Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə17/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   113

xəssislərin və digər vəzifəli şəxslərin xidməti fəaliyyətlərini 

təmin  edirlər. Onlar tərəfindən xidməti vəzifələrinin  yerinə 

yetirilməsi üçün lazımi şərait yaradılır. Yardımçı heyətə aid 

edilən  qulluqçular  sənədləri  tərtib  edirlər  və  saxlayırlar, 

statistik  və  hesabat  əməliyyatlarını  və  s.  yerinə  yetirirlər. 

Onların  vəzifələrinə  hüquqi  əhəmiyyətə  malik  olan  texniki 

əməliyyatların  törədilməsi  də  daxil  edilə  bilər.  Məsələn; 

orqana daxil olan təklif, ərizə və şikayətlərin dəftərxana işçisi 

tərəfindən qeydiyyata alınması hüquqi əhəmiyyət kəsb edir, 

çünki  onların  qeydiyyata  alındığı  gündən  onların 

qanunvericiliklə  müəyyən  edilmiş  baxılma  müddətləri 

hesablanır. Yardımçı  heyətə (tərkibə) texniki icraçılar, kar- 

güzarlar və s. aiddir. 

Dövlət  qulluqçularını  qulluğun  müddətinə  görə 

aşağıdakı növlərə bölmək olar

-

 



müəyyən olunmuş müddətə vəzifəyə təyin  edilən 

dövlət qulluqçuları (məsələn: inzibati vəzifələri tutan dövlət 

qulluqçuları); 

-

 



müəyyən  olunmuş  müddətə  vəzifəyə  seçilən  və 

təyin  edilən  dövlət  qulluqçuları  (məsələn:  siyasi  vəzifələr 

tutan dövlət qulluqçuları); 

-

 



sınaq  müddətinə  vəzifəyə  təyin  edilmiş  dövlət 

qulluqçuları. 

İxtisas  dərəcələrinə  görə  dövlət  qulluqçularının 

növləri: 

-

 

həqiqi dövlət müşavirləri; 



-1, II və III dərəcə dövlət müşavirləri; 

-

 



dövlət qulluğunun baş müşaviri

-

 



dövlət qulluğunun kiçik müşaviri: 

-

 



dövlət qulluğunun I dərəcə referenti: 



60

-

 


-

 

dövlət qulluğunun II və III dərəcə referenti: 



-

 

dövlət qulluğunun kiçik referenti. 



Bundan əlavə, dövlət qulluqçularının qanunvericilikdə 

başqa  təsnifat  meyarları  və  növləri  və  nəzərdə  tutulur. 

Məsələn,  DİO-nin  əməkdaşları  sıravi  və  rəhbər  heyətə 

bölünür. 

Yuxarıda göstərilən dövlət qulluqçularının təsnifatının 

analizi  belə  bir  qanunauyğun  nəticəyə  gətirib  çıxarır  ki, 

dövlət  qulluqçularının  hamısı  vəzifəli  şəxslərə  aid  edilə 

bilməz. Ona görə də inzibati qanunvericilikdə “vəzifəli şəxs” 

anlayışı vəzifə anlayışdan irəli gəlmir, belə ki, bütün dövlət 

qulluqçuları  dövlət  orqanlarında  müəyyən  vəzifə  tuturlar. 

Vəzifəli  şəxs  anlayışı  xüsusi  vəzifə  səlahiyyətlərinin,  yəni 

hüquqi  nəticələr  yaradan  hərəkətləri  həyata  keçirmək 

hüququnun mövcudluğu ilə xarakterizə edilir. 

4

 



% 

§4.2. Dövlət qulluqçularının inzibati-hüquqi statusu 

Bütün  dövlət  qulluqçuları  hüququn  subyektləri 

sayılır  və  aydın  məsələdir  ki,  onların  müəyyən  hüquq  və 

vəzifələri 

mövcuddur. 

İlk 


növbədə, 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  təsis  edilmiş  insan  və 

vətəndaş  hüquq  və  azadlıqları,  başqa  normativ  -  hüquqi 

aktlarla  müəyyən  edilmiş  digər  hüquq  və  vəzifələr,  eyni 

zamanda, dövlət vəzifəsini tutduğu andan o, xüsusi dövləti- 

xidməti münasibətlərin  subyekti olur; ona xüsusi hüquq və 

vəzifələr verilir və bunların yerinə yetirilməsinə görə üzərinə 

məsuliyyət qoyulur. 

-

61




Bununla yanaşı, dövlət qulluqçularına verilən hüquq 

və vəzifələrin iki qrupa ayrılması zəruridir: 

a)

 

dövlət qulluqçularının ümumi hüquq və vəzifələri



b)

 

tutduğu  vəzifənin  səlahiyyətlərini  müəyyən  edən 



hüquq və vəzifələr. 

Dövlət  qulluqçularının  ümumi  hüquq  və  vəzifələri 

ilk dəfə olaraq Azərbaycan Respublikasının “Dövlət qulluğu 

haqqında”  qanununda  öz  əksini  tapmışdır.  Bu  hüquq  və 

vəzifələr  II  və  III  kateqoriya  dövlət  orqanlarının 

qulluqçularına  aid  edilir.  I  kateqoriya  dövlət  orqanlarının 

qulluqçularının 

hüquq 


və 

vəzifələri 

Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə,  həmçinin  xüsusi 

qanunvericilik aktları ilə müəyyən edilir. 

Hər  bir  dövlət  qulluqçusu  tutduğu  vəzifədən  asılı 

olmayaraq aşağıdakı hüquqlara malikdir: 

-

 



vəzifə  borcunu  yerinə  yetirmək  üçün  dövlət 

orqanlarından,  ictimai  birliklərdən,  müəssisə,  idarə  və 

təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya 

və materiallar tələb etmək və almaq; 

-

 

dövlət  qulluqçusunu  işə  götürmək  və  işdən  azad 



etmək  hüququna  malik  olan  vəzifəli  şəxsdən  öz  qulluq 

vəzifələrini yazılı surətdə təsbit edilməsini və onların icrası 

üçün şəraitin yaradılmasını tələb etmək; 

-

 



dövlətdən maaş almaq

-

 



ixtisasının  artması  və  qulluq  vəzifələrinin  yerinə 

yetirilməsinə  münasibəti  nəzərə  alınmaqla  qulluqda  irəli 

çəkilmək  və  ya  dövlət  maaşının  məbləğinin  artırılması 

iddiasında olmaq ; 

«

 

-



62




-

 

elmi  və  yaradıcılıq  fəaliyyəti  ilə  məşğul  olmaq, 



işlədiyi dövlət orqanı rəhbərinin imzası ilə pedaqoji və başqa 

ödənişli fəaliyyətlə məşğul olmaq; 

*  əmanətlərdən  (depozitlərdən),  qiymətli  kağızlardan, 

rentadan və icarədən gəlir götürmək

-

 

ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi 



işə tikilməsi əsas olan rəylər və digər sənədlərlə tanış olmaq, 

habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək; 

-

 

şərəf  və  ləyaqətinə  xələl  gətirən  məlumatları  təkzib 



etmək üçün xidməti tədqiqat aparmasını tələb etmək; 

-

 



müvafiq  orqanlarda  və  məhkəmələrdə  öz  qanuni 

hüquqlarının mənafeyini müdafiə etmək

-

 

həmkarlar ittifaqlarına birləşmək ; 



-

 

işlədiyi  dövlət  orqanının  rəhbərindən  aldığı  icrası 



məcburi olan, göstəriş və ya əmrin qanuniliyi və dürüstlüjdi 

dövlət qulluqçusunda şübhə doğursa, həmin göstərişin və ya 

əmrin yazılı şəkildə ona verilməsini tələb etmək ; 

-

 



qanunvericilikdə  başqa  hal  nəzərdə  tutulmayıbsa  və 

bu  dövlət  qulluqçusu  flınksiyalarının  icrası  ilə  bir  araya 

sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq; 

-

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  dövlət 

vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə 

təhsil məqsədilə məzuni}q/ət almaq; 

-

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  və 

qaydada  məzuniyyətlər  (sosial  məzuniyyətlər,  özünün  və  ya 

ailə üzvlərinin müalicəsi ilə əlaqədar və elmi məzuniyyətlər), 

özünün və ya ailə üzvlərinin əlilliyi ilə əlaqədar pensiyalar və 

müavinətlər almaq; 

-

 



dövlət qulluğunda irəli çəkilmək hüququ. 

-

63




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə