Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   52   53   54   55   56   57   58   59   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
174 
biz  fəlsəfədən  və  semiotikadan  kənarada  olan  sahələrə  əl  atmalı 
oluruq. Neyrofizioloji, psixoloji, habelə struktur dilçilik baxımından 
məsələyə yaxınlaĢdıqda, xeyli yeni cəhətlər üzə çıxır. Məsələn, ikin-
ci  siqnal  sistemi  ilə  bağlı  mülahizələri  və  ya  struktur  dilçilikdə 
fonem təhlili və s. təsvirə yeni çalarlar gətirir. 
Bu fərqlər göstərir ki, dilin iĢarəviliyinə və sözlərin iĢarə kimi 
götürülməsinə qarĢı irəli sürülən arqumentlər bu müqayisədən sonra 
yersiz görünür. Fərqlər kifayət  qədər  əsaslıdır. Onları aĢağıdakı ki-
mi ümumiləĢdirmək olar: 
1. Maddi daĢıyıcısının mənaya münasibətdə avtonom və hazır 
vəziyyətdə olduğu qeyri-verbal  iĢarələrdən fərqli  olaraq dil iĢarələ-
rində iĢarələyənlə  (səs cildi,  yazılı  forma) iĢarələnən (məna, ideya) 
üzvü surətdə bir-birilə bağlıdır və biri digərindən ayrı mümkün de-
yildir. A.ġaff bunu nədənsə yalnız sözə Ģamil edir. 
2.  Qeyri-verbal  iĢarələr  məhsuldar  deyil  (Zveginsevin  dediyi 
kimi), onlar öz mənalarını inkiĢaf etdirə bilmirlər. Ancaq dil iĢarə-
ləri məhsuldardır. 
3. Qeyri-verbal iĢarələr prinsip etibarı ilə təkmənalı, dil iĢarə-
ləri  isə  əsasən  çoxmənalıdırlar.  Dil  iĢarələrinin  nəinki  mənası  var, 
onlar həm də nəyisə bildirir, adlandırır.Bu mənada indekslər yalnız 
göstərirlər, iĢarələyirlər, adlandırmırlar. Dil iĢarələri anlayıĢlarla dü-
Ģünməni  təmin  edir,  abstrakt  təfəkkür  prosesində  fəal  iĢtirak  edir. 
Bu  da  insanla  bağlıdır,  insan  yalnız  abstrakt  düĢünməyə  qadirdir. 
Deməli,  insan  dilin  iĢarələr  sisteminə  malikdir.  Yalnız  insanlarda 
bildirmə  və  anlayıĢlarla  düĢünmə  səsli  dillə  üzvü  surətdə  bağlıdır. 
Göstərilən  fərqlər  dili  iĢarələr  sisteminə  daxil  etmək  üçün  kifayət 
qədər  yetərlidir.  Dil  iĢarələrinin  bu  cür  fərqli  əlamətlərə  malik  ol-
ması onları ümumi iĢarənin tərifindən kənarda qoymur. Ona görə də 
dil iĢarələri bütün iĢarələrin sisteminə daxildir. 
 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
175 
 
VII.3. İşarələrin binar təsnifinin texnikası 
 
Fərz  edək  ki,  ġamaxının  ġirvan  gölündə  suyun  daĢmasını 
adamlar bilmək istəyir ki, daĢma təhlükəsindən xilas olsunlar. Təh-
lükə səviyyəsini 0-la  göstərək, suyun bu səviyyəyə  çatması,  ondan 
aĢağı  və  ya  yuxarı  olması  mənə  və  ya  inspektora  çata  biləcək 
informasiya olduğundan gölü biz informasiya mənbəyi adlandırırıq. 
Təsəvvür  edək  ki,  göldə  üzən  bir  qurğu  var,  su  o  səviyyəyə 
çatan kimi həmin qurğu iĢə düĢür, bunu isə siqnal adlandırırıq. Bu 
siqnal  müəyyən  yolla  (elektrik  məftili  və  ya  radiodalğa  və  s.) 
qəbulediciyə çatdırılır. Mənbədən qəbulediciyə qədər olan məsafəni 
kanal adlandırırıq. Qəbuledici də siqnalı baĢqa formaya çevirib din-
ləyənə  ötürür  ki,  buna  məlumat  demək  olar.  Dinləyən  gələn  məlu-
mata reaksiya verib məlumatı dəqiqləĢdirir (deyək ki, suyun səviy-
yəsi qayğısına qalır. Siqnal digər bir qurğuya ötürüləndə gölün Ģlüz-
ləri açılır və səviyyə aĢağı düĢür). 
Bu cür kommunikasiya zənciri avtomatlaĢmıĢ çox sahədə tət-
biq  olunur. Məsələn, sobada temperaturun sabit qalması.  Məlumatı 
radio ilə göndərən insan da onun sonradan dinləyiciyə necə çatdırıl-
masını  izləməli  olur  (mikrofona  danıĢır,  deyiləni  fiziki  siqnala  çe-
virir,  onu  kanalda  hava  dalğaları  ilə  müəyyən  herslikdə  göndərir, 
radio  onu  qəbul  edir,  fiziki  siqnalları  səsləndirir  və  s.  Bir  insanın 
beyni  məlumatın  mənbəyi,  o  birinin  beyni  isə,  yəni  qulağı  qə-
buledicidir. 
Deməli, suyun təhlükəli 0 səviyyəyə çatması xəbər verilməli-
dir.  Təsəvvür  edək  ki,  xəbər  veriləndə  lampa  yanır.  Aparatın  gözü 
olmur ki,  yanan  lampanı görsün.  Onu cərəyanın  qapanması və  ara-
lanması ilə həyata keçirmək olar. Deməli, xəbər indi lampanın yanıb 
sönməsidır. 
Artıq bu, kodun baĢlanğıcıdır: yanan lampa 0 səviyyəsi, sönən 
lampa  isə  suyun  0-dan  aĢağı  düĢməsi  deməkdir.  Deməli,  kodun 
iĢarələyəni  və  ya  maddi  varlığı  (siqnifikantı)  yanma  və  ya  sönmə 
hərəkət  ardıcıllığı,  iĢarələnəni  isə  (mənası,  siqnifikatı)  gölün  dol-


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
176 
masıdır, məna isə aparatın cavabıdır, o biri aparatın Ģlüzləri açması 
isə  referens  olardı.  Siqnifikat  referensdən  fərqlənir,  çünki  o  bilmir 
ki,  su  müəyyən  səviyyəyə  çatır-çatmır,  sadəcə  olaraq  o  elə 
quraĢdırılır ki, suyun qalxmasını yanan lampa ilə bildirsin. 
Kanalda maneə yaradan küy məsələsi də vacibdir, o, siqnalın 
fiziki strukturunu dəyiĢir. Bunu belə göstərmək olar: 
 
küy 
↧ 
mənbə  ↦  ötürücü  cihaz  ↦siqnal  ↦  kanal  ↦siqnal 
↦qəbuledici ↦ məlumat ↦ qəbuledən (danıĢan) 
↳———————-----kod ———————↗ (dinləyən) 
 
 
Adətən,  küyün  təsirini  minimuma  endirmək  lazım  gəlir  ki, 
bunun üçün kodu mürəkkəbləĢdirirlər. Ġndi bir lampa əvəzinə ikisini 
yerləĢdirmək olar: A və B. A yanırsa, deməli, suyun səviyyəsi yax-
Ģıdır.  A  sönüb  B  yanırsa,  deməli,  0  səviyyədən  yuxarıdır.  Burada 
ünsiyyətin məsrəfi  artdı, ancaq küy minimuma  endirildi.  Əgər iĢıq 
sönərsə,  onda  hər  iki  lampa  sönəcək.  Beləliklə,  siqnalı  qeyri-siq-
naldan fərqləndiririk. Ancaq ola bilər ki, elektrik ucbatından B əvə-
zinə A iĢıqlansın. Bu təhlükəni sovuĢdurmaq üçün kodu bir az mü-
rəkkəbləĢdirib  daha iki lampa  əlavə  edirik: C və  D.  Ġndi  tam təmi-
natla  demək  olar  ki,  /AC/  suyun  qalxması,  /BD/  isə  sıfır  səviyyəsi 
olacaq. 
Deməli, biz kanalda maneələri aradan qaldırıb onu daraldırıq. 
Bununla biz koda redundantlıq gətirdik, bir lampa ilə dediyimizi iki 
lampa  vasitəsilə  bildiririk  və  bu  da  məlumatı  təkrarlamağa  imkan 
verir. Lakin bu təkcə məlumatın təminatı üçün təkrar deyildir. Bu o 
deməkdir ki,  bu cür mürəkkəb kodlarla biz  baĢqa məlumat  vermək 
imkanı qazanırıq. Ġndi burdakı kombinasiyalara baxaq: 
/A-B-C-D-  AB-BC-CD-AC-BD-AD-ABC-BCD-ACD-ABD/ 
və  alternativ  formalar:  /AB-CD/  və  ya  /A-C-B-D/  və  s.  Beləliklə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə