Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   2   3   4   5   6   7   8   9   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
16 
təsiri  bağıĢlayacaqdı,  necə  ki,  biz  /fne/  kimi  fonem  ardıcıllığını 
sadəcə tələffüz etsək, bu üçfonemli uydurma söz beynimizdə heç bir 
izə malik olmadığına görə heç bir anlamı əks etdirə bilməyəcək. 
Heyvanlar üzərində aparılan saysız-hesabsız təcrübələr də bu 
deyilənləri bir daha sübut edir. 
Beləliklə,  anlam  əvvəlki  həyat  təcrübəsindən  hər  hansı  bir 
hadisə  və  predmetin  yaddaĢda  buraxdığı  izdir  ki,  həmin  izin 
əsasında biz iĢarənin predmet mənasını baĢa düĢür, onu aça bilirik. 
Alman riyaziyatçısı və filosofu Q.Freqe iĢarə haqqında söhbət 
edərkən  onun  funksiyası,  habelə  anlamı,  mənası  və  məzmunu  ilə 
bağlı  çox  dəyərli  fikirlər  söyləmiĢ  və,  demək  olar  ki,  müasir  dil 
fəlsəfəsinin əsasını qoymuĢdur.
11
 Ġrəlidə biz yuxarıda adları çəkilən 
məhfumlarla  bağlı  Q.Freqenin  mövqeyini  daha  geniĢ  Ģərh  etmək 
istəyirik,  çünki  məhz  bu  alimin  sayəsində  dil  fəlsəfəsi  çox  ciddi 
nailiyyətlər  əldə  edib.  O  yazır  ki,  2+5  və  3+4  eyni  olsalar  da, 
tərkibinə  görə  həmin  Ģeylər  deyildir.  Demək,  iĢarə  ilə  iĢarələnənin 
əsasında  forma  ilə  məzmun  qarıĢdırılması  durur.  IĢarələnmədə 
müxtəliflik  iĢarələnənin  müxtəlifliyini  sübut  etməyə  əsas  vermir. 
IĢarə  anlam  (Sinn)  və  ya  məna  ilə  bağlı  olur.  Anlam  və  məna 
olmadıqda  nə  iĢarədən,  nə  də  onun  tərifindən  danıĢmaq  olar. 
―2
4
=4
2
‖ və ―4.4=4
2
‖ formulları müxtəlif fikirləri ifadə edir və 2
4
-ü 
4.4-lə  əvəz  edə  bilərik,  çünki  hər  iki  iĢarə  eyni  məna  daĢıyır. 
Buradan belə  nəticə çıxır ki,  mənanın  eyniliyi  fikrin  eyniliyi  deyil. 
Biz /AxĢam ulduzu dövretmə vaxtı yerdən az uzaq olan planetdir// 
cümləsində və /Səhər ulduzu dövretmə vaxtına görə yerdən az uzaq 
olan  planetdir//  cümləsindən  fərqli  fikir  söyləmiĢ  oluruq,  çünki 
onların  eyni  olduğunu  bilməyən  üçün  biri  düz,  o  birisi  isə  səhv 
olacaq;  ancaq  hər  iki  cümlənin  mənası  eynidir,  çünki  yalnız  eyni 
mənalı  sözlərin  yeri  dəyiĢdirilmiĢdir,  onlar  (AxĢam  ulduzları)  və 
(Səhər ulduzları) eyni səma cisimlərinin adlarıdır. 
Deməli, anlam və məna fərqləndirilməlidir. ―2
4
‖ və ―4.4‖ eyni 
mənalıdır; yəni eyni sayın adlarıdır; ancaq onlar eyni anlama malik 
deyil;  odur  ki,  ―2
4
=4
2”
  və  ―4.4=4
2
‖  eyni  mənalıdır,  lakin  eyni 
anlamlı deyildir. Bu o deməkdir ki, onlar eyni fikrə malik deyildir. 


Ы. Ц
НСИЙЙЯТИН МОДЕЛИ
 
 
17 
Deməli,  anlayıĢ  elə  funksiyadır  ki,  onun  dəyəri  həmiĢə 
gerçəklik dəyəri olur 
(x+1)
2
=  2  (x+1)  funksiyasının  dəyəri  həmiĢə  gerçəklik 
dəyəridir. 
―Bərabərliklərin  dildə  forması  təsdiq  cümləsidir.  Belə  cümlə 
anlam  kimi  bir  fikirdir  və  ya  fikir  olmağa  iddialıdır  və  bu  fikrin 
ümumilikdə  bir  gerçəklik  dəyəri  var,  o  da  cümlənin  mənası  kimi 
baĢa  düĢülməlidir,  necə  ki,  4  ―2+2‖  ifadəsinin  mənasıdır,  necə  ki, 
―Ġngiltərənin  paytaxtı‖  ifadəsinin  mənası  Londondur.  ―Mən 
əvvəlkinə  uyğun  olaraq  ―x-ın  paytaxtı‖nı  funksiyanın  ifadəsi 
sayıram.  Alman  reyxi  arqumentini  götürsək,  onda  Berlin  funksiya 
dəyərini təĢkil edəcəkdir‖
12

/Sezar  Qalliyanı  fəth  etdi//  cümləsi  iki  hissəyə  bölünür. 
/Sezar/ və  /Qalliyanı  fəth  etdi//.  Ġkinci  hissə  birinci  ilə  tamamlanır, 
ad birinci yerdə iĢlənəndə bitmiĢ anlam (fikir) yaranır. Ġkinci hissəni 
Q.Freqe funksiya, birincini isə arqument adlandırır. 
Göründüyü  kimi,  Q.Freqe  artıq  rəqəmlərdən  yox, 
predmetlərdən danıĢır, özü də Ģəxs adlarına hər iki gerçəklik dəyəri 
daxil  edilir.  Daha  sonra  o,  predmetləri  funksiya  dəyərləri  kimi 
məhdudiyyətsiz götürür. 
/Alman  reyxinin  paytaxtı//  söyləmi  adla  ifadə  olunub  və 
mənası  predmetdir.  Predmet  funksiya  olmayan  hər  Ģeydir,  onun 
ifadəsi, özü ilə boĢ yer gətirmir. Təsdiq cümləsində boĢ yer yoxdur, 
ona görə də onun mənasını predmet kimi götürmək olar. Bu məna 
isə gerçəklik dəyəridir. Deməli, hər iki gercəklik dəyəri predmetdir. 
Aydındır  ki,  iĢarə  ilə  (adla,  söz  birləĢməsilə,  Ģrift  iĢarəsilə) 
iĢarələnəndən baĢqa (bunu iĢarənin mənası adlandırmaq olar), həm 
də  Q.Freqe  iĢarə  anlamının  bağlılığını  xüsusi  vurğulayır,  burada 
iĢtirak  etmək,  təmsilçilk  var.  A,  b,  c  düz  xəttləri  üçbucağın 
bucaqlarını  birləĢdirən  xətlər  kimi,  a  və  b  və  b  və  c  eyni  mənalı 
xətlərdir,  ancaq  onların  anlamı  deyildir.  Deməli,  /Morgenstern/  və 
/Abendstern/  eyni  mənalıdır,  ancaq  eyni  anlamlı  deyillər.  Özü  də 
Q.Freqe iĢarə və ya ―ad‖ deyəndə xüsusi adı təmsil edən və mənası 
müəyyən  predmet  olan  hər  hansı  bir  iĢarələməni  (geniĢ  mənada 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
18 
sözü) əsas götürür. Bir predmetin göstərilməsi müxtəlif sözlərlə və 
ya iĢarələrlə ola bilər. Bu cür bildirmə, qısa Ģəkildə deyilsə, xüsusi 
adla adlandırıla bilər. 
Xüsusi  adın  anlamını  dil  bilən  hər  kəs  bütövlükdə  kifayət 
qədər  aydın  dərk  edir.  Bununla  da,  məna  birtərəfli  iĢıqlanmıĢ  olur. 
Mənanın  hərtərəfli  dərkinə  o  da  aiddir  ki,  hər  verilmiĢ  anlamdan 
müəyyənləĢdirə bilirik ki, o, mənaya aiddir ya yox? 
Bu  isə  heç  vaxt  olmur.  IĢarə  ilə  onun  anlamı  və  mənası 
arasında  ardıcıl  bağlılıq  ondan  ibarətdir  ki,  iĢarəyə  bir  anlam  və 
buna  müəyyən  bir  məna  uyğun  gəlir,  halbuki  mənaya  (predmetə) 
təkcə  iĢarə  daxil  deyil.  Eyni  anlam  müxtəlif  dillərdə,  həmçinin  bir 
dildə  müxtəlif  ifadələrə  malikdir.  Hər  ifadəyə  müəyyən  bir  anlam 
gəlir,  ancaq  dillərdə  bu  həmiĢə  belə  olmur.  Adətən,  eyni  söz  eyni 
anlamı  bildirir.  Qrammatik  cəhətdən  düzgün  düzəlmiĢ  ifadə,  o 
müəyyən  adı  bildirir,  həmiĢə  eyni  anlamı  bildirir.  Ancaq  bu  o 
demək  deyil  ki,  anlama  da  eyni  məna  uyğun  gəlir.  ―Yerdən  ən 
uzaqda olan göy cismi‖ anlama malikdir, ancaq onun mənası vardır 
demək  çox  Ģübhəlidir.  ―Ən  az  konverqent  sıra‖-nın  anlamı  var, 
ancaq  sübut  edirlər  ki,  onun  mənası  yoxdur,  çünki  hər  bir 
konverqent  sıraya  bir  az  kiçik,  lakin  həmiĢə  konverqent  olanını 
tapmaq mümkündür. Beləliklə, anlamı olmaq o demək deyil ki, tam 
əminliklə  mənası  olur.  Adi  situasiyada  iĢlənən  sözlər  onların 
mənasıdır. Ola bilər ki, sözlərdən və onların anlamından danıĢılsın. 
Bu  o  zaman  olur  ki,  baĢqasının  sözləri  birbaĢa  danıĢıqda  iĢlənır 
(vasitəli  nitqdə).  Bu  zaman  sözlər  baĢqasının  sözləri  kimi 
mənalandırılır,  yalnız  bundan  sonra  onların  mənası  yaranır.  Bu 
zaman  iĢarənin  iĢarəsi  olur.  Yazıda  belə  sözləri  dırnağa  alırlar. 
Dırnaqda verilən söz adi məna kimi qəbul edilə bilməz. 
Biz  ―A‖  ifadəsinin  anlamından  danıĢırıqsa,  onda  belə  deyə 
bilərik: ―A ifadəsinin anlamı‖. Vasitəsiz nitqdə anlamdan danıĢırıq, 
yəni  baĢqasının  sözünü  deyirik.  Sözlər  vasitəsiz  nitqdə  (ungerade) 
vasitəsiz  iĢlənir  və  ya  vasitəsiz  məna  kəsb  edir.  Beləliklə,  Q.Freqe 
sözün  adi  mənasını  vasitəsiz  mənadan,  adi  anlamını  vasitəsiz 
anlamdan  fərqləndirir.  Sözün  vasitəsiz  mənası  (ungerade),  deməli, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə