GəMİ daxiLİ yanma



Yüklə 3,6 Mb.
səhifə25/58
tarix22.02.2023
ölçüsü3,6 Mb.
#101202
1   ...   21   22   23   24   25   26   27   28   ...   58
dym word

mərhələ silindirdəki təzyiqin maximum qiymət aldığı andan (ƶ1) silindirdəki tempraturun maximum ( Tmax ) olduğu ana qədər olan müddəti əhatə edir və tədricən yanma mərhələsi adlanır. Bu mərhələdə silindirə püskürülən yanacağın 60-70%-i yanır, buna baxmayaraq şəkildən də göründüyü kimi bu mərhələdə təzyiq sabit qalır. Buna səbəb 3-cü mərhələdə silindirin həcminin getdikcə artmasıdır. Belə ki, bu mərhələdə yanma nəticəsində alınan enerjinin əsas hissəsi porşenin aşağı itələnməsinə sərf olunduğu üçün təzyiqin artmasına şərait yaranmır. 3-cü mərhələnin müddəti bu mərhələ ərzində yanma prosesinin sürətindən, silindirdəki qazların turbulent hərəkətindən, püskürülən yanacağın (belə ki bu müddətdə yanacaq püskürülməsi davam edir) yaxşı buxarlanmasından asılıdır.

  • mərhələ yanıb qurtarma mərhələsi adlanır və silindirdəki tempratur maximum olduğu andan yanma prosesinin qurtardığı ana qədər (ƶıı) davam edir. Ümumiyyətlə, bu mərhələnin heç olmaması və ya tez bir zamanda qurtarması daha məqsədəuyğundur. Çünki bu mərhələnin uzanması yanma prosesinin-genişlənmə xəttinə keçməsinə, istilik mübadiləsi səthi böyüdüyündən soyuducu mayeyə verilən istiliyin artmasına və onun qızmasına, genişlənmə prosesinin sonundakı tempraturun və eləcə də xaric olan qazların tempraturunun artmasına, mühərrikin gücünün azalmasına və onun qənaətliliyinin pisləşməsinə səbəb olur. Bu mərhələnin kiçilməsi üçün ən effektli üsullardan biri yanma prosesinin sonunu intensivləşdirmək məqsədilə silindirdəki burulğanlıq şəraitini artıran xüsusi tədbirlərin (məs: turbilizatordan istifadə olunması) həyata keçirilməsidir.

    YOXLAMA SUALLARI


    1. Dizel mühərrikləri üçün açıq indikator diaqramı necə təsvir edilir?



      1. Dizel mühərriklərində yanma prosesinin hansı mərhələləri vardır?

      2. Dizel mühərriklərində yanma prosesinin I mərhələsində yanma prosesinə hansı faktorlar təsir edir?

      3. Dizel mühərriklərində yanma prosesinin II mərhələsində yanma prosesinə hansı faktorlar təsir edir?

      4. Dizel mühərriklərində yanma prosesinin III mərhələsində yanma prosesinə hansı faktorlar təsir edir?

      5. Dizel mühərriklərində yanma prosesinin IV mərhələsində yanma prosesinə hansı faktorlar təsir edir?


    Yüklə 3,6 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   21   22   23   24   25   26   27   28   ...   58




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə