Gəncə 2016 Elmi redaktor: Rəyçilər: I e. d prof. Cavadov N.Ə



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix26.08.2018
ölçüsü2,3 Mb.
#64236
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

icra  hakimiyyəti  orqanlarının  inzibati  hüquq 

qabiliyyəti və fəaliyyət qabiliyyəti eyni vaxtda, yəni onların 

yaranması  və  səlahiyyətlərinin  müə>'yən  edilməsi  ilə 

yaranır,  onların  ləğv  edilməsi  ilə  xitam  olunur.  İcra 

hakimiyyəti  orqanlarının  səlahiyyəti  (onların  vəzifələri, 

funksiyaları,  hüquqları,  fəaliyyətinin  forma  və  metodları) 

müvafiq 

qanunlarda, 

əsasnamələrdə 

və 


digər 

normativ-hüquqi aktlarda öz əksini tapır və möhkəmləndirir. 

İcra  hakimiyyəti  orqanlarının  inzibati-hüquqi 

statusunun xüsusiyyətləri aşağıdakılardır; 

-

 

icra hakimiyyəti orqanlarının fəaliyyəti qanun qüvvəliliyi 



ilə xarakterizə olunur; 

-

 



normativ-hüquqi  aktlar  qəbul  etmək  hüququna  malik 

olmaları ilə xarakterizə edilir

-

 

aşağı  təbəqəli  orqanların  yuxarı  orqanlar  qarşısında 



hesabat verməsi və onların nəzarətində olması; 

-

 



öz 

səlahiyyətləri 

çərçivəsində 

icra 


hakimiyyəti 

orqanlarının operativ müstəqilliyi ilə. 

İcra  hakimiyyəti  orqanlarını  bir  sıra  əlamətlərinə 

görə təsnifləşdirmək olar: 

Fəaliyyətin  ərazi  hüdudlarına  görə  :(Respublikanın 

ərazisi, Naxçıvan Muxtar Respublikasının ərazisi); 

Təsis  olunmuş  qaydasına  görə  (seçkili,  wxan  icra 

hakimiyyəti orqanları tərəfindən təsis olunurlar); 

Səlahiyyətlərin xarakterinə və həcminə görə (ümumi 

səlahiyyətli, sahəvi səlahiyyətli və xüsusi səlahiyyətli ); 

Səlahiyyətlərinə aid məsələlərin həlli üsullarına görə 

(kollegial və təkbaşcılıq); 



-

32




-  maliyyələşdirmə  mənbələrinə  görə  (dövlət  büdcəli 

təsərrüfat hesablı ) ərazi fəaliyyətli (məs. şəhər, rayon, icra 

hakimİ

3

^əti başçısı); 



İcra hakimiyyəti orqanlarının sistemi: 

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Nazirlər kabineti; Azərbaycan 

Respublikası Prezidentinin İcra aparatı; Nazirliklər, Dövlət 

komitələri (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi); 

Respublika Xidmətləri (Azərbaycan Respublikası hərbi əks 

kəşfiyyat xidməti və sair,); 

Nəzarət orqanları (Azərbaycan Respublikasının Nazirlər 

Kabineti yanında Dövlət Sığorta Nəzarəti); 

Səhmdar Cəmi}^ətlər (Azərenerji, Azərqaz və sairə); 

Müvafiq ərazi dövlət orqanları. 

§3.1. Azərbaycan Respublikasının Prezidenti 

və Nazirlər Kabinetinin icra hakimiyyəti 

sahəsindəki səlahiyyətləri 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasının 

100-cü  maddəsinə  əsasən  Azərbaycan  Respublikasının 

Prezidenti  vəzifəsinə  yaşı  35-dən  aşağı  olmayan,  10  ildən 

çox  daimi  olaraq  Azərbaycan  Respublikasının  ərazisində 

yaşayan,  seçkilərdə  iştirak  etmək  hüququna  malik  olan,  o 

cümlədən  ağır cinayətlərə  görə məhkum olunmayan, başqa 

dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsili olan və iki 

vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı 

seçilə bilər. 



33

-

 


Azərbaycan  Respublikasının  Konstitusiyasının 

101-ci 


maddəsinə  əsasən  Azərbaycan  Respublikası 

Prezidenti 5 il müddətinə ümumi, bərabər və birbaşa seçki 

hüququ  əsasında  sərbəst,  şəxsi  və  gizli  səsvermə  yolu  ilə 

seçilir. Azərbaycan Respublikasının Konstitusiyasının 101- 

ci maddəsinin 5-ci bəndinə əsasən eyni şəxs bu vəzifədə iki 

dəfədən artıq qala bilməz . 

Azərbaycan  Respublikasının  Prezidentinin  statusu 

Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  müəyyən 

edilmişdir.  Prezident  dövlət  başçısı  kimi  dövlət 

hakimiyyətini həyata keçirir. Dövlətin ali vəzifəli şəxsi kimi 

böyük səlahiyyətlərə malikdir. 

O, dövlətin daxili və xarici siyasətini müəyyən edir, 

danışıqlar  aparır  və  Azərbaycan  Respublikasının  adından 

beynəlxalq  müqavilələr  imzalayır,  ratifikasiya  edildikdən 

sonra  qüvvəyə  minir.  Onun  Azərbaycan  Respublikasında 

xarici 


dövlətlərin 

diplomatik 

nümayəndələrinin 

etimadnamələrini  və  geri  çağırma  sənədlərini  qəbul  etmək 

hüquqları var. 

Prezident  hər  üç  hakimiyyətin  qanunverici,  icra  və 

məhkəmə  hakimiyyətinin  ali  və  idarəetmə  orqanlarının 

qarşılıqlı əlaqəsini təmin etməyə borcludur. 

Prezident  Azərbaycan  Respublikasının  vahidliyini, 

suverenliyini  və  bütövlüyünü  təcəssüm  etdirir  və  vətəndaş 

sülhü, milli əminamanhğı, demokratik rejimi təmin etməyə 

borcludur  və  vətəndaşların  hüquq  və  azadlıqlarının 

təminatçısı olmalıdır. 

Respublikanın  ali  vəzifəli  şəxsi  kimi  Prezident 

Azərbaycan  Respublikasının  xalqına  müraciət  edir,  xüsusi 

rütbələr, fəxri rütbələr verir, qanuna uyğun olaraq vətən 



34

-

 


daşlıq məsələlərini, siyasi sığınacaq vermə məsələlərini həll 

edir.  Azərbaycan  Respublikası  məhkəmələri  tərəfindən 

məhkum  olunmuş  vətəndaşları  əfv  etmək  hüququna 

malikdir. 

Prezident 

Azərbaycan 

Respublikasında 

icra 


hakimiyyətinin  vahid  sistemini:  Nazirlər  Kabinetini,  icra 

hakimiyyəti  orqanlarını,  təşkil  edir.  Bütün  idarəçilik 

iyerarxiyasının və bütün icra hakimiyyəti sisteminin başçısı 

kimi  Prezident  böyük  səlahiyyətlərə  malikdir.  O,  Nazirlər 

Kabinetinin  fəaliyyətinə  rəhbərlik  edir  və  hökumət 

tərəfindən  öz  səlahiyyətlərini  səmərəli  həyata  keçirməsi 

üçün  tədbir  görür.  Azərbaycan  Respublikasının  Milli 

Məclisinin  razılığı  ilə  hökumət  başçısım  təyin  etmək 

hüququna malikdir, nazirliklərin, komitələrin və Azərbaycan 

Respublikasının  digər  mərkəzi  idarələrinin  rəhbərlərini  işə 

təyin və işdən azad edir. 

İcra 


hakimiyyətinin 

başçısı 


kimi 

ictimai 


təhlükəsizliyin  təmin  edilməsi  üçün  tədbir  görür.  O, 

Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasına başçılıq 

edir, qanunla müəyyən edilmiş qaydada fövqəladə vəziyyət 

elan edir. 

Prezident  Respublikanın  bütün  ərazisində  icrası 

məcburi olan fərman və sərəncam vermək və onların icrasını 

yoxlamaq  hüququna  malikdir.  Fərmanlar  həm  hüquqi 

tətbiqedici,  həm  də  normativ  xarakterli  ola  bilər. 

Vəziyyətdən  asılı  olaraq  fərmanlar  adi  və  fövqəladə  olur. 

Səlahiyyətlərini həyata keçirmə .xarakterinə və qəbuledilmə 

prosedurasına görə müstəqildir. 

Təşkilati  cəhətdən  Prezident  heç  kəsə  tabe  deyil,  o, 

digər  dövlət  orqanlarından  yüksək  dərəcəli  müstəqilliyə 

malikdir. 



-35 


Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə