan sonra alman aliminin kəĢfləri dünyada tanınır. 
Deməli, bunlar qeyri-intensional dillərə aid fikirlərdir. Anlam 
burada  yalnız  dərk  olunmayan  sinir  sistemində,  yalnız  fizioloji 
səviyyədə  mövcud  olan  təsəvvürlərdir.  Qeyri-intensional  iĢarədən 
istifadə  edən  heyvanlar  iĢarələrin  anlam  mənasını  bilmir,  iĢarələrin 
iĢləndiyi Ģəraiti baĢa düĢmür, öz həmcinslərilə etdikləri hərəkətlərin 
fərqinə varmırlar. Sırf instinktə əsaslanan bu ―ünsiyyət‖ düĢüncədən 
və baĢa düĢmədən uzaqdır. 
Məhz  buna  görə  qeyri-intensional  iĢarələrin  iĢlənməsi  xüsusi 
səviyyələrdə  olur.  Bu  qaydaların  gözlənilməməsi  ―danıĢıq‖  me-
xanizminin  pozulmasına  gətirib  çıxardır.  Məsələn,  K.fon  FriĢ  təc-
rübələrinin  birində  qidanı  radio  qülləsının  baĢında  yerləĢdirir,  düz 
pətəyin üstündə. Qidanı axtaran kəĢfiyyatcı arı pətəyə qayıdıb baĢqa 
arıları  baĢa sala bilməyib, çünki  onların  lüğətində  ―yuxarıda‖ sözü 
yoxdur  (yuxarda  çiçək  olmur).  O  adəti  üzrə  dairəvi  rəqs  etməklə 
arıları  pətəyin  ətrafında  yerdə qida  axtarmağa sövq edir.  Ona  görə 
də  heç  bir  arı  qidanı  tapa  bilmir.  Beləliklə  Ģərtlər  dəyiĢəndə,  hətta 
ciddi  iĢləyən  mexanizm  fəaliyyət  göstərə  bilmir.  Qidanı  radio-
qüllədən  götürüb  qüllə  uzunluğunda  məsafədə  yerdə  yerləĢdirəndə 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
100 
adəti  Ģərtlər  yerinə  yetirildi  və  sistem  Ģərhsiz  fəaliyyətə  baĢladı. 
Eləcə  də  yuvanın  üfüqi  yerləĢməsində  (Ģanının  çevrilməsilə  əldə 
edilir)  arıların  rəqslərində  inamsızlıq  yaranır,  ancaq  əvvəlki  vəziy-
yətinə qayıdanda yenə iĢə düĢür. Beləliklə, qeyri-intensional ünsiy-
yətdə  həĢəratların  hərəkətində  çeviklik  olmur,  bütün  hərəkətlər  sırf 
Ģəraitlə bağlı olur, ondan kənarda ―danıĢıq‖ mexanizmi tamam po-
zulur. 
 
 
IV.3. Həşəratlar və intensional işarələr 
 
Öz  tədqiqatları  nəticəsində  hələ  R.Dekart  yazırdı  ki,  insan 
davranıĢının bütün aspektləri ona əsasən izah oluna bilər ki, heyvan 
bir  avtomatdır,  onun  yeni  ifadələr  düzəltmək  qabiliyyəti  yoxdur, 
yeni  fikirləri dilə  gətirməz ki,  onlar  yeni  Ģəraitə  uyğun  gəlir. Onun 
fikrincə,  düĢünək  ki,  elə  bir  maĢın  düzəlib  ki,  o  sözləri  özündən 
deyəndə  və  lazım  gələndə  müəyyən  bədən  hərəkətləri  edir,  bu  da 
onun  bədən  üzvlərində  dəyiĢiklik  əmələ  gətirir,  ona  bir  yerdən 
toxunanda  soruĢur  ona  nə  demək  istəyirsən,  baĢqa  yerdən 
toxunanda qıĢqırır ki, ağrıdır və eynilə o sözləri heç nədən elə düzür 
ki,  ona  hazırda  nə  demək  istədiyin  fikri  tutur,  bütün  bunlara  küt 
düĢüncəli adamlar qabildir.

Yeganə  fərq ondadır ki,  avtomatlar heç vaxt  sözlərdən və  di-
gər  iĢarələrdən  istifadə  etmir,  onları  bizim  kimi quraĢdıra  bilmirlər 
ki,  baĢqalarına  məlumat  versinlər.  Bu  spesifik  insani  qabiliyyətdir, 
intelegentlikdən asılı olmayaraq anadangəlmə qabiliyyətdir.

Ġndi ciddi maraq doğuran məsələ ondan ibaraətdir ki, görəsən 
həĢəratlar  (antropoidlər,  meymunlar,  delfinlər  və  s.)  intensional 
iĢarələrdən  istifadə  edirlərmi?  Bu  suala  cavab  ―heyvanların  intel-
lekti  varmı?‖  sualına  gətirib  çıxardır.  Bu  məsələyə  aydınlıq  gətir-
mək  üçün  alimlərin  (Y.P.Pavlov  və  onun  Ģagirdlərinin)  apardıqları 
iki təcrübənin yekunlarını qısa Ģəkildə Ģərh edək. Qəfəsdə Ģimpanze 
yerləĢdirilir,  onun  yanına  taxtalar  qoyulur.  Qəfəsin  qarĢısında  qida 
qoyulur.  Taxtalardan  birinin  uzunluğu  qidaya  çatmaq  üçün  kifayət 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə