Фяхряддин вейсялли



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
171 
əlamətlərə  malik  olması  fikrinə  bəraət  qazandırmalı  və  onların 
dildənkənar  iĢarələrdən  fərqini  ayırd  etməliyik.  Dil  iĢarəsini  asso-
siativ  əlaqə  hesab  etməklə  biz  bu  əlaqənin  iĢarələyənini,  yəni 
siqnifikantın spesifik əlamətlərini araĢdırmalıyıq. 
Dil  iĢarələrinin  arbitrerliyini  biz  yuxarıda  nəzərdən  keçirdik. 
ĠĢarənin  maddi  tərəfi  dil  baxımından  səslidir.  F.de  Sössür  haqlı 
olaraq  iĢarəni  kağız  parçası  ilə  müqayisə  edəndə  iĢarəni  signifiant 
və signifienin vəhdəti kimi götürməklə onları bir-birindən ayrılmaz 
bir Ģey hesab edərək məhz onu iĢarə adlandırırdı. Sözün səs obrazı 
iĢarə  kimi  götürülür,  ona  görə  də  onun  mənaya  münasibətindən 
danıĢır. Deməli, burada iĢarə tamam baĢqa cür baĢa düĢülür. Bunu 
A.ġaff da qeyd edir.

Ixtiyarilikdən  danıĢanda  iki  suala  cavab  vermək  lazımdır: 
birincisi,  sözdə  səslə  mənanın  birliyi  təbii  xarakter  daĢıyır  ya  yox? 
Ġkincisi,  ayrı-ayrı  fərdlər  və  ya  cəmiyyət  istədikləri  vaxt  öz  dillə-
rinin iĢarələrində dəyiĢiklik və ya öz iradəsilə seçim edə bilərmi? 
Birinci  suala  yuxarıda  qismən  cavab  vermiĢik.  Bunu  təsdiq 
etmək çox sadəlövhlük olardı, yəni biz dağa ona görə dağ deyirik ki, 
o,  dağdır.  Digər  tərəfdən,  belə  bağlılıq  olsaydı  eyni  referent  bütün 
dillərdə  eyni  siqnifikanta  malik  olardı.  Nəhayət,  uĢaq  vaxtı  oda, 
lampaya  /cızza/  adını  veririksə,  deməli,  böyüyəndən  sonra  onları 
belə  adlandırmalı  olmalıyıq.  Bu  cür  danıĢmaq  istəyən  uĢaqlar  dilin 
təbii inkiĢafından məhrum olub homo atala düzəldə bilərlər. Alman 
yazıçılarından biri ixtiyari olaraq bütün  sözləri dəyiĢib onlara  yeni 
ad  verməklə  kitab  yazıb.  Sonradan  özünün  də  yazdıqlarını  baĢa 
düĢmək üçün xüsusi lüğətə ehtiyacı olduğunu o, açıqca bəyan edib. 
Deməli, biz fərd olaraq dil yarada bilmərik, nə də seçimimizdə müs-
təqil  deyilik,  yəni  ətrafımız  hansı  dildən  istifadə  edirsə,  cümlələri 
necə qurursa, biz də o cür edirik. Yeganə köməyə gələn Ģey onomo-
topeya  ola  bilər.  Ancaq  burada  da  xoruzun  banı  və  ya  qurbağanın 
vaqqıltısı  bütün  dillərdə  eyni  cür  olmur.  Rus  itin  hürməsini  /qav-
qav/, alman /vau-vau/, azərbaycanlı isə /ham-ham/ kimi ifadə edir. 
Deməli,  dil  çox  mühavizəkar  bir  instrumentdir.  Bunun  bariz 
nümunəsini  biz  bəzi  imperiyalarda  görürük.  Məsələn,  Ġranda  zor 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
172 
gücünə böyük bir millətin dilini unutdurmağa çalıĢırlar. Elə keçmiĢ 
sovetlər  birliyində  də  rejim  ideoloqları  dəridən–qabıqdan  çıxıb 
azlıqda olan millətlərin dillərini cürbəcür bəhanələrlə unutdurmağa 
çalıĢırdılar.  Amma  bunlar  nəticəsiz  qalır.  Digər  tərəfdən  millətçi 
puristlər  neologizmlər  sayəsində  hər  cür  təsiri  və  alınmanı  yaxına 
buraxmırlar.  Ancaq  dil  öz  müqavimətini  göstərə  bilir.  Düzdür, 
radikal 
konversionalizm 
aksiomatik 
sistemlərin 
dillərinin 
konstruksiyası  praktikasını  səhvən  ümumiləĢdirir  və  faktiki  olaraq 
dilin, hətta mıəntiqin də seçiminin ixitiyari omasını qəbul edir.
10 
Dilçilik baxımından bu, fəlsəfi spekulyasiyadan baĢqa bir Ģey 
deyildir və F.de Sössür və ardıcıllarının arbitrerlik tezisinin bununla 
heç bir əlaqəsi yoxdur. 
Əslində, iĢarənin arbitrerliyi məsələsi təkcə dil iĢarələrinə de-
yil,  ikonik  iĢarələr  istisna  olmaqla  (burada  iĢarə  ilə  onun  təmsil 
etdiyi  predmet  arasında  təbii  yaxınlıq  var,  baxmayaraq  ki,  bu  fikir 
də ayrıca tədqiq olunmalıdır) bütün iĢarələrə Ģamil edilməlidir. An-
caq  mütəxəssislər  çalıĢırlar  ki,  dil  iĢarələrinin  differentia  specifi-
casını üzə çıxarsınlar, yəni iĢarənin maddi gestaltı ilə mənası arasın-
dakı bağlılığı ayırd etsinlər. 
A.ġaff  iĢarələyənlə  iĢarələnin  qarĢılıqlı  əlaqəsini  araĢdıraraq 
çox qəribə bir nəticəyə gəlir: 
a) iĢarə deyəndə o mənanın maddi daĢıyıcısını baĢa düĢür; 
b)  verilmiĢ  iĢarəyə  münasibətdə  məna  avtonomdur  (məna 
daĢıyıcısı anlaĢma nəticəsində dəyiĢdirilə bilər, yol hərəkəti qayda-
larında olduğu kimi); 
c) məna  az və  ya çox mürəkkəb firkin  göstərilməsinə  xidmət 
edə  bilər  (riyaziyyatda  sonsuzluğu  bildirən  simvol),  bu  fikir  verbal 
ifadə  oluna  bilər  (verbal  ifadənin  forması  və  anlaĢılması  müxtəlif 
olsa da). 
Deməli,  bütün  iĢarələrin  mənası  dilə  söykənir,  çünki  onsuz 
heç bir məna nə bildirilə bilər, nə də düĢünülə bilər, baĢqa sözlə, heç 
mövcud ola bilməz. 
Maddi  məna  daĢıyıcısı  ilə  məna  arasında  buna  bənzər  əlaqə 
müəyyənləĢdirə bilərikmi? Yuxarıdakı 3 bəndi bura aid etmək olarmı? 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
173 
Bu  suala  müsbət  cavab  vermək  olmur.  Qeyri-verbal  iĢarədə 
məna  avtonomdur  və  ―hazırdır‖,  çünki  o,  dil  iĢarələrinin  köməyilə 
reallaĢan  fikirdir,  elə  bir  fikir  ki,  verilmiĢ  maddi  daĢıyıcı  ilə  əla-
qədar  olsa  da,  öz  daĢıyıcısını  dəyiĢə  bilər,  hətta  onsuz,  eksplisit 
Ģəkildə sözlərsiz, fikirlərdə ifadə oluna bilər. 
Dil  iĢarələrinin  mənası  fikir  olsa  da,  o  heç  vaxt  avtonom  və 
hazır  deyildir,  çünki  onun  maddi  substansiyası  (səs  və  ya  qrafik 
forma)  vardır.  Burada  da  ―dil  iĢarəsi  ―  maddi  qabığı  ilə  mənanın 
(fikrin) vəhdəti kimi götürülürsə, bu o deməkdir ki, səs tərəfi məna 
olmasa  sadəcə  səs  kompleksi  kimi  eĢidiləcək  (məs.,  /fĢı/),  məna 
tərəfi isə müvafiq səs tərəfi olmasa mövcud ola bilməz. Sinonimlər-
də sadəcə olaraq eyni və  ya oxĢar mənalar müxtəlif səs forması ilə 
ifadə  olunur.  Ancaq  bu  sinonomləri  səs  qabığı  olmasa  təsəvvür  et-
mək  belə  mümkün  deyildir.  Bunu  əsas  götürərək  bəzən  dil  iĢarə-
lərini məna üçün transparent, Ģəffaf hesab edirlər. Yəni biz müəyyən 
səs qabığını deyiriksə, tələffüz ediriksə, baĢqa sözlə sözün müvafiq 
fonetik  cildi  varsa,  onu  dil  iĢarəsi  kimi  o  zaman  iĢlədirik  ki,  onun 
arxasında ondan asılı olmayan məna tərəfi olsun. Mənasız səs kom-
pleksi, səs yığımı dil iĢarələrinin elementləri kimi qəbul edilmir. Bu 
bağlılıq  o  qədər  təbiidir  ki,  fonetik  cild  mənadan  ayrı  mövcud  ola 
bilməz,  bu,  orqanik  bağlılıqdır.Müxtəlif  cilddə  eyni  mənalı  sözlər 
bu bağlılığı Ģübhə altına almır. Dil iĢarəsi maddi məna daĢıyıcısı ilə 
mənanın  spesifik  vəhdətinin  adıdır.  Maddi  daĢıyıcını  dəyiĢmək 
qeyri-verbal xarakterli iĢarələrdə mümkündür. Hazır olması da mad-
di  qabıqsız  düĢünmək  olur,  yəni  psixoloji  cəhətdən  dil  iĢarəsində 
sırf mənanı qəbul edirik, digər iĢarə kateqoriyalarında isə iĢarə özü-
özlüyündə dərk olunur, müvafiq məna ilə birgə götürdüyümüz mad-
di formasında təzahür edir. 
Dil  iĢarəsinin  özümlüyünün  təsviri  onun  Ģərhindən  fərqli  ol-
malıdır. Təsvir pis və ya yaxĢı, çox və ya az dəqiq ola bilər, ancaq 
burada məcazi  mənada  təsvir üçün  geniĢ  meydan qalır, bunu məna 
üçün  bildirmənin  transparent  olması  sübut  edir.  ġərhdə  biz  ―nə 
üçün‖  sualına  cavab  verməliyik.  Dil  iĢarəsində  maddi  və  ideya 
aspektlərinin qəribə üzvü vəhdətinin səbəblərini axtarırıq Bu zaman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə