Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

Azərbaycan  xalqının  türk  mənşəli  olmasını,  qırmızı  rəng  - 

müasir  cəmiyyət  qurmaq,  demokratiyanı  inkişaf  etdirmək 

istəyini,  yaşıl  rəng  -  islam  sivilizasiyasına  mənsubluğunu 

ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə 

ağ  rəngli  aypara  ilə  səkkizguşəli  ulduz  təsvir  edilmişdir. 

Bayrağın enini uzunluğuna nisbəti l:2-dir. 



-6 


I, 



AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT GERBİ 

 

4. 



\

 

Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq 



Cümhuriyyəti  hökuməti  1920-ci  il  yanvarın  30-da  müsabiqə 

elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin 

ilin  mayın  28-də  qəbul  ediləcəyi  haqqında  qərar  çıxarmışdır. 

Lakin  1920-ci  il  aprel  ayının  28-də  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  süqut  etməsi  nəticəsində  gerb  qəbul 

edilməmişdir. 

1990-ci  il  noyabrın  17-də  Naxçıvan  Muxtar 

Respublikasının  Ali  Məclisi  Dövlət  gerbi  ilə  bağlı  məsələni 

müzakirə  edərək,  Azərbaycan  SSR  Ali  Soveti  qarşısında 

Azərbaycan  Dövlət  gerbinin  hazırlanması  üçün  yeni 



müsabiqənin elan olunması haqqında vəsatət qaldırmışdır. 

Müsabiqə  1991-ci  il  fevralın  5-də  Azərbaycan 

Respublikası  Ali  Sovetinin  qərarı  ilə  elan  olunmuşdur. 

1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla 

layihəsi  təqdim  olunmuş,  müzakirələr  zamanı  1919-1920-ci 

illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı 

təkliflər də səslənmişdir. 

- 7- 



Azərbaycan  Respublikasının  Ali  Soveti  1993-cü  il 

yanvarın  19-da  qəbul  etdiyi  Konstitusiya  qanunu  ilə 

1919-1920-ci  illərdə  hazırlanmış  Dövlət  gerbi  layihələrindən 

birini  müəyyən  dəyişikliklərlə  Azərbaycan  Respublikasının 

Dövlət gerbi kimi təsdiq etmişdir. 

Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan 

Dövlətinin  müstəqilliyi  rəmzidir.  Dövlət  gerbi  palıd 

budaqlarından  və  sünbüllərdən  ibarət  qövsün  üzərində 

yerləşən  şərq  qalxanının  təsvirindən  ibarətdir.  Qalxanın 

üstündə  Azərbaycan  Respublikasının  Dövlət  bayrağının 

rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov 

təsviri vardır. 

 

Dövlət gerbinin qabarıq təsviri: 

Azərbaycan  Respublikası  Prezidentinin  iqamətgahlna 

və 

xidməti 


kabinetinə; 

Azərbaycan 

Respublikası 

parlamentinin  binasına,  iclas  salonuna  və  parlament  sədrinin 

xidməti  kabinetinə;  Azərbaycan  Respublikasının  bütün 

məhkəmələrinin,  hərbi  tribunallarının  binalarına,  məhkəmə 

iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya 

Məhkəməsi  və  Ali  Məhkəməsi  sədrlərinin  xidməti 

kabinetlərinə;  Azərbaycan  Respublikası  qanunvericiliyində 

nəzərdə  tutulmuş  hallarda  dövlət  orqanlarının  binalarına; 

Azərbaycan 

Respublikasının 

diplomatik 

və 


ticarət 

nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur 



i/ 


AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT HİMNİ 

1920-ci  il  yanvarın  30-da  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  Nazirlər  Şurası  Cümhuriyyətin  milli 

himninin  hazırlanması  haqqında  qərar  qəbul  etdi  və  bu 

məqsədlə  Xalq  Maarif  Nazirliyi  tərəfindən  müsabiqə  elan 

edildi.  Lakin  1920-ci  il  aprelin  28-də  Xalq  Cümhuriyyətinin 

süqutu  Azərbaycanın  milli  himnini  qəbul  etməyə  imkan 

vermədi. 

1992-ei  il  mayın  27-də  parlament  “Azərbaycan 

Respublikasının  Dövlət  himni  haqqında”  Qanun  qəbul  etdi. 

Qanuna  əsasən,  1919-cu  ildə  böyük  bəstəkar  Üzeyir 

Hacıbəyov  və  şair  Əhməd  Cavad  tərəfindən  tərtib  edilmiş 

“Azərbay'can marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq 

edildi. 




-

9




Musiqisi: Üzeyir Hacıbəyovun 

Sözləri; Əhməd Cavadındır 

Azərbaycan, Azərbaycan ! 

Ey qəhrəman övladın şanlı Vətəni! 

Səndən ötrü can verməyə cümlə hazınz ! 

Səndən ötrü qan tökməyə cümlə qadiriz! 

Üç rəngli bayrağınla məsud yaşa! 

Minlərlə can qurban oldu

Sinən hərbə meydan oldu ! 

Hüququndan keçən əsgər

Hərə bir qəhrəman oldu! 

Sən olasan gülüstan

Sənə hər an can qurban! 

Sənə min bir məhəbbət 

Sinəmdə 


tutmuş 

məkan! Namusunu hifz 

etməyə. 

Bayrağını 

yüksəlməyə. 

Cümlə gənclər müştaqdır! 

Cümlə gənclər müştaqdır! 

Şanlı Vətən, şanlı Vətən! 

Azərbaycan, Azərbaycan! 

10

-

 



DÖVLƏT BAYRAMLARI HESAB EDİLƏN GÜNLƏR 

Azərbaycan Respublikasının Əmək Məcəlləsindən 

Çıxarış 

Maddə: 105. Bayram günləri (çıxarış) 

1. Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: 

Yeni il bayramı (yanvarın 1 və 2-si); 

Qadınlar günü (martın 8-i) 

Faşizm üzərində qələbə günü (mayın 9-u); 

Respublika günü (mayın 28-i); 

Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 

26-si ); 

Dövlət müstəqilliyi günü ( oktyabrın 18-i) 

Azərbaycan  Respublikasının Dövlət bayrağı 

günü 


(noyabr 9-u); 

Konstitusiya günü (noyabrın 12-si); 

Milli Dirçəliş günü (noyabrın 17-si); 

Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); 

Novruz bayramı -beş gün; 

Qurban bayramı-iki gün; 

Ramazan bayramı -iki gün; 

2.

 



Yeni  il  bayramı,  Qadınlar  günü,  Faşizm  üzərində  qələbə 

günü.  Respublika  günü,  Azərbaycan  xalqının  milli  qurtuluş 

günü,  Azərbaycan  Respublikasının  Silahlı  Qüvvələri  günü, 

Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  günü,  Dünya 

azərbaycanlılarının həmrəyliyi günü. Novruz bayramı. Qurban 

bayramı. Ramazan bayramı günləri iş günü hesab edilmir. 



-

11




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə