Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   55   56   57   58   59   60   61   62   ...   106

ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
183 
G.Oqden  və  Ġ.Riçardsın  üçbucağında  (1923)  hər  simvola  bir 
referens və bir referent uyğun gəlir: 
                                   
                                    referens 
 
 
              simvol                                referent 
 
 
Burada  referent  (referens)  simvolun  adlandırdığı  əĢyadır, 
Ģeydir. 
Referens  isə  mürəkkəbdir.  S.Ulman  (1914-1976)  onu  adın 
dinləyənə ötürdüyü informasiya adlandırır. Q.Frege onu referensdən 
fərqli  olaraq  anlam  (Sinn)  adlandırır.  Deməli,  anlam  obyektin  bizə 
gəstərdiyi  üsul  və  vasitədir.  ―Məna‖  isə  iĢarənin  aid  olduğu  ob-
yektdir. B.Rasselə görə, (Nizami) və (Xəmsənin müəllifi) iki siqni-
fikant  formadır,  eyni  məna  bildirir,  yəni  eyni  Ģəxsi  göstərir,  ancaq 
anlamları  fərqlidir,  onlar  eyni  Ģeyi  müxtəlif  baxımdan  açırlar, 
sxolastlar demiĢkən, burada iki suppozisiya vardır. 
Məsələ  çox  mürəkkəbdir.  Onları  müxtəlif  müəlliflər  müxtəlif 
qarĢılaĢmalarda verirlər: 
denotatum # desiqnatum (siqnificatum – Morris) 
ekstensiya  #  intensiya  (R.Karnap,  1871-1970,  həmçinin 
nominatum # anlam) 
denotasiya # konnotasiya (S. Mill, 1806-1873) 
denotasiya # meaning (B.Rassel, 1872-1970) 
L.Blumfilddə  (1887-1949)  meaning  denotatumla  üst-üstə 
düĢür  (Fregedə  ―məna‖  kimi).  Bəzilərində  iĢarənin  aid  olduğu 
obyekt  denotatumdur  (Fregenin  ―mənası‖)  ―məna‖  isə  Q.Fregenin 
anlamına daha çox yaxındır. 
 
 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
184 
 
VII.4. İşarələrin funksional baxımdan təsnifi 
 
Funksiya  deyəndə  kommunikasiya  prosesində  semiotikaların 
semantik  imkanları  nəzərdə  tutulur.  Ünsiyyət  aktının  əsas 
komponentlərini  təhlil  edərkən  R.Yakobson  ünsiyyət  aktında  7 
komponent  fərqləndirir  və  onların  hər  birinin  funksiyasını 
müəyyənləĢdirir
14

                          kontekst 
adresant _____ məlumat ____ adresat 
                           kontakt 
                             kod 
 
1.  Kommunikativ  funksiya  (referentiv,  yəni  məlumatın 
gerçəkliyə  uyğun  məzmunu)  referentə,  denotata  yönələn  əsas 
funksiyadır. Ġstənilən söz, söyləm və cümlə belə funksiya daĢıyır. 
2.  Ġkinci  dərketmə  (fikri,  koqnitiv,  idraki-məntiqi)  funksi-
yadır.  Bunu  müəllif  birincidən  ayırmır,  çünki  ünsiyyətlə  dərketmə 
bir-birilə üzvi sutətdə bağlıdır (skulpturda, musiqidə və s.). 
3.  Emosional-ekspressiv  funksiya  (emotiv)  səhv  və  ya  yanlıĢ 
emosiyaların  olması  təəssüratını  yaratmağa  yönəlmiĢ  funksiyadır. 
Süni  semiotikalardan  baĢqa  bütün  məlumat  növlərində  təsadüf 
olunur, özü də əsasən adresantda cəmləĢir. Məs., /Fu, nə yaman pis 
iy gəlir// və s. 
Konativ  (appelyativ)  funksiya  adlanır,  özü  də  adresatda 
cəmləĢir.  Bəzən bunu  requlativ,  çağırıĢ-nida, voluntativ  terminlərlə 
də göstərirlər. Bu da əsas funksiyalardan biridir, çünki adresata yö-
nələn  istənilən  informasiya  onda  təsir  oyatmaq  məqsədi  daĢıyır. 
Yolda  göstərici  iĢarə  qadağanedici  olmayıb  sürücünün  davranıĢına 
təsir  edir  (məsələn,  birtərəfli  gediĢi  bildirən  iĢarə)  və  o,  çıxıĢ  yolu 
axtarmağa sövq edir. Məsələn, /xahiĢ ( tələb, əmr) edirəm/, /qapını 
örtün/ və s. 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
185 
4. Fatik funksiya əlaqə yaratmaq məqsədilə adresantla adresat 
arasında  kontaktın  yaradılmasına  yönəlib.  Bunun  biokommunika-
siyada rolu böyükdür. /bip-bip/(maĢın), /Allo, məni eĢidirsiniz/ və s. 
5. Metadil funksiyası (lat. ―meta‖ ―sonra, içindən‖ deməkdir) 
"ikinci  dərəcəli‖  konseptual  olub  məlumatın  obyekti  ―kod‖  olanda 
meydana gəlir,  yəni hər iki tərəfin  eyni koddan istifadə edərək bir-
birini  baĢa  düĢməsini  ehtiva  edir.  Metadil  obyektin  dilinin  təsvir 
olunduğu dilə deyilir. Məsələn, biz semiotikanı Azərbaycan dilində 
Ģərh  edirik.  Semiotika  obyekt,  Azərbaycan  dili  isə  metadildir. 
Məsələn,  /Hər  ehtimala  qarĢı//,  /Ġstəyirsinizsə//,  /Hə  də  məğlu-
biyyət// və s. 
6.  Estetik  funksiya  (poetik).  Emosional-hissi  çalarları  məlu-
matın özündən irəli gəlməsi (gözəl nitq-pis nitq). 
Kommunikativ  funksiya,  yəni  aktual  informasiyanın  ötürül-
məsi heyvanlarda, jestlərdə, paltarda, din və incəsənətdə, təbii dildə 
eyni  dərəcədə  vacibdir.  KeçmiĢi  və  indini  dərketmədə  din,  incəsə-
nət, təbii dil və riyazi simvolika daha çox heyvanlarda və yol hərə-
kətləri  semiotikasında,  onlardan  bir  qədər  az  dində,  incəsənətdə  və 
təbii  dildə  özünü  büruzə  verir.  Emotiv  funksiya  heyvanlarda  təbii 
dilə,  bir  də  az  miqdarda  jestlərdə,  din  və  incəsənətdə  olur.  Fatik 
funksiya  heyvanlarda  daha  çox,  az  miqdarda  jestlərdə,  din,  dil  və 
incəsənətdə,  estetik  funksiya  ən  çox  incəsənətdə,  sonra  eyni  də-
rəcədə jest, davranıĢ, din və dildə özünü göstərir. 
Ontogenezdə  metadil  qabiliyyətinin  formalaĢması  insanın 
intellektual-semiotik  imkanlarının  sürətli  və  kəskin  inkiĢafına 
aparır.  Psixoloji  baxımdan  bu  onunla  bağlıdır  ki,  insan  Ģüurunda 
yeni  semiotikalararası  vərdiĢlər  formalaĢır,  yəni  bir  semiotik  iĢarə 
baĢqa semiotik iĢarəyə çevrilir. 
Filogenezdə dillərarası refleksiya yazıdan çox qabaq meydana 
gəlib.  Bunun  izlərini  qədim  leksikada  və  frazeologiyada  görmək 
olur.  Metadil  leksikası  və  frazeologiya  dilin  primitiv  mənzərəsinin 
əsasını  yaradır.  Dilsiz  reflektivliyi  (dil  və  danıĢıq  haqqında  dil 
vasitələrilə danıĢmaq) insan dilini heyvanların dilindən fərqləndirən 
əsas  əlamətlərdəndir.  Lakin  bu  müxtəlif  dillərdə  fərqli  olur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə