Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır: 

-Azərbaycan Respublikasının Konstitusiyası və digər 

qanunvericilik  aktları  əsasında  vətəndaşların  hüquq  və 

azadlıqlarının təmin edilməsi

-Dövlət 

orqanlarının  səlahiyyəti  hüdudlarında 

qərarların  hazırlanması,  qəbul  edilməsi,  icrası  və  icraya 

nəzarət edilməsi; 

-Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət 

qulluqçuları  tərəfindən  vəzifə  səlahiyyətlərinin  yerinə 

yetirilməsinin təmin edilməsi. 

Bununla yanaşı, Azərbaycan Respublikasında dövlət 

qulluğu aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

*

 



Qanunçuluq; 

*

 



Azərbaycan  Respublikasında  qanunvericilik,  icra 

və 


məhkəmə 

hakimiyyəti 

orqanlarının 

səlahiyyət 

hüdudlarının müəyyən edilməsi; 

*

 



Dövlət  orqanlarına  və  dövlət  qulluqçularına 

nəzarət və onların hesabat verməsi

*

 

Yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz 



səlahiyyətləri  hüdudlarında  qəbul  etdikləri  qərarların  aşağı 

dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə 

yetirilməsi; 

*

 



Bütün  vətəndaşların  və  vəzifəli  şəxslərin  dövlət 

qulluqçularının  qanuni  tələblərinin  icra  etməyə  və  qanuni 

hərəkətlərini müdafiə etməyə borclu olması, 

*

 



Dövlət qulluğuna girmənin şəlfatlığı; 

*

 



Vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında 

girməsi; 



-49  


*VətəndaşIarın 

öz 


qabiliyyətlərinə, 

xidməti 


nailiyyətlərinə  və  peşə  hazırlığına  uyğun  olaraq  dövlət 

qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi

*

 

İrqindən, milliyyətindən, dilindən, cinsidən, sosial 



mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış 

yerindən, dinə münasibətdən, əqidəsindən, ictimai birliklərə 

mənsubiyyətindən, 

habelə, 


qulluqçuların 

işgüzarlıq 

keyfiyyətlərinə  daxil  olmayan  başqa  səbəblərdən  asılı 

olmayaraq dövlət qulluqçularını hüquq bərabərliyi; 

*

 

Dövlət qulluqçularının rotasiyası; 



*

 

Dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, 



onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin 

təmin edilməsi; 

*Qulluq  borcunun  yerinə  yetirilməsi  üçün  dövlət 

qulluqçusunun  cavabdehlik  daşıması,  eləcə  də,  dövlət 

qulluqçusunun  hərəkətlərinə  görə  dövlət  orqanlının 

cavabdehlik daşıması; 

Azərbaycan  Respublikasında  dövlət  qulluğuna 

nizamlayan  “Dövlət  qulluğu  haqqında”  21  iyul  2000-ci  il 

tarixli  Qanun  qəbul  edilmişdir.  Bu  qanunun  Azərbaycan 

Respublikası  vətəndaşlarının  dövlət  qulluğuna  girmək 

hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq 

əsasında  həyata  keçirilməsinə  aid  müddəaları  prokurorluq, 

ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici 

işlər  orqanlarında,  Azərbaycan  Respublikasının  Milli 

Bankında dövlət qulluğuna keçən şəxslərə şamil edilir. 

Bu Qanun hərbi qulluqçulara şamil edilmir. 

Bu  Qanun  müvafiq  icra  hakimİ

3

^əti  orqanlarının 



tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu 

-

50




işçilərin qulluğu ilə bağlı məsələlər Azərbaycan 

Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. 

Dövlət  orqanlarında  siyasi  partiyaların  və  ictimai 

birliklərin strukturları yaradılmır. 

Dövlət  qulluqçuları  vəzifə  borclarını  yerinə 

yetirərkən  Azərbaycan  Respublikası  Konstitusiyasını  və 

qanunlarım  rəhbər  tuturlar  və  siyasi  partiyaların  və  ictimai 

birliklərin qərarlarının onlara dəxli yoxdur. 

Azərbaycan  Respublikasında  “Dövlət  qulluğu 

haqqında”  Qanunun  tətbiqinə  nəzarəti,  dövlət  qulluğunun 

normativ metodiki təminatını; Azərbaycan Respublikasında 

dövlət  qulluqçuları  kateqoriyasına  aid  edilən  şəxslərin 

siyahısını  müəyyən  etməyi  Azərbaycan  Respublikasının 

Dövlət  Qulluğunu  İdarəetmə  Şurası  həyata  keçirir  (bundan 

sonra - Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü 

Azərbaycan  Respublikasının  prezidenti  tərəfindən  6  üzvü 

Az;ərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən, 

6  üzvü  isə  Azərbaycan  Respublikası  Konstitusiya 

Məhkəməsinin  Sədri  tərəfindən  təyin  edilir.  Şuranın 

səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən 

edilir.  Şura  dövlət  orqanı  deyil  və  onun  üzvləri  öz 

səlahiyyətlərini  əsaslarla  həyata  keçirirlər.  Şuranın  qəbul 

etdiyi  qərarların  məcburiliyi  müvafiq  dövlət  qulluqçuları 

üçün 


müvafiq 

olaraq  Azərbaycan  Respublikasının 

Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri 

və  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin 

Sədri tərəfindən təmin edilir. 

Dövlət  qulluğu  haqqında  qanunvericilik  Azərbaycan 

Respublikasının  Konstitusiyasından,  “Dövlət  qulluğu 

haqqında” Qanundan, Azərbaycan Respublikasının tərəfdar 



51

-

 


çıxdığı 

beynəlxalq 

müqavilələrdən, 

Azərbaycan 

Respublikasının  dövlət  qulluğunu  hüquqi  cəhətdən  tənzim 

edən  və  dövlət  qulluğunun  hüquqi  vəziyj^ətinin 

xüsusiyyətlərini  hüquqi  cəhətdən  müəyyən  edən  digər 

qanunvericilik aktlarından ibarətdir. 



H Dövlət qulluqçuları və onların növləri 

“Xidmət” sözü, özündə məna çoxluğu daşıyır. Xidmət 

sözü altında həm insanların fəaliyyət növü, həmdə idarə və 

bölmələr,  (DİN-də  cinayət-axtarış  xidməti  və  s.  müstəqil 

idarələr) vergi və gömrük xidməti başa düşülür. 

Xidmət  -  ödənişli  ictimai  faydalı  fəaliyyətin 

növlərindən  biridir.  O,  idarəetmədən,  ona  xidmətdən 

(kargüzar-  hq,  texnika  və  s.)  və  ya  insanlara  sosial-mədəni 

xidmət göstərməkdən ibarətdir. 

Xidmətçi - bu və ya hər hansı bir təşkilatda vəzifə tutan 

və  idarəçilik  fəaliyyətini  və  ya  sosial-mədəni  xidməti 

(həkim,  müəllim,  telefonçu,  Inspektor,  sex  rəisi  və  s.) 

ödənişli  şəkildə  yerinə  yetirən  vətəndaşlardır.  Yuxanda 

deyilənlərdən  göründüyü  kimi,  xidmətçilərin  tərkibi 

müxtəlifdir.  Onlar  müxtəlif  dövlət  və  qeyri-dövlət 

təşkilatlarında  xidmət  edir,  dövlət  xarakterli  olan  fərdi 

təcrübə ilə (notariatlar) məşğul olurlar. 

Dövlət  qulluqçuları  -  xidmətçilərin  bir  növü  olub, 

bütün xidmətçilər arasında inzibati hüququn subyektlərinin 

əsas qrupunu təşkil edirlər. 

Azərbaycan 

Respublikasının 

“Dövlət 

qulluğu 


haqqında”  21  iyul  2000-ci  il  tarixli  Qanununun  14-cü 

maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir: 



-

52




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə