Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
-Azərbaycan Respublikasının Konstitusiyası və digər
qanunvericilik aktları əsasında vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi;
-Dövlət
orqanlarının səlahiyyəti hüdudlarında
qərarların hazırlanması, qəbul edilməsi, icrası və icraya
nəzarət edilməsi;
-Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət
qulluqçuları tərəfindən vəzifə səlahiyyətlərinin yerinə
yetirilməsinin təmin edilməsi.
Bununla yanaşı, Azərbaycan Respublikasında dövlət
qulluğu aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
*
Qanunçuluq;
*
Azərbaycan Respublikasında qanunvericilik, icra
və
məhkəmə
hakimiyyəti
orqanlarının
səlahiyyət
hüdudlarının müəyyən edilməsi;
*
Dövlət orqanlarına və dövlət qulluqçularına
nəzarət və onların hesabat verməsi;
*
Yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz
səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların aşağı
dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə
yetirilməsi;
*
Bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət
qulluqçularının qanuni tələblərinin icra etməyə və qanuni
hərəkətlərini müdafiə etməyə borclu olması,
*
Dövlət qulluğuna girmənin şəlfatlığı;
*
Vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında
girməsi;
-49
*VətəndaşIarın
öz
qabiliyyətlərinə,
xidməti
nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət
qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
*
İrqindən, milliyyətindən, dilindən, cinsidən, sosial
mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış
yerindən, dinə münasibətdən, əqidəsindən, ictimai birliklərə
mənsubiyyətindən,
habelə,
qulluqçuların
işgüzarlıq
keyfiyyətlərinə daxil olmayan başqa səbəblərdən asılı
olmayaraq dövlət qulluqçularını hüquq bərabərliyi;
*
Dövlət qulluqçularının rotasiyası;
*
Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi,
onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin
təmin edilməsi;
*Qulluq borcunun yerinə yetirilməsi üçün dövlət
qulluqçusunun cavabdehlik daşıması, eləcə də, dövlət
qulluqçusunun hərəkətlərinə görə dövlət orqanlının
cavabdehlik daşıması;
Azərbaycan Respublikasında dövlət qulluğuna
nizamlayan “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il
tarixli Qanun qəbul edilmişdir. Bu qanunun Azərbaycan
Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək
hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq
əsasında həyata keçirilməsinə aid müddəaları prokurorluq,
ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici
işlər orqanlarında, Azərbaycan Respublikasının Milli
Bankında dövlət qulluğuna keçən şəxslərə şamil edilir.
Bu Qanun hərbi qulluqçulara şamil edilmir.
Bu Qanun müvafiq icra hakimİ
3
^əti orqanlarının
tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu
-
50
-
işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Dövlət orqanlarında siyasi partiyaların və ictimai
birliklərin strukturları yaradılmır.
Dövlət qulluqçuları vəzifə borclarını yerinə
yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını və
qanunlarım rəhbər tuturlar və siyasi partiyaların və ictimai
birliklərin qərarlarının onlara dəxli yoxdur.
Azərbaycan Respublikasında “Dövlət qulluğu
haqqında” Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun
normativ metodiki təminatını; Azərbaycan Respublikasında
dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin
siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının
Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan
sonra - Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü
Azərbaycan Respublikasının prezidenti tərəfindən 6 üzvü
Az;ərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən,
6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Sədri tərəfindən təyin edilir. Şuranın
səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən
edilir. Şura dövlət orqanı deyil və onun üzvləri öz
səlahiyyətlərini əsaslarla həyata keçirirlər. Şuranın qəbul
etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları
üçün
müvafiq
olaraq Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Sədri tərəfindən təmin edilir.
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, “Dövlət qulluğu
haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar
51
-
çıxdığı
beynəlxalq
müqavilələrdən,
Azərbaycan
Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim
edən və dövlət qulluğunun hüquqi vəziyj^ətinin
xüsusiyyətlərini hüquqi cəhətdən müəyyən edən digər
qanunvericilik aktlarından ibarətdir.
H Dövlət qulluqçuları və onların növləri
“Xidmət” sözü, özündə məna çoxluğu daşıyır. Xidmət
sözü altında həm insanların fəaliyyət növü, həmdə idarə və
bölmələr, (DİN-də cinayət-axtarış xidməti və s. müstəqil
idarələr) vergi və gömrük xidməti başa düşülür.
Xidmət - ödənişli ictimai faydalı fəaliyyətin
növlərindən biridir. O, idarəetmədən, ona xidmətdən
(kargüzar- hq, texnika və s.) və ya insanlara sosial-mədəni
xidmət göstərməkdən ibarətdir.
Xidmətçi - bu və ya hər hansı bir təşkilatda vəzifə tutan
və idarəçilik fəaliyyətini və ya sosial-mədəni xidməti
(həkim, müəllim, telefonçu, Inspektor, sex rəisi və s.)
ödənişli şəkildə yerinə yetirən vətəndaşlardır. Yuxanda
deyilənlərdən göründüyü kimi, xidmətçilərin tərkibi
müxtəlifdir. Onlar müxtəlif dövlət və qeyri-dövlət
təşkilatlarında xidmət edir, dövlət xarakterli olan fərdi
təcrübə ilə (notariatlar) məşğul olurlar.
Dövlət qulluqçuları - xidmətçilərin bir növü olub,
bütün xidmətçilər arasında inzibati hüququn subyektlərinin
əsas qrupunu təşkil edirlər.
Azərbaycan
Respublikasının
“Dövlət
qulluğu
haqqında” 21 iyul 2000-ci il tarixli Qanununun 14-cü
maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir:
-
52
-
Dostları ilə paylaş: |