Yanma prosesinin material balansı Bayramov Seyfulla Elçin oğlstrreplN



Yüklə 21,9 Kb.
səhifə1/2
tarix06.08.2023
ölçüsü21,9 Kb.
#120382
  1   2
Yanma prosesinin material balansı

    Bu səhifədəki naviqasiya:
  • Yanar

Yanma prosesinin material balansı

Bayramov Seyfulla Elçin oğlu


P L A N
1.Yanma prosesinin xüsusiyyətləri və fiziki-kimyəvi
əsasları
2.Yanma prosesinin material balansı

Yanma prosesinin xüsusiyyətləri və fiziki-kimyəvi əsasları
Yanma prosesi, dar mənada, maddələrin oksigenlə kimyəvi birləşmə reaksiyasına deyilir. Demək olar ki, bütün maddələr bu və ya digər dərəcədə oksidləşməyə məruz qalırlar. Bəzən, kiçik sürətlə gedən oksidləşmə proseslərinə yavaş yanma prosesləri deyilir. Geniş mənada, istiliyin və işığın ayrılması ilə gedən, tez baş verə bilən bütün kimyəvi reaksiyalar yanma prosesinə aid edilir. Bu nöqteyi-nəzərdən, maddələr ancaq oksigendə deyil, digər mühitlərdə də yana bilər. Məsələn, bəzi metallar xlorda, natrium oksid karbon qazında, barıt isə ətraf mühit maddələrinin iştirakı olmadan yanırlar. Yanma prosesi, hər şeydən əvvəl, maddələrin çevrilməsi ilə müşayiət olunduğundan kimyəvi proses hesab olunur. Kimyəvi proses istilik enerjisinin ötürülməsi, diffuziya kimi fiziki proseslərə tabe olur. Bundan başqa, kimyəvi çevrilmə zamanı yanma məhsulları da alınır. Bütün bunlar onu göstərir ki, yanma prosesinə ümumi şəkildə sürəti, fiziki və kimyəvi hadisələrin intensivliyi və onların qarşılıqlı təsir xüsusiyyətləri ilə müəyyən olunan mürəkkəb fiziki-kimyəvi proses kimi baxmaq lazımdır.
Yanar sistem yanma qanunauyğunluqlarını öyrənmək üçün lazımdır. Yanar sistemin əsas komponentlərinə yanacaq, oksidləşdirici və yanma məhsulları aid edilir. Yanar sistemin əlavə komponentlərinə aşağıdakıları göstərmək olar:

      • yanar maddələri yandırmaq üçün istifadə olunan enerji mənbələri;

yanma şəraitinə maneçilik edən yanmayan maddələr. Yanar sistemi məhdudlaşdıran səthin xassəsi və vəziyyəti hər bir halda ayrıca nəzərdən keçirilməlidir. Açıq sistemlərdə ətraf mühit maddələr axını, enerji mənbəyi və qəbuledicisi rolunu oynayır. Kimyəvi aktiv elementlər oksidləşdiricinin elementləri ilə birləşən zaman oksidləşmə qabiliyyətinə malik olduqda yanar maddələrə çevrilirlər. Elementləri yanar maddələrin kimyəvi aktiv elementləri ilə birləşdikdə reduksiya olunmaq qabiliyyətinə malik olan maddələrə oksidləşdirici maddələr deyilir. Yanacaq və oksidləşdirici elementlərin oksidləşdirici-reduksiyaedici reaksiyaları zamanı yanma məhsulları əmələ gəlir. Yanacaq və oksidləşdirici arasında qarşılıqlı təsir müvafiq nisbətdə və lazımi termiki şəraitdə baş verir. Yanar sistemdə baş verən proseslərə aiddir:

  • maddə və enerjinin köçürülmə prosesləri;

  • mürəkkəb molekulların sadə molekullara parçalanması;

  • piroliz;

  • buxarlanma;

  • ərimə;

  • ionlaşma;

      • kinetika

      • yanma məhsullarının alınması;

      • dissosiasiya və s.

Biosferdə əmələ gələn, biosferdə və troposferdə dövr edən, həmçinin də texnosferdə yaranan və tətbiq edilən texnogen maddələr yanar maddələrdir. Texnogen enerjinin alınmasına lazım olan yanar texnogen maddələrə yanacaq deyilir. Yanma zamanı əsas oksidləşdirici atmosfer oksigeni hesab olunur.
Yanma məhsullarının kəmiyyət və keyfiyyət tərkibi yanar sistemdəki şəraitdən asılıdır. Yanar texnogen maddələr bərk, maye və qaz şəkilli, oksidləşdirici isə maye və qaz halında ola bilər. Əgər yanacaq və oksidləşdirici müxtəlif aqreqat halında olarsa, o halda yanar sistem heterogen, yanacaq və oksidləşdirici eyni aqreqat halında olduqda isə yanar sistem homogen adlanır. Hərəkət sürətindən asılı olaraq, yanar sistem laminar və turbulent rejimdə ola bilər. Komponentlərin kiçik yerdəyişməsi zamanı yanar sistem laminar hərəkət rejimli, komponentlərin böyük yerdəyişməsi zamanı isə turbulent hərəkət rejimli sistem adlanır. Yanar sistem fiziki və kimyəvi proseslərin nisbətindən asılı olaraq diffuziya və ya kinetik rejimdə ola bilər. Diffuziyalı yanar sistemdə yanacaq və oksidləşdirici arasında qarşılıqlı diffuziya prosesi, kinetik rejimli yanar sistemdə isə yanacaq və oksidləşdirici elementlər arasında kimyəvi proseslər baş verir.
Diffuziya rejimli sistemdə alışma və yanma prosesləri yanma komponentlərinin diffuziyası ilə müşayiət olunur.


Yüklə 21,9 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə