Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə


§1. DÖVLƏT QULLUĞUNUN İNKİŞAF



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   113

§1. DÖVLƏT QULLUĞUNUN İNKİŞAF 

TARİXİ 

Ümummilli  Lider  Heydər  Əliyev  bizim  üçün  elmi 

prinsiplərə  və  zəngin  intellektual  potensiala  əsaslanan 

mükəmməl  bir  dövlətçilik  konsepsiyası  yaratmış,  dövlət 

idarəçiliyi  sahəsində  dərin  elmi-nəzəri  və  praktiki  irs 

qoymuşdur.  Bu  konsepsiya  mükəmməl  elmi  nəzəriyyəyə, 

sınaqdan  çıxmış  təcrübəyə,  reallığa  və  məsuliyyətə  əsaslanır 

və iki tarixi dövrü əhatə edir: 

-

 

SSRİ  tərkibində  Azərbaycana  rəhbərlik  etdiyi 



1969-1982-ci illər; 

-

 



müstəqil  Azərbaycan  Respublikasına  rəhbərlik 

etdiyi 1993-2003-cü illər. 

1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycan 

partiya 


təşkilatına 

rəhbər 


seçilməsi 

onun 


liderik 

keyfiyyətlərinin,  təşkilatçılıq  istedadının  və  intellektual 

qabiliyyətinin qiymətləndirilməsi idi. 

Heydər  Əliyevin  hakimiyyətə  gəlişi  ilə respublikada 

ənənəvi  təsərrüfat  sahələrinin  səmərəliliyinin  artırılması  ilə 

yanaşı, yeni-yeni istehsal istiqamətlərinin yaradılması yolunda 

çoxşaxəli  fəaliyyətin  əsası  qoyulmuş,  iqtisadiyyatın  sənaye 

bazasının  genişləndirilməsi  və  müasirləşdirilməsi  xətti 

yeridilməyə  başlanmışdır.  Bu  dövrdə  yaradılmış  çoxsaylı 

sənaye  müəssisələri,  həmin  dövr  üçün  ən  müasir 

texnologiyalara  əsaslanan  istehsal  obyektləri  respublikanın 

iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqrar 

yönümlü  respublikadan  sənaye  yönümlü  respublikaya 

çevrilməsinə zəmin yaratdı. Nəticədə 1980-ci ilin 

 

-12 



sonunda sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu .

 

ilin göstəricisindən iki dəfə yüksək idi. 



Həmin dövrdə Azərbaycanda böyük quruculuq

yaradıcılıq  və  inkişaf  mərhələsi,  cəmiyyətin  bütün  sahə- 

lorində  yüksəliş  və  tərəqqi  dövrü  hökm  sürürdü.  Bütün 

bunların  nəticəsi  idi  ki,  Azərbaycan  İttifaq  büdcəsindən 

dotasiya almadan fəaliyyət göstərən iki respublikadan biri idi. 

Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  dövrünün 

ikinci  mərhələsi  nə  qədər  təlatümlü,  ziddiyyətli,  ictimai-  siyasi 

gərginliklərlə  səciyyələnən  illərə  təsadüf  etsə  də,  ona  xas  olan  siyasi 

müdriklik,  illərlə  toplanmış  böyük  dövlətçilik  təcrübəsi,  iradə 

yenilməzliyi və ən başlıcası doğma vətəninin düçar olduğu bəlalardan 

xilas etmək istəyi ölkə- c- 

mizi  sürətlə  fəlakətə  sürükləyən  təhlükəli 

proseslərin qarşı 

sını  almağa,  xalqın  müstəqilliyə,  azadlığa,  firavan  gələcəyə 

inamını qaytarmağa qadir olan amil kimi özünü göstərdi. 

Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının 

əsasını ölkə daxilində, regionda və beynəlxalq aləmdə cərəyan 

edən  proseslərin  mahiyyətinin,  məqsədlərinin  və  arxasında 

dayanan  qüvvələrin  öyrənilməsi,  qiymətləndirilməsi  və 

vəziyyətə  uyğun  fəalij^ət  proqramının  hazırlanması  təşkil 

edirdi. 


Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə 

başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik

demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşər dəyərlər təşkil 

edən yeni bir ideologiyanın əsa- ’ ^  sı qoyulmuşdur. Dövlət 

quruculuğu məsələləri Heydər 

Əliyevin daim diqqət mərkəzində olmuşdur. 1995-ci ildə ,

 

Konstitusiya komissiyası yaradıldı və Heydər Əliyevin 



bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Kons- 

-13 


titusiyası  dünya  standartlarına  uyğun  şəkildə  hazırlanıb 

1995-ci ilin 12 noyabrında ümumxalq referendumu yolu ilə 

qəbul  olundu.  Bununla  da  müstəqil  Azərbaycanın  dövlət 

quruculuğunun  əsasları  qoyulmuş  oldu.  Azərbaycan 

demokratik,  hüquqi,  dünyəvi  bir  dövlət  olaraq  insan 

hüquqlarının  prioritetini  və  hakimiyyət  bölgüsünü  özündə 

gələcək inkişaf yolu kimi seçdi. 

Heydər  Əliyev  1998-ci  il  dekabr  ayının  29-da 

“Azərbaycan  Respublikasında  dövlət  idarəetmə  sistemində 

islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması 

haqqında”  fərmanı  imzaladı  ki,  bu  da  səmərəli  dövlət 

idarəetmə  sisteminin  formalaşdırılması  istiqamətində 

aparılan  islahatların  başlanğıcını  qoydu.  Heydər  Əliyevin 

rəhbərliyi  altında  komissiya  dövlət  idarəetmə  sisteminin 

islahatlarının  Konsepsiya  layihəsini  işləyib  hazırladı.  Bu 

konsepsiyada  Azərbaycanın  dövlət  idarəetmə  sisteminin 

müasir  vəziyyəti  təhlil  olunaraq  mövcud  çatışmamazlıqlar 

aşkara  çıxarılmış  və  dörd  istiqamət  üzrə  islahatların 

aparılmasının zəruriliyi əsaslandırılmışdı (dövlət xərclərinin 

idarə  olunması  sisteminin  yenidən  qurulması;  audit 

sisteminin  islahatı;  dövlət  idarəetmə  sisteminin  (inzibati 

dövlət  qulluğu)  islahatı;  hüquq  və  məhkəmə  sisteminin 

islahatı). 

Dövlət  idarəetmə  strukturunu  təkmilləşdirmək, 

dövlət idarəetmə orqanları sistemini funksional prinsip üzrə 

formalaşdırmaq məqsədilə ölkə Prezidentinin fərmanı ilə bir 

sıra  yeni  nazirliklər  formalaşdırılmış  (Yanacaq  və 

Energetika  Nazirliyi;  Gənclər,  İdman  və  Turizm  Nazirliyi; 

Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi;  Azərbaycan 

Respublikası  Prezident  yanında  Qiymətli  Kağızlar  üzrə 

Dövlət Komitəsi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 

və s.) 


 

-

14




Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə