Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
146 
Sizi, saitlər, rənglə və iylə yoxlayıram. 
Rus futuristləri (R.Yakobson və baĢqaları) səsin Ģeirlə simvol 
kimi  iĢlədilməsindən  çox  maraqlı  əsərlər  yazıblar.  Dilin  səsli 
təĢkilində  (strukturunda) ikoniklik problemilə  bağlı bir neçə  aspekt 
fərqləndirilməlidir.
 
1.  Hər  dildə  bir  neçə  yüz  səs  təqlidi  ilə  yaranan  sözlər  var. 
Ancaq  onların  ikonikliyi,  yəni  konvensionallığı  var.  Ruslar  mya 
(мякать), azərbaycanlılar myoldamaq, ukraynalılar nyau (nяькамь) 
deyirlər.  Bəzən  motivlik  itir.  Ona  görə  yamsılamaların  səslə  bağlı-
lığının nə dərəcədə olması mübahisə döğurur. 
2.  Səsin  semiotik  zənginliyi  poeziyada  göz  qabağındadır. 
Sezur, ritm, alliterasiya sözlü faktorlar olmaqla estetik funksiya da-
Ģıyır. 
3.  Səslənmənin  semantikliyini  ayrı-ayrı  səslərlə  də  sübut  et-
mək  olur.  Empirik  tədqiqatlar  iki  cür  olur.  1)  sözün  səs  təĢkilinin 
qanunauyğunluqlarının müəyyənləĢdirilməsi; 2) psixolinqvistik təd-
qiqatla subyektiv təəssüratları yoxlamaq. 
Bəziləri  güman  edirlər  ki,  böyük  anlayıĢı  açıq  saitlərlə,  sərt 
samitlər,  afrikatlar  və  fıĢıltılarla  Ģərtlənir.  Qalanları  kiçik  anlayıĢlı 
sözlərdə  iĢlənir.  A.P.Juravlyovun  tədqiqatları  maraqlıdır.
15
  Bu 
tədqiqatçıya görə /дым/-böyük, kobud sözlərlə, /юноша/ zərif, zəif 
sözlərlə assosiasiya olunur. 
Səs  simvolizmin  təbiətinin  və  universallığının  semantikada 
rolu böyükdür. 
/o/-dairəvi Ģeyləri, /l/-süzülən Ģeyləri bildirir. 
 
 
VI.6. İşarə–simvollar təbii və süni  
semiotikalarda 
 
ĠĢarələnənlə  iĢarələyən  arasında  təbii  motivləĢmə  olmayan 
iĢarələr heyvanlarda olmur. Ġnsanlarda isə hətta mimika və jestlərdə 
də Ģərti iĢarələr vardır: a) baĢın təmiz qırxılması (reduksiya Ģəklində 
Ģlyapanı  qaldırmaq,  əlini  papağına  toxundurmaq,  yavaĢca  əlini 
qaldırmaq və s.); b) hörmət əlaməti olaraq ayağa qalxmaq, görüĢən-


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
147 
də öpüĢmək və s.; c) alqıĢ və fit (Azərbaycanda cavan, qəĢəng qızlar 
keçərkən  oğlanlar  fit  çalır;  əl  çalmaqla  çıxıĢçıya  mane  olmaq);  ç) 
etiraz olaraq üç barmağın birləĢməsi və s. 
Davranış semiotikasında. Ziyafət və dəfndə məclis, protokola 
görə  geyinmək  (qalustuklu,  restoran,  sağ  və  ya  sol  əldə  üzük); 
yeməklər  (boyadılmıĢ  yumurta,  ziyafətdə  badə-badəyə  vurmaq, 
ancaq yasda olmaz, pominkada rəngli içki də olmaz). 
Təbii dildə iĢarə-simvollar daha çoxdur. 
İncəsənətdə:  qədim  misirlilərdə  kiĢi  fiqurları  Ģərti  pozalarda 
olurdu.  Ġncəsənətin  tarixi  oxĢarlıqla  (ikonlıuluq)  Ģərtiliyin  (sinkod-
luğun)  mübarizəsidir.  Bir  çox  süni  iĢarə  sistemlərində,  fizika-
riyaziyyatda,  kimyada,  Ģahmat  və  musiqidə  iĢarə-  simvollar  daha 
çoxdur.  Coğrafi  xəritədə  çox  az  iĢlənir  (meridian  və  paralellər, 
ölkələrin rəngləri, mədənlərin yeri və s.). 
Dil  işarələrinin  konvensional  təbiəti:  iĢarə  ilə  onu  iĢlədən 
arasında  bir  konvensiya  var  (Ģərtilik,  razılaĢma).  Mənasız  səslər 
məna  ifadə  edirlər.  Bu  belə  baĢ  verir:  həmsöhbətlər  hər  hansı  bir 
səsə  müəyyən  bir  məna  verirlər  və  onu  yaddaĢlarında  saxlayırlar; 
sonra  onlar  hər  dəfə  həmin  mənanı  öz  danıĢıq  aktlarında  gözləyib 
ona əməl edirlər. Bu artıq anlam deməkdir. Həm filogenez, həm də 
ontonogezdə  iĢarəyə  konvensional  münasibət  dil  Ģüurunun 
yetkinliyi  deməkdir.  Deyirlər,  ilkin  münasibət  qeyri-konvensional 
olub, guya ad Ģərti yox, vacib hissə olub. Yəni ritual adı çağıranda 
gərək  o  çağırılanın  özü  iĢtirak  etsin,  əks  halda  ulu  qüvəllər  təhqir 
olunmuĢ  hesab  olunurdu.  J.Piaje  göstərir  ki,  uĢaqlar  yalnız  10 
yaĢında  adla  əĢya  arasında  əlaqənin  Ģərti,  ixtiyari  olduğunu  dərk 
edir.  L.S.Viqotckinin  (1896-1934)  misalları  yada  düĢür:  inək  ona 
görə  inək  adlanır  ki,  onun  buynuzları  var,  dana  ona  görə  dana 
adlanır  ki,  onun  buynuzları  balacadır.  Avtomobil  ona  görə  belə 
adlanır ki, o heç bir heyvana oxĢamır. 
Dil  işarə-simvollarının  ikinci  (sistemdaxili)  motivliyi.  Dil 
iĢarələrinin  çoxunun,  qeyri-tipik  və  indeksal  və  ikonik  iĢarələrdən 
baĢqa  iĢarələyənlə  iĢarələnən  arasında  təbii,  ilkin  motivli  əlaqəsi 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
148 
yoxdur.  /Su/,  /duz/,  /əl/  və  s.  iĢarə  simvollarının  iki  tərəfi  arasında 
əlaqəni açmaq olmur. 
Ancaq düzəltmə sözlərdə ikinci əlaqəni müəyyən etmək olur: 
/Sulu/,  /sucaq/,  /sualtı/,  /suüstü/  və  s.  sözlərdə  bu  əlaqə  aydın 
görünür. /Sualtı/ suyun altında olan deməkdir və s. 
Mineral sularda da ilkin məna ilə bağlılıq var. 
Düzəltmə  sözlərin  sayı  müxtəlif  dillərdə  müxtəlfdir.  Rus  d. 
leksikonun  66  %-i,  fransız  d.  68  %-i,  Vyetnam  d-də  31  %-i,  yeni 
ingilis d.-də 65 %-i, Çin dilində isə əksəriyyəti düzəltmə sözlərdir.
15
 
İkincisi  (sistemdaxili  və  sistemlərarası)  motivli  qeyri-dil 
işarələridir. 
Gerb,  emblem,  medal,  dövlət  bayraqları  bu  cür  iĢarələrdir. 
Bunlarla heraldika məĢğul olur. Qırmızı xaç 1863-cü ildə iki isveç-
rəli  tərəfindən  yaradılıb,  onlar  emblemi  təklif  ediblər: 

.  O  da 
Ġsveçrə  Konfederasiyasının  gerbi  və  bayrağıdır,  qırmızı  fonda  ağ 
xaç. 1864-cü ildə Cenevrə konvensiyasını 28 dövlət imzalamıĢdı və 
bununla Ġsveçrənin gerbini qəbul etmiĢdi, neytral ölkənin sülhsevər-
liyini.  Türkiyə  Cenevrə  konvensiyasına  1865-ci  ildə  qol  çəkib, 
ancaq 10 ildən sonra qırmızı xaçı qəbul etməkdən imtina edib, çünki 
xaç  xristianlığa  əsaslanır.  Bunun  əvəzinə  o,  qızıl  ayparanı  qəbul 
edib  (deyirlər  ki,  guya  bu  islam  simvolikasıdır,  hardadır  orada  bu 
simvolika – F.V.). Qırmızı xaç tədricən Türkiyə ilə razılaĢmağa baĢ-
layıb.  Sovetlərin  vaxtında  onların  ikisi  birləĢdirildi.  Uniformalarda 
sistemdaxili  motivləĢmə  güclüdür.  Hərbidə,  riyazi  simvolikada  bu 
geniĢ yayılıb: /+, –, =/ və s. 
Bəzən  xəritələrdə  əlvan  metalların  baĢ  hərfləri  göstərilir.  M 
(marqanes)  və  s.  H
2
O  (su)  latın  sözlərinin  baĢ  hərflərindən  götürü-
lüb. 
MotivləĢmiĢ  iĢarələr  asan  və  sərfəlidir.  Ġnsanlar  iĢarələrin 
motivləĢməsinə  üstünlük  verirlər.  Onlar  anlaĢıqlı  olur  və  baĢqa 
təsəvvürləri tez oyadır, onlarda özünü açma gücü vardır. 
Çinli  uĢaq  1-ci  50  ieroqlifi  rus  uĢağının  30  qrafemi  öyrən-
məsindən tez mənimsəyir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə