Фяхряддин вейсялли


Фяхряддин Вейсялли. СЕМИОТИКА



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/106
tarix25.11.2017
ölçüsü2,8 Kb.
#12256
1   ...   56   57   58   59   60   61   62   63   ...   106

Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
186 
U.Vaynrayx (1926-1967) hesab edir ki, dilin leksik tərkibinin tipo-
loji  baxımdan  səciyyəsi  həmin  dilin  öz  sosiumu  üçün  nə  qədər 
yararlı olması ilə müəyyənləĢib.
15
 
Metadil  vasitələrinin  inkiĢaf  səviyyəsi  sosiumun  intellektual 
mədəni səviyyəsinə uyğun gəlir. 
Metadil  kimi  metasemiotika  da  eyni  struktura  malikdir.  Me-
tasemiotika bir növ ikinci səviyyədir, onun köməyilə birinci səviy-
yəli  semiotika  öyrənilir.  Məsələn,  kinematoqrafiya  semiotikasını 
təsvir etdiyimiz vasitələr kino metasemiotikasıdır. 
Ġncəsənətdə  metasemiotika  funksiyasını  3  növ  semiotik 
fenomen yerinə yetirir: 
1. Ġncəsənət haqqında müvafiq incəsənət əsərləri. Məsələn,Ģair 
və poeziya haqqında Ģeirlər, filmlərin çəkiliĢi barədə kinofilm; 
2.  Ġncəsənət əsərinin  xüsusi  iĢarə  ilə  qeyd edilməsi.  Məsələn, 
musiqidə  not,  xoreoqrafiya  terminologiyası,  memarlıq  və  təsviri 
incəsənət əsərlərinin təqdimi və təhlili
3. Müəyyən incəsənət əsərlərinin sözlə təsviri-tənqid, nəzəriy-
yə,  tarix,  dərs  vəsaitləri  və  s.  Məs.,  teatrda  teatr,  pyesin  dərk  edil-
məsi Ģəkli, pyesin Ģərhi, xarici tənqid, qoyuluĢ-rejissor-aktyor iĢi. 
Yuxarıda  dediyimiz  kimi,  estetik  funksiya  bütün  mədəni  se-
miotikalarda var, ancaq bioloji sistemlərdə yoxdur. Estetik əlaqənin 
metasemiotik refleksiyası sağ yarımkürə ilə bağlıdır. 
R.Yakobson  yazırdı ki,  ontogenez baxımından uĢaqda magik 
və  estetik  (və  ya  metadil  və  poetik)  funksiyalar  bir-birilə  bağlıdır, 
böyüklərdə  onlar  tamam  ayrıdır.
16
  ĠĢarəyə  münasibət  ustalıqdan 
(özünün  və  ya  müəllifin),  tapıntıdan  (özünün  və  ya  sənətkarın), 
oyunlar  və  gərginliyin  azalması,  enerjinin  azalmasından  yaranır. 
UĢaq ilk Ģeir  yazanda çox sevinir. UĢaq oynayanda, atılıb düĢəndə 
sevinc, gülüĢ, istirahət onun əsas əlamətləri hesab edilə bilər. 
Adətən dildən danıĢanda onun cəmiyyəti səfərbər etmək, bir-
ləĢdirmək funksiyasından da söhbət açılacaq. Düzdür, bu iki fərdin 
ünsiyyətilə  bağlı  deyil,  amma  onu  dildən  kənarda  təsəvvür  etmək 
olmaz. Tarixi baxımdan ən vacib funksiya kimi cəmiyyətin birliyini
həmrəyliyini məhz dildə axtarmaq lazımdır. Elə insanların kollektiv 


ВЫЫ. Д
ИЛ СПЕСИФИК ИШАРЯЛЯР СИСТЕМИ КИМИ
 
 
187 
yaĢayıĢı da ilkin olaraq genetik cəhətdən primatlardan əxz olunmuĢ-
dur.  Heyvan  sürü  Ģəklində,  insanlar  isə  cəmiyyət,  qurum,  təĢkilat, 
müəssisələrdə birgə fəaliyyət  göstərir. Heyvanlarda sosial hierarxi-
yanın  baĢında  lider  durur.  Onlarda  ritual  nümayiĢi  iĢarələri  geniĢ 
yayılmıĢ,  onların  da  əsas  funksiyası  birləĢdirmək  və  möhkəmlət-
məkdir.  BaĢçı  öz  diĢi  cütü  və  balaları  ilə  yuxarıda  oturub  yeməyin 
yaxĢısını yeyir, baĢqa həmcinsləri onlara hörmətlə yanaĢırlar. BaĢçı 
bəzən öz gücünü nümayiĢ etdirir (orda, müdafiə olunanda), həm də 
ikonik  hərəkətlərlə  özünün  böyüklüyünü  göstərir  (bağırtı  ilə  və  ya 
pəncəsilə vurmaqla və s.) . 
Amma  bəĢər  cəmiyyətinin  lap  əvvəllərində  birləĢdirici  semi-
otika  kimi  rituallar  qeyd  olunmalıdır:  kult,  çara  sitayiĢ.  BaĢçıların 
(çarın, Ģahın, kralın) hakimiyyətinin möhkəmlənməsinə xidmət edən 
semiotika  rəngarəng  və  müxtəlifdir.  Kilsə,  xram  və  məscidlərdə 
liderlərə  itaət  bu  gün  də  müĢahidə  olunur.  Məsələn,  geyimlərdə 
(mantiya,  qızıl  baĢlıq,  üzlük,  tac  və  kəmər),  xüsusi  papaq  (özbək-
lərdə, qazaxlarda), bayraq, qılınc, möhür, açar, güzgü, hazırda nüvə 
silahlarına  malik  ölkələrdə  nüvə  silahının  açarı  olan  portfel  və  s. 
milli  dövlət  semiotikasına  aiddir.  Mühafizə  eskortu,  rəqslər  və 
musiqi orkestri, əsgər marĢı və mahnı cələngi hazırki mərasimlərin 
əsas atributlarıdır. Təbiidir ki, bunlar milli-dövlətçilik həmrəyliyinə 
xidmət  edən  vasitələrdir.  Ümumi  tarixi  həmrəylik  və  onun  Ģüurlu 
surətdə dərki xalqı və onun etnik birliyini təmin edir. 
Etnik  Ģüur  insanların  əqli  fəaliyyətinin  əsasını  təĢkil  edir.  O, 
genetik  ötürülmür,  ana  südü  ilə  verilmir.  Ancaq  uĢağın  ilkin  yaĢ-
larında formalaĢır. Etnosa aidlik hissi onunla bağlıdır ki, hər kəs öz 
kimliyini  yaxĢı  bilir,  öz xalqının  və  ölkəsinin  adını  yaxĢı  bilir.  Bu 
etno-milli  özünüdərkin  əsası  sayıla  bilər.  Bu,  bir  tərəfdən,  insanı 
əhatə edən ümumi milli dillə, digər tərəfdən isə dilin kifayət qədər 
ifadəsində konkret iĢarələrin seçimilə bağlıdır. 
Etnik Ģüurun məzmununa bunlar daxildir: 
a)  dilə  söykənən,  ancaq  təkcə  onunla  bağlı  olmayan  düĢüncə 
tərzi (mentalitet); 


Фяхряддин Вейсялли. СЕМИОТИКА
 
 
188 
b)  keçmiĢi,  bu  günü  və  gələcəyinin  ümumiliyi  haqqında 
insanların təsəvvürləri
c) xalqın tarixində qəhrəmanları və Ģəxsiyyətlərilə bağlı vahid 
təsəvvür; 
d)  bütün  xalqın  sərvəti  olan  verbal  və  qeyri-verbal  mətnlər 
korpusu  (folklor,  mifoloji,  dərsliklər,  müxtəlif  incəsənət  əsərləri, 
memarlıq abidələri, mahnılar, rəsm əsərləri, kinofilmlər və s.); 
Xalqın Ģüurunun söykəndiyi iĢarə-simvollar bunlardır: 
a) xalqın və dilin adı (linqvonim); 
b)  xalq  ornamenti,  bayraq,  gerb,  milli  geyimlər  və  ayaq-
qabılar, xalçalar, idman oyunları,  yeməklər və içkilər, bizdə papaq, 
azadlıq rəmzi (Filadelfiyada); 
c)  xalqın  əsas  müqəddəs  yerləri  (məqbərə,  paytaxt,  monu-
ment, VaĢinqtonda Kapitoli, Qız qalası); 
d) folklor, əsatir və tarixi qəhrəmanların adları (Dədə Qorqud, 
Janna dˈArk və s.). 
Öz dövləti olan xalqlarda mühüm milli simvollar dövlətlə üst-
üstə düĢür.
17
. Londonda Kral sarayının qarĢısında al-qırmızı geyimli 
milli qvardiya buna misaldır. 
Təkmillətli  dövlətdə,  məsələn,  Ermənistanda,  milli  və  dövlət 
simvolikası birləĢir.  
Təzə  dövlətlər  yarananda  diplomatik  nümayəndəliklərin 
mücadiləsi  yeni  dövlətin  tanınması  funksiyasını  daĢıyır.  Paytaxtda 
yerləĢirlər,  paytaxtın  ümumi  mənzərəsi,  ölkə  baĢçısının  və  parla-
mentin  iqamətgahı,  öz  pulu,  hərbi  manevrlər  gücün  nümayiĢi  kimi 
və  s.  Bütün  bunlar  hər  bir  xalqin  Ģüuruna  həkk  olunur,  xalq  onları 
təkcə baĢında deyil, həm də ürəyində saxlayır (yəni insan beyninin 
sağ  yarımkürəsində,  gerçəkliyin  hissi  dərki  və  emosional  hərəkət). 
Bütün bunlar həm də baĢqa xalqların bu və ya digər xalq və dövlət 
haqqında tam təsəvvürünün yaranmasına təkan verir. 
Ġnsanda  milli-dövlətçilik  hissləri  psixi  formalaĢma  dövründə 
olur. Məktəblərdə və ya məktəb illərində. Onlar vətənpərvərlik hiss-
ləri  aĢılayır,  öz  vətəninin  uğurları  üçün  sevinc  doğurur.  Milli  sim-
volların  insan  Ģüurunda  möhkəm  yer  tapması  cəmiyyətin  inkiĢaf 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə