Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   47   48   49   50   51   52   53   54   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
158 
Ģərhedici  aspekt olmur.  Ġki dərəcə isti  /qar əriyir/,  ya da subyektiv 
olaraq /mənə soyuqdur/ kimi baĢa düĢülə bilər. 
2. Emosionallıq / rasionallıq qarĢılaĢması. 
Biokommunikasiyada  hərəkətlərin  vərdiĢləri  və  reflektor 
qazanılmıĢ  infomasiya  ötürülmür.  Balaların  öyrədilməsi  informasi-
yaya  deyil,  obraz  və  yamsılamaya  əsaslanır.  Ġnsanda  isə  bununla 
bağlı  saysız-hesabsız  ifadələr  var.  /QaĢ  düzəltdiyi  yerdə  vurdu  gö-
zünü çıxartdı// və s. 
3.  Ġnformasiyanın  hissi  əyanilik  və  anlayıĢ  xarakterinin  qar-
ĢılaĢması. Heyvanlarda əsas iĢarələr simptomlar (indekslərdir), me-
tonimik  situasiya  ilə  bağlıdır.  Heyvanlar  situasiyanı  təsvir  edə  bil-
mir, ona reaksiyanı emosional bildirir. 
4.  Ġnformasiyanın  fərdi  və  konkret  xarakteri,  ümumiləĢməsi 
və abstraktlığı. PiĢik deyə bilmir, adamlardan və itdən qorx. Ancaq 
davranıĢ ilə bunu edir. Balaları olanda adamlardan uzaqlaĢır, ancaq 
olmayanda yaxınlaĢır. 
5.  Ġnformasiyanın  ―indiliyi‖  və  zamansızlığı  oppozisiyası. 
Heyvanlarda keçmiĢ və gələcəklə bağlı məlumat vermək qabiliyyəti 
yoxdur. Ġnsan dilində isə bu adi Ģeydir. 
Bioloji  semiotikadan  süniyə  keçəndə  subyektiv-hissi  tərəf 
azalır,  obyektiv  rasional  semantika  artır.  Təbii  dildə  bu,  ortaq 
mövqedədir.  Təbii  dillər  fərdi-subyektiv  hissləri,  hazırkı,  həm  də 
ümumiləĢdirici  obyektiv-rasional  informasiyaları  vermyə  qadirdir. 
Dildə  elementar  iĢarə  çoxdur  (Dildə  yarım  milyon  söz  olur). 
Tərcümə  vasitəçi  ola  bilir.  Ġnsan  dili  hissi  və  subyektiv-emosional 
informasiyaları ifadə etməkdə limit bilmir, hərçənd ki, burda dil və 
fərd xüsusi rol oynayır. 
Təkcə  rəng  bildirən  sözlər  nə  qədərdir:  qırmızı,  al-qırmızı, 
açıq-qırmızı  və  ya  ağrı  adları.  ġair  və  yazıçılar  burada  xüsusi 
bacarıq nümayiĢ etdirirlər. Lakin rasional və obyektiv informasiyanı 
ifadə  etməkdə  hüdud  var.  Süni  semiotikalar  buna  misal  ola  bilər. 
Təsəvvür  edək  ki,  yolda  iĢarə  əvəzinə  /sür/  yazılsın,  onda  gərək 
sürücü  dayanıb  oxusun.  Ya  xəritədə  iĢarə  olmasın.  Açıq 
semiotikalar dəyiĢir. 


ВЫ. И
ШАРЯ СИСТЕМЛЯРИНИН ЦМУМИ СЯЪИЙЙЯСИ
 
 
159 
Heyvanların  dili  dəyiĢmir.  Jestlər  meymunlarda  dəyiĢə  bilər. 
Təbii  mənbəyi  olan  bütün  mədəni  semiotikalar  dəyiĢə  bilir.  Ancaq 
jest  və  mimikalar  dilə  nisbətən  az  dəyiĢir,  din  dili  daha  sabitdir, 
nəinki inçəsənət dili. 
Dildə  dəyiĢiklik  az  olur,  ancaq  ədəbiyyatda  çox  (janr,  stil  və 
s.).  Süni  semiotikalar  qapalıdır.  Riyazi  və  kimyəvi  formullar, 
coğrafi  xəritələr,  yol  hərəkəti  niĢanları  bəĢər  mədəniyyətinin  tarixi 
fenomenləridir.  Hər  bir  semiotikanın  öz  tarixi  var.  DəyiĢmək  üçün 
ümumi  razılıq  lazımdır.  Metrologiyada  (fiziki  vahidllərin 
ölçüsündə)  hər  xalqın  öz  təcrübəsi  var:  arĢın,  funt,  pud,  batman. 
Sonralar onluqlu sistem yarandı (santimetr, qram və s.). XVIII əsrin 
sonralarında  Fransada,  daha  doğrusu  1875-ci  ildə  17  ölkə,  o 
cümlədən  Rusiya,  ölçü  sistemindən  istifadə  haqqında  Beynəlxalq 
Metrik Konvensiyaya qol çəkdi. 1960-cı ildə 7 mühüm vahidi olan 
Beynəlxalq  sistem  qəbul  olundu:  metr,  kiloqram,  saniyə,  amper, 
kelvin, kandel, mil. 
Bədii obraz leksik məna anlayıĢıdır. 
Avropada  ərəb  rəqəmlərini  yalnız  X  əsrdə  tanıyıblar,  ancaq 
onların geniĢ yayılması XVI əsrə aiddir.  
ĠĢarə sisteminin semantik imkanlari 3 cür olur. 
1)
 
ayrılıqda  iĢarənin  məna  planının  xarakteri;  2)  iĢarələrin 
tərkibi;  3)  iĢarələrin  birləĢmə  qaydaları.  Ancaq  N.B.Meçkovska-
yadan  fərqli  olaraq  üçünçü  tam  semantik  həmrəylik  baxımdan 
burada araĢdırıla bilər. 
Ayrı-ayrı  iĢarələrin  məzmun  planı  koqnitiv  prosesdə  onların 
xüsusi  çəkisi  abstrakt,  obyektiv  (rasional)  və  hissi-əyani  (konkret, 
emosional  və  fərdi)  xüsusiyyətlərlə  bağlıdir.  Onlar  iĢarənin  3  klas-
sını müəyyən edir: bədii obraz, leksik məna və elmi anlayıĢ olmaqla 
leksik məna orta yeri tutur. 
Rasional ----- leksik ----- elmi anlayıĢ 
Bir  qayda  olaraq  sözlərin  leksik  mənaları  daha  geniĢ  tətbiq 
olunur. Bədii obraz  geniĢ  mənada filologiyanın,  elmi  anlayıĢlar isə 
terminologiyanın  obyektləridir.  /Dil/  sözünün  elmi  mənasının 
açılıĢına fikir verək. 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
160 
 
 
leksik mənası                                             
elmi-fəlsəfi izahı 
a) bütün canlıların ağzında           
a) müəyyən elementlərdən 
xüsusi kütləsi olan ət parçası              ibarət sistem və struktur 
                                                         
münasibətlərinin məcmusu 
b) yazıçı və Ģairin dili                        b) paradiqmatik və  
sintaqmatik əlaqələrin məcmusu 
c) insan dili (ünsiyyət                     
c) kompetensiya və  
vasitəsi kimi)                                      performansdır 
ç) heyvanların dili (bioloji                 ç) dil iĢarələr sistemidir 
ünsiyyət vasitəsi) 
d) onun dili qüsurludur                
d) dil erqon deyil, energeyadır və s. 
e) o, beĢ dil bilir 
ə) dil cəmiyyətdə mühüm rol  
oynayır və s. 
 
Söz  çoxmənalıdır.  Terminlər  isə  vahidmənalılığa  can  atır. 
YaxĢı  termin  əvəzolunmazdır,  leksik  variantlar  var.  Sözün  leksik 
mənasında  əyani-hissi  təsəvvür  güclüdür,  anlayıĢ  kimi  obyekti 
bütövlükdə əks etdirir. Terminlərdə abstrakt düĢüncə, ümumiləĢdir-
mə daha güclüdür. Leksik mənada nəzərə çarpan əlamətlər qabarıq-
dır.  Termin  isə  mahiyyəti  və  ontoloji  cəhəti  göstərir.  Adi  və  elm 
sahəsində iĢlənməsi  xeyli  fərqlidir.  L.V.ġerba (1880-1944)  yazırdı: 
―Düz  (xətt)  həndəsədə  iki  nöqtə  arasındakı  ən  yaxın  məsafə  kimi 
müəyyən  edilir.  Ancaq  ədəbi  dildə  bu,  yəqin  ki,  belə  deyil.  Mən 
düĢünürəm ki, biz məiĢətdə düz deyəndə nə sağa, nə sola (həmçinin 
nə  yuxarı,  nə  aĢağı)  əyilməyən  xətti  adlandırırıq 



  Bizim  düz, 
sağa, sola naĢı anlayıĢlarımızın  əsasında düĢünürəm ki, biz qabağa 
baxanda baxıĢımızın xətti durur.‖
20
 
Leksik  mənalarda  çalarlıq  (konnotasiya)  var.  Terminlərdə  isə 
bu olmur. 
Küydən xilas olma, dəqiqlik və iĢlənmədə rahatlıqdır. 
Məzmun planının küydən qorunma (kodun və kanalın maneyə 
davamlılığı)  informasiyanın  kodlaĢmasında  izafilikdə  müəyyən 
edilir. Ġkincisi, göndərilən məlumatın etibarlılığı ondakı yayınmanın 
Dil 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə